Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-551/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və digər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və digər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər qanunla müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh bank qarşısında olan kredit borcunu tam olaraq bağlamışdır. İddia ərizəsinin baxılmamış saxlanması və ödənilmiş 263 manat dövlət rüsumunun iddiaçı təşkilata qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Hazırda tərəflərin məhkəmənin çağırışına gəlməmələri iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. İddianın baxılmamış saxlanıması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc könüllü şəkildə tam ödənildiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Həmçinin iş materiallarında olan dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, bank tərəfindən 263 AZN (iki yüz altmış üç manat) məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda, qeyd edilən məbləğ Cavabdeh alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və digər” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondununa qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-551/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-551/2022
27.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver