Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-595/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 onun oğludur. Hazırda o, barəsində olan cinayət işinin baxılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müalicə müəssisəsində saxlanılır. Həmin cinayət işində müdafiə tərəfinin vəsatəti izrə keçirilmiş məhkəmə ekspertizaları ilə müəyyən olunmuşdur ki, Ramiz psixi durumuna görə hazırda özünü idarə etmək qabiliyyətində deyil. Belə ki, həmin iş üzrə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məlikəmə Psixiatrik Ekspertiza Mərkəzinin stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli 137 saylı rəyinə əsasən, Ramiz Taxveli hazırda öz hərəkətlərini dərk etmək, onları idarə etmək iqtidarında deyil. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 təkrar kompleks komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 18 saylı rəyinə əsasən də, Ramiz Taxveli onda aşkarlanan psixi patologiya nəticəsində hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək imkanından məhrum olmuşdur. Şərh olunanlara əsasən hesab edir ki, oğlu Ramiz Taxveli fəaliyyət qabiliyyəti olmayan hesab olunmalıdır. Göstərilənləri nəzərə alaraq xx.xx.1982-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T seriyalı 122491 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, atası X6, anası Ərizəçidır, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1982-ci il tarixdə 1890 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2020-ci il tarixli, 18 saylı rəyindən görünür ki, Ekspert komissiyası cinayət işi materiallannın, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatlann, həmçinin stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1. Yoxlanılan şəxs X7 cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. 2. Yoxlanılan şəxs X7 qərarda təsvir olunan və ona ittiham edilən cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Buna görə də R.P.Taxveli ittiham olunduğu cinayət əməli barəsində anlaqlı hesab olunmalıdır. 3. Yoxlanılan şəxs X7 cinayət əməlini törətdikdən sonra istintaq təcridxanasında saxlanılan zaman aldığı ağır kəllə-beyin travmasından sonra onun psixi vəziyyətində pozuntular yaranmışdır. A. Hal-hazırda R.P.Taxvelidə «Baş beyinin üzvi zədələnməsi (travma mənşəli) nəticəsində psixi və davraniş pozuntuları (psixopatiyayabənzər sindrom), İntellekt və yaddaşın enməsi ilə» formasında psixi patologiya müəyyən edilir. B. R.P.Taxveli onda aşkarlanan psixi patologiya nəticəsində halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək imkanından məhrum olmuşdur. 4. Yoxlanılan şəxs X7 hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. 5. Yoxlanılan şəxs X4 əməli Azəıbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddələsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, hal-hazırkı psixi vəziyyətinə görə RP.Taxvelinin hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşür. Hazırkı psixi vəziyyətinə görə RP.Taxvelinin müalicəyə ehtiyacı vardır. Buna görə RP.Taxveliyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. 6. X3 hadisə zamanı hansı emosional halda olmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2019-cu il tarixli, 137 saylı rəyindən görünür ki, R.P.Taxveli cinayət əməlini törətdikdən sonra istintaq təcridxanasında saxlanılan zaman aldığı ağır kəllə-beyin travmasından sonra onun psixi vəziyyətində yaranan psixi pozuntular uzun müddət ərzində müalicə olunmasına baxmayaraq indiyə qədər davam edir. Yoxlanılan şəxs X5 hal-hazırda baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində psixi və davranış pozuntuları (psixopatabənzər sindrom), intellekt və yaddaşın kəskin ifadə olunmuş enməsi müəyyən edilir. Bunu hal-hazırkı psixiatrik müayinənin nəticələri (şöbədədaxili rejimə çətinliklə tabe olması, bir yerdə qərar tuta bilməməsi, elementar sanitar-gigiyena qaydalarına riayət etməməsi, pinti olması, özünü qeyri-adekvat aparması, ona verilən suallara məqsədyönlü cavab verə bilməməsi, təşviş halında həssas olması, əhval-ruhiyyəsinin aşağı səviyyədə olması, gün ərzində tez-tez ağlaması, özünə qapanması, palatada olan çarpayını silkələməsi, qəfildən oyanıqlı vəziyyətdə təpiklə qapıya vurması, qəflətən başına yumruq vurması, stereotip olaraq eyni sözləri qışqıraqışqıra təkrarlaması, gün ərzində çox əsəbi vəziyyətdə olması, intellektual-mnestik funksiyalarının enməsi, emosional reaksiyalarının dayanıqsızlığı və situasiyalara uyğun olmaması, maraq dairəsinin məhdudlaşması, öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidinin aşkar olunmaması) sübut edir. Buna görə R.P.Taxveli hazırda öz hərəkətlərini dərk etmək və onlari idarə etmək iqtidarında deyil. R.P.Taxvelinin hazırkı psixi vəziyyətinə görə müalicəyə ehtiyacı var. Hal-hazırkı psixi vəziyyətinə görə R.P.Taxvelinin hərəkətləri AR CM-nin 21.3-cü maddəsinin təsiri altına düşür. Buna görə də R.P.Taxveliyə qarşı AR CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2020-ci il tarixli, 2522 saylı rəyindən görünür ki, X5 hal-hazırda baş beynin üzvi zədələnməsi (travma mənşəli) nəticəsində psixi və davranış pozuntulan intellekt və yaddaşın enməsi ilə müəyyən edilir. Ekspertizanın təyini haqqında qərardan göründüyü kimi ərizəçi Nəsimi rayon məhkəməsinə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılması ilə bağlı müraciət etmişdir. Hazırkı mülki işdə cinayət işinin istintaqına aid olan “anlaqlı/anlaqsız” məsələsi müəyyən edilmədiyindən sualın qoyulduğu kimi cavablandırılması mümkün deyil. X5 hal-hazırda qeyd olunan psixi pozuntu onu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum edir. X4 hazırkı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas vardır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə müəyyən olundu ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü, 317.2-ci, 317.3cü və 318.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1982-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mülki Prosessual Məcəlləsinin 321.2-ci madəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-595/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-595/2021
23.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver