Məhkəmə qərarları › İş №e-2(006)-60/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-60/2025

01.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-60/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Məmmədxan qızına qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 dəymiş zərərin əvəzi olaraq 7277 manat iyirmi qəpik məbləğində pulun, o cümlədən Hüquqi Yardım üçün ödənilən 1032 manat məbləğində pulun, mütəxəssis rəyinin əldə edilməsi üçün ödənilən 300 manat məbləğində pulun, o cümlədən dövlət rüsumu kimi ödənilən 106 manat 90 qəpiyin, 24 manat notariusa ödənilən rüsum, ümumilikdə 8740 manat 10 qəpiyin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının şəxsi mülkiyyətindədir. İddiaçı özü qeydiyyat ünvanında daimi yaşamaqdadır. İddiaçıya məxsus şəxsi mənzilin üst mərtəbəsində cavabdehin mülkiyyətində olan mənzil yerləşir. İddiaçı mülkiyyətində olan mənzildə daimi yaşamır və mülkiyyətində olan mənzili tam yeni təmirli halda qızına yaşaması üçün hədiyyə etmək niyyətindədir. Lakin cavabdehlərin səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində iddiaçıya məxsus əmlaka böyük həcmdə suz sızması baş vermiş və nəticədə iddiaçının mülkiyyətinə zərər dəymişdir. Hazırda iddiaçının mülkiyyəti yararsız hala düşmüş və iddiaçı öz mülkiyyətindən manesiz istifadə hüququndan məhrumdur. İddiaçı dəfələrlə cavabdehin həyat yoldaşı Telman Həsənova müraciət etsə də, cavabdeh tərəf mülkiyyətçinin pozulmuş hüquqlarını bərpa etmək niyyətində deyil. Bakı şəhər Nəsimi rayon İH-non MKTB-nin 23 saylı Mənzil Kommunal İstismar sahəsinin təqdim etdiyi arayış ilə hadisənin baş verməsi və s. məsələlər öztəsdiqini tapır. İddiaçı tərəfindən əldə edilmiş mütəxəssis rəyindən aydın olur ki, iddiaçının mülkiyyətinə 7277 manat 20 qəpik məbləğində zərər dəymişdir. Daha Cavabdeh əsl Cavabdeh ilə əvəz olunmuşdur. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirmişdir ki, o, İddiaçı nəvəsidir. Hadisə baş verən zaman onların evində kirayəçilər yaşayırdılar. Dəfələrdə onların mənzilinə su sızmalar olurdu. Su sızma nəticəsində iddiaçının mülkiyyətinə zərər dəymişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - 23 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 11 nömrəli məktubdan görünür ki, tərəflərindən araşdırma aparılan zaman otaq və dəhlizdə aboy kağızlarının qopması tavan və divarda qurulmuş su izlərinin qismən yerləri görünürdü. Mənzilə baxış keçirilən zaman həmin mənzilin üst mərtəbəsinin sahibi Telman Həsənov (mülkiyyətçi Cavabdeh Məmməd qızı) həmin mənzilə dəvət olundu. Telman Həsənov bildirdi ki, onun mənzilindən aşağı su axıntısı olmamışdır. Lakin onun mənzilindən su axıntısı olmamasına baxmayaraq dəyən ziyan qarşılığında həmin mənzilin aboy kağızlarını dəyişib tavanın boyanmasını edə bilər. Lakin bununla razılaşmadığı üçün hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 02-128/23 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanına su axıdılma nəticəsində dəymiş ziyanın həcmi və dəyəri 7277.2 manat təşkil edir. Mütəxəssis rəyinə əlavə edilmiş qəbzdən görünür ki, aparılmış mütəxəssis rəyinin dəyəri 300 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/8804 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1-ci sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 35 saylı evin 47 saylı mənzildə su sızması nəticəsində qüsurlar yarandığı, yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4496.0 manat məbləğində müəyyən olunmuşdur. 2-ci və 3-cü sual üzrə: 47 saylı mənzilin tikililərin konstruktiv elementlərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 35 saylı evin 47 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan 50 saylı mənzildən su axıdıldığı və nəticədə 47 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 4-cü sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 35 saylı evin 47 saylı mənzilində hal-hazırda su axıdılmasının davam etmədiyi müəyyən edilmişdir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmətikinti-texniki eksperizasının dəyəri 50 manat təşkil edir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 35 ünvavında yerləşən 50 nömrəli mənzil xx.xx.2014-cü il tarixindən Cavabdeh Məmmədxan qızının adına qeydiyyatdan keçmiş, lakin xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il il tarixində X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 9/7354 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş əşyalara dəymiş ziyan nəzərə alınmaqla, həmin əşyaların yeni vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 358.00 manat müəyyən edilir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmətikinti-texniki eksperizasının dəyəri 100 manat təşkil edir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 106.90 manat məbləğində dövlət rüsumu, 23 manat məbləğində isə notarius rüsumu ödənilmişdir. Mülki iş materiallarına fotoşəkillər əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, mübahisə üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki, xx.xx.2024-cü il tarixli qərardadı ilə isə məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/8804 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 35 saylı evin 47 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan 50 saylı mənzildən su axıdıldığı və nəticədə 47 saylı mənzilə 4496.0 manat məbləğində ziyan vurulduğu, 9/7354 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə isə ekspertiza tədqiqatına təqdim edilmiş əşyaların yeni vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 358.00 manat olması müəyyən edilmişdir. Eyni zamanda Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 35 saylı evin 47 saylı mənzilə suyun sızması məhkəmə iclasında dindirilən şahid X5 ifadəsi ilədə öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 35 saylı evin 50 saylı mənzildən iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 35 saylı evin 47 saylı mənzilə suyun axıdılması ilə iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona zərər dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə iddia tələbinin “mənzilə dəymiş maddi zərərə görə 7277 manat məbləğində pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, müvafiq ekspert rəyi ilə təmir işlərinin aparılması üçün iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 4854 manat (mənzilə dəymiş ziyan 4496.0 manat + əşyalara dəymiş zərər 358 manat) müəyyən edilməsi nəzərə alınmalı, iddiaçı tərəfindən ona iddia edilən məbləğdə maddi ziyan dəyməsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli, 02-128/23 saylı mütəxəssis rəyi məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə üst-üstə düşmədiyindən məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilməmişdir. Məhkəmə bu yerdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Cavabdeh Məmmədxan qızı məhkəməyə ərizə ünvanlayaraq, onun mülkiyyətində hər hansı əmlakın olmadığını bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 35 ünvavında yerləşən 50 nömrəli mənzilin xx.xx.2014-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək, yəni su sızmanın baş verdiyi tarixdə, Cavabdeh adına qeydiyyatda olduğu müəyyən edilmiş, bu səbəbdən Cavabdeh Məmmədxan qızı əsl Cavabdeh ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, vurulmuş maddi ziyanın əvəzi olaraq 4854 manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi yardım üçün 1032 manat ödədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi maddi zərər hissəsində qismən təmin olunduğu üçün, mütəxəssis rəyi üçün ödənilmiş 300 manat və 23 manat notariusa ödənilən rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iş materiallarından göründüyü kimi hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 106.9 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, 106.9 manat ödənilmiş dövlət rüsumunun 64 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 4854 manat, iddiaçının mütəxəssis rəyi üçün ödədiyi 300 manat, 23 manat notariusa ödənilən rüsum və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 64 manat, ümumilikdə 5241 (beş min iki yüz qırx bir manat) manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 AZN-nin (yüz əlli manat) 90 AZN-i (doxsan manat) Cavabdeh, qalan 60 AZN-i (altmış manat) isə İddiaçı alınaraq Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 2752 manat, mənəvi zərərin əvəzi kimi 4854 manat, iddiaçının mütəxəssis rəyi üçün ödədiyi 300 manat, 23 manat notariusa ödənilən rüsum və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 64 manat, ümumilikdə 5241 (beş min iki yüz qırx bir manat) pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 AZN-nin (yüz əlli manat) 90 AZN-i (doxsan manat) Cavabdeh, qalan 60 AZN-i (altmış manat) isə İddiaçı alınaraq alınaraq Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar