Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5576/2025 13.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «müəyyən öhdəliklərin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «müəyyən öhdəliklərin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standart” KB və İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 100A05808 №-li kredit müqaviləsi üzrə İddiaçı öhdəliyinə müddətin keçməsinə görə xitam verilməsi, Azərbaycan Respublikasının Mərkəzi X1 İddiaçı borcunun olması barədə məlumatın silinməsi və İddiaçı QSC “Bank Standard” KB-yə hər hansı borcunun olmaması barədə məlumatın İddiaçı və "xxxx" MMC-yətəqdim edilməsi öhdəliyinin Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, onlar göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, artıq eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə qətnaməsi mövcud olduğundan İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «müəyyən öhdəliklərin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-736/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh ləğv prosesində olan QSC «Bank Standard» Kommersiya Bankına qarşı "müddətin keçməsi səbəbindən müqavilə üzrə ohdəliyə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixli Kredit Müüqaviləsi üzrə İddiaçı öhdəliyinə müddət keçməsinə görə xitam verilməsi, Az. Resp. Mərkəzi X1 İddiaçı borcunun olması barədə məlumatın silinməsi və İddiaçı QSC «Bank Standart» Kommersiya Bankına hər hansı borcunun olmaması barədə arayışın iddiaçıya və Mərkəzi Banka təqdim edilməsi öhdəliyiniı cavabdeh ləğv prosesində olan QSC «Bank Standard» KB-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-736/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" qismində QSC «Bank Standard» Kommersiya Bankı ilə «Borcalan» qismində İddiaçı arasında bağlanılmış xx.xx.2008-ci il tarixli 100A05808№o-li Kredit Müqaviləsi üzrə İddiaçı öhdəliklərinə tələb etmək müddətinin keçməsi ilə əlaqədar xitam verilməsi, İddiaçı xx.xx.2008-ci il tarixli 100A05808№-li Kredit Müqaviləsi üzrə borcunun olması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi X1 silinməsi üçün, İddiaçı həmin Kredit Müqaviləsi üzrə borcunun olmamasına dair arayışın İddiaçı və Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 oktyabr 2017-ci il tarixli, 2(103)7709/2017 saylı qətnaməsi ilə İddiaçı cavabdeh ləğv prosesində olan QSC «Bank Standard» Kommersiya Bankına qarşı «müddətin keçməsi səbəbindən müqavilə üzrə öhdəliyə xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri qətnaməsindən Səbail Rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli, 2(009)-736/2017 saylı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2(009)-736/2017 iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli qətnaməsinin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kolleglyasının 04 may 2018-ci il tarxili, 2(102)-2572/18 saylı qərarı ilə cavabdeh ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankının kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi MK-nın 03 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2(103)-7856/2018 saylı qətnaməsi ilə cavabdeh ləğvetmədə olan Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankının apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-736/2017 saylı iş üzrə 28 mart 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı cavabdeh Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankına qarşı 01 fevral 2008-ci il tarixli, 100A05808 saylı kredit müqaviləsi üzrə öhdəliyinə tələb etmə müddətinin keçməsinə görə xitam verilməsi, Mərkəzi Bankın reyestr məlumatından borcunun olması barədə məlumatın silinməsi və cavabdehə borcunun olmaması barədə arayışın verilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Beləliklə, iş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş qətnamə olmasına baxmayaraq İddiaçı "müəyyən öhdəliklərin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən məhkəmə aktlarından göründüyü kimi İddiaçı cavabdeh ləğv prosesində olan QSC «Bank Standard» Kommersiya Bankına qarşı "müddətin keçməsi səbəbindən müqavilə üzrə ohdəliyə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixli Kredit Müüqaviləsi üzrə İddiaçı öhdəliyinə müddət keçməsinə görə xitam verilməsi, AR Mərkəzi X1 İddiaçı borcunun olması barədə məlumatın silinməsi və İddiaçı QSC «Bank Standart» Kommersiya Bankına hər hansı borcunun olmaması barədə arayışın iddiaçıya və Mərkəzi Banka təqdim edilməsi öhdəliyiniı cavabdeh ləğv prosesində olan QSC «Bank Standard» KB-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2(103)- 7856/2018 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankına qarşı 01 fevral 2008-ci il tarixli, 100A05808 saylı kredit müqaviləsi üzrə öhdəliyinə tələb etmə müddətinin keçməsinə görə xitam verilməsi, Mərkəzi Bankın reyestr məlumatından borcunun olması barədə məlumatın silinməsi və cavabdehə borcunun olmaması barədə arayışın verilməsi barədə iddiası təmin edilməmişdir. Hazırki iddia ərizəsindən göründüyü kimi, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, eyni hüquqi və faktiki əsaslara söykənməklə eyni müqavilə üzrə ohdəliyə xitam verilməsini yenidən xahiş etmiş, halbuki o, bu məsələdə pozulduğu ehtimal edilən hüquqlarının bərpası üçün qanunvericiliklə ona verilmiş məhkəmə müdafiəsi imkanlarından artıq istifadə etmişdir. Belə ki, qeyd edilən iddianın («müddətin keçməsi səbəbindən müqavilə üzrə ohdəliyə xitam verilməsi») və hal-hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçının cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı olan iddianın («müəyyən öhdəliklərin cavabdehin üzərinə qoyulması») qanuni əsasları və predmeti habelə iş üzrə cəlb edilmiş tərəflər eyni olub, hər hansı bir fərqli hallar mövcud deyildir, iddia isə formal xarakter daşıyır. Göstərilənlərə əsasən hazırda işə baxan məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «müəyyən öhdəliklərin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə tərəflər, predmet və əsaslar Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olmuş mülki işdəki tərəflər, predmet və əsaslarla eynilik təşkil etdiyindən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə həmin məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, qeyd edilən mübahisəyə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir və belə olduğu təqdirdə bu Məcəllənin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261.0.2, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «müəyyən öhdəliklərin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100,60 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-5576/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5576/2025
13.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver