Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5626/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, X1 qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmrulla oğlunun Cavabdeh qarşı cavabdehə məxsus daşınar əşyaların onun mülkiyyətindən çıxarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Əmrulla oğlu Cavabdeh qarşı cavabdehə məxsus daşınar əşyaların onun mülkiyyətindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixə, saat 14:30-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişinin verilməsinə baxmayaraq, onlar, göstərilən tarixdə məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq səhhəti ilə bağlı gələ bilməyəcəyini üzürlü hal kimi nəzərə alınmasını və onun iştirakı olmadan mülki işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən cavabdeh olmalı tərəf haqqında məlumatlar və sənədlər natamam təqdim edildiyindən və bu da məhkəmə üçün qeyri-müəyyən olduğundan hazırkı mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd edilən iddia ərizəsi araşdırılaraq müəyyən edilmişdir ki, cavabdehə məxsus əşyaların iddiaıçya məxsus ünvanda mövcudluğunu təsdiqləyən sübutun iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə işə baxıb obyektiv yekun qərar qəbul etmək imkanına malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, hakim ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 Əmrulla oğlunun Cavabdeh qarşı cavabdehə məxsus daşınar əşyaların onun mülkiyyətindən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 50,60 (əlli manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu (qəbz: **********, tarix: xx.xx.2025; saat: 14:15:53) dövlət büdcəsindən İddiaçı1 geri qaytarılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-5626/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5626/2025
03.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver