Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-632/2021 08.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh X1 nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər X15, X17 qızına, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X15, X17 qızına, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Cavabdeh2 oğluna qarşı “qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X10 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən (“Vüsal” kafesi) məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 69825 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş iddianın təmini tədbiri barədə ərizəsi təmin edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan narazı qalaraq apelyasiya şikayəti vermişdir. Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək mülki iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2020-ci il tarixli 2(103)- 7847/2020 saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iddianın təmini tədbiri ərizəsinə yenidən baxılması üçün iş Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən (“Vüsal” kafesi) istifadə edilməsi cavabdeh və 3-cü şəxslərə qadağan edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Cavabdeh2 oğlu Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qərardadından apelyasiya şikayəti vermişdir. Nəsimi Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 oğlu tərəfindən verilmiş şikayət təmin edilməyən mülki iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli 2(103)- 5651/2021 saylı qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X11 ilə 11 noyabr 1994-cü il tarixdə Bakı Səadət Sarayında rəsmi nikaha girmişdir. Həmin nikahları Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli 2(005)-322/2018 saylı qətnaməsi ilə pozulmuş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16 mart 2018-ci il tarixdə 83 nömrəli qeyd edilmişdir. Birgə nikahları dövründə bir çox əmlaklar əldə edilmişdir ki, hazırda cavabdehin qanunsuz istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 68C ünvanda yerləşən qeyri-yaşayış sahəsi (“Vüsal” kafesi) də həmin nikahlardan biridir. Həmin əmlak 29 iyul 2017-ci il tarixdə Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 30 iyun 2003-cü il tarixli 000974 saylı mülkiyyə hüququ haqqında şəhadətnaməyə əsasən X4 adına ilkin qeydiyyatdan keçmişdir. Lakin o, mübahisəli əmlakın ½ hissəsinin mülkiyyətçisi olsa da, həmin əmlakdan nəinki istifadə edə bilmir, hətta əmlakdan heç bir qanuni əsas olmadan istifadə edib, gəlir götürən cavabdeh tərəfindən əmlaka daxil olmasına belə icazə verilmir. Cavabdehin qeyri-yaşayış sahəsindən 2018-ci ilin mart ayından istifadə etməsi barədə onda məlumat olduğundan hesab edir ki, həmin vaxtdan ona dəyən ziyan ödənilməlidir. Bakı şəhərində qeyri-yaşayış sahələrinin icarəsi bazarında ən ucuzn qiymət hər kv.m üçün 5 manat təşkil edir. Cavabdeh həmin qeyri-yaşayış sahəsindən 30 aydır qanunsuz olaraq istifadə etdiyindən hesab edir ki, 69825 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlər X7 ilə X16 arasında Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış 19 mart 2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, X10 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən (“Vüsal” kafesi) məcburi qaydada çıxarılması və cavabdeh X7 tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 81462,50 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirən şahid X18 öz ifadəsində bildirmişdir ki, 19 mart 2018-ci il tarixli icarə müqaviləsi X16 ilə X7 adından onun oğlu Fuad bağlamışdir. Obyektin adı “Vüsal” kafesi gedir. X16 onun qardaşıdır. İcarə müqaviləsini qardaşı bağlayıb, lakin kafeni o, özü işlədirdi. O, 2018-ci ilin mart ayından sonra kafeni işlədirdi, lakin pandemiya olduqdan sonra obyekt bağlandı.Obyektin mübahisəli olduğunu bilmirdi. İddiaçı və Cəfərova Səadəti tanımır. O, əvvəllər başqa obyekti işlədirdi. Mübahisəli obyekti 2018-ci ilin mart ayına qədər Cavabdeh2 işlədirdi. Daha sonra kafeni işlətməyi ona vermişdir. Əvvəl icarə haqqını 1000 manat ödəyirdi, daha sonra Cavabdeh2 demişdir ki, kafeni təmir et icarə haqqı bu puldan çıxılsın. O da obyekti təmir etmişdir. Pandemiya dövründə obyekt işləmirdi, lakin işıqdan istifadə olunmuşdur və işıq pulunu o ödəmişdir. Cavabdeh X16 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan Vİ-JQ 446032 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X12 ilə İddiaçı arasında 11 noyabr 1994-cü il tarixdə nikah bağlanaraq bu barədə Bakı şəhəri Səadət Sarayının akt qeydləri kitabında 2299 saylı qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 68 C qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə ½ hissə İddiaçı, ½ hissə X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində 04 oktyabr 2019-cu ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə ekspertiza Mərkəzinin 07 avqust 2020-ci il tarixli 31893 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı və X4 paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi ünvanında yerləşən 68C saylı qeyri0yaşayış binasının və ünvan 3də yerləşən 10 saylı mənzilin iki hissəyə paylara münasib olaraq naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Əmlak Ekspert Mərkəzinin 10 iyul 2020-ci il tarixli ƏEM/M-218/20 saylı ekspert rəyindən görünür ki, mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstrulsiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi ünvanında yerləşən 68C saylı qeyri-yaşayış binasının 10 iyul 2020-ci il tarixinə bazar dəyəri 1 408 000,00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 01 mart 2021-ci il tarixli arayışından görünür ki, 26 fevral 2021-ci il tarixinə olan uçot məlumatlarına əsasən, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 12 aprel 2018-ci il tarixdə X16 (VÖEN: **********) tərəfindən “restoran” adı ilə vergi orqanında uçota qoyulmuşdur. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli 2(009)- 1443/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və X4 Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 53-də yerləşən 10 saylı mənzilə və “Opel Antara” markalı ** GS *** dövlət qeydiyyat nişanlı minik avtomobilə hər birinin ½ hissədə payları müəyyən olunmuş, X4 "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) nizamnamə kapitallarında olan təsisçi payına aid 40 faiz hesabı ilə hesablanmaqla 8000 manat vəsaitin ½ hissəsinə İddiaçı hüququ tanınmış, 4000 manat vəsait Cəfərov İnqlab Mikayıl oğlundan alıanaraq İddiaçı verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2018ci il tarixli 2(103)-11118/2018 saylı qətnaməsinin surətindən görünür ki, Səbail Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli 2(009)-1443/2018 saylı qətnaməsi ləğv edilmiş, X12 ilə X7 arasında Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 68C saylı qeyriyaşayış sahəsinə dair 17 fevral 2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş və həmin qeyri-yaşayış sahəsinə dair X1 adına verilmiş, daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış ləğv edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 68C saylı qeyri-yaşayış sahəsi İddiaçı və X4 ümumi birgə mülkiyyəti sayılmış və üzərində hər birinin ½ hissədə payları müəyyən edilməklə bölünmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli 2(102)-3346/2019 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2018-ci il tarixli 2(103)-11118/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 19 mart 2018-ci il tarixli icarə haqqında müqaviləsindən görünür ki, X7 ilə X10 arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 68C 931 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsini bir aylıq icarə haqqı 1000 manat olmaqla icarəyə vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 ilə İddiaçı 11.11.1994-cü il tarixdə Səadət Sarayında nikah bağlamışlar. Sonradan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.02.2018-ci il tarixli 2(005)322/2018 saylı qətnaməsi ilə Cavabdeh2 ilə İddiaçı arasında 11.11.1994-cü il tarixdə Səadət Sarayında (Bakı nikah evi) 2299 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İddiaçı cavabdeh X6, X3, 43 saylı xüsusi Notariusa, üçüncü şəxs X13, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia tələbi Səbail Rayon Məhkəməsinə müraciət edərək “ümumi paylı mülkiyyətin bölünməsi, avtomobilin dəyərinin ödənilməsi, nizamnamə kapitalına pul şəklində qoyulmuş pulun ½ hissədə tutulması”nı xahiş etmişdir. Bundan əlavə X12 da cavabdeh İddiaçı qarşı “ümumi paylı mülkiyyətin bölünməsi” tələbi ilə bağlı qarşılıqlı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli 2(009)-1443/2018 saylı qətnaməsi ilə İddiaçı və X4 Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 53-də yerləşən 10 saylı mənzilə və “Opel Antara” markalı ** GS *** dövlət qeydiyyat nişanlı minik avtomobilə hər birinin ½ hissədə payları müəyyən olunmuş, X4 "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) nizamnamə kapitallarında olan təsisçi payına aid 40 faiz hesabı ilə hesablanmaqla 8000 manat vəsaitin ½ hissəsinə İddiaçı hüququ tanınmış, 4000 manat vəsait Cəfərov İnqlab Mikayıl oğlundan alıanaraq İddiaçı verilməsi qət edilmişdir. Səbail Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verildiyindən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2018-ci il tarixli 2(103)-11118/2018 saylı qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli 2(009)-1443/2018 saylı qətnaməsi ləğv edilmiş, X12 ilə X7 arasında Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 68C saylı qeyri-yaşayış sahəsinə dair 17 fevral 2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahəsinə dair X1 adına verilmiş, daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 68C saylı qeyri-yaşayış sahəsi İddiaçı və X4 ümumi birgə mülkiyyəti sayılası və üzərində hər birinin ½ hissədə payları müəyyən edilməklə bölünməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli 2(102)-3346/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2018-ci il tarixli 2(103)-11118/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış tərtib edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 68 C qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə ½ hissə İddiaçı, ½ hissə X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində 04 oktyabr 2019-cu ildə qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq X7 əsassız olaraq X16 ilə icarə müqaviləsi bağlamış və Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 68C 931 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsini bir aylıq icarə haqqı 1000 manat olmaqla Ş.Babayevə icarəyə vermişdir. ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 12 aprel 2018-ci il tarixdə X16 (VÖEN: **********) tərəfindən “restoran” adı ilə vergi orqanında uçota qoyulmuşdur. Hal-hazırda İddiaçı məhkəməyə müraciət medərək, cavabdehlər X7 ilə X16 arasında Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış 19 mart 2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsini, X10 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən (“Vüsal” kafesi) məcburi qaydada çıxarılmasını və cavabdeh X7 tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 81462,50 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbində haqlıdır və eyni zamanda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Həmin məhkəmə aktlarında hazırki iddianın predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 68C saylı qeyri-yaşayış sahəsi ilə bağlı artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 16.1-ci bəndinə əsasən, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə, onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” qərarına əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin münkünsüzlüyü deməkdir. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və X9 haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz» «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004- cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olanali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməklə, cavabdehlər X7 ilə X16 arasında Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış 19 mart 2018-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilməli; cavabdeh X16 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılmalıdır. İddiaçının “cavabdeh X7 tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 81462,50 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması” tələbinə gəldikəd isə məhkəmə qeyd edir ki, həmin tələb iddiaçı tərəfindən sübuta yetirilmədiyindən təmin edilə bilməz. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X7 ilə X16 arasında Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış 19 mart 2018-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh X16 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-632/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-632/2021
08.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver