Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5302/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi "doğum faktının müəyyən edilməsinə dair" ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi "doğum faktının müəyyən edilməsi barədə" ərizə ilə məhkəməyə müraciət edərək, X5 doğumunun qeyd edilmə faktı müəyyən edilməklə, doğumunun akt qeydinin bərpa edilməsi, bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında Azərbaycan, İmişli rayonu, doğum tarixi qrafasında “05 aprel 1945-ci il”, atası qrafasında “X9”, atasının milliyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “X12”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası-X10 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Vərəsəlik məsələləri üzrə 6 saylı Bakı “Asan Xidmət” mərkəzinə müraciət etdikdə onlardan miras qoyanın doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. Həmin şəhadətnamə onlarda olmadığından 6 saylı Bakı“Asan Xidmət” Mərkəzi tərəfindən Dövlət Arxivinə müraciət olunmuşdur. Dövlət Arxivindən təqdim olunmuş 10 oktyabr 2024-cü il tarixli məktubda, doğum haqqında qeydiyyat kitablarında X5 təvəllüdü haqqında heç bir məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. Qeyd edir ki, mərhum atası vəfat etdiyi günədək şəxsiyyət vəsiqəsi mövcud olmuş və həmin sənədin seriya və nömrəsi-AA4249952, FİN:1LXHWW9, doğulduğu yer-Azərbaycan, İmişli rayonu, doğum tarixi-xx.xx.1945-ci il, yaşayış yeri-Bakışəhəri, ünvan 1 ünvanı göstərilmişdir. Mərhum atası-X10 ilə mərhum anası-X7 arasında 29 aprel 1970-ci il tarixdə İmişli rayon Muradxanlı icra nümayəndəliyində 06 №-liakt qeydi ilə rəsmiləşdirilmiş nikah bağlanılmışdır. X1 atası-X9 26 fevral 1972-ci il tarixdə, anası-X12 26 fevral 2003-cü il tarixdə ölmüşdür. Hazırda vərəsəlik rəsmiləşdirmələri üçün atasının doğum haqqında şəhadətnaməsinə ehtiyac olması, həmin şəhadətnamənin bərpasının başqa cür mümkün olmaması səbəbindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra ərizəçi İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X5 doğumunun qeyd edilmə faktı müəyyən edilməklə, X5 doğum haqqında şəhadətnaməsində doğulduğu yer qrafasında “Azərbaycan Respublikası, İmişli rayonu, Muradxanlı kəndi”, doğum tarixi qrafasında “05 aprel 1945-ci il”, milliyəti qrafasında “azərbaycanlı”, ata adı qrafasında “X9”, ana adı qrafasında “X12” kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X11 (AA4249952) xx.xx.1945-ci il tarixində İmişli rayonunda doğulmuşdur. İş materiallarında olan İmişli «Asan xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X9 xx.xx.1972-ci ildə ölmüşdür. Ölüm haqqında 28 mart 1972-ci il tarixli 05 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan İmişli «Asan xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X20 xx.xx.2003-cü ildə ölmüşdür. Ölüm haqqında 03 mart 2003-cü il tarixli 64 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X11 ilə X3 nikahı haqqında 29 aprel 1970-ci il tarixdə 06 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 455836 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2024-cü ildə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 602 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 392465 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2023-cü ildə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1318 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1976-cı ildə verilmiş, Vİ-ЗЖ 334253 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə doğulmuş, ata qrafasında X11, ana qrafasında isə X8 yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1945-ci ilə dair İmişli rayonu Qeydiyyat şöbəsi üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X6 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarına X6 adına olan fərdi uçot kartoçkasının sürəti əlavə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X2 X4 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmədə ərizəçinin izahatı, təqdim olunmuş sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X5 05 aprel 1945-ci il tarixdə Azərbaycan Respublikası, İmişli rayonu, Muradxanlı kəndində dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, X5 doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Fərəcov”, adı “Vahid”, ata adı “Cümşüd” doğum tarixi “05 aprel 1945-ci il”, doğum yeri “Azərbaycan Respublikası, İmişli rayonu, Muradxanlı kəndi”, milliyyəti “azərbaycanlı”, ata qrafasında “atası X9, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X12, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 05 aprel 1945-ci il tarixdə Azərbaycan Respublikası, İmişli rayonu, Muradxanlı kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. X5 doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Fərəcov”, adı “Vahid”, ata adı “Cümşüd” doğum tarixi “05 aprel 1945-ci il”, doğum yeri “Azərbaycan Respublikası, İmişli rayonu, Muradxanlı kəndi”, milliyyəti “azərbaycanlı”, ata qrafasında “atası X9, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X12, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-5302/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5302/2024
12.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver