Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-63/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil3 Mövsum oğlunun, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X2, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MMCnin nümayəndəsi Nümayəndə, ilkin iddia üzrə cavabdeh Nəsimi rayonu İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh1 MMC və ilkin iddia üzrə cavabdehlər Cavabdeh3 MMC, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Cavabdeh2nə qarşı “qanunsuz sökülmüş əmlakın əvəzləşdirilməsi və dəymiş ziyanın tutulması” tələbinə dair iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "Azəri Tikinti Şirkəti” MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “əmlakın sökülməsi, daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh1 MMC və ilkin iddia üzrə cavabdehlər Cavabdeh3 MMC, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Cavabdeh2nə qarşı “qanunsuz sökülmüş əmlakın bərpa edilməsi və dəymiş ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 19 ünvanında yerləşən ümumi sahəsi 232,1 kv m olan qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən tikilib bərpa edilərək 24.09.2018-ci il tarixdən əvvəlki vəziyyətində ona təhvil verilməsini və mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 370.000 (üç yüz yetmiş min) manat, dəymiş mənəvi zərər kimi 120.000 (bir yüz iyirmi min) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 19 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ona məlum olmayan fiziki və ya hüquqi şəxs(lər) tərəfindən onun xəbəri və razılığı olmadan sökülmüşdür. Qeyd edilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 19 ünvanında hansı fiziki və ya hüquqi şəxs(lər)in söküntü işləri aparması və onların hansı hüquqla bu işləri aparması barədə onlara məlumat verilməsinə dair 04.12.2019-cu il tarixli 19 VB-344/2019 saylı sorğu ilə tərəflərindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 15.11.2019-cu il tarixli 19 VB-336/2019 saylı sorğu ilə Bakı şəhəri Cavabdeh2nə müraciət edilmişdir. Komitənin 26.12.2019-cu il tarixli 03-Bİ/739 saylı cavabına əsasən müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən ünvanda söküntü və yenidən tikinti işləri aparılmasına 24.09.2018-ci il tarixli 290 saylı sərəncamla "xxxx" MMCyə (hazırda dediklərinə görə Azəri Tikinti Şirkəti MMC) icazə sənədi verilmiş və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilmişdir. Bakı şəhəri Cavabdeh2 19-19/2/-134 saylı 24.12.2019-cu il tarixli cavabına əsasən isə ünvan 1 ünvanında Pilot lahiyə çərçivəsində çoxmənzilli bina tikintisi işi aparan Cavabdeh1 MMC-dir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafinın sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafinın sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.12.2019-cu il tarixli 482 saylı Qərarına əsasən 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakılar - həyata keçirilməlidir: Qərarın 4.1-ci bəndi - mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya ikinin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmalıdır; Qərarın 4.2-ci bəndi - qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin aynİması təmin edilməlidir; Qərarın 4.4-cü bəndi - görülmüş işlər barədə ayda 1 (bir) dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməlidir. Qeyd edilənlərə baxmayaraq Qərarın 4.1 və 4.2-ci bəndlərinin tələbləri "xxxx" MMC (hazırda dediklərinə görə "Azəri Tikinti Şirkəti” MMC) tərəfindən kobud şəkildə pozulmuşdur. Göstərilənlərlə yanaşı "xxxx" MMC (hazırda dediklərinə görə Azəri Tikinti Şirkəti MMC) tərəfindən Qərarın 4.4-cü bəndinin tələblərinə riayət edilib-edilməməsi, edildiyi halda vətəndaş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 19 ünvanında yerləşən qeyriyaşayış sahəsinin sökülməsi, mülkiyyət sahibi ilə razılığın əldə edilib-edilməməsi və digər görülmüş işlərə dair Nazirlər Kabinetinə məlumat verilib-verilməməsi, verildiyi halda həmin məlumatların nədən ibarət olması barədə onlara məlumat verilməsi barədə 22.01.2020-ci il tarixli 19 VB-17/2020 saylı sorğu ilə tərəflərindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilmişdir, lakin sorğuya cavab hələ alınmamışdır. Göründüyü kimi iddiaçının mülkiyyət hüquqları pozularaq onun əmlakı sökülmüş və nəticədə ona külli miqdarda maddi və mənəvi zərər dəymişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnaməyə əsasən Komitənin fəaliyyət istiqamətlərindən biri kimi müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etməkdir. Qeyd edilən əsasnaməyə əsasən Komitənin əsas vəzifələrindən biri - əhalinin müvafiq sahədə hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaqdır. Komitə - şəhərsalma ilə bağlı qanunvericiliyin pozulması hallan aşkar edildikdə, tədbirlər görmək hüququndadır. “Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə görə Yerli İcra hakimiyyətləri - müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidir. Lakin göründüyü kimi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Cavabdeh2 iddiaçının hüquqlarının pozulmasının qarşısını almamışdır. Daha sonra ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 19 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 232.1 kv.m olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq Cavabdeh1 MMC tərəfindən sökülməsinin əvəzi olaraq həmin ərazidə Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthinə nisbətdə, 1-ci mərtəbədə 232.1 kv.m qeyri-yaşayış sahəsinin (20 faiz artıq hesablanmaqla) və əldən çıxmış fayda kimi aylıq 7000 icarə haqqının 24.09.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək Cavabdeh1 MMC, Cavabdeh3 MMC, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Cavabdeh2nə tərəfindən müştərək qayda da tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “əmlakın sökülməsi, daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, ünvan 2 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan ümumi sahəsi 232,1 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 232,1 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində 232,1 kv.m ümumi sahəsi olan yeni əmlak İddiaçı xüsusi mülkiyyətinə verilməsinin Cavabdeh1 MMC tərəfindən təmin edilməsi, yeni əmlak verilənədək Cavabdeh1 MMC tərəfindən İddiaçı hər ay 550 manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtımızın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nəsimi rayonunun “28 May” metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın 1.1.-ci bəndində göstərilmişdir ki, mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 266 yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırırlma səndələrinin hazırlanması Cavabdeh2 həyata keçirsin. Buna görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 02/05-1754 №-li 12.10.2017-ci il tarixində razılaşdırılmış tikinti planlaşdırma eskizi və Bakı şəhəri Cavabdeh2 Başçısının 02 fevral 2018-ci il tarixli, 34 nömrəli, “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi” haqqında Sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələri ilə əhatə olunan məhəllədə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə veilmişdir. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyriyaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi cavabdeh "xxxx" MMC-yə həvalə edilmişdir. ünvan 3 ünvanında yerləşən bina (evlər) köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin binalarda istifadə olunan komunikasiya xətləri də təmirə yararsızdılar, o, hər an uça və bədbəxt hadisələr baş verə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövləttikintilayihə” DLİ 20 iyul 2017-ci il tarixli, “ünvan 4 ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin və yaşayış binasının texniki vəziyyəti haqqında” Aktdan görünür ki, yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. “Bakı şəhərininin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı ilə qərara alınmışdır ki, müvafiq icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1.qəzalı vəziyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; 1.2. mənzil fondunu yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. 15 fevral 2018-ci il tarixdə iddiaçı Bakı şəhəri Cavabdeh2 ilə cavabdeh "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin illərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış evlərinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqqlarının verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Buna və binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar. Cavabdeh1 MMC 06.05.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisidir. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən İddiaçı yaxın qohumu ilə dəfələrlə danışıqlar aparmış, binanın qəzalı vəziyyətdə olması halını nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi təklif edilmişdir. Lakin ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi, İddiaçı (DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15.12.2017-ci il tarixli, Seriya RX №1194239 saylı Çıxarış (kitab 196, vərəq 18405) əmlakını söküntüyə təhvil verməmişdir. Bunun nəticəsində 15 fevral 2018-ci il tarixdə iddiaçı Bakı şəhəri Cavabdeh2 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilənin 2.3. və 2.4-cü bəndləri ondan asılı olmayan səbəblərdən cavabdeh "xxxx" MMC tərəfindən icra edilməsinə məhdudiyyətlər yaradılır. Bakı şəhəri Nəsimi rayonunda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə "xxxx" MMC arasında müqavilə bağalanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Hazırda İddiaçı yararsız vəziyyətdə olan əmlakından istifadə etmir, faydalanmır, eyni zamanda sökülərək yerində çoxmənzilli binanın inşasına məneələr yaradır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi iddiaçı Cavabdeh1 MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, Cavabdeh1 MMC köçürülmüş sakinlərə kirayə haqqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil3 Mövsum oğlu yuxarda qeyd edilən məzmunda izahat verərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 19 ünvanında yerləşən ümumi sahəsi 232.1 kv.m olan qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi ilə əlaqədar xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. 20% əlavə sahənin verilməsinə dair iddia tələbinin əsası Cavabdeh2 başçısının müavini Q.S.İsmayılov ilə "xxxx" MMC-nin direktoru A.V.Məmmədov arasında bağlanılmış 15.02.2018-ci il tarixli müqavilənin 2.4-cü bəndidir. Həmin müqavilənin qeyd olunan bəndinə görə şirkət binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyriyaşayış) sahəsindən 20%-dən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X6 yuxarda qeyd edilən məzmunda izahat verərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 19 ünvanında yerləşən ümumi sahəsi 232.1 kv.m olan qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi ilə əlaqədar xüsusi qərardadın çıxarılmasını, bununla bağlı Baş Prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O həmçinin bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayonunda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə "xxxx" MMC arasında müqavilə bağalanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Bundan başqa mübahisə predmeti olan qeyri-yaşayış sahəsi əvvəllər yaşayış sahəsi kimi istifadə olunurdu. Sahə sökülən zaman təmirsiz olub. Məhkəmə iclasında iştirak edən cavabdeh Nəsimi rayonu İcra Hakimiyyətinin nümayəndəsi X4, ilkin iddianın təmsil etdiyi dövlət qurumuna münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Arxitektura Komitəsi və Bakı şəhəri Cavabdeh2nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İlkin iddia qismən təmin edilməlidir. Qarşılıqlı iddia qismən təmin edilməlidir. Bakı şəhər Cavabdeh2 Başçısının 24.11.2017-ci il tarixli, 311 saylı sərəncamına əsasən Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 32 və 33 saylı mənzillər 232.1 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 232.1 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 196 saylı reyestr kitabının 18405 nömrəli vərəqində, 15.12.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun Baş Konstruktoru Emil Əsədullayev, Texnoloji sektorun mühəndisi Vüqar Bağırov, 2 №-li Memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Vahid Anarın iştirakı ilə tərtib edilmiş 05.07.2017-ci il tarixli, ünvan 7 ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, baxış keçirilən yaşayış binaları və yaşayış evləri XİX əsrin sonlarında inşa edilmişdir. Yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri taxta konstruksiyasından inşa edilmişdir. Qeyd olunan ərazi 2 ədəd 3 mərtəbəli yaşayış binası və 14 ədəd 1 mərtəbəli yaşayış evindən ibarətdir. Yaşayış binaları və yaşayış evləri XİX əsrin sonlarında inşa edilmişdir. But daşından olan divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində təmir-bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Bakı şəhər Cavabdeh2 Başçısının 02.02.2018-ci il tarixli, 33 saylı sərəncamına əsasən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li qərarını rəhbər tutaraq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1753 saylı, 12.10.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Cavabdeh2 başçısının müavini Q.S.İsmayılov ilə "xxxx" MMC- nin direktoru A.V.Məmmədov arasında bağlanılmış 15.02.2018-ci il tarixli müqaviləyə əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Bakı şəhər Cavabdeh2 Başçısının 24.09.2018-ci il tarixli, 290 saylı sərəncamına əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, 07.04.2008-ci il tarixdə qeydiyyata alınan Azəri Tikinti Şirkəti” MMC 06.05.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Cavabdeh3 MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. "Yeni Dövr” MMC tərəfindən verilmiş 04.11.2021-ci il tarixli, YDQ/50 saylı "ünvan 8 ünvanında yerləşən qeyri-yaşayı sahəsinin aylıq icarə haqqının müəyyən edilməsi barədə” hesabatdan görünür ki, ünvan 8 ünvanında yerləşən 232.1 kv.metr sahəli qeyri-yaşayış sahəsinin hazırki dövrə aylıq icarə haqqı 7.100 manat təşkil edir. "Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin QR 263 nömrəli "ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 232.1 kv.metr olan qeyri-yaşayı sahəsinin 24.09.2018-ci il tarixdən bu günə qədər 1 aylıq icarə haqqının müəyyən edilməsi barədə” hesabatdan görünür ki, ünvan 8 ünvanının 1-ci mərtəbəsində yerləşən, faktiki ümumi sahəsi 232.1 kv.metr olan qeyri-yaşayış sahəsinin 24.09.2018-ci il tarixə dəyəri 7.400-7.500 manat təşkil edir. 24.09.2018-ci ildən 05.11.2021-ci ilə qədər ümumi icarə haqqının dəyəri 273800-277500 manat müəyyən edilir. "X5” MMC-nin 05.11.2021-ci il tarixli, 568 saylı "ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 232.1 kv.m-dən ibarət qeyri-yaşayı sahəsinin 1 aylıq icarə haqqının müəyyən edilməsi barədə” hesabatdan görünür ki, ünvan 8 ünvanınında yerləşən, faktiki ümumi sahəsi 232.1 kv.metr olan qeyri-yaşayış sahəsinin 24.09.2018-ci il tarixdən etibarən 1 aylıq icra haqqısı 05.11.2021-ci il tarixdə 1 aylıq icrarə haqqı – 7.740 manat; 05.11.2020-ci il tarixdə 1 aylıq icrarə haqqı 7.585 manat; 05.11.2019-cu il tarixdə 1 aylıq icrarə haqqı 7.433 manat; 05.11.2018-ci il tarixdə 1 aylıq icrarə haqqı 7.284 manat; 24.09.2018-ci il tarixdə 1 aylıq icrarə haqqı 7.248 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 19 ünvanında yerləşən ümumi sahəsi 232.1 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 15.02.2018-ci il tarixdə Cavabdeh2 başçısının müavini ilə "xxxx" MMC (sonradan "Azəri Tikinti Şirkəti” MMC) arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC (sonradan Cavabdeh1 MMC) tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən ünvan 7 ünvanında yerləşən yaşayış binalarının normativ istismar müddəti bitmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) mülkiyyətinə müdaxilənin qanuniliyini, əsaslılığını, yəni qanuni məqsəd daşımasını mübahisələndirmədən ancaq həmin ərazidə Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthinə nisbətdə, 1-ci mərtəbədə 232.1 kv.m qeyri-yaşayış sahəsinin 20 faiz artıq hesablanmaqla ona təhvil verilməsini və əldən çıxmış fayda kimi aylıq 7000 manat icarə haqqının 24.09.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MMC isə tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthinə nisbətdə, 1-ci mərtəbədə 232.1 kv.m qeyri-yaşayış sahəsinin 20 faiz əlavə hesablanmadan verilməsinə etiraz etmədiyini və kirayə haqqı olaraq hər ay 550 manat məbləğində pulun verilməsinin müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları təsbit edilir. Bu Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Bu Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndiskommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılışsazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu Məcəllənin 17-ci maddəsinin tələblərinə görə ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmamasına fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına (bundan sonra - Konvensiya) əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında qeyd edir ki, hər hansı məhrumetmə qanuni olmalı və qanuni məqsəd daşımasından əlavə həmçinin mütənasiblik tələbinə uyğun olmalıdır. İctimaiyyətin ümumi maraq tələbləri və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı tələblər arasında ədalətli tarazlıq (balans) olmalıdır, bu cür ədalətli tarazlığın axtarışı bütün Konvensiyaya xasdır. Zəruri tarazlığın əldə olunması o halda mümkün deyil ki, şəxs fərdi və həddən artıq yük daşıyır (Sporrong və Lönnroth İsveçə qarşı, 23 Sentyabr 1982). Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində 3 fərqli qayda müəyyən edilmişdir: birinci bəndin birinci cümləsində təsbit edilmiş birinci qayda ümumi təbiətlidir və mülkiyyətdən dinc istifadə prinsipini bəyan edir; birinci bəndin ikinci cümləsində təsbit olunmuş ikinci qayda əmlakdan məhrumetməni əhatə edir və bunun bəzi şərtlərini müəyyənləşdirir; ikinci bənddə əks olunmuş üçüncü qaydada təsbit edilmişdir ki, dövlətlər digər hüquqlarla yanaşı ümumi maraqlar naminə mülkiyyətdən istifadəyə nəzarət edə bilər. Lakin bu qaydalar əlaqəsiz deyil: ikinci və üçüncü qaydalar mülkiyyətdən dinc istifadə hüququna konkret müdaxilə halları ilə bağlıdır və buna görə də birinci qaydada təsbit edilmiş prinsip prizmasından təfsir olunmalıdır (“Kozacıoğlu Türkiyəyə qarşı” və “Vistinş və Perepjolkins Latviyaya qarşı”). 1 saylı Protokolun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə istənilən müdaxiləsinin qanuni olmasını tələb edir: həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir. Bundan əlavə, demokratik cəmiyyətin əsas prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrində ehtiva olunan bir məfhumdur (“İatridis” işi, 58-ci bənd; “Yunanıstanın keçmiş kralı və Digərləri Yunanıstana qarşı” və “Broniovski Polşaya qarşı”). İlkin iddia ərizəsindən göründüyü kimi ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) mülkiyyətinə müdaxilənin qanuniliyini, əsaslılığını, yəni qanuni məqsəd daşımasını mübahisələndirməmişdir. Belə ki iddiaçı Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthinə nisbətdə, 1-ci mərtəbədə 232.1 kv.m qeyri-yaşayış sahəsinin 20 faiz artıq hesablanmaqla ona təhvil verilməsini və əldən çıxmış fayda kimi aylıq 7000 icarə haqqının 24.09.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməkdədir. Bununla belə məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə müəyyən edilmiş halların 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən edilmiş aşağıdakı 3 şərtə cavab verib-vermədiyini yoxlanılmalıdır: müdaxilənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsi, “ictimai maraqlara” cavab verməli olması və mülkiyyətçinin hüquqları ilə ictimaiyyətin maraqları arasında ədalətli tarazlığın təmin olunmasıdır. Müdaxilə üçün qanuni əsasın mövcudluğu məsələsinə məhkəmə qiymət verərəkən aşağıdakı halları nəzərə almalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 114-cü maddəsinin İ və İİ hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır. Bakı şəhər Cavabdeh2 Başçısının 02.02.2018-ci il tarixli, 33 saylı sərəncamı çıxarılan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarı ilə Bakı şəhəri Cavabdeh2nə 5 il müddətinə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında 2019-cu il 17 dekabr tarixli 482 nömrəli qərarı ilə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi tapşırılmışdır. Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun Baş Konstruktoru Emil Əsədullayev, Texnoloji sektorun mühəndisi Vüqar Bağırov, 2 №-li Memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Vahid Anarın iştirakı ilə tərtib edilmiş 05.07.2017-ci il tarixli, ünvan 7 ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərini uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəldiyi, fiziki və mənəvi aşınmaya məruz qaldığı müəyyən olundu. Bakı şəhər Cavabdeh2 Başçısının 02.02.2018-ci il tarixli, 33 saylı sərəncamına əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Cavabdeh2 başçısının müavini Q.S.İsmayılov ilə "xxxx" MMC- nin direktoru A.V.Məmmədov arasında bağlanılmış 15.02.2018-ci il tarixli müqaviləyə əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmış, Bakı şəhər Cavabdeh2 Başçısının 24.09.2018-ci il tarixli, 290 saylı sərəncamına əsasən hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Müdaxilənin “ictimai maraqlara” cavab verməsi şərtinin yoxlanılması ilə bağlı məhkəmə aşağıdakı halların nəzərə alınmalı olmasını qeyd edir. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1.2-ci bəndinə əsasən mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması müvafiq yerli icra hakimiyyəti orqanına tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında 2019-cu il 17 dekabr tarixli 482 nömrəli qərarı ilə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması müvafiq yerli icra hakimiyyəti orqanına tapşırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1, 28.3 və 28.4-cü maddələrinin tələblərinə görə mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Bu xüsusatla bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, Mənzil Məcəlləsinin göstərilən maddənin məzmunundan göründüyü kimi mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barədə iddianı qaldırmaq zərurəti məhz mənzilin mülkiyyətçisi tərəfindən mənzilin qəza vəziyyətinə düşdükdə onu mümkün olan ən qısa müddət ərzində məhz özünün hesabına təmir və bərpa etmək vəzifəsini icra etmədiyi halda onun öz hesabına təmiri keçirilməsi halında yaranır. Nazirlər Kabinetinin qərarlarından da göründüyü kimi qərarın ümumi məqsədi sosial istiqamətli olmaqla, sakinlərin qəzalı vəziyyətdə olan binaları təmir-bərpa xərcindən azad etməklə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Amma o da qeyd edilməlidir ki, hazırkı halda məsələ yaşayış binasının təkcə qəzalı vəziyyətdə olması deyil, şəhərin ümumi görünüşünə xələl gətirməsi, mövcud şəhərsalma normalarına cavab verməməsini də əhatə edir. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətin müdafiəsi baxımından dövlətin üzərinə düşən pozitiv öhdəlik (mülkiyyət hüququnun pozuntusunun qarşısının alınması üçün) praktik tədbirlərin görülməsini də nəzərdə tutur – xüsusən təhlükəli fəaliyyətlərdən söhbət gedirsə (Öneryıldız Türkiyəyə qarşı). Odur ki, işin hallarına əsasən, müdaxilənin həyata keçirilməsi üçün qanuni məqsəd bir tərəfdən mövcud tikinti norma və qaydalarına cavab verməyən mənzillərin sökülməsi, sakinlərin həmin yararsız halda olan binaları təmir etmək yükündən azad etməklə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması olsa da, əsas məqsəd şəhərin ümumi görünüşünün, mövcud şəhərsalma tələblərinin təmin edilməsi, şəhərin abadlaşdırılmasıdır ki, bu halda fərdin maraqlarının cəmiyyətin maraqlarından üstün olduğunu iddia etmək olmaz. Ən nəhayət mülkiyyətçinin hüquqları ilə ictimaiyyətin maraqları arasında ədalətli tarazlığın təmin olunması ilə bağlı şərtin yoxlanılması ilə bağlı məhkəmə aşağıdakı halların nəzərə alınmalı olmasını qeyd edir. Belə ki, ədalətli tarazlığın təmin olunmasının göstəriciləri kimi əsasən kompensasiyanın ödənilməsi, onun dəyərinin mülkiyyətin qiymətinə mütənasib (proporsional) olması və ağlabatan müddətdə ödənilməsi çıxış edir. Bu şərtin yoxlanması zamanı mənzillərin qəzalı vəziyyətdə olmaları, məhz sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında sahənin ayrılması şərti, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayədə qalmaq üçün kirayə haqlarının ödənilməsi əsasları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin çoxsaylı qərarlarında formalaşmış hüquqi mövqeyə görə hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmə mülkiyyətçiyə məxsus əmlakın sökülməli olmasını və buna müvafiq kompensasiya müəyyən edilərkən onun “gözləntilərinin” olmasını (əmlakın yerləşdiyi yer, mərtəbəsi, sahəsi, ondan istifadəsinin mümkünlüyü və s.) nəzərə almalıdır. Məhz bu halların araşdırılmasının nəticəsi olaraq əldə edilən əmlak üçün təklif olunan kompensasiyanın həcminin eyni və fərqli meyarlara əsasən hesablanmalı olması, mülkiyyətçiynin hərəkətlərində sui-istifadə hallarının olub-olmaması, ədalət prinsipinin pozulub-pozulmaması qiymətləndirilə bilər. Hər iki iddia ərizəsindən göründüyü kimi, ilkin iddiaçı sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə həmin ərazidə Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt səthinə nisbətdə, 1-ci mərtəbədə 20 faiz artıq hesablanmaqla 232.1 kv.m qeyri-yaşayış sahəsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir, qarşılıqlı iddia üzrə iddiaçı əlavə 20 % tətbiq edilmədən ilkin iddiaçının tələb etdiyi şəkildə 232.1 kv.m qeyri-yaşayış sahəsinin verilməsinə etiraz etmir. “"xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmiş, qeyd edilən qaydalar təkmilləşdirilənədək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında əks olunmuş hüquqi mövqelərin rəhbər tutulmasını göstərmişdir. Konstitusiya Məhkəməsinin həmin Qərarında göstərilir ki, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən normalar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki Məcəllə ilə müəyyən edilmişdir. Həmin Qanunun 3-cü maddəsində torpağın alına biləcəyi dövlət ehtiyacları sadalanmışdır. Bu maddəyə əsasən, yalnız dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi və dəniz limanının ərazisinin artırılması hallarında torpaqların dövlət ehtiyacları üçün alınmasına yol verilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Məhkəmə araşdırmasının predmeti olan cavabdehin sökülmüş əmlaka görə kompensasiya olaraq etdiyi təklifin mütənasiblik prinsipi baxımından iddiaçının “gözləntilərinə” (əmlakın yerləşdiyi yer, mərtəbəsi, sahəsi, ondan istifadəsinin mümkünlüyü və s.) uyğun olub-olmaması barədə məsələ məhkəmənin gəldiyi qənaətə aşağıdakı kimi həll olunmalıdır. İşin araşdırılmış hallarına əsasən ilkin iddia üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin istismara yararsız və qəzalı vəziyyətdə olması, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olması müəyyən edilmişdir. İşin halları ilə həmçinin müəyyən edilir ki, iddiaçıya məxsus yaşayış sahəsi cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmamış, Nazirlər Kabinetinin qərarına əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihə əsasında sökülmüşdür. Hazırda ilkin iddia üzrə cavabdeh tərəfindən təklif edilən əmlakın yerləşdiyi yer, mərtəbəsi, sahəsi, ondan istifadəsinin mümkünlüyü və s. iddiaçının-mülkiyyətçinin “gözləntilərinə” tam uyğundur və beləliklə də söküləcək sahənin əvəzinə 20 faiz əlavə sahənin verilməsi ilə bağlı iddia hüquqi əsası olmadığından bu hissədə rədd edilməlidir. İddiaçı əlavə sahənin verilməsinə dair iddia tələbinin əsası kimi Cavabdeh2 başçısının müavini Q.S.İsmayılov ilə "xxxx" MMC-nin direktoru A.V.Məmmədov arasında bağlanılmış 15.02.2018-ci il tarixli müqavilənin 2.4-cü bəndinə istinad etmişdir. Həmin müqavilənin qeyd olunan bəndinə görə şirkət binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyriyaşayış) sahəsindən 20%-dən artıq olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. İşin hallarından göründüyü kimi, iddiaçı, qeyd edilən 15.02.2018-ci il tarixli müqavilə üzrə tərəf deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-23-cü fəsillərindəki maddələrin mənasından isə görünür ki, mükəlləfiyyətli tərəfdən müqavilə üzrə yaranmış öhdəliyin icra olunmasını tələb etmək üzrə subyektiv hüquqa yalnız müqavilə tərəfi (kreditor, borclu) malikdir. Mülki Məcəllənin 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan başqa qeyd edilməlidir ki, hazırki mübahisənin predmeti qeyri-yaşayış sahəsidir, həmin sahədən tərəf yaşamaq deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə istifadə etmək niyyətində olmuşdur. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarı və bu Qərarı qüvvədən salan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli qərarı ilə tikinti şirkətlərinə qəzalı vəziyyətdə olan binaların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi tapşırılmışdır. Bu müddəa Bakı şəhər Cavabdeh2 Başçısının 02.02.2018-ci il tarixli, 33 saylı sərəncamında da öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, müzakirə edilən hissədə ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 232,1 kv.m olan qeyri-yaşayış sahəsi əvəzinə Cavabdeh1 MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 232,1 kv.m olan, fasad hissəsi yola baxan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətinə verilməlidir. Məhkəmə ilkin iddianın “əldən çıxmış fayda kimi icarə haqqının ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Eyni zamanda işə baxılan zaman məhkəmə tərəfindən ilkin iddia üzrə cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı şəhəri Cavabdeh2 ilkin iddia üzrə iddiaçının onlara münasibətdə irəli sürdüyü iddia tələbləri üzrə cavabdehlik daşımadığı müəyyən edilmişdir. İlkin iddia üzrə Cavabdeh3 MMC-nin isə 07.04.2008-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh1 MMC-yə 06.05.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qoşulması nəticəsində Cavabdeh1 MMC-nin tərkib hissəsinə çevrilməsi və Cavabdeh1 MMC-nin onun hüquqi varisi olması müəyyən edilmişdir. Məhkəmə qarşılıqlı iddianın “ünvan 2 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan ümumi sahəsi 232,1 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, ünvan 2 ünvanında yerləşən binanın sökülmüş olması işin mübahisələndirilməyən halıdır. Bu səbəbdən də məhkəmə qarşılıqlı iddianın bu tələbi ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Beləliklə məhkəmə hesab edir ki, qarşılıqlı iddia bu hissədə rədd edilməlidir. Məhkəmə həmçinin qarşılıqlı iddianın “yeni əmlak verilənədək "Azəri Tikinti Şirkəti” MMC tərəfindən İddiaçı hər ay 550 (beş yüz əlli) manat kirayə haqqının ödənilməsi” ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1 -ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, müvəqqəti yerləşdirilərək mülkiyyətçilərə ödənilməsi nəzərdə tutulan kirayə haqqının məbləği hər mülkiyyətçiyə və mənzilə münasibətdə mövcud reallığa uyğundur. Məhkəmə həmçinin nəzərə alır ki, ilkin iddia üzrə iddiaçı kirayə haqqının məbləğini mübahisələndirməmiş, əldən çıxmış fayda kimi aylıq 7.000 icarə haqqının 24.09.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək ödənilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş müvafiq normativ-hüquqi aktlarda həyata keçirilən söküntü işləri nəticəsində köçürülən sakinlərə kirayə haqqının məhz müvəqqəti yaşayış yerləri üçün ödnilməsi nəzərdə tutulmaqdadır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Cavabdeh1 MMC tərəfindən İddiaçı kirayə haqqı olaraq hər ay 550 manat məbləğində pul ödənilməlidir. Məhkəmə ilkin iddia üzrə iddiaçının ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 19 ünvanında yerləşən ümumi sahəsi 232.1 kv.m olan qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi ilə əlaqədar xüsusi qərardadın çıxarılması tələbi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə isə iddia tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 232,1 kv.m olan qeyri-yaşayış sahəsi əvəzinə ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 232,1 kv.m olan, fasad hissəsi yola (əvvəl yerləşdiyi yola) baxan, yaşayış binasının asfalt səthinə nisbətdə 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətinə verilməsi, yeni əmlak verilənədək İddiaçı hər ay 550 manat məbləğində kirayə haqqının ödənilməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi, ilkin və qarşılıqlı iddiaların qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin və qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh1 MMC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 232,1 kv.m olan qeyri-yaşayış sahəsi əvəzinə ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 232,1 kv.m olan, fasad hissəsi yola baxan, yaşayış binasının asfalt səthinə nisbətdə 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətinə verilsin. Yeni əmlak verilənədək Cavabdeh1 MMC tərəfindən İddiaçı hər ay 550 manat məbləğində kirayə haqqı ödənilsin. İlkin və qarşılıqlı iddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-63/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-63/2022
31.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver