Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5393/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3 815,00 (üç min səkkiz yüz on beş) manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Cavabdeh2 məxsus ** DF *** dövlət qeydiyyat nişanlı Opel Vectra markalı avtonəqliyat vasitəsi 09.08.2018-ci il tarixində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 02.08.2019-cu il tarixində Cavabdeh1 idarə etdiyi ** DF *** dövlət qeydiyyat nişanlı Opel Vectra markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi yol-nəqliyyat hadisəsi 99 LT579 dövlət qeydiyyat nişanlı BMW 750 markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 yolnəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş 15.08.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** LT *** dövlət qeydiyyat nişanlı BMW 750 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 3815,00 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 28.08.2019-cu il tarixli sığorta aktına əsasən ümumilikdə 3815,00 manat məbləğində sığorta ödənişlərinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, öz etirazında bildirmişdir ki, Cavabdeh1 Rəfail qızı Azərbaycan Respublikası Xətalar Məcəlləsinin 327.6cı maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Subroqasiya hüququnun yaranmasının səbəbi Cavabdeh1 Rəfail qızı barəsində tərtib edilmiş 05 avqust 2019-cu il tarixli Protokol onun tərəfindən mübahisələndirilmiş və materiallar yenidən baxılması üçün polis orqanına təqdim edilmişdi. Lakin, müvafiq araşdırma polis orqanı tərəfindən aparılmamış, onun təqsiri sübut edə biləcək heç bir qərar polis orqanı tərəfindən qəbul edilməmişdir. Göründüyü kimi cavabdehin təqsirli olmasının yeqanə sübütü qismində çıxış edən MN ******* saylı 05 avqust 2019-cu il tarixli qərarı artıq mövcud deyil.Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 15.08.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ** LT *** dövlət qeydiyyat nişanlı BMW 750 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 3815,00 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 28.08.2019-cu il tarixli sığorta aktından görünür ki, ümumilikdə 3815,00 manat məbləğində sığorta ödənişlərinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdi. İş materiallarında olan Xətai Rayon DYP əməkdaşı tərəfindən MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 02.08.2019-cu il tarixində Cavabdeh1 idarə etdiyi ** DF *** dövlət qeydiyyat nişanlı Opel Vectra markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi yol-nəqliyyat hadisəsi ** LT *** dövlət qeydiyyat nişanlı BMW 750 markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. İş materiallarında olan 23 yol 2021-ci il tarixli 101/38-/101 saylı Bakı şəhəri Xətai rayon Polis İdarəsinin "xxxx" ASC-yə ünvanlanmış məktubundan görünür ki, 02.08.2019cu il tarixində ** DF *** dövlət qeydiyyat nişanlı Opel Vectra markalı avtonəqliyyat və ** LT *** dövlət qeydiyyat nişanlı BMW 750 markalı avtonəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi tərəflərindən Nəsimi rayon Məhkəməsinin 3(006)-529/2020 saylı 12.06.2020-ci il tarixli qərarına əsasən yenidən araşdırılmışdı. Araşdırma zamanı sürücü Cavabdeh1 Rəfail qızının təqsirliyi sübuta yetirilmiş hadisə yerindən yayınması təsdiqini tapmışdır. X1 Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli olması barədə inzibati tənbeh vermə müddəti keçdiyində həmçinin qərar üzrə verilmiş cərimə ödənildiyindən yenidən inzibati tənbeh vermə haqqında qərar verilməsi mümkünsüzdür. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-529/2020 saylı 12.06.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 Rəfail qızının Azərbaycan Respublikası Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə AP ******* saylı, 05 avqust 2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN ******* saylı, 05 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, Cavabdeh1 Rəfail qızının X1 Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Xətai rayon Polis İdarəsi DYP Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 02.08.2019-cu il tarixində Cavabdeh1 idarə etdiyi ** DF *** dövlət qeydiyyat nişanlı Opel Vectra markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi baş vermiş və ** LT *** dövlət qeydiyyat nişanlı BMW 750 markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Cavabdeh1 təqsirliyi Nəsimi rayon Məhkəməsinin 3(006)-529/2020 saylı 12.06.2020-ci il tarixli qərarına əsasən yenidən araşdırılmışdır. Araşdırma zamanı sürücü Cavabdeh1 Rəfail qızının təqsirliyi sübuta yetirilmiş, hadisə yerindən yayınması təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3 815,00 manat məbləğində sığorta ödənişinin əvəzi və 30 manat, 40 qəpik dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3 815,00 (üç min səkkiz yüz on beş) manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)n ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-5393/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5393/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver