Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5732/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Məmmədov Azər Zabid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı «mülkiyyət hüququna maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Xəzər İnşaaat-XXİ əsr» Mənzil-tikinti Kooperativi və Cavabdeh2nə qarşı «mülkiyyət hüququna maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı iddianın təmin tədbiri barədə ərizə verərək, Bakı şəh., Nəsimi ray., 2-ci mkr., R.Məmmədov küç., 25 saylı binanın və mənzilinin sökülməsinin cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi, Cavabdeh2nə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, e-2(006)- 5732/2021 saylı qərardadı ilə iddianı təmin etmə tədbiri barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, R.Məmmədov küçəsi, ev 25, 47 saylı mənzilin sökülməsi cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi, Cavabdeh2nə və digər şəxslərə qadağan edilmişdir. Sonradan - İddiaçı məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılması və ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 nömrəli Qərarının 15-ci bəndində əsasən iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı «mülkiyyət hüququna maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5732/2021 saylı, 16.08.2021-ci il tarixli qərardadı ilə tətbiq olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, R.Məmmədov küçəsi, ev 25, 47 saylı mənzilin sökülməsinin cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi, Cavabdeh2nə və digər şəxslərə qadağan edilməsi”nə dair iddianı təmin etmə tədbiri ləğv olunmalı, iddianı təmin etmənin ləğv edilməsinə dair hissədə qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162, 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı «mülkiyyət hüququna maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5732/2021 saylı, 16.08.2021-ci il tarixli qərardadı ilə tətbiq olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, R.Məmmədov küçəsi, ev 25, 47 saylı mənzilin sökülməsinin cavabdehlər "xxxx" Mənzil- Tikinti Kooperativi, Cavabdeh2nə və digər şəxslərə qadağan edilməsi”nə dair iddianı təmin etmə tədbiri ləğv edilsin. İddianı təmin etmənin ləğv edilməsinə dair hissədə qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-5732/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5732/2021
13.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver