Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6071/2025 27.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qeyriyaşayış sahəsindən çıxarılma və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan sahəsi 100 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Əbülfəz oğlu və Cavabdeh Ravilyevnanın ümumi mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu Xətai prospekti 32 ünvanda yerləşən qeyri-yaşayış sahəsi vardır. Həmin qeyri-yaşayış sahəsi əvvəl iddiaçının qardaşı Hüseynov İmanın xüsusi mülkiyyətində olmuşdur. Qardaşı qeyri-yaşayış sahəsinin yarısını iddiaçıya vermiş, digər hissəsini isə İran islam respublikasının vətəndaşı olan Caber Yosifzadehə satmışdır. O əcnəbi olduğundan həmin əmlakı arvadı Veneranın adına rəsmiləşdirmişdir. Qeyriyaşayış sahəsi paylara bölünmüş və hər birinin payları müəyyən edilmişdir. Onlara məxsus olan qeyri-yaşayış sahəsinin 100 kv.m sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və bu günə kimi istifadə edilməkdədir. Bir müddət iddiaçı buna etiraz etməmişdir . Düşünmüşlər ki, özləri həmin sahəni boşaldıb qaytaracaqlar. Bununla bağlı Cavabdeh Ravilyevna və əri Yosifzadehə dəfələrlə müxtəlif vaxtlarda xəbərdalıqlar edilmişdir. Lakin edilən şifahi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Cavabdeh tərəf ilkin iddia üzrə iddiaçıya məxsus əmlakdan qanunsuz istifadə etməklə külli miqdarda gəlir əldə edir. Hazırki iddia qeyri-yaşayış sahəsinin təhvil verilməsiylə bağlı olduğundan düşünürlər ki, iddia aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.
3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai prospekti 32 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin Xətai prospektinə baxan 1-ci mərtəbəsinin qarşılıqlı iddia üzrə iddiaçıya aid olan hissədən İddiaçı Əbülfəz oğlunun çıxarılması, həmin qeyri-yaşayış sahəsini zirzəmi və 2-ci mərtəbəsinin ½ hissəsinin özünün istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında ilkin iddia üzrə İddiaçı Əbülfəz oğlunun ona “qarşı qeyri-yaşayış sahəsinin sökülməsi tələbinə dair” iddiası üzrə e-2(006)-6071/2025 saylı mülki iş vardır. Həmin iddia tələbini qəbul etməyərək, qarşılıqlı tələb irəli sürərək bildirir ki, həyat yoldaşı X2 (X7) 1992-ci il tarixdə Azərbaycan Respublikasına gələrək burada biznes fəaliyyati ilə məşğul olmuş, daha sonra X5 və onun qardaşı İddiaçı Əbülfəz oğlu ilə birgə biznes fəaliyyəti ilə məşğul olmuşdur. Apardıqları biznesin inkişafi məqsədi ilə 2000-ci ilin əvvəllərində Bakı șəhəri, Xətai prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış sahəsini birgə vəsaitləri hesabına satın almaq qərarına gəlmişlər, satın alınan əmlakın dəyərinin ½ hissəsini həyat yoldaşı Cabir Yusifzadə ödəmiş, digər ½ hissəsini isə qardaşlar İman Hüseynov və İddiaçı ödəmişlər. Həyat yoldaşı İran İslam Respublikasının vatəndaşı olduğu üçün qarşılıqlı razılıq əsasında qeyri-yaşayış sahəsi X3 adına rəsmiləşdirilmiş və Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş șəhadətnaməyə əsəsən mübahisəli olan Bakı şəhəri, Xətai prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ asasında İman Hüseynovun adına rəsmiləşdirilmişdir. Daha sonra birgə vəsaitləri hesabına təmir və yenidənqurma işləri aparaq qeyri-yaşayış sahasindən mülkiyyətçi kimi bərabər hüquqlarla istifadə etmişlər. Daha sonra onların birgə fəaliyyətlərinə xitam verilmiş, mübahisəli qeyri-yaşayış sahəsi onlar arasında faktiki bölünmüş və hər biri qeyri-yaşayış sahəsinin özlərinə aid olan hissəsindən istifadə edərək biznes fəaliyyəti ilə məşğul olmuşlar. Həyat yoldaşı özünə məxsus olan qeyri-yaşayış sahasinin ½ hissəsini öz adına rəsmiləşdirmək istəyərəkən müəyyən problemlər yaranmış, ona görə də, Cabir Yusifzadə məcburiyyət qarşısında qalaraq, Binəqədi rayon Məhkəməsində iddia qaldırıb qeyriyaşayış sahəsinin üzərində onun və İman Hüseynovun hər birinə ½ hissə məxsus olmaqla paylı mülkiyyətlərini müəyyənləşdirilməsi və sair tələblərə dair iddia qaldırmışdır. Lakin sonradan tərəflər arası razılıq əldə olunmuş və bu səbəbdən Binəqədi rayon Məhkəməsinin qərardadı ilə iddia tələbi baxılmamış saxlanılmışdır. Bakı şəhəri, Xətai prospekti 32 ünvanında yerləşən mübahisəli qeyriyaşayış sahəsinin ½ hissəsi qarşılıqlı iddia üzrə iddiaçının, digər ½ hissəsi isə İddiaçı adına rəsmiləşdirildi. Qarşılıqlı razılıq əsasında bölgü aparılan zaman qeyri-yaşayış sahəsinin Xətai prospektinə baxan fasad hissəsi tam ortadan bölünmüş və bununla bağlı bölgü sxemi tərtib edilmişdir. Qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 875.9 kv.m. hissəsi qarşılıqlı iddia üzrə iddiaçının, 1-ci mərtəbənin 882.2 kv.m. hissəsi isə İddiaçı aid edilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsinin mövcud olan zirzəmisi və 2-ci mərtəbəsi bərabər paylara bölünməli idir, lakin həmin sahələr İddiaçı məxsus olan hissədə yerləşdiyindən, şifahi əldə olunmuş razılığa əsasən müəyyən şərtlərlə həmin sahələr İddiaçı adına rəsmiləşdirilmişdir. Tərəflər arası əldə olunmuş razılığa əsasən, qeyri-yaşayış sahəsinin fasad hissəsi tən ortadan bölünməli, lakin qarşılıqlı iddia üzrə iddiaçya məxsus qeyri-yaşayış sahəsinin bir hissəsi İddiaçı istifadəsində olduğundan və həmin sahənin faktiki bölünməsi müəyyən çətinliklər yaratdığından, qarşılıqlı razılıq əsasında 1-ci mərtəbənin qarşılıqlı iddia üzrə iddiaçıya aid olan hissəsi İddiaçı istifadəsində qalmışdır. Eyni zamanda, tərəflərin qarşılıqlı razılığına əsasən mübahisəli qeyri-yaşayış sahəsinin sökülüb yenidən inşa olunması nəzərdə tutulmuşdur və bu səbəbdən zirzəmi və 2-ci mərtəbənin bölgüsü aparılmamışdır. Lakin sonradan həmin sahə dövlət proqramına düşmüş və bu səbəbdən artıq payların bərabər hissələrə bölünməsi zərurəti yaranmışdır.
a) Məhkəmə prosesi:
5. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasına gəlməmiş, vəkili-nümayəndəsi Vəkil1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə vəsatət təqdim edərək, Gəncə şəhərində məhkəmə prosesləri olduğundan məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə hazırlıq iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədilər.
7. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, ilkin iddia üzrə iddiaçının ərizəsini nəzərdən keçirib, mülki işin materialları ilə birgə araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavabdan görünür ki, ünvan 6anında yerləşən qeyri-yaşayış sahəsinin bir hissəsi İddiaçı, bir hissəsi isə Cavabdeh adına qeydiyyatdan keçmişdir;
9. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan görünür ki, ünvan 6anında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ əsasında tam payda X4 məxsus olmuş, xx.xx.2022-ci il tarixdə 1-ci mərtəbədən ü/s 853.8 kv.m, 2-ci mərtəbədən 63,38 kv.m, zirzəmi 61,44 kv.m olmaqla Cavabdeh, 1-ci mərtəbədən ü/s 904,9 kv.m, 2-ci mərtəbədən 316,92 kv.m, zirzəmidən 245,76 kv.m olmaqla İddiaçı xüsusi mülkiyyətindədir.
10. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********; VÖEN statusu: aktiv) xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
11. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********; VÖEN statusu: aktiv) xx.xx.2015-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
12. İş materiallarına qeyri-yaşayış sahəsinin texniki pasportu, pretenziya və s. sənədlər də əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
13. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (VÖEN: **********) və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (VÖEN: **********) müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridir. Belə ki, tərəflər hər ikisi aktiv fərdi sahibkar statusuna malik olan fiziki şəxsdirlər. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti subyektləridir.
14. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti ilə bağlı isə qeyd edilməlidir ki, ilkin və qarşılıqlı iddia ərizələrinin məzmunu və iş materiallarında olan sənədlər əsasında müəyyən edilir ki, hazırkı mübahisənin yaranmasına səbəb olmuş ünvan 6anında yerləşən qeyri-yaşayış sahəsini tərəflər hər ikisi öz sahibkarlıq fəaliyyətlərini həyata keçirmək məqsədi ilə istifadə edirlər. Belə ki, ilkin iddia üzrə iddiaçı öz ərizəsində ilkin iddia üzrə cavabdehin ona məxsus əmlakdan qanunsuz istifadə etməklə külli miqdarda gəlir əldə etdiyini iddia edir, qarşılqlı iddia üzrə iddiaçı da öz ərizəsində həyat yoldaşı X1 (X7) 1992-ci il tarixdən etibarən Azərbaycan Respublikasında biznes fəaliyyati ilə məşğul olduğunu, daha sonra Hüsevnov İman və onun qardaşı İddiaçı ilə birgə biznes fəaliyyətini davam etdirdiyini, daha sonra onların birgə fəaliyyətlərinə xitam verildiyini, mübahisəli qeyri-yaşayış sahəsinin onlar arasında faktiki bölündüyünü və hər birinin qeyri-yaşayış sahəsinin özlərinə aid olan hissəsindən istifadə edərək biznes fəaliyyəti ilə məşğul olduqlarını bildirir. Beləliklə, yaranmış mübahisənin tərəflərin kommersiya fəaliyyətindən irəli gəlməsi mübahisəsizdir. Belə olan halda tərəflərin subyektiv tərkibini, onlar arasında olan münasibətlərin yaranma əsasının və mübahisənin predmetinin tərəflərin kommersiya fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı olmasını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı işə Nəsimi Rayon Məhkəməsində deyil, aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.
c) Tətbiq edilən hüquq və gəlinən nəticə:
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3-32.4, 32.7. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.
16. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 №-li Qərarı: 11-ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bənd. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 28-ci bənd. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.
17. Beləliklə, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.
18. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
Nəticə:
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31- 32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova