Məhkəmə qərarları › İş №e-2(006)-5529/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5529/2024

20.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5529/2024 20.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğvi və avtomobilin üzərindən həbsin götürülməsi” barədə iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğvi və avtomobilin üzərindən həbsin götürülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, göstərilən tələbə-inzibati tənbeh vermə haqqında qərarın ləğvinə və bunun əsasında avtomobilin üzərindən həbsin götürülməsinə mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən qeyd olunmalıdır ki, iddiaçı vəzifəli şəxsin inzibati tənbeh vermə haqqında qərardan şikayətini İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən təqdim etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğvi və avtomobilin üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Ödənilmiş 30 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu (Hökumət ödəniş portalı (və ya Asanpay), qəbz nömrəsi:**********, tarix: xx.xx.2024, saat: 09:33:02) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, o, müvafiq tələblə əlaqədar yuxarı inzibati orqana və ya müvafiq icraat çərçivəsində məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar