Məhkəmə qərarları › İş №e-2(006)-572/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-572/2025

26.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-572/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 66791 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə əvvəlcədən tanışlığı var idi. Bir birilərinə hörmətlə yanaşırdılar. xx.xx.2024-cü ildə cavabdeh ona dedi ki, birja oyunlarında iştirak etmək üçün ona pul lazımdır. Həmin oyunlarda iştirak etməklə pul qazana biləcək. İddiaçı bu sahədə təcrübəsinin olub olmamasını soruşduqda tanışlarının ona köməklik göstərəcəyini bildirdi. O, da cavabdehə inanaraq onun kartına xx.xx.2024-cü ildə 8500, xx.xx.2024-cü ildə 15000+1800+2000+3020 manat, cəmi 56270 manat yükləmişdi. 10000 manat isə nəğd olaraq özünə vermişdi. Cavabdeh onu əmin editdi ki, qısa müddət ərzində, yəni 3 gün müddətində aldıqlarını qaytaracaq. Ona qaytarılmalı məbləğ 66270 manat təşkil edir. Cavabdeh aldığı pulun 30.000 manatını xx.xx.2024-cü ildə qaytarıb. Qalmış məbləği qaytarmaqdan imtina edir. Səbəb isə işlərinin uğursuz olması ilə izah edir. Zəng vurub pulu istədikdə cavabdehin anası ona zəng vurub evi satıb ona vurulmuş ziyanı aradan qaldıracaqlarını bildirir. Lakin bunu nə vaxt edəcəklərini söyləmir. Özünün pula ehtiyacı olduğu halda humanistlik edib köməklik məqsədi ilə verdiyi pulu ala bilməməsi narahatlıq yaradır. Dövlət rüsumu üçün ödədiyi 201 manat və vəkil xidmətləri üçün ödədiyi 320 manat da məhkəmə xərcləri olaraq cavabdehə aid edilməlidir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, cavabdehdən 36791 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi və ona edilmiş dəqiqləşdirməyə uyğun izahat verərək həmçinin bildirmişdir ki, xx.xx.2024cü il tarixdə 30000 manatı almasına dair qəbz verməsi onunla izah edilir ki, cavabdeh avtomobili etibarnamə ilə xx.xx.2024-cü ildə 27000 satmışdır və avtomobilin satışına qədər tərəflər avtomobili 30000 manata dəyərləndirmişlər. 3000 manat ziyan çəksə də razılaşmaya sadiq qalaraq iddiaçı 30000 manata dair qəbz vermişdir. Ümumilikdə 66791 manat cavabdehə pul verilmiş, onun bir hissəsi nəqliyyat vasitəsilə əvəzləşdirilmiş, hazırda 36791 manat pul cavabdehdən tutulmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X2 izahat verərək bildirmişdir ki, iddiaçı öz iddia ərizəsində göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 30000 manat pul verilmişdir. Lakin iddiaçı cavabdehdən 2016-cı ildə istehsal olunmuş, Hyundai Tucson markalı nəqliyyat vasitəsinin iddiaçıya verilməsi ilə bağlı heç bir məlumat verməmişdir. Borc həmin avtomobil qarşılığında əvəz olunmuşdur. Həmçinin məhkəməyə iddiaçı tərəfindən yazılmış, cavabdehin iddiaçıya borcu qalmadığı barədə sənədlər də təqdim edilmişdir. Buradan da görünür ki, iddiaçı özü öz yazısı və öz imzası ilə təsdiq etmişdir ki, cavabdehin ona qarşı heç bir borcu yoxdur. Bunları nəzərə alaraq iddinın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) vaxtı və yeri barədə xəbərdar edilsələrdə tərəflərin nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan: - İddiaçı və Cavabdeh məxsus ödəniş cədvəllərindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 15.000 manat, Cavabdeh isə xx.xx.2024-cü il tarixdə 20.000 manat Bankdan kredit götürmüşdür. - İddiaçı özünün yazdığı və əl imzası ilə təsdiq etdiyi xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı Cavabdeh 30.000 manat məbləğində borcunu ödədiyini və ona qarşı heç bir tələbinin olmadığını və gələcəkdə olmayacağını təsdiqləmişdir. - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitənin alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan 2016-cı ildə istehsal olunmuş, “Hyundai Tucson” markalı nəqliyyat vasitəsi 28.000 manata İddiaçı satılmışdır. - Nəsimi Rayon Polis İdarəsinin 22 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın sürətindən görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış HK-1/1107 saylı materialda cinayət hadisəsinin olmaması, tərəflər arasında yaranmış öhdəliklərin mülki xarakterli olması nəzərə alınmaqla Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - İddiaçı nümayəndəsi və vəkili Vəkil1 yazılı izahatından görünür ki, İddiaçı Cavabdehmn kartına 56270 manat pul köçürməsi işin mübahisəsiz halıdır. Cavabdeh iddiaya qarşı etiraz təqdim etməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Cavabdehmn İddiaçı borcu qalmamışdır. Belə ki, Cavabdeh borcunun əvəzi olaraq mülkiyyətində olan Hundai Tukson markalı **-MS-*** dövlət qaydiyyat nişanlı avtomobili alqı-satqı yolu ilə 30000 manat dəyərləndirərək Bilmanın adına keçirmiş, əlavə olaraq 30000 manat isə nağd şəkildə xx.xx.2024-cü ildə verərək Bilmandan qəbz almışdır. Beləliklə cavabdehin iddiaçıya borcu qalmadığım bildirmişdir. Cavabdeh 30000 manatın alınmasına dair qəbzi məhkəməyə təqdim etməmişdir. İddiaçı xx.xx.2024-cü ildə 30000 manatı almasına dair qəbz verməsini onunla izah etmişdir ki, avtomobili etibarnamə ilə xx.xx.2024-cü ildə 27000 manata Abbas Quliyev adlı şəxsə satmışdır. Avtomobilin satışına qədər cavabdehlə avtomobili 30000 manat dəyərləndirmişlər. Buna görə də qəbzi xx.xx.2024-cü ildə verməli olmuşdur. Avtomobilin satışından 3000 manat ziyan çəksə də razılaşmaya sadiq qalaraq 30000 manata dair qəbz vermişdir. Bundan başqa cavabdeh ona pul verməmişdir. Verməsi də mümkün deyildi. Qısa müddət ərzində Cavabdehmn 30000 manat əldə etməsi mümkün deyildi. Digər tərəfdən məhkəməyə təqdim olunmuş səs yazısından görünür ki, Cavabdeh borcu olduğunu etiraf edir və maşınım verməklə borcunu bağladığını bildirir. Qalmış məbləğin isə onun öz pulu olduğunu, keçirmək üçün ona verdiyini bildirir. Təqdim etdikləri sübutlardan da görünür ki, pullar iddiaçının kartından cavabdehin kartına köçürülüb. Yəni iddiaçının "Valkurie Global LTD”-yə pul köçürməsinə dair sübut məhkəməyə təqdim olunmayıb. Həmin səs yazısından da görünür ki cavabdeh iddiaçını pullarını tələb edəcəyi halda onu biabır edəcəyi ilə hədələyir. Bakı şəhəri Nəsimi ŞPi-nin istintaq şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd olunması barədə qərarından görünür ki, tərəflər 15 ildir ki, bir-birlərini tanıyırlar və aralarında qeyrirəsmi ər arvad münasibətləri olmuşdur. Həmin qərarda göstərilir ki, İddiaçı votsap yazışmalarında Cavabdeh darıxdığını bildirir və yatıb-yatmadığını soruşur. Cavabdeh isə cavabında "300"-yazır. Bilan Əliyev isə Vüsalənin ona 36000 borclu olduğunu bildirir. Cavabdeh 36000 borcu olduğu halda Bilmana 300 yazması səbr kasasının daşması ilə nəticələnir. 10000 manatın X4 ASC-dən kreditə götürməsi təqdim olunmuş ödəniş cədvəli ilə təstiq olunur. Məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü ildə 3719 nömrəli qəbzlə 2000 manat, xx.xx.2024-cü ildə 9171 nömrəli qəbzlə 1800 manat Cavabdeh kartına deyil, onun göstərişi ilə son iki nömrəsi 5405 olan karta köçürülmüşdür. 2000 və 1800 manatın göstərilən karta cavabdehin tapşırığı ilə köçürülməsi Cavabdeh məhkəməyə təqdim olunmuş səs yazısı ilə təstiq olunur. Sevil Kərimovanın məhkəməyə təqdim olunmuş səs yazısı ilə Cavabdeh nəinki İddiaçı, hətta digər şəxslərə də birja platformasındakı oyunlara görə borcu yarandığı təstiq olunur. Başqa sözlə Cavabdehmn birja platformasında oyunlara İddiaçı tərəfindən cəlb edilməsi təkzib olunur. İddiaçı istinad etdiyi halları tamamilə sübuta yetirmiş, Cavabdeh isə istinad etdiyi halların sübuta yetirə bilməmişdir. - Cavabdeh yazılı izahatından görünür ki, İddiaçı məhkəməyə 02 avqust 2024-cü il tarixdə götürdüyü krediti guya ona vermək üçün götürdüyünü bildirmişdir. Ümumiyyətlə qarşı tərəfin ilk gündən verdiyi iddianın həmin iddianın nə mətni nədə xahiş edirəm hissəsi bir birinə uyğun gəlmir və həqiqət olmayan hadisələri öz xeyrinə uydurma şəklində məhkəməyə sübut kimi təqdim etdiyi açıq aydın görünür. Onu illərdir tanımaqlarından istifadə edərək birjadan uduzduğu pulları ondan tələb etməyə ona həmin pulları verməyəcəyi təqdirdə onu hər yerdə biyabır edəcəyini, işgüzar nüfuzuna xələl gətirəcəyini dedi. O da ailəsini, hörmətini, şərəf və ləyaqətini düşünərək 05 avqust 2024-cü il tarixdə X4 bankından 20000 (iyirmi min ) kredit, iş yoldaşlarından 10000 borc götürərək İddiaçı verdi. Həmin günün axşamı yenidən ona eyni sözləri deyərək birjada uduzduğu pulun qalanını tələb etdi. İddiaçıya onun burda günahı yoxdur dedikdə ona onsuzda birjada sənin adın rəsmiləşib dedi. O zaman anladı ki, İddiaçı bunu əvvəlcədən planlamış və onu oyuna salmaq niyyətində imiş. Ailəsini, hörmətini düşündüyündən xx.xx.2024-cü il tarixdə Hyundai TUCSON 2016-cı il buraxılışlı maşınını da alqı-satqı yolu ilə 28000 (iyirmi səkkiz min) manat əvəzinə onun adına keçirməyini istədikdə cavabdeh də ondan ilk öncə ona verdiyi 30000 (otuz min) manatın sübutunun təsdiqini istəmişdi. Notariat ofisinə yaxınlaşdıqda onlar belə bir ərizə qəbul etmirlər dedikdən sonra 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin içində kameraların altında öz razılığı ilə əlyazmasını yazıb vermişdi. İddiaçı ona maşınının onun adına keçirilməsi sübutunu məhkəmədən gizlətmiş, iddia ərizəsində bu halı qeyd etməmişdir. Vəkilinin vəsatəti təmin olunmaqla alqı-satqı müqaviləsi dövlət yol yol polisindən götürülmüşdür. Həmin alqı-satqı müqaviləsindən göründüyü kimi onlar 28000 manata razılaşmışdılar. Qeyd etmək istəyir ki, İddiaçı rus dilini bilmədiyi üçün məni bu işə cəlb etmişdir. Bundan əlavə məhkəməyə təqdim etdiyi qəbzlərdəndə görünür ki, onun kartına göndərdiyi pulları o şəxsi mənafeyi üçün xərcləməmişdir. İddiaçının onu oyunla saldığı birjaya ödənilib. İddiaçı məhkəməyə təqdim etdiyi sübutların və verdiyi izahatın qeyri səmimi olmasını o faktla təsdiq edirki iki qəbz İsgəndərov Nəsimiyə aiddir. Nəsimi İsgəndərov işlədiyi vəkil bürosunun hesabı Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında açılmışdır oda oranın çalışan əməkdaşıdır və onların vəkil bürosunun bütün hesablarının əməliyyatlarını Nəsimi İsgəndərov icra edir. Büronun işinə aid olan ödəmələri o İddiaçı vermişdirki, aparıb onun kartına ödəsin. İddiaçı birjaya 56000 (əlli altı min) manat pul köçürmüşdür. Lakin dediyi həmin məbləğin sübutunu təqdim edə bilmir. Bununlada bir daha sübut olunur ki, İddiaçı iddia ərizəsində göstərilən halların hamısı qeyri səmimidir. İddiaçı nəinki məhkəməyə hətta öz nümayəndəsinə belə yalan söyləyərək 30000 (otuz min) nağd pul almasını bildirərək əlavə olaraq maşınının 28000 (iyirmi səkiiz min) əvəzinə alqı-satqı yolu ilə ələ keçirməsi faktını gizlətmişdir. - İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ikinci yazılı izahatından görünür ki, cavabdehin məhkəməyə təqdim etdiyi qəbzdə iddiaçıya olan 30000 manat borcun ödənildiyi və gələcəkdə tələbi olmayacağı göstərilib. Cavabdeh həmin qəbzdən öz xeyrinə istifadə etməyə çalışaraq iddiaçıya borclu qalmadığını sübut etməyə çalışır. İddiaçı isə gələcəkdə tələbi olmayacağı sözlərinin yazılmasını avtomobilin satışından əldə olunan 27000 manatla əlaqədar olduğunu bildirir. Çünki avtomobili 27000 manata satmış, gələcəkdə mübahisə yaranmasın deyə 30000 manata qəbz vermişdir. Cavabdeh borcu hesabına avtomaşından başqa hər hansı bir ödəniş etməsi barədə dəlil gətirə bilmir və gətirməsi də mümkün deyil. Çünki qalmış borcun ödənilməsini cavabdehin anası evini satandan sonra ödəyəcəyi ilə izah edib. Digər tərəfdən cavabdehin nümayəndəsi izahatında göstərir ki, 26270 manat müştərilədin pulu olub və cavabdeh isə həmin pulları müxtəlif vaxtlarda büronun hesabına köçürməsi üçün Bilmana verib. Qəribə səslənən bu arqument məhkəmədə təstiqini tapmamışdır və tapması da qeyri mümkündür. Məhkəməyə təqdim olunmuş qəbzlərdən görünür ki, 56270 manat iddiaçı Vüsalənin bank kartlarına çox qısa müddət ərzində köçürülüb və həmin pullar Birjada uduzulub. Vüsalənin telefon danışıqlarında borcu hesabına avtomobilini verdiyini etiraf edir və qalmış məbləğin isə onun öz pulu olduğunu deyərək Bilmana verir "apar qoy ora" deyir. Bilman Vüsalənin pullarını hara aparıb qoymalı idi sualı yaranır ki, buna aydınlıq gətirilməlidir. Vüsalənin pulu var idisə Bilmandan nə üçün alırdı suallarına cavabdeh aydınlıq gətirə bilməmişdir. Cavabdehin avtomaşının satışından başqa Bilmana pul qaytarması barədə hər hansı bir sübutu yoxdur. Karta köçürmələrdən əlavə nəğd şəkildə cavabdehə 10000 manat verilməsi cavabdehin anasının səs yazısı ilə təstiq olunur. Məhkəməyə təqdim olunmuş diskdə 8-ci sırada "AUD-20241015-WA0039" adlı səs yazısında cavabdehin anası Sevil xanım deyir: "bilirəm e, bəlkə də otuzdanda çoxdu sənin pulun. Onu da evi satandan sonra yavaş-yavaş pulunu verəcəm. Makler tapıb gətirəcəksən, 2-3 günə bir ev tapaq tez. 10 minlə də onun borcu bağlanan deyil. Hələ bu gün sən nə qədər vermisən yenə də tezdən gətirib" səs yazısı vardır. Burada onu da evi satdıqdan sonra verəcəm” deməklə cavabdehin anası qalmış borcu ödəyəcəyinə vəd verdiyini göstərir. "Maraqlıdır" ki, cavabdeh vəziyyətdən çıxış yolunu Bilmən Əliyevin ondan hədə-qorxu yolu ilə 30000 manat nağd pulunu alması və 31000 manat qiyməti olan Huddai Tucson markalı avtomobilini hədə qorxu və şantaj yolu ilə ondan alıb ələ keçirməsi, ilə ittiham etməyə səy göstərmişdir ki, bu da təstiqini tapmamış, cavabdehin müxtəlif yollarla iddiaçıya vurduğu ziyandan xilas olmağa cəhd göstərməsini təstiq edir. Cinayət işi başlanmasının rədd olunmasına dair qərar xx.xx.2024-cü ildə qəbul edilib və Cavabdeh izah edilib ki, pul tələbi barədə mülki qaydada iddia qaldıra bilər. Bu günə qədər iddia qaldırılmaması da onu göstərir ki, Cavabdeh haqsız olması ilə barışmışdır. Sübutlara məcmu halında nəzər saldıqda görürük ki, iddiaçı cavabdehə 66791 manat birja oyunlarında iştirak üçün onun xahişi ilə pul verməsi və cavabdehin Huddai Tucson markalı avtomobilinin satışından əldə olunan 30000 manat vəsaiti ödəməsi təstiqini Huddai Tucson markalı avtomobilini tapır. Lakin 36791 manatın qaytarılmasını cavabdeh sübuta yetirə bilmir. Mülki iş materiallarına flaşdisk, qəbzlər və tərəflərin bank hesabından çıxarışlar əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə ilk olaraq onu qeyd edir ki, İddiaçı Cavabdeh qarşı "pul” tələbi 3 hissədən ibarətdir:

1. cavabdehin kartına göndərilmiş 56270 manat borcun 26270 manat qalıq hissəsinin qaytarılması;

3. cavabdehə nağd olaraq verilmiş 10.000 manat borcun qaytarılması;

4. vəkil xidmət haqqı üçün ödənilmiş 320 manatın və 201 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması. Məhkəmə iddia tələbinin “cavabdehin kartına göndərilmiş 56270 manat borcun 26270 manat qalıq hissəsinin qaytarılması” hissəsi ilə bağlı ilk olaraq onu qeyd edir ki, həmin 56.270 manat məbləğində pulun borc məqsədilə cavabdehə verilib-verilməməsi, ikincisi borcun verilməsi sübuta yetirildiyi halda, borc müqaviləsinin qanuna uyğun bağlanıbbağlanmaması akpektindən çıxış edərək mübahisəyə hüquqi qiymət verilməlidir. Birinci aspektlə bağlı məhkəmə qeyd edir ki, borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasından da göründüyü kimi, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları mülkiyyət hüququnun borcluya keçirilməsi borc müqaviləsinin bağlanmasının əsas şərtidir. Mülkiyyət hüququnun keçirilməsi isə pulun və ya digər əvəz edilən əşyaların borc alana fiziki olaraq, yaxud tərəflərin razılaşmasına uyğun formada verilməsi ilə mümkün ola bilər. Məhkəmə hesab edir ki, bu halda 56.270 manat məbləğində pulun cavabdehə verilməsini iddiaçı sübut etməlidir. 56.270 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən sübutlar (iş materiallarına əlavə edilmiş qəbzlər) iddiaçı tərəfindən işə əlavə edilmişdir. Həmçinin, İddiaçı tərəfindən cavabdehin kartına fərqli tarixlərdə 56270 manat pulun yüklənməsi Nəsimi Rayon Polis İdarəsinin 22 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarında olan Cavabdeh, eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkilinin izahatları ilə də təsdiq olunur. Məhkəmə onu da qeyd edir ki, cavabdeh İddiaçı tərəfindən onun kartına fərqli tarixlərdə 56.000 manat pulun köçürüldüyünü qəbul etsə də, İddiaçı rus dilini bilmədiyi üçün “Valıyrie Global LTD” birjasında qeydiyyatın onun adına keçirildiyini və bu səbəbdən həmin pulun iddiaçı tərəfdən onun hesabına yükləndiyini bildirmiş, lakin bu xüsusatlarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, iddiaçı 56.270 manat məbləğində pulu cavabdehin borc məqsədi ilə kart hesabına mədaxil etməklə pula olan mülkiyyət hüququnu faktiki olaraq cavabdehə ötürmüşdür. 56.270 manat məbləğində pulun verilməsi ilə bağlı müqavilənin etibarlılıq (qanuna uyğun bağlanıb-bağlanmaması) məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, yuxarıda göstərilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmasıdır. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar. Əqdin yazılı formasına əməl edilməmə o halda etibarsızlığa səbəb olur ki, belə forma tələbi ya qanunda, ya da tərəflərin özlərinin razılaşmasında nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 740-cı maddəsində də borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin şərh edilən hallarıdan da göründüyü kimi, 56.270 manat məbləğində pul borc məqsədilə cavabdehə verilmişdir. Başqa sözlə, 56.270 manat məbləğində pulun cavabdehə borc verilməsi faktı baş vermişdir. Lakin Mülki Məcəllənin 740-cı maddəsinin məzmunundan da göründüyü kimi, borcun məbləği 3000 manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunla müəyyən edilmiş yazılı formaya əməl edilməməsi nəticəsində 56.270 manat məbləğində pulun verilməsi faktını özündə əks etdirən hüquqi nəticə baş vermişdir. Lakin bu hüquqi nəticənin etibarlı borc müqavələsi statusuna gətirən qanuni əsas, yəni yazılı borc müqaviləsinin bağlanmaması qeyd edilən hüquqi nəticəni etibarsız etmişdir. Məcburi forması göstərildiyi halda, müqavilənin həmin formada bağlanmamasının onun etirbasız əqd olması ilə nəticələnməsi isə qanunun imperativ tələbidir. Belə ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsində əhəmiyyətsiz və mübahisələndirilən olmaqla əqdlərin iki növü göstərilmişdir. Aralarındakı əsas fərq isə ondan ibarətdir ki, mübahisələndirilən əqdlər bağlandıqdan sonra onlar barəsində mübahisə irəli sürülənə qədər etibarlı görünsələr də, əhəmiyyətsiz əqdlər bağlandıqları andan etibarsız olur və elə ilk andan heç bir hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmur. İddiaçı tərəfindən verilmiş pula dair müqavilə də əhəmiyyətsiz əqddir, tərəflər arasında həmin müqavilənin yazılı forma tələbinə əməl edilməmişdir. Lakin məhkəmə qeyd edir ki, borc müqaviləsinin qanunla müəyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pulun qaytarılmamasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə əldə edilənlərin qaytarılmasının hüquqi əsasları nəzərdə tutulmuşdur. Əhəmiyyətsiz əqdlər üzrə əldə edilənlərin geri qaytarılması ilə ilə bağlı AR Konstutusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarında formaladırdığı hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.... Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə hazırkı mübahisə üzrə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə verdiyi və sonradan müəyyən çıxılmalar aparıldıqdan sonra hazırda qalıq qalan 56.270 manat məblığində pul vəsaitinə münasibətdə cavabdeh heç bir hüquqi əsas olmadan varlanmışdır. Pulun verilməsinin hüquqi əsas yaratmaması ilə bağlı əsaslar isə yuxarıda ətraflı şərh edilmişdir. Odur ki, iddiaçı cavabdehdən verdiyi pulu geri qaytarılmasını tələb edə bilər. Lakin məhkəmə onu da qeyd edir ki, İddiaçı iddia ərizəsində cavabdehin aldığı pulun 30.000 manatını xx.xx.2024-cü ildə qaytardığını bildirsə də, tərəflər arasında 2016-cı ildə istehsal olunmuş, “Hyundai Tucson” markalı nəqliyyat vasitəsinin alqı-satqısı barədə müqavilənin bağlanması barədə hər hansı məlumat verməmişdir. Həmin hal məhkəmə sorğusu əsasında müəyyən edildikdən sonra iddiaçı “iddia ərizəsinə dəqiqləşmə” verərək, borcun bir hissəsinin Cavabdeh ilə bağlanmış alqı-satqı müqaviləsi ilə ödənildiyini nəzərə almaqla cavabdehdən 36791 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitənin alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan 2016-cı ildə istehsal olunmuş, “Hyundai Tucson” markalı nəqliyyat vasitəsi 28.000 manata İddiaçı satılmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərkən borcun bir hissəsinin Cavabdeh ilə xx.xx.2024-cü il bağlanmış alqı-satqı müqaviləsi ilə ödənildiyini nəzərə almaqla pulun qalan hissəsinin ödənilməsini tələb etsə də, İddiaçı özünün yazdığı və əl imzası ilə təsdiq etdiyi xx.xx.2024-cü il tarixli qəbzə əsasən 30.000 manatı İddiaçı qaytarılmış və xx.xx.2024-cü il tarixli aktla İddiaçı Cavabdeh qarşı heç bir tələbinin olmadığını və gələcəkdə olmayacağını təsdiqləmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Odur ki, məhkəmə hesab edir ki, işdə olan sübutlar, tərəflərin nümayəndə və vəkillərinin izahatlarına və işin araşdırılan əsasən iddiaçının iddia ərizəsində tələb etdiyi pulun 56270 manat hissəsi cavabdeh tərəfindən tam şəkildə (xx.xx.2024-cü il tarixli qəbz + xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin əvəzləşdirilməsi) ödənilmişdir. Beləliklə, Cavabdeh iddiaçı qarşısında heç bir öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Bundan əlavə iddiaçı “X4 ASC”-dən 10.000 manat məbləğində kredit götürərək cavabdehə təqdim etdiyini bildirmiş və bunu iş materiallarına əlavə edilmiş bank çıxarışı və cavabdehin anası Sevil xanımın səs yazısı ilə əsaslandırmışdır. Həmçinin iddiaçının nümayəndəsi və vəkili izahat verərkən sədrlik edən tərəfindən ona verilmiş sual-cavabda 56791 manatla bağlı ödəniş qəbzlərini göstərmiş qalan 10000 manat pulun cavabdehə təqdim edilməsinə dair hər-hansı mötəbət sübutun olmadığını bildirmişdir. Məhkəmə iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş flaş disk formatda olan səs danışıqlarına münasibətdə qeyd edir ki, həmin səs yazılarının mətni qeyri-müəyyən olmaqla və bəziləri isə hazırki iş üzrə tərəf olan Cavabdeh ilə bağlı olmamaqla hazırki iş üzrə hər-hansı halı təsdiq edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.201-ci il tarixli qərarına əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı “X4 ASC”-dən kredit götürdüyü iş materiallarına əlavə edilmiş ödəniş cədvəli ilə təqdiqlənsə də, həmin pulun cavabdehə verdiyi ilə bağlı məhkəməyə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Daha sonra məhkəmə iddia tələbinin iddiaçı tərəfindən ödənilən 201 manat dövlət rüsumunun və 320 manat hüquqi xidmətin göstərilməsinin əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin bu hissəsi üzrə qeyd edir ki, iddia tələbi pul hissəsində təmin edilmədiyindən, bu hissədə də tələb təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair"iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar