Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6091/2025 17.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh3 MMC-nin direktoru X4, Cavabdeh3 MMC-nin nümayəndəsi (vəkil) Vəkil2, cavabdeh X2 nümayəndəsi (vəkil) Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh3 MMC-yə və X3 qarşı Fövqəladə Hallar Nazirliyi X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “cavabdehlərin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh3 MMC-yə və X3 qarşı Fövqəladə Hallar Nazirliyi X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “cavabdehlərin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yanğınların söndürülməsi üçün yanğına qarşı inşa edilmiş su hovuzunun təmir edilməsi, YTQ 01-2001 bənd 8.1 tələbinə əsasən su hovuzlarının ətrafına yanğın maşınlarının sərbəst giriş-çıxışı üçün ərazinin təmizlənməsi və maneələrin aradan qaldırılması, ərazidə yanğın kranlarının quraşdırılaraq onların şlank, lülə və başlıqlarla təmin edilməsi öhdəliyinin cavabdehlər Cavabdeh3 MMC-nin, "xxxx" ASC-nin və X2 üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azər-Aqro” LTD şirkəti xx.xx.2008-ci il tarixində Səhmdarların ümumi yığıncağının qərarı ilə ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-nin ərazisi və tikililərinin təyinatını dəyişdirərək, “Əhalinin az təminatlı təbəqələrinin gündəlik zəruri, vacib kənd təsərrüfatı məhsulları ilə digər bazarlardan aşağı qiymətlərlə fərqli olmaq şərti ilə təyinatını kənd təsərrüfatının məhsullarının satışı və xidməti yarmarkası” kimi 49 il müddətinə icarəyə götürülməsi ilə bağlı qərar verilmişdir. Həmin qərar 29 yanvar 2010-cu il tarixində Nəsimi Rayon Məhkəməsinin iş №2(006)-24/10 saylı qətnaməsi ilə bütün instansiya məhkəmələrində tam hüquqi qüvvəsini almışdır. Lakin buna baxmayaraq "xxxx" ASC-nin “Azər-Aqro” LTD şirkəti ilə xx.xx.2008-ci il tarixində bağlanmış icarə müqaviləsinin müvafiq şərtində “Emissiya Prospektindəki” onun yerləşdiyi 13151 m² sahədən “Azər-Aqro” LTD şirkətinə heç bir məlumat və xəbərdarlıq edilmədən yanğın təhlükəsizliyi məqsədi ilə əvvəllər inşa edilmiş mövcud su hovuzunu və onun nasosxanasının qonşuluqlarında yerləşən Cavabdeh3 MMC-yə və X1. Həmin su hovuzu və ona məxsus su nasosxanasının ətrafları yanğın söndürən maşınların yaxınlaşması, giriş-çıxış üçün tələb olunan meydança ərazisi daş hasarlarla hörülərək şəxsi məqsədlər üçün istifadə edilir. Belə ki, X2 ərazisindəki su nasosunun və su hovuzunun ətrafı hasarlanaraq Bakı şəhərinin Mərkəzi olan Nəsimi rayonunda qeyri- qanuni mal qara saxlamaq üçün tövlə, sallaqxana və malqaranın kəsim yeri kimi istismar edilir. Burada anti-sanitariya, gigiyenik qaydalarının pozulması, insanların gələcək sağlamlığı üçün qorxulu halla yanaşı ən təhlükəli vəziyyət isə odur ki, “Kəndli Yarmarkası” insanların kütləvi toplaşdığı obyekt olmaqla yanaşı, eyni zamanda Yanğın Təhlükəsizliyi ilə yüksək risk qrupuna aid olan mühüm əhəmiyyətli obyekt kimi FHN-nin nəzarətində və uçotunda olan obyekt olmaqla gələcəkdə yanğın təhlükəsizliyi üçün ciddi təhlükə yaranmışdır. (fakt FHN-nin 2-ci ərazi Dövlət Yanğın İdarəsi Xidmətinin 06.Xİ.2025-ci il tarixli № 3-18- 63/2-3033/2025 saylıməktubu) 10 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti, 2-ci ərazi X7 İdarəsi, “Azər-Aqro” LTD şirkətinə məxsus "xxxx" ASC-dən 49 il icarəyə götürdüyü “Kəndli Yarmarkasında” yanğına qarşı vəziyyətə dair yoxlama keçirərək №3-18-63/G- 2/2025 saylı “Məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi” barədə Qərar qəbul etmişdir. (Qərar əlavə edilir). Qərarda göstərilən çatışmazlıqların aradan qaldırması məqsədi ilə müddət verilmiş, həmin müddətdə qeyd olunan çatışmazlıqlar aradan qaldırılsa da, yarmarkada yanğınların söndürülməsi üçün yanğına qarşı mövcud su hovuzunun təmir edilməsi YTQ 01-2001, 8.1, 8.8 bəndinin tələblərinə cavab vermədiyini, eyni zamanda mövcud yanğına qarşı su hovuzunun üzərində tikinti işləri aparıldığından yanğın avtomobillərinin yanğın su hovuzuna sərbəst yaxınlaşmasının qarşısının alındığını bildirməklə, sözügedən “Kəndli Yarmarkasında” yanğına qarşı bu cür nöqsanlar tam aradan qaldırılmadığından sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən yarmarkada xx.xx.2025-ci il tarixindən, xx.xx.2025-ci il tarixinədək plandan kənar vəziyyətlə bağlı yanğın-texnikimüayinə keçirilmişdir. Növbədənkənar yoxlama zamanı da yanğın təhlükəsizliyi norma və qaydalarının tələbləri pozulduğuna, mövcud su hovuzunun barəsində göstərilən nöqsanların verilən müddətdə bərpa edilmədiyinə görə “Kəndli yarmarkasının” cavabdeh şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, barəsində xx.xx.2025-ci il tarixində MN № ******* saylı protokol tərtib edilmişdir (protokol əlavə edilir). Belə ki, 49 il müddətinə “Azər-Aqro” LTD şirkətinə icarəyə verilmiş mövcud su hovuzunun ətrafı Bakı şəhəri Nəsimi rayon mərkəzində malqara saxlamaq üçün tövlə, sallaqxana, kəsim xətti kimi qeyri-qanuni fəaliyyət göstərdiyindən, ətrafı daş divarlarla hörüldüyündən "xxxx" ASC-yə məxsus olmuş su hovuzunun və su nasosxanasının təmirinə və onun ətrafına yanğın söndürən maşınların sərbəst giriş-çıxış edilməsinin mümkünsüzlüyünə görə Qərarda yarmarkada yanğınların söndürülməsi üçün inşa edilmiş yanğına qarşı mövcud su hovuzunun təmir edib,ərazidə yanğın kranlarının quraşdırılması, onlara şlank, lülə və başlıqlarla təmin edilməsimümkünsüz olmuşdur. İş üzrə Cavabdeh3 MMC-nin nümayəndəsi (vəkil) Vəkil2 və iş üzrə cavabdeh X2 nümayəndəsi (vəkil) Vəkil3 ayrı-ayrılıqda iddia ərizəsinin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. İş üzrə Cavabdeh3 MMC-nin nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən təqdim edilən vəsatətdə göstərilmişdir ki, iddia ərizəsi və əlavələri məhkəmə aidiyyat qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 26-cı maddəsi mübahisələrin kommersiya məhkəmələrinə aidiyyət məsələlərini ehtiva edir. MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-nin 26.2.-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Hal-hazırdakı mülki işin subyektiv tərkibini təşkil edən iştirakçıların hər biri kommersiya hüquqi şəxslərdir. 3-cü şəxs kimi cəlb edilən də hüquqi şəxsdir. İş üzrə cavabdeh X2 nümayəndəsi (vəkil) Vəkil3 tərəfindən təqdim edilən vəsatətdə göstərilmişdir ki, mülki işin subyekt tərkibini təşkil edən iştirakçılar iddiaçı “Azər-Aqro” LTD şirkəti, cavabdehlər "xxxx" ASC (VÖEN:**********) Cavabdeh3 MMC (VÖEN: **********), cavabdeh X5 (VÖEN: **********) kommersiya hüquqi şəxslərdir, iddia ərizəsinin məzmunundan isə aydın olur ki, mübahisə onların sahibkarlıq fəaliyyətinin nəticəsində yaranmışdır. Mübahisə kommersiya hüquqi şəxsi və fərdi sahibkar statusu olan şəxslər arasında yaranmaqla və əsasən onların sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir. Birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüşdür. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyrimümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda,-məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iştirak edərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Həmçinin nümayəndə (vəkil) işin kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi (vəkil) Vəkil2, Cavabdeh3 MMC-nin qanuni təmsilçisi və iş üzrə digər cavabdeh X2 nümayəndəsi (vəkil) Vəkil3 tərəflərindən təqdim edilən vəsatətləri müdafiə edərək təmin edilməsini və mülki işin məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli və hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.4-cü maddəsinin tələbinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 403-1.1-ci maddəsində isə müəyyən edilmişdir ki, işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı qərarının: - 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. - 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, iş üzrə mübahisə tərəfləri kommersiya hüquqi şəxsləridir və həmçinin hazırki mübahisə də onların sahibkarlıq fəaliyyətindən irəli gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İş üzrə Cavabdeh3 MMC-nin nümayəndəsi (vəkil) Vəkil2 və iş üzrə cavabdeh X2 nümayəndəsi (vəkil) Vəkil3 vəsatətləri təmin edilsin . İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh3 MMC-yə və X3 qarşı Fövqəladə Hallar Nazirliyi X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “cavabdehlərin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddiasına əsasən mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-6091/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6091/2025
17.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver