Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5292/2025 19.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 MMC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ölümünə görə sığorta ödənişi məbləğinə bərabər vəsaitin cavabdehlərdən tutulub iddiaçının xeyrinə ödənilməsin barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, mərhum X10 Cavabdeh1 MMC-də sürücü işləyərkən xx.xx.2025-ci il tarixdə Cavabdeh1 MMC-yə məxsus nəqliyyat vasitəsini idarə edərkən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölmüşdür. Qeyd olunan hadisə ilə bağlı mərhum X6 işəgötürən müəssisəsi olan Cavabdeh1 MMC tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə sığorta ödənişinin verilməsi üçün "xxxx" ASC-yə müraciət edilmiş, "xxxx" ASC tərəfindən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Bununla bağlı bildirmək istəmişdir ki, mərhum X10 Cavabdeh1 MMC-də sürücü vəzifəsində işlədiyi zaman iş vaxtı Qusar rayonunda ezamiyyətdə olarkən öz əmək funksiyalarını icra edərkən, Cavabdeh1 MMC-yə məxsus nəqliyyat vasitəsini idarə edərkən qəfləti ürək dayanması nəticəsində dünyasını dəyişmişdir. Qeyd olunan hallar X6 ölüm faktının təsdiq edilməsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-2175/2025 saylı qətnaməsində də öz əksini tapmışdır. Cavabdeh "xxxx" ASC iddiaya etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X2 Həyat ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********004 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsinin xx.xx.2024-cü il tarixli, PH**********/41 saylı illik qoşmasının əlavəsi əsasında sığortalanmışdır. Məlum olmuşdur ki, sığorta olunan xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası qanununun 10.1-ci bəndində görə, sığorta hadisəsi istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı və 10.1.2-ci bəndinə görə, şəxsin ölümü haqqında şəhadətnamə ilə müəyyən edilir. Göründüyü kimi, qanunun tələbinə əsasən yalnız bu sənədlər olduğu təqdirdə sığortaçı tərəfindən faydalanan şəxslərə həyata keçirilə bilər. Lakin, sığorta olunanın ölümü ilə bağlı araşdırma aparan Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin xx.xx.2025-ci il taıixli, 3-17-5/2-31973/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3- 17-5/2-76854/2025 nömrəli məktublarından görünür ki, baş vermiş hadisənin istehsalatla əlaqəliliyinin müəyyən edilməsi mümkün olmamışdır. Qanunun 2.0.10-ci bəndinə görə, istehsalatda bədbəxt hadisə - əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Paşa Həyata təqdim olunan məlumatlarda isə ölümə gətirib çıxaran hər-hansı travma və ya zədənin qeydə alınmadığı, “Qusar Təcili və X5 Stansiyası”nın xx.xx.2025-ci il tarixli “Ölüm haqqında xəbərdarlıq vərəqəsi’ndə sığorta olunanın ölümünün ilkin səbəbi kimi “qəfləti ürək dayanması” qeyd olunduğu müəyyən olunur. Qanunun 20.0.3-cü bənində görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci bəndində baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişin verilməsindən imtina əsası kimi müəyyən edilmişdir. İşin yuxarıda sadalanan halları hadisənin istehsalatda bədbəxt hadisə kimi qiymətləndirilməsinə imkan vermədiyindən, Paşa Həyat tərəfindən işəgötürənə ünvanlanan xx.xx.2025-ci il tarixli, PHS-**********2 saylı məktubda sığorta ödənişinin verilməsindən imtina edildiyi bildirilmişdir. Həmin məktubda hadisə yenidən təhqiq olunmaqla istehsalatda bədbəxt hadisə kimi qiymətləndirilərsə və ya məhkəmə qərarı ilə istehsalatda bədbəxt hadisə kimi təsdiq olunarsa yenidən müraciət edilməsi xahiş edilmişdir. Cavabdeh1 MMC iddiaya etirazla məhkəməyə müraciət edərək iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X10 "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********604 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinin xx.xx.2024-cü il tarixli, PH**********/41 nömrəli illik qoşmasının əlavəsi əsasında sığortalanmışdır. xx.xx.2025-ci il tarixdə sığorta olunan sığortalıya məxsus avtomobili idarə edərkən qəfil ürək tutması nəticəsində vəfat etmişdir. Baş vermiş hadisə ilə bağlı sığortalı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq X9 Xidmətinə məlumat verilmiş və müvafiq sənədlər təqdim edilmişdir. Lakin, X9 Xidməti tərəfindən aparılmış araşdırmanın nəticəsinə əsasən sözügedən hadisənin istehsalatla əlaqəli olması müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, sığortalı öz qanuni öhdəliyini yerinə yetirərək sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamış və sığorta haqqını tam həcmdə ödəmişdir. Sığorta olunanın vəfatı ilə bağlı müvafiq dövlət orqanlarına və sığortaçıya məlumatın verilməsi, eləcə də tələb olunan sənədlərin təqdim edilməsi sığortalı tərəfindən həyata keçirilmişdir. Bununla yanaşı, baş vermiş hadisənin istehsalatla əlaqəliliyinin müəyyən edilməsi və ya sığorta ödənişinin həyata keçirilməsi sığortalının səlahiyyətinə aid deyildir. Sonradan iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, X6 ölümünə görə sığorta ödənişi məbləğinə bərabər olan 15 403,60 manat məbləğində vəsaitin cavabdehlərdən tutulub iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta iizrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısının 1.1-ci maddəsindən görünür ki, birdəfəlik sığorta ödənişləri üzrə sığortaçı tərəfindən sığorta ödənişinin təyin edilməsi, sığorta hadisəsi nəticəsində ... sığorta olunan öldüyü halda, onun himayəsində olmuş ailə üzvləri haqqında arayış, habelə valideynlərdən birinin - arvadının (ərinin) və ya digər ailə üzvünün sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb müəssisələrinin rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etmələri barədə arayış (1.1.6-cı bənd) və s. digər sənədlər əsasında həyata keçirilir. Vurğulamaq lazımdır ki, Siyahının 1.1.6-cı bəndində qeyd olunan bu sənədlər sığortaçı tərəfindən "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında " Qanunun (bundan sonra “Qanun”) 5.1.2-ci bəndində nəzərdə tutulmuş faydalanan şəxslərin mövcudluğunu müəyyən etmək məqsədi daşıyır. Qanunun 5.3-cü maddəsinə görə isə, bu Qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər. Hazırda mərhumun ailə üzvləri tərəfindən tələb olunan müvafiq sənədlər PAŞA Həvata təqdim edilmədiyindən, yalnız Qanunun 5.3-cü maddəsinə əsasən sığorta olunanın (sığorta hadisəsi nəticəsində öliim halında) faydalanan şəxs hesab edilə biləcək ailə üzvlərinə ödənilməsi mümkün olan sığorta ödənişi barədə məlumat tərəfimizdən təqdim edilə bilər. Həmçinin mərhumun ailə üzvlərindən aldığımız şifahi məlumat əsasında məlum olmuşdur ki, onun ailə üzvləri içərisində Qanunun 5,1.2-ci maddəsində qeyd olunmuş faydalanan şəxslərin dairəsinə düşən hər hansı bir şəxs yoxdur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası"mn 2.2-ci bəndinə görə. Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı şəxs mövcud oimadıqda, birdəfəlik sığorta ödənişi sığorta olunanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə ənıək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydası' na uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır. Mərhumun qanunvericiliyə uyğun olaraq hesablanmış orta aylıq əmək haqqı məbləğinin müəyyən etmək məqsədilə, onun işəgötürəni olmuş Cavabdeh1 MMC-yə tərəflərindən sorğu ünvanlanmışdır. Təqdim edilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, mərhumun vəfat etdiyi aydan əvvəlki aylar üzrə orta aylıq əmək haqqı 1283,63 manat olmuşdur. Yekun olaraq, X6 vəfatı sığorta hadisəsi hesab edildiyi təqdirdə onun faydalanan şəxs hesab oluna biləcək ailə üzvlərinə həyata keçirilməsi mümkün sığorta ödənişinin məbləği 15403,60 manat təşkil edəcəkdir. Lakin, yuxarıda də qeyd etdiyi kimi, sığorta olunan himayəsində olmuş ailə üzvləri haqqında arayış, habelə valideynlərdən birinin - arvadının (ərinin) və ya digər ailə üzvünün sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb müəssisələrinin rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etmələri barədə arayış və s. digər tələb olunan sənədlər tərəfimizə təqdim ediliyi halda sığorta ödənişin qanunvericiliyə uyğun olaraq fərqli məbləğdə hesablanması mümkündür. Cavabdeh1 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş ərizə ilə məhkəməyə müraciət etməklə ərizəsində göstərmişdir ki, Cavabdeh1 MMC-yə münasibətdə iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilsin. Cavabdeh1 MMC-nin və ya cəmiyyətin müvafiq səlahiyyətli şəxslərinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qanuni qüvvəyə minmiş hər hansı məhkəmə və ya inzibati orqanın qərarı mövcud deyildir. Qeyd edilməlidir ki, istehsalatda baş vermiş bədbəxt hadisə barədə işəgötürən tərəfindən hadisənin baş verdiyi gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Bununla yanaşı, məhkəmənin diqqətinə çatdırmışdır ki, hətta fərz edilsə belə, işəgötürən tərəfindən qeyd edilən orqana məlumatın vaxtında verilməməsi halı mövcud olmuş olsaydı belə, bu hal özlüyündə istehsalatda baş vermiş ölüm hadisəsinin istehsalatla bağlılığının araşdırılmasına və hüquqi qiymət verilməsinə maneə təşkil etmir. Belə ki, işəgötürənin müvafiq icra hakimiyyəti orqanına məlumat vermək öhdəliyi prosedur xarakterli öhdəlikdir və bu öhdəliyin pozulması baş vermiş hadisənin mahiyyətinin, yəni ölümün istehsalat fəaliyyəti ilə səbəbli əlaqəsinin araşdırılmasını istisna etmir. Qanunvericiliyin məqsədi istehsalatda baş vermiş bədbəxt hadisələrin obyektiv, hərtərəfli və tam araşdırılmasını təmin etməkdir və bu məqsəd formal prosedur pozuntuları ilə məhdudlaşdırıla bilməz. Bu baxımdan, məlumat vermə öhdəliyinin yerinə yetirilibyetirilməməsi məsələsi işəgötürənin inzibati və ya digər məsuliyyətinin qiymətləndirilməsi kontekstində ayrıca hüquqi əhəmiyyət kəsb edə bilsə də, ölüm hadisəsinin istehsalatla bağlılığının müəyyən edilməsi baxımından həlledici və məhdudlaşdırıcı amil kimi çıxış etmir. Eyni zamanda qeyd olunmalıdır ki, istehsalatda baş vermiş bədbəxt hadisənin istehsalatla bağlı olub-olmaması hadisənin başvermə şəraiti, iş prosesinin xüsusiyyətləri, əmək funksiyasının icrası ilə əlaqəsi, texniki və təşkilati amillər, habelə digər sübutlar əsasında müəyyən edilir. Bu qiymətləndirmə yalnız faktiki hallar və sübutlar əsasında aparılmalı, formal xarakterli prosedur məsələləri ilə əvəz edilməməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs 12 №-li Bölgə Üzrə X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işdə iştirak şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materialları: İş materiallarında olan Füzuli rayon notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi arvadı İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Cavabdeh1 MMC-nin məlumatına əsasən vəfat etdiyi günədək hesablanmış 162.8 manat əmək haqqı, vəfat etdiyi günədək istifadə etmədiyi məzuniyyət üçün 598.52 manat kompensasiya, işçinin vəfatı ilə bağlı müavinət 3828.17 manat vəsaitlərdən ibarət olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2025-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsində əks olunan Qusar Təcili və X5 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsində göstərilmişdir ki, X10 qəfləti ürək dayanması səbəbindən ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba-Xaçmaz regional şöbəsi tərəfindən Cavabdeh1 MMCyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, DƏMX-nin Quba- Xaçmaz regional şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli SBD-017/25 nömrəli məktubunda Cəmiyyətin **-JP-*** dövlət qeydiyyat nişanlı HOWO markalı beton qarışdıran avtomobilin sürücüsü X6 və X1 xx.xx.2025-ci il tarixdə beton daşınmasına kömək etmək məqsədilə Bakı şəhərindən Cəmiyyətin Xaçmaz rayonunda yerləşən beton zavoduna ezam edildiyi, Ş.B.Tarverdiyevin bildirdiklərinə əsasən o, Cəmiyyətə məxsus digər avtomobil ilə R.B.Əliyev ilə birlikdə Xaçmaz rayonundan Qusar rayonunun Şahdağ ərazisinə beton sifarişini apararkən saat 18:30 radələrində R.B.Əliyevin ona telefon zəngi etdiyi, idarə etdiyi avtomobildə nasazlıq olduğunu və avtomobili saxladığını bildirdiyi, daha sonra Ş.B.Tarverdiyevin beton sifarişinin çatdırılmalı olan məntəqədən çıxdığı və Qusar rayonunun Şahdağ ərazisinin yaxınlığında (5 dəqiqəlik məsafədə) R.B.Əliyevin idarə etdiyi yük avtomobilinin yolun kənarında dayandığını gördüyü, Ş.B.Tarverdiyevin R.B.Əliyevə yaxınlaşdıqda onun huşsuz vəziyyətdə olduğunu gördüyü, dərhal təcili tibbi yardıma məlumat verdiyi, hadisə yerinə gələn təcili tibbi yardım briqadasının işçiləri R.B.Əliyevin artıq öldüyünü aşkarladıqları, R.B.Əliyev ilə hər hansı avtomobil qəzasının baş vermədiyi, təcili tibbi yardımın rəyinə əsasən R.B.Əliyevin ölümünə səbəb “Qəfləti ürək dayanması” olduğu və R.B.Əliyevin əvvəllər səhhətində Cəmiyyətə məlum olan hər hansı şikayətinin olmadığı qeyd edilmişdir. Aparılan araşdırma zamanı hadisə ilə əlaqədar Cavabdeh1 MMC-nin beton qarışdıran avtomobilin sürücüsü X1 xx.xx.2025-ci il tarixdə DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinə verdiyi izahatda xx.xx.2025-ci il tarixdə beton daşınmasına kömək məqsədilə Cəmiyyətə məxsus **-JD-*** dövlət qeydiyyat nişanlı VOLVO markalı beton qarışdıran avtomobil ilə Bakı şəhərindən Cəmiyyətin Xaçmaz rayonunda yerləşən beton zavoduna göndərildiyi, həmin beton zavoddan X10 ilə birlikdə Qusar rayonunun Şahdağ ərazisinə beton sifarişini aparmalı olduqları, saat 16:30 radələrində Xaçmaz rayonunda yerləşən beton zavodundan Qusar rayonunun Şahdağ ərazisinə doğru çıxdıqları, R.B.Əliyevin 20-25 dəqiqəlik interval ilə onun arxasınca gəldiyi, qeyd olunan yükü Şahdağ ərazisində yerləşən məntəqəyə boşaltıqdan sonra saat 18:30 radələrində R.B.Əliyevin ona telefon zəngi etdiyi, idarə etdiyi avtomobildə nasazlıq olduğunu və avtomobili saxladığını bildirdiyi, Ş.B.Tarverdiyev kömək üçün yanına gələcəyini bildiridiyi, geriyə qayıdarkən Şahdağ ərazisinin yaxınlığında (5 dəqiqəlik məsafədə) R.B.Əliyevin idarə etdiyi yük avtomobilinin yolun kənarında dayandığını gördüyü, kömək etmək məqsədilə avtomobilə doğru gedərkən R.B.Əliyevin sükan arxasında “başının sinəsinə söykənmiş” vəziyyətdə gördüyü, daha sonra hadisə barədə təcili tibbi yardıma və Cəmiyyət rəhbərliyinə məlumat verdiyi, hadisə yerinə gələn təcili tibbi yardım briqadasının R.B.Əliyevi apardıqları, hadisə baş verərəkən R.B.Əliyevin tək olduğu və yanında heç kəsin olmadığı qeyd edilmişdir. “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən təqdim edilmiş xx.xx.2025-cü il tarixli 18-1-54/2-302/2025 nömrəli məktubda X6 Xəstəxanaya müraciətinin olmadığı qeyd edilmişdir. Aparılan araşdırma zamanı Cavabdeh1 MMC tərəfindən DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinə təqdim edilmiş “Qusar Təcili və X5 Stansiyası”nın xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndə X6 həkiməqədər ölümünün aşkarlandığı və ölümünün ilkin səbəbi “Qəfiəti ürək dayanması” olduğu qeyd edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Qusar rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 44 nömrəli məktubunda X6 meyitinin AR MTE və PA Birliyinin Qusar rayon şöbəsinə daxil olmadığı qeyd edilmişdir. Aparılan araşdırma zamanı alınmış izahatlarda və təqdim edilmiş sənədlərdə X6 xx.xx.2025-ci il tarixdə Qusar rayonu ərazisində ölümü ilə nəticələnmiş bədbəxt hadisə baş verdiyi, lakin baş verən bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən X9 Xidmətinə bu barədə məlumatın verilmədiyi aşkar edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi üzrə inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması məqsədilə toplanmış materiallar tərəfindən aidiyyəti üzrə DƏMX-nin Bakı şəhər idarəsinə göndərilmişdir. R.B.Əliyevin xx.xx.2025-ci il tarixdə ölümünün xarakteri və ağırlıq dərəcəsi barədə məhkəms-tibbi ekspertizasının, eyni zamanda məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəyləri araşdırmaya təqdim edilmədiyindən onunla baş vermiş hadisənin istehsalatla əlaqəliliyinin tərəfimizdən müəyyən edilməsi mümkün olmamışdır. X10 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından "xxxx" ASCdə icbari sığorta olunmuşdur. Bununla əlaqədar məlum edilmişdir ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il № 999 nömrəli Qanunun 10.1.1-ci bəndinə “istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı” və 10.1.2-ci bəndinə əsasən “müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə” olduğu təqdirdə sığorta olunana və ya onun vərəsəsinə müvafiq sığorta ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. R.B.Əliyevin ölümünün xarakteri və ağırlıq dərəcəsi barədə məhkəmə-tibbi ekspertizasının, eyni zamanda məhkəmətəhlükəsizlik texnikası ekspertizasının rəyləri araşdırmaya təqdim edildiyi təqdirdə müraciətinizə yenidən baxılaraq cavablandırılacaqsınız. Eyni zamanda X6 “Ölüm haqqında şəhadətnamə”si və ya bunula əlaqədar məhkəmə qərarı Cəmiyyət tərəfindən əldə edildiyi təqdirdə dərhal X9 Xidmətinə təqdim edilsin. İş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər idarəsinin tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 217. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları
1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.
2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır və baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir.
3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.
4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunu: 2.0.1. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra – icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir; 2.0.10. istehsalatda bədbəxt hadisə – sığorta olunanın əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı; 5.1. Aşağıdakı şəxslər bu Qanuna əsasən faydalanan şəxs sayılırlar: 5.1.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanlar; 5.1.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər: 5.1.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 5.1.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; 5.1.2.3. sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; 5.1.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 5.2. Bu Qanunun 5.1.2.1-ci və 5.1.2.4-cü maddələrinin məqsədləri üçün əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş şəxs dedikdə, aşağıdakılar başa düşülür: 5.2.1. 18 yaşına çatmamış uşaqlar; 5.2.2. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlar, lakin ən çoxu 23 yaşına çatanadək; 5.2.3. ata, ana, ər, arvad, övlad “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud əlilliyi olan şəxsdirsə; 5.3. Bu Qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər. 10.1. Bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: 10.1.1. istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud sığorta olunanla bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı; 10.1.2. müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
555.1. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görəmin manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 555.2. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə görəmin beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 555.3. Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görəmin səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenumun qərarı:
8. Azərbaycan Respublikası MPM-nin 307.2.7-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyətli faktın - yəni bədbəxt hadisə faktının müəyyən edilməsi ilə əlaqədar işlərə baxılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 209-cu maddəsinin 1-ci hissəsinin 13 və 14-cü abzaslarının, eləcə də 217-ci maddəsinin və digər normativ hüquqi aktların tələbləri əsas götürülməlidir. 8.1. Nəzərə alınmalıdır ki, bədbəxt hadisə faktının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi ərizəçiyə aşağıdakı məqsədlər üçün lazım ola bilər: peşə qabiliyyətini itirmə faizinin təyin edilməsi məqsədilə; bədbəxt hadisənin baş verməsində təqsirkar sayılan müəssisə, idarə və təşkilatlar tərəfindən ərizəçiyə dəyən zərərin ödənilməsi məqsədilə; istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və buna görə yüngül işə keçirilmiş ərizəçiyə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqin ödənilməsi məqsədilə; istehsalatda bədbəxt hadisələrdən sığorta ödənişlərini almaq məqsədilə və sair. Bütün hallarda istehsalatda bədbəxt hadisə faktı şəxsi və ya əmək hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və yaxud onun xitamına səbəb olmalıdır (Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsi). 8.2. Məhkəmələrə tövsiyə olunur ki, bədbəxt hadisə faktını o halda müəyyən edə bilərlər ki, ərizəçi həmin faktı təsdiq edən sənədi (təhqiqat aktını) başqa qaydada ala bilməsin və yaxud belə sənədi itirdiyindən onun bərpası mümkün olmasın. 8.3. Bədbəxt hadisə faktının müəyyən edilməsinə dair işə baxan məhkəmə əmək qabiliyyətinin itirilməsi dərəcəsini və səbəblərini, habelə əlilliyin baş verməsi vaxtını, səbəblərini, qrupunu müəyyən edə bilməz. Bütün bunlar tibbi-sosial ekspert komissiyaları tərəfindən qüvvədə olan normativ hüquqi aktlara əsasən məhkəmədənkənar qaydada həll edilməlidir. 8.4. Bədbəxt hadisə faktının müəyyən edilməsini nəzərdə tutan məhkəmənin qətnaməsində bədbəxt hadisənin baş verməsi vaxtı və yeri, zərərçəkən şəxsin adı, soyadı və atasının adı, habelə bədbəxt hadisənin istehsalatla əlaqədar olaraq baş verdiyi göstərilməlidir.
“İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 1.2. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay nəqliyyatlarının ekipaj və hava gəmilərinin heyət üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. 1.8. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X9 Xidməti həyata keçirir.
Məhkəmənin mövqeyi: İddiaçı məhkəməyə müraciət edərək göstərmişdir ki, mərhum həyat yoldaşı X10 Cavabdeh1 MMC-də sürücü vəzifəsində çalışmış və əmək funksiyalarını yerinə yetirərkən nəqliyyat vasitəsini idarə etdiyi zaman ürəyinin dayanması nəticəsində vəfat etmişdir. İddiaçının mövqeyinə görə, işəgötürən baş vermiş hadisə barədə qanunvericiliyin tələb etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanına – X9 Xidmətinə məlumat verməmiş, nəticədə hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi və bu əsasla sığorta ödənişinin verilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçı sığorta ödənişinə bərabər məbləğin həm sığorta şirkətindən, həm də işəgötürəndən tutulmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilə bilməz. İddia iki ayrı cavabdehə qarşı yönəldildiyindən, məhkəmə hər bir cavabdehə münasibətdə iddianın rədd edilməsinin hüquqi əsaslarını ayrıca qiymətləndirməyi zəruri hesab edir. İlk növbədə, sığorta şirkətinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü tələb əsassızdır. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10.1.1-ci maddəsinə əsasən, sığorta ödənişinin həyata keçirilməsi üçün baş vermiş hadisənin istehsalatda bədbəxt hadisə kimi rəsmən müəyyən edilməsi zəruridir. Qanun həmin faktın təsdiqi üçün iki hüquqi sənədi nəzərdə tutur: I. istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt; II. yaxud sığorta olunanla bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı. İş materiallarından görünür ki, qeyd olunan sənədlərdən heç biri mövcud deyildir və bu hal tərəflər arasında mübahisə doğurmayan fakt kimi müəyyən edilir. Belə olan halda, baş vermiş hadisə qanunvericiliyin tələb etdiyi qaydada sığorta hadisəsi kimi rəsmiləşdirilmədiyindən, sığortaçı tərəfindən sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsas yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən, baş vermiş hadisə icbari sığorta haqqında qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə sığortaçı sığorta ödənişini verməkdən imtina etmək hüququna malikdir. Bu norma sığorta münasibətlərində hüquqi müəyyənliyin təmin edilməsinə xidmət edir və sığorta ödənişinin yalnız qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməsini təmin edir. Eyni zamanda nəzərə alınmalıdır ki, sığorta şirkətinin funksiyası yalnız qanunvericilikdə nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişini həyata keçirməkdən ibarətdir. Hadisənin istehsalatda bədbəxt hadisə kimi araşdırılması, onun rəsmiləşdirilməsi və bu barədə müvafiq aktın tərtib edilməsi sığortaçının deyil, əmək münasibətlərini tənzimləyən qanunvericiliklə müəyyən olunmuş digər subyektlərin səlahiyyətlərinə daxildir. Buna görə də bu halların baş verməməsi və ya lazımi qaydada rəsmiləşdirilməməsi sığorta şirkətinin üzərində əlavə öhdəlik yarada bilməz. Beləliklə, iddiaçı tərəfindən sığorta hadisəsinin baş verməsini təsdiq edən qanuni sənədlər təqdim edilmədiyindən sığorta şirkətinə qarşı yönəlmiş tələb təmin edilə bilməz. İşəgötürənə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarından və X9 Xidmətinin təqdim etdiyi cavab məktubundan görünür ki, hadisə baş verərkən işəgötürən tərəfindən qanunvericiliyin tələb etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanına vaxtında məlumat verilməmişdir. Şübhəsiz ki, bu hal əmək qanunvericiliyinin tələblərinə uyğun davranış hesab edilə bilməz və işəgötürənin üzərinə qoyulmuş öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Lakin mülki hüquqi məsuliyyətin tətbiqi üçün yalnız formal pozuntunun mövcudluğu kifayət deyildir. Mülki-hüquqi məsuliyyətin yaranması üçün hüquqazidd davranış, zərər, həmin davranış ilə zərər arasında səbəbli əlaqə və təqsir kimi elementlərin mövcudluğu zəruridir. İşəgötürənin hadisə barədə müvafiq orqana məlumat verməməsi müvafiq tərkib olduqda inzibati məsuliyyətinə səbəb ola biləcək haldır. Lakin bu hərəkətsizlik özözlüyündə işəgötürənin sığorta ödənişinə bərabər məbləği işçinin varislərinə ödəməsi kimi mülki öhdəlik yaratmır. Beləki, iş materialları ilə müəyyən edilir ki, Qusar Təcili və X5 Stansiyası Ölüm haqqında Xəbərdarlıq Vərəqəsinə əsasən, mərhum X6 ölüm səbəbi ürək dayanması kimi göstərilmişdir.Bu iddiaçı da mübahisələndirmir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.10-cu maddəsinə əsasən, istehsalatda bədbəxt hadisə – sığorta olunanın əmək funksiyalarını yerinə yetirərkən bədən üzvlərinin və ya toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Normanın məzmunundan aydın görünür ki, qanun istehsalatda bədbəxt hadisə anlayışını müəyyən edərkən mütləq olaraq bədən üzvlərinin və ya toxumalarının zədələnməsi ilə müşayiət olunan sağlamlıq pozuntusunun mövcudluğunu tələb edir. Hazırkı iş üzrə isə mərhumun ölümünün hər hansı qəza, travma, zədə və ya xarici təsir nəticəsində baş verməsi müəyyən olunmur. Əksinə, mövcud tibbi sənədlər ölümün təbii səbəb – ürək dayanması nəticəsində baş verdiyini təsdiq edir. Bu halda hadisənin yalnız əmək fəaliyyəti zamanı baş verməsi onun avtomatik olaraq istehsalatda bədbəxt hadisə kimi qiymətləndirilməsi üçün yetərli sayıla bilməz. Qanunverici bu anlayışı konkret hüquqi meyarlarla müəyyən etmişdir və həmin meyarların olmadığı halda hadisəni ehtimallar və ya fərziyyələr əsasında istehsalatda bədbəxt hadisə kimi qiymətləndirmək mümkün deyildir. Məhkəmə hesab edir ki, mülki hüquqi məsuliyyət ehtimallara deyil, yalnız sübut olunmuş faktlara əsaslana bilər. Əks yanaşma hüquqi müəyyənlik prinsipini pozar, obyektiv hüquqi meyarları subyektiv ehtimallarla əvəz edər və nəticə etibarilə hüquq münasibətlərində qeyri-müəyyənlik yaradardı.Daha dəqiq desək, işəgötürənin əmək qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrini icra etməməsi yalnız həmin pozuntu ilə iddia olunan zərər arasında birbaşa səbəbli əlaqə mövcud olduqda işçi qarşısında mülki məsuliyyət yarada bilər. İş materiallarından görünür ki, işəgötürən barəsində inzibati tənbeh tətbiq olunması barədə qərar qəbul edilmiş, lakin həmin qərar pozuntunun olmaması əsası ilə deyil, inzibati xətanın törədilməsinə aidiyyəti olmayan şəxs barəsində tətbiq edildiyinə görə məhkəmə tərəfindən ləğv edilmişdir. Hər bir halda işin hallarından işəgötürənin əmək qanunvericiliyi ilə müəyyən edilmiş bəzi vəzifələri icra etmədiyi görünür. Lakin məhkəmə qeyd edir ki, şəxsin inzibati xəta törətməsi faktı öz-özlüyündə mülki məsuliyyətin yaranması üçün kifayət etmir, çünki əks halda eyni əmələ görə iki dəfə məsuliyyət tətbiq olunmuş olardı. İnzibati xətanın mövcudluğu yalnız o halda mülki məsuliyyətə səbəb ola bilər ki, həmin əməl nəticəsində başqa şəxsə real zərər dəymiş və bu zərər ilə əməl arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. Hazırkı işdə iddiaçı işəgötürənin vəzifəsini yerinə yetirməməsi səbəbindən məhrum olduğu sığorta məbləğini tələb edir.Məhkəmə bir daha qeyd edir ki, iş materiallarına əsasən, iddiaçının mərhum həyat yoldaşı ürək dayanması nəticəsində vəfat etmiş və bu hal, istehsalatda bədbəxt hadisə anlayışına birbaşa daxil olmur. Belə olan halda, işəgötürən hadisə barədə dərhal X8 məlumat versə belə, həmin hadisənin istehsalatda bədbəxt hadisə kimi qiymətləndirilibqiymətləndirilməyəcəyi yalnız ehtimal xarakteri daşıyır. Həmcinin, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada həmin hadisənin istehsalatla əlaqəli bədbəxt hadisə kimi tanınması üçün müvafiq hüquqi faktın müəyyən edilməsi barədə ayrıca məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər və belə hüquqi fakt müəyyən edildiyi təqdirdə müvafiq hüquqi nəticələr yarana bilər. Beləliklə, məhkəmə hesab edir ki, həm sığorta şirkətinə, həm də işəgötürənə qarşı irəli sürülmüş tələblər qanunvericiliyin tələbləri və iş üzrə müəyyən edilmiş faktiki hallar baxımından əsaslandırılmamışdır və bu səbəbdən iddia təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilən şəxslər kateqoriyasına aid edilməklə iddia təmin edilmədiyindən məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 MMC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələb barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Fərəcova