Məhkəmə qərarları › İş №e-2(006)-512/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-512/2025

07.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-512/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMCyə, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı «həkimin səhlənkarlığı nəticəsində vurduğu maddi və mənəvi zərərə görə təzminat» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMCyə və Cavabdeh2 qarşı «həkimin səhlənkarlığı nəticəsində vurduğu maddi və mənəvi zərərə görə təzminat» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, burun əməliyyatı (septoplastika və rinoplastika) üçün Medaura klinikası və həkim Cavabdeh2 ödədiyi 1.200 manat, yenidən əməliyyata girməsi üçün tələb olunan 10.000 manat əməliyyat xərci maddi ziyan və mənəvi zərər kimi tələb etdiyi 10.000 manat pulun Medaura klinikası və həkim Cavabdeh2 müştərək qaydada tutulmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Medicare Klinikasının da cavabdeh qismində işə cəlb olunmasını, burun əməliyyatı (septoplastika və rinoplastika) üçün Medaura klinikası və həkim Cavabdeh2 ödədiyi 1.200 manat, yenidən əməliyyata girməsi üçün tələb olunan 10.000 manat əməliyyat xərci maddi ziyan və mənəvi zərər kimi tələb etdiyi 10.000 manat pulun Medaura klinikası, həkim Cavabdeh2 və «Medicare» Klinikasından müştərək qaydada tutulmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı burun çəpəri əyriliyi şikayəti ilə əlaqədar "xxxx" klinikasına müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Klinikanın həkimi kimi özünü təqdim edən Cavabdeh2 Lamiyəni müayinə edərək xəstənin şikayətini əməliyyat yolu ilə aradan qaldıracağını bildirmiş və bunun müqabilində ondan hissə-hissə 1.200 manat pul vəsaiti almışdır. Bir neçə ilkin müayinədən sonra Lamiyə xx.xx.2023-cü il tarixdə "xxxx" klinikasında burun çəpəri əməliyyatı da daxil olmaqla burun estetik əməliyyatı, yəni septoplastika və rinoplastika əməliyyatı keçirmişdir. Əməliyyat ümumi narkoz verilməklə keçirilmişdir. 1 gün klinikada qaldıqdan sonra səhəri gün evə buraxılmışdır. X8 tərəfindən təyin olunmuş dərmanları vaxtlı-vaxtında qəbul etmişdir. Əməliyyatdan 12 gün sonra xx.xx.2023-cü il tarixdə burnundakı sarğının açılması üçün klinikaya gəlmişdir. Sarğı açıldıqda burnundakı əyriliyi görüb həkimə narazılığını bildirmişdir, həkim isə ona 6 ay sonra yenidən əməliyyata salaraq yaranmış qüsuru aradan qaldıracağını bildirmişdir. Evə qayıtdıqdan sonra Lamiyənin nəfəsalma ilə bağlı problemləri şiddətlənməyə başlanmışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 tərəfindən yenidən əməliyyat olunsa da, nəfəsalma ilə bağlı yaranan şikayəti aradan qalxmamış, eyni zamanda burnunda olan görüntü qüsuru da düzəlməmişdir. İddiaçı tərəfindən həkimin işini düzgün icra etmədiyinə görə səhhətində yaranmış ciddi problemlərlə bağlı Nəsimi rayon Prokurorluğuna şikayət ünvanlamış, şikayəti araşdırılmışdır. Material üzrə komisyonməhkəmə tibb ekspertizası keçirilmiş, xx.xx.2024-cü il tarixli, KEŞ-620 Nli rəydə qeyd olunmuşdur ki, İddiaçı keçirtdiyi hər iki əməliyyat texniki cəhətdən qüsurlu icra edilmişdir. Belə ki, mütəxəssis tərəfindən müayinə zamanı burun girəcəyində sol tərəfdə yeni qığırdaqlı çapığın (içəriyi yatma), burun üstündə sümük əyriliklərinin və dəri piqmentasiyalarının olduğu müəyyən olunmuşdur. İddiaçı burnunda aparılmış hər iki cərrahiyyə əməliyyatın texniki cəhətdən qüsurlu icra olunması Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli, 70 saylı əmrlə təsdiq edilmiş «Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları»nın 24.1-ci bəndinin (ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi) tələbləri pozulmuşdur. Lakin Nəsimi rayon Prokurorluğunda aparılmış araşdırmaya əsasən Cavabdeh2 əməlində cinayət tərkibi olmaması qənaətinə gəlinmiş və cinayət işinin başlanmasının rədd olunmasıyla bağlı qərar qəbul olunmuşdur. Eyni zamanda araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 lisenziya olmadan tibbi fəaliyyətlə məşğul olmaqla Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə uyğun inzibati xətanı törətmişdir. Medaura klinikası tərəfindən isə Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi, yəni sertifikasıyadan keçməyən şəxslərin praktik tibbi və əczaçılıq fəaliyyətinə buraxılmasına görə pozuntu etdiyi müəyyən olunmuşdur. Bununla bağlı Cavabdeh2 və Medaura Klinikası barədə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün ibtidai araşdırma prossessual rəhbərliyi həyata keçirən prokurora təqrirlə müraciət edilməsi nəzərdə tutulmuşdur. Halhazırda İddiaçı yenidən septoplastika və rinoplastika əməliyyatı keçirtməsi zəruriyyəti yaranmışdır ki, həkimin qüsurlu əməliyyat etməsi nəticəsində nəfəsalmasında davam edən çətinlik və burnunda yaranan görüntü qüsuru aradan qalxsın. Fərqli klinikalarda olan həkimlər bu əməliyyatın yenidən həyata keçirilməsi üçün Lamiyədən 6.000-10.000 manat arası dəyəri olduğunu bildiriblər. Bu 1 il ərzində Lamiyənin keçirtdiyi stress, normal nəfəs ala bilməməsi, təngənəfəslik, beyinə normal oksigen getməməsinə görə yaranan dözülməz baş ağrıları, yatarkən yalnız eyni istiqamətdə qalması məcburiyyətində olduğuna görə onurğa sistemində yaranan problemlərin qarşılığında hesab edir ki, həm klinika, həm də həkim məsuliyyətə cəlb olunmalıdır. Belə ki, hesab edirlər ki, Lamiyənin burun əməliyyatı üçün "xxxx" klinikası və həkim Cavabdeh2 ödədiyi 1.200 manat, yenidən əməliyyata girməsi üçün tələb olunan 10.000 manat əməliyyat xərci maddi ziyan və mənəvi zərər kimi tələb etdikləri 10.000 manat pul "xxxx" klinikası və həkim Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Müvafiq qaydalara əsasən sertifikasiyadan keçməyən səhiyyə mütəxəssislərinin praktiki tibbi və ya əczaçılıq fəaliyyətinə buraxılması qadağan olunsa da, "xxxx" Klinikasında əməliyyata girən həkimlərin sertifikatı olmamışdır. Beləliklə, bilərəkdən, qəsdən pasiyentin səhhətinə şüurlu şəkildə zərər yetirilməsi üçün şərait yaradılmışdır. Ailənin çəkdiyi maddi zərərin əvəzi hər iki cavabdeh tərəfindən ödənilməlidir, çünki pasiyent "xxxx" klinikasında əməliyyat etdirib, Cavabdeh2 isə həmin klinikanın həkimi olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etiraz təqdim edərək izahatında bildirdi ki, İddiaçı iddia tələbi təmin edilməməlidir. İlk növbədə qeyd etmək istəyir ki, İddiaçı ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək «Med Aura» klinikasının rəhbərliyindən dəymiş zərərin ödənilməsi kimi ümumilikdə 21.200 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir. İddiaçı tərəfindən təqdim olunan ərizədə göstərilir ki, guya «Med Aura» klinikasında keçirilmiş septoplastika və rinoplastika əməliyyatı nəticəsində onun sağlamlığına zərər vurulmuş, səhhətinə vurulan zərərə görə fiziki və psixoloji sarsıntılar keçirmiş və bu səbəbdən maddi və mənəvi zərərə düşmüşdür. İddiaçı həmçinin əməliyyatdan sonra klinika tərəfindən ona qarşı diqqətsizlik və səhlənkarlıq göstərildiyini, tibbi yardımın vaxtında göstərilmədiyini və şikayətlərinin cavabsız qaldığını bildirmişdir. Bildirmək istəyir ki, «Med Aura» klinikasının rəhbərliyinin əməliyyatın nəticələrinə görə hüquqi məsuliyyət daşıdığına dair iddialar əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edildiyi kimi, deliktin yaranması üçün 4 önəmli element - hüquqazidd hərəkət, zərər, səbəb-nəticə əlaqəsi, qəsd və ya ehtiyatsızlıq tələb olunur. Hazırki vəziyyətdə isə göstərilən elementlərin heç biri mövcud deyildir. Zərər mövcud olsa belə, «Med Aura» klinikasının rəhbərliyinin bu və ya digər formada məsuliyyət daşıması iddiası, səbəbli əlaqə mövcud olmadığına görə tamamilə əsassızdır. Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələbinə müvafiq olaraq arqumenti irəli sürən tərəfin üzərinə sübutetmə yükü düşür. Mülki Prosesssual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə, bunu məhkəməyi qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1038/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarının mövqeyindən də göründüyü kimi iddiaçı əsaslandığı halları sübut etməlidir, əks halda iddia rədd olunmalıdır. Hazırki məhkəmə mübahisəsində qeyd olunan zərər faktını təsdiq edən № 657/KES ekspert rəyi olsa belə qüsurun hansı əməliyyatdan sonra yaranması müəyyən edilməmişdir. İddiaçının qeyd etdiyi kimi İddiaçı 1 il 8 ay sonra yəni, xx.xx.2024-cü ildə Medicare Klinikasında yenidən əməliyyat olunmuş və bu əməliyyatdan sonra şikayət etmişdir. Bundan başqa № 657/KES Ekspert Rəyinin nəticə hissəsinin 1 və 2-ci bəndlərində aydın şəkildə görünür ki, iddiaçının qeyd etdiyi hec biri həyati risk mövcud deyildir və bu da nəfəsalma ilə bağlı çətinlik törətmir. Ümumiyyətlə isə ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçının nə qədər zərərə düşdüyünü müəyyən etmək mümkün deyildir və qarşı tərəfdən zərərin miqdarını təsdiq edən digər hər hansı bir sübut təqdim edilməmişdir. Buradan belə nəticəyə gəlinir ki, "xxxx" Klinikasına qarşı maddi və mənəvi ziyan tələbi əsassız və klinikaya qarşı qərəzli şəkildədir. İddia ərizəsində göstərilən İddiaçı əməliyyat qarşılığında klinikanın kassasına 1.200 manat ödəməyi isə reallığı əks etdirmir. Klinikanın kassasına cəmi 350 manat ödəniş edilmişdir və məhkəməyə təqdim olunan çekdə bu öz əksini tapmışdır. "xxxx" Klinikası və Cavabdeh2 arasında münasibətlər Xidmət müqaviləsinə əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, Hüquqi və yə fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən isə, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fızıkı şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Buradan da göründüyü kimi, işçi anlayışı təkcə əmək müqaviləsi ilə çalışan şəxslərin dairəsi ilə məhdudlaşmır, bu anlayış həm də mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsləri də əhatə edir. Bu halda belə şəxsin müvafiq hüquqi və ya fiziki şəxsin (mövcud vəziyyətdə «Med Aura» klinikasının) tapşırığı ilə və onun nəzarəti altında fəaliyyət göstərməsi zəruri şərtdir. Hazırkı halda isə əməliyyat klinikanın birbaşa tapşırığı ilə və nəzarəti altında deyil, həkimin şəxsi təşəbbüsü və pasiyentlə aralarında olan birbaşa razılaşma əsasında həyata keçirilmişdir. Bunu İddiaçı birbaşa olaraq Cavabdeh2 müraciət etməsi sübut edir. Qeyd etmək lazımdır ki, mövcud vəziyyətdə klinika yalnız inzibati və texniki şəraiti təqdim etmiş, tibbi müdaxilənin icrası isə həkimin müstəqil məsuliyyəti çərçivəsində baş tutmuşdur. Elə bu səbəblərdən Mülki Məcəllənin 1099.2-ci maddəsində göstərilən «tapşırıq və nəzarət elementi» mövcud olmadığından, klinika rəhbərliyinn işəgötürən kimi məsuliyyət daşıması üçün heç bir hüquqi əsas yoxdur. Qanunvericiliyin bu normasına görə, yalnız o halda məsuliyyət yarana bilər ki, əməliyyatı yerinə yetirən şəxs konkret olaraq cavabdeh hüquqi şəxsin (klinikanın) birbaşa nəzarət və göstərişləri ilə hərəkət etmiş olsun. Nəticə etibarilə, 1099.2-ci maddə kontekstində işçi anlayışı və məsuliyyət predmeti tətbiq olunmadığından, əməliyyat nəticəsində iddiaçının sağlamlığına dəymiş ehtimal olunan zərərə görə cavabdeh tərəf olan «Med Aura» klinikasına qarşı mülki məsuliyyətin tətbiqi əsassızdır. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2023-cü il tarixli Plenum Qərarında mövqeyinə görə, işəgötürən şəxsin işçisi tərəfindən baş vermiş hüquq pozuntusuna görə mülki məsuliyyət daşıyıb-daşımadığı məsələsinin həlli üçün bu şərtlərin mövcudluğu tələb olunur: Törədilmiş hüquqazidd əməl, əmək və ya mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərən şəxsin tapşırıq və nəzarət altında gördüyü işlə əlaqəli olmalıdır; Bu fəaliyyət nəticəsində üçüncü şəxsə zərər dəyməlidir; İşəgötürənin həmin fəaliyyət üzərində faktiki nəzarət və göstəriş səlahiyyəti olmalıdır. Hüquq pozuntusu ilə tapşırıq verilmiş fəaliyyət arasında funksional və səbəbli əlaqə mövcud olmalıdır. Bu səbəbdən Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarı kontekstində, «işəgötürənin məsuliyyəti» institusional formada tətbiq oluna bilməz. Qanunverici, işəgötürənin məsuliyyətini yalnız onun faktiki nəzarətində olan və mənafeyi üçün görülən işlə bağlı məsuliyyət halında mümkün sayır. Mülki Məcəllənin 1099.2-ci maddəsi də bu yanaşmanı gücləndirərək bildirir ki, əgər şəxs mülki hüquqi müqavilə ilə fəaliyyət göstərirsə, o zaman məsuliyyət yalnız işin işəgötürənin nəzarəti altında və onun təhlükəsizlik öhdəlikləri daxilində yerinə yetirilməsi şərti ilə mümkündür. Konstitusiya Məhkəməsi həmçinin qərarında bildirir ki, zərərçəkənin mülki hüquq pozuntusuna görə iddianı konkret kimin əleyhinə irəli sürməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, Konstitusiya Məhkəməsi təhlükə məsuliyyətinin tətbiqi ilə bağlı da aydın mövqe bildirir: əgər mübahisə yüksək təhlükə mənbəyi ilə əlaqəli deyilsə, 1108-ci maddənin tətbiqi yolverilməzdir. Estetik əməliyyatlar isə bu anlayışa daxil edilmir və bu maddə ilə məsuliyyət nəzərdə tutulmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiº etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin, cavabdehlər "xxxx" MMC-nin və "xxxx" MMC-nin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - 05 yanvar 2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında sonuncu tərəfindən tibbi menecer xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə imzalanmışdır. - xx.xx.2023-cü il tarixli 1875 saylı çekdən görünür ki, Medaura Klinikasına septoplastikanın icra edilməsi üçün 350 manat ödəniş edilmişdir. - Nəsimi rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X2 05 avqust 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı”ndan görünür ki, İddiaçı həmin prokurorluğa ərizə ilə müraciət edərək, "xxxx" klinikasında burnunun iki dəfə cərrahiyyə əməliyyatı olunduğunu, əməliyyatların uğursuz keçdiyini, səhhətində ağırlaşmalar yarandığını bildirmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Nəsimi rayon prokurorluğunda toplanmış 163C24 saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş; Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi, "xxxx" Klinikası barəsində isə Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə inzibati icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqrirlə müraciət edilməsi qərara alınmış; İddiaçı əməliyyatlar nəticəsində dəymiş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - Prokurorluğun təyin etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə- Tibbi Ekspertiza və X6» PHŞ-nın 25 iyul 2024-cü il tarixli KEŞ-620 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı “MediCare” klinikasında “Burun donqarlığı; Burun əyriliyi; burun çəpər əyriliyi” və "xxxx" klinikasında isə “Rinoplastika cərrahiyyə əməliyyatından sonrakı təkrar əməliyyat” diaqnozları aparılmış müvafiq müayinələrə əsasən düzgün təyin edilmişdir. İddiaçı “MediCare” klinikasında “Septoplastika” və "xxxx" klinikasında isə aparılmış “Rinoplastika” cərrahiyyə əməliyyatları təyin edilmiş diaqnoza uyğun olmuşdur, lakin hər iki əməliyyat texniki cəhətdən qüsurlu icra edilmişdir. Belə ki, mütəxəssis müayinəsi zamanı burun girəcəyində sol tərəfdə yeni qığırdaqlı çapığın (içəriyə yatma), burun üstünə sümük əyriliklərinin və dəri piqmentasiyalarının olduğu müəyyən edilmişdir. İddiaçı “MediCare” və "xxxx" klinikalarında əməliyyatdan sonra göstərilmiş ixtisaslı tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. İddiaçı aparılmış hər iki cərrahiyyə əməliyyatlarının texniki cəhətdən qüsurlu icrası ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli, 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”-nın 24.1-ci bəndinin” ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi” tələbləri pozulmuşdur. - İddiaçı prokurorluğa verdiyi izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə burnunun çəpərinin əyri olması ilə əlaqədar "xxxx" klinikasında lor həkim Kəmalə Mirzəyevaya yaxınlaşmış, həkim burnunu müayinə edib əməliyyat yolu ilə çəpər əyriliyini düzəldəcəyini bildirmiş, əməliyyatın qiymətinin 1200 manat olmasını bildirmiş, xx.xx.2023cü il tarixə əməliyyat təyin etmişdir. xx.xx.2023-cü il tarixdə o, 600 manat ödəniş etmiş, klinikanın kassasına aylıq 6 ay 100 manat kreditlə ödəniş etmişdir. Müvafiq müayinələrdən keçdikdən sonra xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Kəmalə Mirzəyeva tərəfindən burun çəpəri əməliyyat olunmuş, əməliyyat ümumi narkoz verilməklə olunmuşdur. Həmin gün klinikada qalmış, səhəri gün evə buraxılmışdır. Kəmalə Mirzəyevanın yazdığı dərmanları qəbul etmişdir. Əməliyyat 12 gün sonra, yəni xx.xx.2023cü il tarixdə burnundakı sarğının açılması üçün klinikaya gəlmişdir. Kəmalə Mirzəyeva burnunun üzərindəki sarğını açıb tamponları çıxaranda burnunun sağ tərəfindən əyrilik olduğunu görüb həkimdən bu barədə soruşduqda, altı ay ərzində düzələcəyini bildirmişdir. Təxminən 6 ay keçdikdən sonra burnunun əyriliyi düzəlmədiyindən yenidən 2023-cü ilin iyun ayında klinikaya Kəmalə həkimin yanına gedəndə onun artıq həmin klinikada işləmədiyini bilmişdir. Bundan sonra o, Sabunçu rayonunda adını xatırlamadığı klinikaya getmiş, Kəmalə Mirzəyeva avqust ayında burnunda korreksiya edəcəyini bildirmiş, xx.xx.2023-cü il tarixdə axşam saatlarında X7 yerləşən adını xatırlamadığı xəstəxanada onu yenidən burun əməliyyatı etmişdir. Təxminən 1 həftə sonra sarğını və tamponu çıxartmağa gələndə burnunun sol tərəfindəki dəliyin içindən ət sallanmışdır. Həkim qayçı ilə sallanan ət parçasını kəsmiş, yerinə tampon qoymuşdur. X11 tərəfindən edilən əməliyyatlar düzgün icra edilməmiş,o, dəfələrlə bu barədə Kəmaləyə bildirsə də, heç bir nəticə olmamışdır. - Cavabdeh2 prokurorluğa verdiyi izahatından görünür ki, İddiaçı 2023-cü ilin yanvar ayında "xxxx" klinikasında ona yaxınlaşıb bildirmişdir ki, burnu ilə nəfəs almaqda çətinlik çəkir, həm də burnunda çəpər əyriliyi vardır. Lamiyə klinikada əməliyyat öncəsi müvafiq müayinələrdən keçdikdən sonra xx.xx.2024-cü il tarixdə "xxxx" klinikasında tərəfindən septoplastika və rinoplastika əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı gün xəstə evə buraxılmışdır. xx.xx.2023-cü il tarixdə Lamiyənin burnundakı sarğını açmış, burnundakı silikon çıxarılmışdır. Həmin vaxt Lamiyənin burnu normal olmuşdur. Təxminən 6 ay sonra Lamiyə ona müraciət edərək burnunun estetikasından narazı olduğunu bildirmiş, ona 1 ildən sonra korreksiya lazım olacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə “Medicare” klinikasında Lamiyənin burnunda təkrari estetik əməliyyat icra edilmişdir. Bir həftə sonra “Medicare” klinikasında sarğını o, açmış, hər şey yaxşı olmuşdur. Təxminən iki ay sonra 2023-cü ilin noyabr ayının sonunda Lamiyə ona müraciət edərək burnunun qarşı tərəfində çökmələr olduğunu bildirmiş, o da bunun normal hal olduğunu bildirmişdir. Lamiyənin narazılığı davam etdiyi üçün qardaşı ilə "xxxx" klinikasına gəlmiş, o, Lamiyənin kart hesabına 3 dəfəyə cəmi 2200 manat pul göndərmişdir. Onlar razılaşmış, 1 aydan sonra gəlib yenidən narazılıqlarını bildirmişlər. Cərrahiyyə əməliyyatı etmək səlahiyyəti yoxdur, çünki diplomu və sənədləri təsdiqlənməmişdir. Onun ixtisası cərrah olduğu üçün əməliyyat etmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X6» PHŞ-nın 18 mart 2025-ci il tarixli 198/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə olunmuş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komisiyyası aşağıdakı nəticəyə gəlir: 1). İddiaçı mütəxəssis müayinəsi zamanı onun burun ucu qığırdaqlarında, burun kolumellasında ödemin olduğu, həmçinin təkrar revizyon əməliyyata ehtiyac olduğu müəyyən edilmişdir. Bu da onun üzərində icra edilmiş septorinoplastika cərrahiyyə əməliyyatının taktiki olaraq qüsurlu icrası ilə əlaqədar olmuşdur. 2). İddiaçı burun nahiyəsində yaranmış qüsurların aradan qaldırılması üçün təkrar cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X6» PHŞ-nın 30 iyul 2025-ci il tarixli 657/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə olunmuş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komisiyyası aşağıdakı nəticəyə gəlir: 1.3.). İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərər vurmanın qiymətləndirilməsində meyar kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamət müəyyən edilmədi. 2). İddiaçı mütəxəssis müayinəsi zamanı onun burun ucu qığırdaqlarında, burun kolumellasında ödemin olduğu, həmçinin təkrar revizyon əməliyyata ehtiyac olduğu müəyyən edilmişdir. Bu da nəfəsalma ilə bağlı çətinlik törətmir. 4). İddiaçı üzərində təkrar revizyon əməliyyatın aparılmasına tibbi göstəriş var, aparılacaq əməliyyatın proqnozu barədə öncədən fikir söylənilməsi mümkün deyil. 5). İddiaçı burun ucu qığırdaqlarında və burunun kolumellasında ödemin olması onun üzərində icra edilmiş «Septorinoplastika» cərrahiyyə əməliyyatının taktiki olaraq qüsurlu icrası ilə əlaqədar olmuşdur. Bu da, təkrar revizyon əməliyyatla aradan qaldırıla bilər. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, təkrar Rinoseptoplastika əməliyyatının sərfiyyat xərcləri əməliyyatın müddəti, həcmi, orqanın hazırdakı strukturu, əməliyyatdan sonrakı bərpa dövrünün spesifikliyi faktorlarından asılı olduğu üçün qiymət yalnız fərdi müayinədən sonra bəlli olur. Təkrar Rinoplastika əməliyyatları rekonstruktiv dəyişikliklər tələb etdiyindən ətraflı kliniki-instrumental müayinələrin nəticələri əsasında, qoyulmuş diaqnoz və planlaşdırılmış cərrahi müdaxilə əsasında xərclər formalaşır. - 29.08.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 153 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Həmçinin «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun: - 24-cü maddəsinə əsasən pasiyentin hüquqları pozulduqda, o, müalicə profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. - 49-1-ci maddəsinə əsasən əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. - 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. - 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci madəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). - 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxslərin öz işçilərinin törətdiyi mülki hüququ pozuntusuna (delikt) görə məsuliyyət daşıyır. Bu zaman isə müvafiq hüquqi və fiziki şəxsin tapşırığı ilə fəaliyyət göstərən şəxs də işçi sayılır. - 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, davadərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. - 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli «Praktiki tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiya Qaydası»nın təsdiq edilməsi barədə 108 nömrəli Qərarının 5.3-cü maddəsinə əsasən sertifikasiyadan keçməyən səhiyyə mütəxəsisslərinin praktiki tibbi və ya əczaçılıq fəaliyyətinə buraxılması qadağandır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Plenum Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”sının 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddəsinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmə Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 3 noyabr 2010-cu il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa İnsan Hüquqları Məhkəməsi 23 mart 2010-cu il tarixli «Oyal Türkiyəyə qarşı» işində deyilir ki, Konvensiyasının 2-ci maddəsinə əsasən, hər kəsin yaşamaq hüququ qanunla qorunur. Bu o deməkdir ki, öz yurisdiksiyası altında olan şəxsin həyatının qorunması üçün lazımi tədbirlər görmək dövlətin pozitiv öhdəliyidir. Bu prinsiplər ictimai səhiyyə sahəsinə də aiddir. Qeyd edilən pozitiv öhdəlik dövlətdən onu tələb edir ki, öz pasiyentlərinin həyatının qorunması üçün lazımi tədbirlər görməli olan, dövlət və ya şəxsi olmasından asılı olmayaraq qane edici xəstəxanalarla bağlı qaydalar qəbul etməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı üzərində Cavabdeh2 tərəfindən cavabdeh qismində cəlb edilmiş "xxxx" və "xxxx"nda yuxarıda qeyd edilən cərrahiyyə əməliyyatları icra olunmuş, həmin əməliyyatlar aparılarkən Cavabdeh2 həmin dövr üçün qüvvədə olan sertifikatı olmamış, cərrahiyyə əməliyyatları onun tərəfindən taktiki cəhətdən qüsurlu (qeyri-düzgün) aparılmış, nəticədə iddiaçı keyfiyyətli tibbi xidmət almamış, əksinə, revizyon cərrahiyyə əməliyyatına zərurət yaranmışdır. İddiaçı qeyd olunan halla bağlı həm fiziki cəhətdən narahatçılıq, həm də mənəvi iztirab keçirməyə başlamış, bununla bağlı ilk olaraq Nəsimi rayon prokurorluğuna müraciət etmiş, prokurorluq tərəfindən həmin müraciət üzrə araşdırma aparılmış, izahatlar alınmış, müvafiq ekspertiza təyin edilərək tibbi ekspertin rəyi alınmış, lakin Cavabdeh2 əməlində cinayət tərkibi olmaması əsası ilə material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilsə də, onun lisenziya olmadan tibbi fəaliyyətlə məşğul olmaqla Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə uyğun inzibati xətanı, "xxxx" klinikası tərəfindən isə Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi, yəni sertifikasıyadan keçməyən şəxslərin praktik tibbi və əczaçılıq fəaliyyətinə buraxılmasına görə pozuntu etdiyi müəyyən olunmuşdur. Bununla bağlı Cavabdeh2 və "xxxx" Klinikası barədə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün ibtidai araşdırma prossessual rəhbərliyi həyata keçirən prokurora təqrirlə müraciət edilməsi nəzərdə tutulmuşdur. İşin bu halları yalnız iddiaçı tərəfin izahatları ilə deyil, həm də prokurorluğun təyin etdiyi və hazırki iş üzrə təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X6» PHŞ-nın rəyləri və Nəsimi rayon prokurorluğunun 05 avqust 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı”nın məzmunu ilə də tam təsdiq edilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə hesab edir ki, araşdırma zamanı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəylərinin sübut növü kimi qəbul edilməməsinə dair cavabdeh tərəfin dəlilləri ehtimal və mülahizə xarakterli olduğundan, həmin rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə ki, bütün rəylərdə aydın göstərilmişdir ki, İddiaçı mütəxəssis müayinəsi zamanı onun burun ucu qığırdaqlarında, burun kolumellasında ödemin olduğu, həmçinin təkrar revizyon əməliyyata ehtiyac olduğu müəyyən edilmişdir. Bu da onun üzərində icra edilmiş septorinoplastika cərrahiyyə əməliyyatının taktiki olaraq qüsurlu icrası ilə əlaqədar olmuşdur. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı tələbində Medaura klinikası və həkim Cavabdeh2 ödədiyi 1.200 manat məbləği, həm də yenidən əməliyyata girməsi üçün tələb olunan 10.000 manat əməliyyat xərcini maddi ziyan ziyan kimi qiymətləndirmişdir. Məhkəmə iddianın bu hissəsi ilə bağlı qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuranşəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən 1200 manat ödəniş müqabilində onun burun ucu qığırdaqlarında və burunun kolumellasında ödemin olmasının üzərində icra edilmiş «Septorinoplastika» cərrahiyyə əməliyyatının taktiki olaraq qüsurlu icrası ilə əlaqədar olması artıq işin mübahisəsiz halıdır və iddiaçı həmin məbləği maddi ziyan əvəzi olaraq cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 tələb etməkdə haqlıdır. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü ildə Cavabdeh2 600 manat vermiş, sonuncu həmin məbləğin 350 manatını "xxxx" MMC-nin hesabına ödəməklə kassa çeki almış, daha sonra iddiaçı 6 ay ərzində hər ay 100 manat olmaqla 600 manatı da Cavabdeh2 ödəmişdir. Cavabdeh iddiaçı üzərində Medicare Klinikasında təkrar əməliyyat aparması ilə bağlı əlavə pul almamışdır. Cavabdeh2 prokurorluğa verdiyi izahatında 2023-cü ilin noyabr ayında iddiaçının narazılıqlarına görə qardaşı tərəfindən onun kartına 3 dəfəyə 2200 manat göndərməsini göstərsə də, iddiaçı məhkəmə baxışında bu faktı təsdiq etməmişdir. Məhkəmə də hesab edir ki, nə qədər ki, iddiaçı qeyd edilən halı etiraf etməmiş və cavabdeh də məhkəmə iclasında iştirak etməyərək prokurorluğa verdiyi izahatında göstərilənləri təsdiqi ilə bağlı sübutlar təqdim etməmişdir, bu halda iddiaçı tərəfin mövqeyi daha üstün, inandırıcı və əsaslı sayılır. Cavabdehin iddiaçının narazılıqlarına görə onun kartına 3 dəfəyə 2200 manat göndərməsi faktı təsdiq olunmasa da belə, məhkəmənin qənaətinə görə cavabdehin bunu izahatında göstərməsi onun iddiaçıdan həqiqətən də əməliyyatla bağlı pul almasını birbaşa təsdiq edir. Məhkəmə cavabdeh "xxxx" klinikası MMC-nin rəhbərliyinin əməliyyatın nəticələrinə görə hüquqi məsuliyyət daşıdığına dair iddianın əsassızlığına dair etirazın dəlili ilə bağlı qeyd edir ki, əvvəla Klinikanın kassasına cəmi 350 manat ödəniş edilməsi etiraf edilməklə iş materialları ilə təsdiq edilir. Həmçinin iddianın predmeti olmasa da məhkəmə vurğulayır ki, "xxxx" MMC-nin lisenziyası olmayan, tibbi fəaliyyətlə məşğul olmaq, cərrahiyə əməliyyatı etmək səlahiyyəti olmayan Cavabdeh2 arasında sonuncu tərəfindən tibbi menecer xidmətlərinin göstərilməsi ilə bağlı 05 yanvar 2023-cü il tarixli müqavilə etibarlı sənəd kimi qiymətləndirilə bilməz. Cavabdeh klinika Cavabdeh2 öz sahəsində iddiaçı üzərində göstərilən əməliyyatı aparmağa bu müqavilə əsasında şərait yaratması özüözlüyündə qanuna zidd olmaqla, nəticədə həkimin işini düzgün icra etmədiyinə görə səhhətində yaranmış ciddi problemlərlə üzləşmişdir. Buna görə də cavabdeh klinika da digər Cavabdeh2 ilə birlikdə iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcısı kimi qiymətləndirilir və iş materiallarında Medaura Klinikasına septoplastikanın icra edilməsi üçün 350 manat ödənişlə bağlı xx.xx.2023-cü il tarixli 1875 saylı çekin mövcud olduğu üçün həmin cavabdeh Klinikadan göstərilən məbləğ, digər 850 manat isə Cavabdeh2 iddiaçının xeyrinə maddi ziyan əvəzi olaraq tutulmalıdır. Məhkəmə maddi ziyanla bağlı tələbin İddiaçı burun nahiyəsində yaranmış qüsurların aradan qaldırılması üçün təkrar cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin tutulmasına dair hissəsi üzrə qeyd edir ki, iş üzrə ekspertiza rəylərindən göründüyü kimi, onun üzərində təkrar revizyon əməliyyatın aparılmasına tibbi göstəriş vardır. Məhkəmə hesab edir ki, İddiaçı üzərində yenidən septoplastika və rinoplastika əməliyyatı keçirtməsi zəruriyyəti yaranmışdır ki, qüsurlu əməliyyat nəticəsində nəfəs almasında davam edən çətinlik və burnunda yaranan görüntü qüsuru aradan qalxması üçün cavabdehlərdən tələb edilən maddi zərərin tutulması labüddür. Lakin məhkəmə həmin məbləğin məhz 10000 manat olmasına dair tələbi qismən əsaslı sayır. Belə ki, ekspertiza rəyinə əsasən aparılacaq əməliyyatın proqnozu barədə öncədən fikir söylənilməsi mümkün deyil. Həmçinin iş materiallarında olan digər tibb müəssisəsinin mülahizəsinə görə təkrar Rinoseptoplastika əməliyyatının sərfiyyat xərcləri əməliyyatın müddəti, həcmi, orqanın hazırdakı strukturu, əməliyyatdan sonrakı bərpa dövrünün spesifikliyi faktorlarından asılı olduğu üçün qiymət yalnız fərdi müayinədən sonra bəlli olur. Təkrar Rinoplastika əməliyyatları rekonstruktiv dəyişikliklər tələb etdiyindən ətraflı kliniki-instrumental müayinələrin nəticələri əsasında, qoyulmuş diaqnoz və planlaşdırılmış cərrahi müdaxilə əsasında xərclər formalaşır. Bundan əlavə, iddiaçının özünün də ərizəsində qeyd etdiyi kimi əməliyyatın yenidən həyata keçirilməsi üçün ona konkret məbləğ deyil, təqribi 6-10 min manat məbləğin olması bildirilmişdir. Göründüyü kimi bu hissədə əməliyyatın yenidən həyata keçirilməsi üçün hansı məbləğin ödənilməsi hazırda qeyri-müəyyəndir, lakin bu iddianın bu hissəsinin tam əsassız olması qənaətinə gəlmir. Belə ki, işin araşdırılmış və müəyyən edilmiş halları onu deməyə əsas verir ki, iddiaçının hazırki durumu onun həyat yaşamına psixoloji və mənəvi narahatlıq yaratmasına davam edir və cavabdeh həkimin yol verdiyi nöqsanın aradan qaldırılması üçün yeni əməliyyata zərurət olması aşkar olmaqla bu əlavə maliyyə vəsaiti tələb edir. Məhkəmə əməliyyatın yenidən həyata keçirilməsi üçün tələb olunan konkret məbləğlə bağlı sübut təqdim edilmədiyi üçün ağlabatan məbləğ olaraq bunu 5000 manat həddində müəyyən edilməsini ədalətli və məqbul sayır və hesab edir ki, bu məbləğ bütün cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, Medicare Klinikasının da qanunsuz hərəkətləri ilə iddiaçıya maddi ziyanın vurulması arasında səbəbli əlaqə mövcuddur. X9 Cavabdeh2 iddiaçı üzərində yenidən, növbəti qüsurlu cərrahiyə əməliyyatı aparmasına şərait yaratmasında özünü ifadə edir. Beləliklə də məhkəmə hesab edir ki, iş materialları ilə qeyd edilən cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin vurulması arasında səbəbli əlaqə mövcudluğu öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə hesab edir ki, maddi ziyanın vurulması ilə iddiaçıya həm də cavabdehlər tərəfindən mənəvi ziyanın vurulması arasında da səbəbli əlaqə mövcuddur. Başqa sözlə, hüquq pozuntusunun, qanunsuz hərəkətlərin mövcudluğu artıq mənəvi ziyanın, sarsıntının mövcud olmasının təsdiqidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə daha sonra qeyd edir ki, mənəvi zərər şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatçılıq, məyusluq, ədalətsizlik və ya alçaltma hissi üzün müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyətidir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.(Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli qərarı). Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, zərərvuran şəxsin hüquqazidd davranışı ilə mənəvi zərər (şəxsi qeyri-əmlak hüquqlarının pozulması və ya qeyri-maddi nemətlərə qəsd nəticəsində sarsıntı və iztirab keçirməsi) arasında səbəbli əlaqənin mövcudluğu ona dəlalət edir ki, zərərvuranın hüquqa zidd davranışı nəticəsində fiziki və mənəvi sarsıntılar keçirilmişdir. Hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi cavabdeh həkim tərəfindən iddiaçı üzərində cərrahiyə əməliyyatının qüsurlu aparılması faktının özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Məhkəmə hesab edir ki, iddiaçının üzərində qüsurlu keçirilmiş cərrahiyyə əməliyyatı nəticəsində onun sağlamlığının qismən pozulması, normal həyatını davam edə bilməməsi, bununla da mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi kimi hallar onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur. Məhkəmə göstərilən qənaətə gələrkən iddiaçının psixi-emosional sferasında əhvalruhiyyəsinin bir qədər aşağı olması, narahatlıq, gərginlik, ağrılara qarşı dözümsüzlük, bezikmə, dözüm-iradi səviyyəsində enmə narahatlıq, gərginlik və bununla bağlı müəyyən edilən psixoloji vəziyyətləri keçirdiyi əməliyyatlardan sonrakı fəsadlaşma ilə əlaqədar olmasına dair iddiaçı tərəfin mövqeyi ilə tam razılaşır və eyni zamanda hesab edir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan tələb olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Belə ki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərməli idi. Məhkəmə iş materiallarına əsasən iddiaçının hazırki sağlamlıq durumu ilə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanın vurulması ilə yanaşı mənəvi ziyanın vurulması arasında da səbəbli əlaqə mövcudluğu nəzərə alaraq mənəvi ziyanın məbləğinin insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olmaqla, şəxsin maddi qazanc əldə etməsinə yönəlməməli olmasını da qeyd edərək iddiaçının mənəvi ziyana görə tələb etdiyi 10.000 manat məbləğində kompensasiyanı qeyd olunan meyarlara uyğun hesab etmir. Məhkəmə tutulmalı olan kompensasiya məbləğini işin halları, iddiaçının qüsurlu əməliyyat nəticəsində çəkdiyi mənəvi sarsıntı və iztirabları, eyni zamanda formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 5000 manat həddində mənəvi ziyanın tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əməliyyat üçün ödənilmiş 1200 manat pulun 350 manatı cavabdeh "xxxx" MMC-dən və 850 manatı isə Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, yenidən əməliyyat olunması üçün 5.000 manat pul, mənəvi ziyana görə 5.000 manat pul və ödənilmiş dövlət rüsumunun 124 manat hissəsi cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əməliyyat üçün ödənilmiş 1200 manat pulun 350 manatı cavabdeh "xxxx" MMCdən və 850 manatı isə Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Yenidən əməliyyat olunması üçün 5.000 manat pul, mənəvi ziyana görə 5.000 manat pul və ödənilmiş dövlət rüsumunun 124 manat hissəsi cavabdehlər "xxxx" MMCdən, Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar