Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-535/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həbsə alındığı xx.xx.2N0-ci il tarixdən işdən (MAHXE qismində xidmətdən) xaric olunması səbəbindən bu günədək orta aylıq əmək haqqı 825 (səkkiz yüz iyirmi beş) manat olmaqla 22.275 (iyirmi iki min iki yüz yetmiş beş) manat pulun, onun və ailə üzvlərinin çəkdiyi iztirabların, mənəvi sarsıntıların, atasının xəstələnməsi ilə bağlı məhrumiyyətlər, müayinə və müalicələr səbəbilə məruz qaldıqları mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat həcmində kompensasiyanın, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar ona hüquqi yardım göstərilməsi üçün xərclədiyi 550 (beş yüz əlli) manatın, cəmi 72.825 (yetmiş iki min səkkiz yüz iyirmi beş) manat pulun dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi, Müdafiə Nazirliyinin Hərbi polis idarəsinin, Sumqayıt Hərbi Prokurorluğunun, Bakı Hərbi Məhkəməsinin səhvi və ya sui-istifadəsi nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edildiyi, yaxud həbsdə saxlanıldığı üçün həmin qurumların ondan yazılı surətdə üzr istəmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müqavilə əsasında N nömrəli hərbi hissənin (korpus) tabeliyində olan N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət keçirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi polis idarəsinin əməkdaşlarının xidmətdə olduğu xx.xx.2N0-ci il tarixdə saat 08:40 radələrində hərbi polis əməkdaşı Səid Nuriyevin rəhbərliyi altında hərbi hissənin ərazisindən kənarda, şəxsi avtomobilinin nəzarətsiz saxlandığı yerdə keçirdikləri əməliyyat yerinə çağırılmışdır. Səid Nuriyev sanki öz əli ilə qoyubmuş kimi vintaçanla İddiaçı şəxsi avtomobilinin arxa dövlət nişan nömrəsini açdırmış, bu zaman nömrənin altından yerə düşmüş bükülünün yerdən götürülüb ona verilməsini İddiaçı əmr etmiş, vasitə ona verildikdən sonra bükülünün arasını açmadan, özü onun “narkotika” olduğunu demişdir. Həmin fakt üzrə cinayət işi başlanmış, qanunların kobud şəkildə pozulması metodları ilə istintaq aparılmış, baxılması üçün Bakı Hərbi Məhkəməsinə verilmişdir. ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı Bakı Hərbi Məhkəməsinin xx.xx.2N1-ci il tarixli, 1-1(093)-20/2N1 saylı hökmü ilə təqsirli bilinərək barəsində 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2N1-ci il tarixli hökmü ilə Bakı Hərbi Məhkəməsinin 21 may 2N1ci il tarixli hökmü ləğv edilmiş, təqsirin sübuta yetməməsi əsası ilə İddiaçı tam haqlı olaraq bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2N2-ci il tarixli 1-1(1N)42/2N2 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2N1-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, İddiaçı cinayət işi üzrə xx.xx.2N0-ci il tarixdə cinayət təqibi orqanları tərəfindən saxlanmış, o gündən etibarən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2N1-ci il tarixli hökmü çıxarılanadək onun azadlığı məhdudlaşdırılmış, bu müddət arasında 1 sutka Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama yerində, xx.xx.2N1-ci ildən xx.xx.2N1-ci ilədək 6 ay 14 gün (cəmi 6 ay 15 gün müddətində) həbsdə olmuşdur. İddiaçı həbsdən buraxıldıqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin hökmündən verilmiş protestə Ali Məhkəmədə baxıldığı xx.xx.2N2-ci il tarixədək müdafiəsini qurmaqla və xəstə atasının müalicəsi ilə məşğul olmuşdur. Bundan əlavə N nömrəli hərbi hissə (korpus) komandirinin N8 saylı xx.xx.2N0-ci il tarixli əmrinə əsasən, guya İddiaçı hərbi qulluqdan xəbəri olmadan xidmətdən azad edilmiş, əslində isə İddiaçı xx.xx.2010-cu il tarixdə xidmət yerində olmuş və o, hərbi hissədən Hərbi Polis əməkdaşları tərəfindən çağırılaraq avtomobilinin arxa dövlət nişan nömrəsinin altına baxış keçirilmişdir. İddiaçı xx.xx.2N0-ci il tarixdən bu günədək orta aylıq əmək haqqısı 825 (səkkiz yüz iyirmi beş) manat olmaqla 22.275 (iyirmi iki min iki yüz yetmiş beş) manat əmlakından məhrum olmuşdur. İddiaçı həbsdə olduğu müddət ərzində cinayət təqibi orqanlarının qərarlarından, o cümlədən məhkəmənin ədalətsiz, qanunazidd, haqsız və əsassız hökmündən narazı qalmış anası, qardaşı, atası və digər yaxın qohumları gecəgündüz iztirab içində, ac və susuz qalmış, vaxtlarını ağlamaqla keçirən valideynlərindən atası ağciyər xəstəliyinə tutulmuş, 10 gün vərəm dispanserində, 3 ay yarım isə ambulator müalicə almış, nəticədə İddiaçı ailəsi xeyli maddi və mənəvi zərərə məruz qalmışdır. Bundan əlavə İddiaçı və ailə üzvlərinin çəkdiyi iztirabların, mənəvi sarsıntıların, atasının xəstələnməsi ilə bağlı məhrumiyyətlər, müayinə və müalicələr səbəbilə bu iki il ərzində daha 50.000 (əlli min) manat həcmində maddi və mənəvi zərərə məruz qalmışlar. Cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar hüquqi yardım göstərilməsi üçün İddiaçı 550 (beş yüz əlli) manat vəsait xərcləmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz təqdim edilərək, iddianın rədd edilməsi xahiş edilmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair sübutlar göstərə bilməmişdir. Mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiya məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil, şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bununla yanaşı iddiaçı iddia ərizəsində bildirmişdir ki, onun barəsində cinayət işi üzrə icraat başlanana qədər o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbçi kimi işləmiş və barəsində cinayət işi başladığına görə işdən azad edilmişdir. Lakin bunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbçi) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir. Bundan başqa, iddiaçı cinayət icraatı ilə əlaqədar məhkəmə araşdırmaları üçün vəkillə müqavilə imzaladığını və hüquqi xidmət üçün 550 manat ödədiyini qeyd etmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, iddiaçının hüquqi xidmətlərə görə ödədiyi məbləğ onun şəxsi seçimi olaraq qiymətləndirilməlidir. İddiaçının hüquqi yardıma görə vəkilə ödədiyi haqqa görə kompensasiya istəməsi də əsassızdır. İddiaçının Maliyyə Nazirliyi tərəfindən maddi və mənəvi zərərə məruz qaldığını sübut edən hallar mövcud deyildir. Göstərilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, həbsə alındığı xx.xx.2N0-ci il tarixdən işdən (MAHXE qismində xidmətdən) xaric olunması səbəbindən bu günədək orta aylıq əmək haqqısı 825 (səkkiz yüz iyirmi beş) manat olmaqla 22.275 (iyirmi iki min iki yüz yetmiş beş) manat pulun, onun və ailə üzvlərinin çəkdiyi iztirabların, mənəvi sarsıntıların, atasının xəstələnməsi ilə bağlı məhrumiyyətlər, müayinə və müalicələr səbəbilə məruz qaldıqları maddi və mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat həcmində kompensasiyanın, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar ona hüquqi yardım göstərilməsi üçün xərclədiyi 550 (beş yüz əlli) manat, cəmi 72.825 (yetmiş iki min səkkiz yüz iyirmi beş) manat pulun dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili-nümayəndəsi Vəkil ərizə təqdim edərək, maddi ziyan olaraq tələb edilmiş 22.275 (iyirmi iki min iki yüz yetmiş beş) manat hissəsində baxılmamış saxlanması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2N3-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi “22.275 manat maddi zərərin ödənilməsi” hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı və vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mənəvi zərər olaraq 50.000 (əlli min) manat, maddi zərərin əvəzi olaraq 440 (dörd yüz qırx) manat, hüquqi yardım göstərilməsi üçün xərclədiyi 110 (bir yüz on) manat pulun dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin və dəqiqləşdirilmə barədə ərizənin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, onun iştirakı olmadan tələbə baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, cavabdehin etirazını nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2N0-ci il tarixli 138 nömrəli əmrindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2N0-ci il tarixli N8əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığı üçün xx.xx.2N0-ci il tarixdən işlərini və vəzifəsini təhvil vermiş hesab edilməsi, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə göndərilməsi əmr edilmişdir. Əmrdə həmçinin qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarına əsasən 2N0-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiq deyil. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı 2N0-ci il üçün nəzərdə tutulmuş maddi yardım verilmişdir. 2N0-ci ilin növbəti məzuniyyətindən tam istifadə edib, məzuniyyət pulu ödənilib. Mülki işin materiallarında olan Bakı şəhəri 18 saylı Vəkil Bürosu (vəkil qurumunun rəhbəri X4) ilə X2 arasında bağlanmış xx.xx.2N0-ci il tarixli 1065 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, Vəkil İddiaçı ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2N0-ci il tarixli qəbzdən görünür ki, X1 hesabına 110 AZN məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri 18 saylı Vəkil Bürosu (vəkil qurumunun rəhbəri X4) ilə İddiaçı arasında bağlanmış xx.xx.2N0-ci il tarixli 2260 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, Vəkil İddiaçı ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2N0-ci il tarixli qəbzdən görünür ki, X1 hesabına 110 AZN məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1-1(093)-20/2N1 saylı xx.xx.2N1-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi, İddiaçı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, İddiaçı 24 may 2N0-ci il tarixdən 25 may 2N0-ci il tarixə kimi şübhəli şəxs kimi saxlanıldığı 1 (bir) gün müddətin təyin olunmuş cəzadan çıxılması və üzərində qəti cəza 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, İddiaçı təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İddiaçı barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında həbs olunması, cəzaçəkməsinin əvvəlinin xx.xx.2N1-ci il tarixdən hesablanması hökm edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri 18 saylı Vəkil Bürosu (vəkil qurumunun rəhbəri X4) ilə X2 arasında bağlanmış xx.xx.2N1-ci il tarixli 1590 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, Vəkil İddiaçı ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2N1-ci il tarixli qəbzdən görünür ki, X1 hesabına 110 AZN məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 1-1(105)-17/2N1 saylı, xx.xx.2N1-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azəbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 1-1(093)-20/2N1 saylı 21 may 2N1-ci il tarixli hökmünün ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun həbsdən azad edilməsi, apellyasiya şikayətinin təmin edilməsi, hökmün elan olunduğu andan qanuni qüvvəyə minməsi hökm edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri 18 saylı Vəkil Bürosu (vəkil qurumunun rəhbəri X4) ilə İddiaçı arasında bağlanmış xx.xx.2N2-ci il tarixli 1416 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, Vəkil İddiaçı ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2N2-ci il tarixli qəbzdən görünür ki, X1 hesabına 110 AZN məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-1(1N)-42/2N2 saylı xx.xx.2N2-ci il tarixli qərarından görünür ki, kassasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2N1-ci il tarixli hökmünün kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri 18 saylı Vəkil Bürosu (vəkil qurumunun rəhbəri X4) ilə İddiaçı arasında bağlanmış xx.xx.2N2-ci il tarixli 1846 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, Vəkil İddiaçı ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2N2-ci il tarixli qəbzdən görünür ki, hüquqi yardıma görə 110 AZN məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində Bakı Hərbi Məhkəməsinin 1-1(093)-20/2N1 saylı xx.xx.2N1-ci il tarixli hökmünə əsasən Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 24 may 2N0-ci il tarixdən 25 may 2N0-ci il tarixə kimi şübhəli şəxs kimi saxlanıldığı 1 (bir) gün müddətin təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzaçəkməsinin əvvəli xx.xx.2N1-ci il tarixdən hesablanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 1-1(105)-17/2N1 saylı, xx.xx.2N1-ci il tarixli hökmünə əsasən isə İddiaçı Azəbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-20/2N1 saylı 21 may 2N1-ci il tarixli hökmü ləğv edilmiş və Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-1(1N)- 42/2N2 saylı xx.xx.2N2-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 14 dekabr 2N1-ci il tarixli hökmünün kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı xx.xx.2N1-ci il tarixdən xx.xx.2N1-ci il tarixinədək, 24 may 2N0-ci il tarixdən 25 may 2N0-ci il tarixə kimi şübhəli şəxs qismində saxlanılması nəzərə alınmaqla, yəni 6 (altı) ay 24 (iyirmi dörd) gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. İddiaçı tərəfindən hüquqlarının müdafəsi ilə əlaqədar xx.xx.2N0-ci il tarixdə 110 (bir yüz on) manat, xx.xx.2N0-ci il tarixdə 110 (bir yüz on) manat, xx.xx.2N1-ci il tarixdə 110 (bir yüz on) manat, xx.xx.2N2-ci il tarixdə 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində vəsait xərcləndiyindən, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona 440 manat məbləğində maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 20N-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). Avropa İnsan Hüquqları Məhkəməsi «Kalaşnikov Rusiyaya qarşı» iş üzrə 15 iyul 20N-ci il tarixli qərarda Konvensiyanın 3-cü maddəsinin, 5-ci maddəsinin 3-cü bəndinin və 6-cı maddənin 1ci bəndinin pozulması faktını müəyyən etməklə yanaşı Konvensiyanın 41-ci maddəsinin zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsi müddəasına istinad edərək dəymiş zərər, mənəvi ziyan, məhkəmə xərcləri və digər məsrəflər məsələsini də müzakirə etmişdir. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona hüquqlarının müdafəsi ilə əlaqədar xərclədiyi vəsaitə görə 440 (dörd yüz qırx) manat məbləğində ziyan dəyməsini bildirmiş və bu iddiasını əsaslandıracaq sübutları (müvafiq ödəniş qəbzləri) məhkəməyə təqdim etmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən həmin sənədlər iddiaçının qanunsuz olaraq həbsdə saxlanılması nəticəsində ona 440 (dörd yüz qırx) manat məbləğində maddi ziyan dəydiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur və məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsinin aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.20N-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsinin qismən, yəni 7000 (yeddi min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, İddiaçı xx.xx.2N1-ci il tarixdən xx.xx.2N1-ci il tarixinədək, 24 may 2N0-ci il tarixdən 25 may 2N0-ci il tarixə kimi şübhəli şəxs qismində saxlanılması nəzərə alınmaqla, yəni 6 (altı) ay 24 (iyirmi dörd) gün həbsdə saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən dəymiş mənəvi ziyana görə 50.000 (əlli min) manat məbləğdə ödənilməsi ağlabatan deyildir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə 110 (bir yüz on) manat məbləğində vəkil xərci hissəsinə münasibətdə hesab edir ki, həmin məbləğdə olan xərc iddiaçının xeyrinə cavabdehin vasitəsi ilə büdcə vəsaiti hesabına ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 440 (dörd yüz qırx) manat məbləğində maddi zərərin, 7000 (yeddi min) manat məbləğində mənəvi zərərin əvəzi və göstərilən hüquqi xidmət xərcinə görə 110 (bir yüz on) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 440 (dörd yüz qırx) manat məbləğində maddi zərərin, 7000 (yeddi min) manat məbləğində mənəvi zərərin əvəzi və göstərilən hüquqi xidmət xərcinə görə 110 (bir yüz on) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-535/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-535/2023
22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver