Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5340/2025 13.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 1180 (bir min bir yüz səksən) manat və ödənilmiş dövlət rüsumuna görə 31,80 (otuz bir manat səksən qəpik) manat, ümumilikdə 1211,80 (bir min iki yüz on bir manat səksən qəpik) manat pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Minsk X250” markalı, 99 X 938 dövlət qeydiyyat nişanlı motoskileti xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Azadlıq prospekti ərazisində idarə edərkən "xxxx" ASC tərəfindən MV-C(L) 01134-24 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Hyundai Grandeur” markalı, ** YE *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Hyundai Grandeur” markalı, ** YE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 1180 (bir min bir yüz səksən) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Rzayev X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin hadisə baş verən vaxt həmin motoskiletin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmaması səbəbindən "xxxx" ASC tərəfindən “Hyundai Grandeur” markalı, ** YE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1180 (bir min bir yüz səksən) manat məbləğ Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, G-01-D-3789-2025 nömrəli məktubla Cavabdehna qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir.
3. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.
6. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
7. Nəqliyyat vasitəsinin BB seriyalı 651939 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, istehsal tarixi 2024-cü il olan “X7” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" MMC-dir.
8. xx.xx.2025-ci il tarixli AAE020658 nömrəli etibarnamədən görünür ki, X5 "xxxx" MMC-yə məxsus “X7” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinə malikdir.
9. Nəqliyyat vasitəsinin BB seriyalı 627213 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, istehsal tarixi 2023-cü il olan “Minsk X250 Motosikl” markalı, 99-X-938 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdehdur.
10. xx.xx.2024-cü il tarixli, MV-C(L) 01134-24 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, sığortalı (faydalanan şəxs) "xxxx" MMC-yə məxsus dəyəri 2024-cü il buraxılışlı, “X7” markalı, **- YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il saat 14:00–xx.xx.2027-ci il saat 14:00 müddətində "xxxx" ASC tərəfindən KASKO sığortası növündə sığortalanmışdır.
11. Cavabdeh Bakı şəhər DYPİ-də yazdığı izahatdan görünür ki, o, xx.xx.2025-ci il tarixdə saat 21:20-də özünə məxsus olan “Minsk X250 Motosikl” markalı, 99-X-938 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti ilə 28 May küçəsi istiqamətində sol zolaqla hərəkət edib Nizami küçəsi ilə kəsişmədə işıqforun yaşıl işığında motosikl qarşısında onunla eyni istiqamətdə hərəkət etməklə sol tərəfə F.Əmirov küçəsi istiqamətində dönən “Hyundai Grandeur” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin solundan keçərkən ötmə qaydasını pozaraq onunla toqquşmuş, maddi ziyanla nəticələnən YNH törətmişdir.
12. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* №-li protokoldan və inzibati tənbeh vermə haqqında TP ******* №-li, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Cavabdeh həmin tarixdə saat 21:20-də Bakı şəhəri Azadlıq prospeskti Nizami küçəsiində “Minsk X250 Motosikl” markalı, 99-X-938 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir.
13. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli MVC0416/25 nömrəli işə dair sığorta aktından görünür ki, xx.xx.2024-xx.xx.2027-ci illər ərzində “hüquqi şəxslərə məxsus avtomobillərin kompleks sığortası (lizinq üçün)” növündə sığortalanmış 2024-cü il buraxılışlı, “X7” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2025-ci il tarixdə saat 21:17-də törədilmiş sığorta hadisəsi nəticəsində zərərin ümumi həcminin 1280 manat, azadolmanın məbləği 100 manat, sığorta ödənişinin yekun məbləğinin 1180 manat olması qeyd edilmiş, faydalanan şəxsin "xxxx" MMC və sığorta ödənişinin təyinatının X1 olması göstərilmişdir.
14. "xxxx" ASC tərəfindən tərtib edilmiş MVC0509/25 nömrəli qiymətləndirmə aktından görünür ki,“X7” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1280 manat təşkil etmişdir.
15. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:20 dəqiqədə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli – “Minsk X250 Motosikl” markalı, 99-X-938 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi və sürücüsü Cavabdehdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “X7” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir (mülkiyyətçisi "xxxx" MMC və hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs X5). 16 "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli 589 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-yə məxsus “X7” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması üçün sığorta ödənişinin X2 məxsus bank kartı hesabına ödənilməsinin təmin olunması xahiş edilmişdir.
17. xx.xx.2025-ci il tarixli 8897 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC-nin hesabından “MVC0416/25 nömrəli sığorta aktına əsasən sığorta ödənişi” təyinatı ilə X1 hesabına 1180 manat məbləğində pul köçürülmüşdür.
18. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, 1180 manat məbləğində sığorta ödənişin ödənilməsi tələb edilmişdir.
19. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 31.8 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
20. İş materiallarında, həmçinin yol-nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsində toplanmış material üzrə sənədlər də vardır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh mülkiyyətində olmaqla idarə etdiyi “Minsk X250 Motosikl” markalı, 99-X-938 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “X7” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə toqquşmuşdur. Hadisə vaxtı “X7” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi könüllü sığorta növündə iddiaçı "xxxx" ASC-də sığortalı olmuşdur.
22. Törədilmiş hadisədə cavabdeh təqsirli bilinmiş, cavabdeh barəsində inzibati tənbeh vermə qərar qəbul edilmişdir.
22. Hadisə nəticəsində “X7” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabata (qiymətləndirmə aktına) əsasən, 1280 manat müəyyən edilmiş, həmin məbləğdən 100 manat azadolma məbləği çıxıldıqdan sonra 1180 manat məbləğndə pul vəsaiti “X7” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" MMC tərəfindən verilmiş etibarnamə əsasında idarə etmiş X1 hesabına köçürülmüşdür.
23. Bundan sonra iddiaçı cavabdehə pretenziya göndərərək, zərərçəkənə ödənilmiş məbləğin ödənilməsini tələb etmiş, lakin cavabdeh məbləği ödəmədiyinə görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
24. Hazırda iddiaçı cavabdehin təqsiri nəticəsində baş vermiş hadisə üzrə sığorta ödənişi kimi ödədiyi 1180 manat məbləğində pulun subroqasiya qaydasında, həmçinin dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.
c) Məhkəmənin mövqeyi:
25. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
26. Belə ki, cavabdehin təqsirinin müəyyən edildiyi yol-nəqliyyat hadisəsi üzrə “X7” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1180 manat məbləğndə zərərin onu kasko sığorta növündə sığortalayan "xxxx" ASC tərəfindən ödənilməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin təqsirinin müəyyən edildiyi hadisə üzrə iddiaçı tərəfindən sığortalanmış nəqliyyat vasitəsinə dəymiş 1180 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən ödənilməsi müəyyən edildiyindən, həmin məbləğdə olan pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddə. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 926.1-ci maddə. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-936.2-ci maddə. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddə. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddə. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddə. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülkihüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. 1108.1-ci maddə. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
31. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1.180 (bir min bir yüz səksən) manat məbləğində pul və iş üzrə ödənilmiş 31,80 (otuz bir manat səksən qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə verilməlidir.
32. Məhkəmə xərcləri ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 31,80 (otuz bir manat səksən qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə verilməlidir.
Nəticə:
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 1.180 (bir min bir yüz səksən) manat məbləğində pul və iş üzrə ödənilmiş 31,80 (otuz bir manat səksən qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova