Məhkəmə qərarları › İş №e-2(006)-5573/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5573/2025

20.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5573/2025 20.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Fərəcova Gülşən Sabit qızı, İddiaçı cavabdeh ‘Xəzər İnvest’ MMC-yə qarşı xüsusi icraat qaydasında ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ‘Xəzər İnvest’ MMC-yə qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2001-ci tarixdə qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatı ləğv edilmiş ‘Xəzər İnvest’ MMC-nin(VÖEN **********) balansında olan torpaq sahəsinin şirkətin balansından çıxarılması üçün ləğvetmə prosesini yenidən bərpa və yeni ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi məhkəmə aidiyyət qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə hesab edir ki, işin hallarından göründüyü kimi, iş üzrə tərəflərdən biri (Cavabdeh MMC) kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 61.13-cü maddəsinə əsasən: 61.13. Hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra əmlak meydana çıxarsa, məhkəmə bunda maraqlı olan şəxsin ərizəsi əsasında ləğvetmə prosesini yenidən bərpa və yeni ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edə bilər. Bu ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) yeganə vəzifəsi həmin əmlakı dərhal pula çevirmək və iştirakçılar arasında bölüşdürməkdir (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə etməkdir). Hüquqi şəxsin dövlət reyestrindən çıxarılmasından sonra yeni öhdəliklərin meydana çıxması ləğvetmə prosesinin yenidən açılmasına səbəb olmur. Yuxarıdakı maddənin məzmunundan görünür ki, ləğvi başa çatmış kommersiya və qeyri-kommersiya təşkilatları fərqləndirilmişdir. Beləki, hər ikisində ləğvetmə prosesinin bərpası zamanı məqsədlər fərqli xarakterə malikdir.Kommersiya hüquqi şəxsləri gəlir əldə etmək məqsədilə yaradıldığından ləğvetmə prosesi başa çatdıqdan sonra aşkar edilmiş əmlakın iştirakçılar arasında bölüşdürülməsi müəyyən edilsə də, qeyrikommersiya təşkilatlarında yalnız nizamnamə ilə nəzərdə tutulmuş məqsədlərə yönəldilməlidir.Yəni, münasibətin subyekt tərkibi həmin münasibətin tənzimlənməsinə təsir göstərir.Məhkəmə hesab edir ki, hazırkı hüquq münasibətinin xarakteri kommersiya xarakteri daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçiyə tələbi ilə bağlı iddia ərizəsi ilə yurisdiksiya üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh ‘Xəzər İnvest’ MMC-yə qarşı xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu (qəbz № **********) geri qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar