Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-588/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 1009,50 (bir min doqquz manat, əlli qəpik) manat məbləğində vəsaitin, 30,09 (otuz manat, doqquz qəpik) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** BC *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtonəqliyyat vasitəsilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PX *** dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** PX *** dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmiş, həmin avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 1721,00 (min yeddi yüz iyirmi bir) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Sığorta aktına əsasən 1721,00 (min yeddi yüz iyirmi bir) manat məbləğində sığorta ödənişi avtomobilin təmiri üçün X1 hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbarı sığortası "xxxx" ASC tərəfindən sığortalandığından 711,50 (yeddi yüz on bir manat əlli qəpik) manat məbləğində sığorta ödənişinin ödənildiyini nəzərə alaraq, xx.xx.2022-ci il tarixində 1009,50 (bir min doqquz manat əlli qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lər)ə məktub göndərilsə də, cavabdeh həmin məbləği ödəməmişdir. "xxxx" ASC tərəfindən nəqliyyat vasitəsinin bərpası üçün ödənilmiş 1009,50 (bir min doqquz manat, əlli qəpik) manat məbləğində vəsait Cavabdeh tərəfindən iddiaçı "xxxx" ASC-yə geri qaytarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını; Cavabdeh elektron poçt vasitəsilə məktubla məhkəməyə müraciət edərək, xaricdə olduğu üçün məhkəmə prosesinin bir ay sonraya təxirə salınmanı xahiş etmiş; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsinin gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin ərizələrini nəzərdən keçirib, iddia ərizəsini və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində saat 20:20-də Bakı şəhərində nəqliyyat vasitələrinin toqquşması baş vermişdir. Hadisənin baş verməsində təqsirli etibarnamə əsasında “Toyota Prius” markalı ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdehdur (avtomobilin sahibi – X3). Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* №-li protokoldan və inzibati tənbeh vermə haqqında TP ******* №-li, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh həmin tarixdə saat 20:20-də Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində “Toyota Prius” markalı ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Cavabdeh Bakı şəhəri BPİ-nin DYPİ-də yazdığı izahatdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 20:20 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində “Koroğlu” metro stansiyası istiqamətində hərəkət edərkən yolun sağında dayanan “Toyota Prius” markalı ** PX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini arxa sol tərəfdən vurmuşdur. Hadisə nəticəsində bir neçə avtomobilə maddi ziyan dəymişdir. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, “Toyota Prius” markalı ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1721 manat məbləğində zərər dəymişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış “Toyota Prius” markalı ** PX *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi «Paşa Sığorta” ASC tərəfindən 1721 AZN məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təvil verilmiş, həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. X4 tərəfindən möhürlə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 16 №-li hesab-fakturadan görünür ki, “Toyota Prius” markalı ** PX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin təmiri üçün 1.721 manat pul tələb olunur. xx.xx.2022-ci il tarixli, EBBX seriyalı 571450 nömrəli elektron qaimədən görünür ki, "xxxx" ASC tərəfindən 1721.00 manat məbləğində pul X1 hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitələrinin (kasko) sığortası növündə xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə sığortalanmış “Toyota Prius” markalı ** PX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 1721,00 (min yeddi yüz iyirmi bir) manatdır və həmin məbləğ nəqliyyat vasitəsinin təmiri üçün X1 hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “** PX *** – sığorta ödənişi” təyinatı ilə 1721,00 (min yeddi yüz iyirmi bir) manat sığorta ödənişi köçürülmüşdür. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, sığortaçısı "xxxx" ASC tərəfindən 711,50 manat məbləğində sığorta ödənişi ödənilməsini nəzərə alaraq, “Toyota Prius” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1.721 manat ziyandan qalan 1.009,50 manat məbləğində pul subroqasiya qaydasında ondan tələb edilmişdir. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddiaçı «Paşa Sığorta” ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş: - xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2021-xx.xx.2022-ci il müddətində "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış “Toyota Prius” markalı, 77BC215 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə H.Əliyev prospektində “Toyota Prius” markalı, 99PX653 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində 99PX653 dövlət qeydiyyat nişanlı maşına 1.460 manat məbləğində zərər dəyməsi "xxxx" ASC tərəfindən müəyyən edilmiş, 711,50 manat pul subroqasiya hüququnun yaranması əsasında "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür; - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 711,50 manat məbləğində pul "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə “Toyota Prius” markalı, 77BC215 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində həmin tarixdə 40 manat cərimə növündə TP4866397 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və sonuncu tərəfindən həmin cərimə xx.xx.2023-cü il tarixdə ödənilmişdir. İş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-avtotexniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/775 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Paşa Sığorta” ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Toyota Prius” markalı **-PX-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1450,0 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı 77BC215 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış “Toyota Prius” markalı 99PX653 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində toqquşmuş, “Toyota Prius” markalı 99PX653 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və başqa iki maşına zərər dəymişdir. Həmin yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmuşdur. Dəymiş zərərlə əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən 1721 manat məbləğində sığorta ödənişi avtonəqliyyat vasitəsinin təmiri üçün müvafiq hesaba ödənilmiş, həmin məbləğin 711,50 manat hissəsi cavabdehin idarə etdiyi maşını icbari sığorta növündə sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə subroqasiya qaydasında mütənasiblik nəzərə alınmaqla (başqa iki maşına da ziyan dəydiyindən) ödənilmişdir. Hazırda iddiaçı qalan 1009,50 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin təqsirinin müəyyən edildiyi yol-nəqliyyat hadisəsi üzrə 99PX653 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəyməsi ehtimal edilən 1.721 manat məbləğində zərərin onu kasko sığorta növündə sığortalayan "xxxx" ASC tərəfindən ödənilməsi, habelə həmin məbləğin 711,50 manat hissəsinin "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə subroqasiya qaydasında mütənasiblik nəzərə alınmaqla (başqa iki maşına da ziyan dəydiyindən) ödənilməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır. Məhkəmə hesab edir ki, iddiaçı həmin zərərdən özü tərəfindən ödənilmiş və digər sığorta şirkəti tərəfindən əvəzi ödənilməmiş 1009,50 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb etməkdə qismən haqlıdır. Belə ki, məhkəmə araşdırmasına təqdim edilmiş sənədlərdə “Toyota Prius” markalı 99PX653 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan müxtəlif məbləğlərdə göstərildiyindən (iddiaçı tərəfindən verilmiş sənədlərdə 1.721 manat, "xxxx" ASC tərəfindən verilmiş sənəddə 1.460 manat), məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində təqdim edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Toyota Prius” markalı 99PX653 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 1450 manat təşkil edir. Ekspert rəyinin mötəbər olması, zərərin məbləği ilə bağlı təqdim edilmiş digər sənədlərlə müqayisədə əsaslandırılmış olması, ekspertin yalan məlumat verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar olması nəzərə alındıqda, həmin rəy məhkəmə tərəfindən əsas götürülür, habelə rəydə göstərilmiş məbləğ məhkəmə tərəfindən ağlabatan və ədalətli hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin təqsirinin müəyyən edildiyi hadisə üzrə iddiaçı tərəfindən sığortalanmış maşına dəymiş 1.450 manat zərərin 711,50 manat hissəsinin sığorta şirkəti tərəfindən ödənildiyi nəzərə alındıqda, qalan 738,50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-3.3-cü maddələrinə əsasən, icbari və ya könüllü sığorta müqaviləsini yalnız müvafiq sığorta növünü aparmağa Mərkəzi Bankdan icazəsi olan sığortaçı bağlaya bilər. İcbari sığortanın növləri, aparılması qaydaları və şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və icbari sığorta qanunları ilə müəyyən edilir. Bu Qanunun 16.5-ci maddəsini nəzərə almaqla könüllü sığortanın növləri və müvafiq sığorta qaydaları sığortaçı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1, 1097.1-ci maddələrinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 936.1-936.2, 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə müvafiq olaraq, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 738,50 (yeddi yüz otuz səkkiz manat əlli qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 22 (iyirmi iki) manat hissəsi və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pulun 37 (otuz yeddi) manat hissəsi cavabdehdən, qalan 13 (on üç) manat hissəsi isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0 və 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 738,50 (yeddi yüz otuz səkkiz manat əlli qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 22 (iyirmi iki) manat hissəsi və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə verilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərinin 37 (otuz yeddi) manat hissəsi Cavabdeh, qalan 13 (on üç) manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-588/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-588/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver