Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5884/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5500 (beş min beş yüz) manat pul vəsaitinin, hüquqi yardımın göstərilməsi ilə əlaqədar Xırdalan Vəkil Bürosuna ödədiyi 300 (üç yüz) manat pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 10 mart 2025-ci il tarixində Cavabdeh ilə X4 Dubay şəhərinə səyahət üçün tur paketi almaq məqsədilə müraciət etmişdir. Tur paketinə iki nəfərlik aviabilet və otel yerləşməsi daxil idi. Turun müddəti 26 mart 2025-ci ildən 04 aprel 2025-ci ilədək, yəni 10 gün nəzərdə tutulmuşdur. Tur paketdə otel xidmətlərinin tam ödənildiyi və tur paketinin ümumi qiymətinə daxil olduğu açıq şəkildə qeyd olunmuşdur. Tur paketin qiyməti 2600 dollar olmuşdur. Lakin Dubay şəhərinə çatdıqdan sonra məlum olmuşdur ki, Cavabdeh tərəfindən otel üçün yalnız bir gün üçün ödəniş etmişdir. Bu səbəbdən oteldə yerləşməkdə çətinliklə qarşılaşmışdır. Bundan sonra iddiaçı Sadıqov X2 Şəfa Nurəddin qızı ilə əlaqə saxlamışdır və Şəfa xanım ona bildirmişdir ki, otelə verdiyi pulu şəxsi məqsədləri üçün xərcləmişdir, ona və birlikdə səyahət etdiyi digər şəxsə oteldə yerləşmək üçün əlavə ödəniş etməyini tələb etmişdir. Məcburiyyət qarşısında qalaraq, iddiaçı əlavə olaraq 2600 manat məbləğində əlavə ödəniş etmişdir. Cavabdeh bu məbləği də otelə ödəməmişdir. Bildirmişdir ki guya oteldə yer yoxdur. Bundan sonra məcburiyyət qarşısında qalıb özü baha qiymətə də olsa ödəniş etmişdir. İddiaçı Bakıya qayıtdıqdan sonra Cavabdeh ilə əlaqə saxlayaraq, aldadılma yolu ilə alınmış 5500 manatın qaytarılmasını tələb etmişdir. O, əvvəlcə pulu özünün xərclədiyini və yaxın günlərdə qaytaracağını bildirmişdir. Lakin pulun qaytarılmasından yenidən boyun qaçırmışdır. İddiaçı məcburiyyət qarşısında qalıb Nəsimi Rayon polis İdarəsinə müraciət etmişdir. Cavabdeh Şəhla Sadıxova Polis Bölməsində ifadə verərək bildirmişdir ki, İddiaçı uzun müddətdir tanıyır və onun xaricə səfərlərinə kömək edib. 2025-ci ilin əvvəllərində iddiaçı cavabdehə müraciət edərək X1 getmək istədiyini bildirib, bu məqsədlə cavabdehin hesabına ümumilikdə 4420 (dörd min dörd yüzi yirmi) manat, əlavə olaraq 100 manat nağd vəsait ödəmişdir. Cavabdehin izahatına əsasən, xx.xx.2025-ci il tarixdə iddiaçı Dubay şəhərində olarkən cavabdehin kart hesabına əlavə olaraq 2600 manat məbləğində pul göndərmişdir, lakin cavabdeh həmin məbləği otelə ödəniş üçün istifadə etməmişdir, öz şəxsi ehtiyaclarına sərf etmişdir. Cavabdeh öz izahatında etiraf etmişdir ki, ümumilikdə İddiaçı 5500 (beş min beş yüz) manat borcludur və bu məbləği xx.xx.2025-ci il tarixinədək hissə-hissə qaytaracağına söz vermişdir. Bu etiraf cavabdehin yazılı şəkildə verdiyi izahatda öz əksini tapmışdır və iş materiallarına əlavə edilir. Beləliklə, Cavabdeh tərəfindən aldadılaraq iddiaçıdan qanunsuz şəkildə ümumilikdə 5500 (beş min beş yüz) manat alınmış və bu məbləğ indiyə qədər qaytarılmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: iddiaçı, Cavabdeh ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə şikayət etmiş, onun müraciəti əsasında toplanmış material aidiyyəti üzrə Nizami RPİ-yə göndərilmişdir. Araşdırma zamanı qəbul edilmiş 10 avqust 2024-cü il tarixli materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, izahatı alınan Cavabdeh İddiaçı 5150 manat borcunun olduğunu etiraf etmiş və borcu hissə-hissə olmaqla, xx.xx.2025-ci il tarixədək qaytaracağını bildirmişdir. İddiaçının təqdim etdiyi və Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş əlyazmanın mətnindən görünür ki, sonuncu, İddiaçı 5500 manat borc aldığını, həmin pulu 2025-ci ilin 15 oktyabrına qədər tam şəkildə ödəyəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 75 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 5500 manat pul almış, həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi və cavabdeh tərəfindən pulun alınmasına dair cavabdeh tərəfindən yazılı əlyazma tərtib edilmişdir. Beləliklə, cavabdehin pulu alması işin mübahisəsiz halıdır. Bu hal polis araşdırması zamanı qəbul edilmiş qərarda cavabdehin öz etirafedici izahatı ilə də öz təsdiqini tapır. Cavabdeh polis araşdırması zamanı verdiyi izahatda iddiaçıya olan borcunun 5150 manat olmasını bildirsə də, buna dəlalət edən sübutları məhkəməyə təqdim etməmiş, cavabdehin xx.xx.2025-ci il tarixdə tərtib etdiyi əlyazmasında o, məhz 5500 manat pul borclu olduğunu göstərmişdir. İstinad olunanlar belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh pulun qaytarılmasına dair öhdəliyini icra etməmiş və 5500 manat borcu geri qaytarmamışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya uyğun olaraq iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin 300 manat hüquqi yardım üçün çəkilmiş xərcin cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı hazırkı mülki iş üzrə Xırdalan Şəhər Vəkil bürosunun vəkili ilə təmsil olunur və hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı ilə bağlanmış hüquqi yardım haqqında müqavilədə xidmət haqqı olaraq 300 manat ödənilməsi qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddianı bu hissədə əsaslı sayır. Məhkəmə hesab edir ki, iddia tam şəkildə təmin edildiyindən, ödənilmiş 75 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, 5500 manat borc, hüquqi yardım üçün çəkilmiş xərc olan 300 manat və ödənilmiş 75 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5.500 (beş min beş yüz) manat borc, hüquqi yardım üçün çəkilmiş xərc olan 300 (üç yüz) manat və ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-5884/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5884/2025
08.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver