Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5537/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 457,1 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1.418,05 manat, İşsizlikdən Sığorta Fonduna olan 143,12 manat, İcbari Tibbi Sığorta Fonduna olan 36,68 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxxxxxx 1983-cü il, doğulduğu yer - Azərbaycan, Salyan, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Salyan Rayon İcra Hakimiyyəti Başçısının Çuxanlı Kənd İnzibati Ərazisi Üzrə Nümayəndəliyinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 36,68 manat, Dövlət Sosial Müdafiə Fonduna 1418,05 manat, dövlət büdcəsinə 457,1 manat məbləğində (o cümlədən, vergilər üzrə 439,94 manat, faizlər üzrə 17,16 manat), İşsizlikdən Sığorta Fonduna 143,12 manat olmaqla, ümumilikdə 2.054,95 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********377200, xx.xx.2022-ci il tarixli **********163000, xx.xx.2022ci il tarixli **********190600, xx.xx.2022-ci il tarixli **********772200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ərizəçi isə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinin tələbinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. İş materillarında olan xx.xx.2022-ci il tarixli **********24 qeydiyyat nömrəli, xx.xx.2022ci il tarixli **********3 qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli **********2 qeydiyyat nömrəli vergi borcunun ödənilməsinə dair bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxs dövlət büdcəsinə olan vergi borclarının 5 gün müddətində ödənilməsi və vergi borcunu ödəməməyə görə məsuliyyət barədə xəbərdar edilmişdir. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatların təsdiq edilmiş surətlərindən görünür ki, Salyan Rayon İcra Hakimiyyəti Başçısının Çuxanlı Kənd İnzibati Ərazisi Üzrə Nümayəndəliyinə xx.xx.2004-cü il tarixdə VÖEN verilmiş, hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdur. İş materillarında olan şəxsi hesab vərəqələrinin təsdiq edilmiş surətlərindən görünür ki, Salyan Rayon İcra Hakimiyyəti Başçısının Çuxanlı Kənd İnzibati Ərazisi Üzrə Nümayəndəliyinin (VÖEN 7********) cəmi 6.721,68 manat borcu vardır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs Salyan Rayon İcra Hakimiyyəti Başçısının Çuxanlı Kənd İnzibati Ərazisi Üzrə Nümayəndəliyi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu vardır. Salyan Rayon İcra Hakimiyyəti Başçısının Çuxanlı Kənd İnzibati Ərazisi Üzrə Nümayəndəliyi (hüquqi şəxsin rəhbəri Maraqlı şəxs) dövlət büdcəsinə vergi borcunun olması və vergi borcunu ödəməməyə görə məsuliyyət barədə xəbərdar edilsə də, dövlət büdcəsinə olan vergi borclarını ödəməmişdir. Odur ki, məhkəmə hesab edir ki, borclu hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün Salyan Rayon İcra Hakimiyyəti Başçısının Çuxanlı Kənd İnzibati Ərazisi Üzrə Nümayəndəliyinin icra orqanlarının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir; 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Salyan Rayon İcra Hakimiyyəti Başçısının Çuxanlı Kənd İnzibati Ərazisi Üzrə Nümayəndəliyinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri – xx.xx.1983-cü il tarixdə Salyan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Salyan Rayon İcra Hakimiyyəti Başçısının Çuxanlı Kənd İnzibati Ərazisi üzrə Nümayəndəliyinin rəhbəri – xx.xx.1983-cü il tarixdə Salyan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-5537/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5537/2022
19.12.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver