Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6331/2025 08.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, Ərizəçi İddiaçı doğum akt qeydinə düzəliş edilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı vətəndaşlıq vəziyyəti aktlarının düzgün olmamasının müəyyən olunması tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən əri X2 ata adının Hacı Maymud deyil HacıMəhəməməd olması barədə doğum akt qeydinə düzəliş olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, ərizənin ilkin araşdırılması nəticəsində müəyyən edilir ki, ərizəçi İddiaçı maraqlı şəxs qismində Maraqlı şəxs göstərərək, ərinin doğum haqqında şəhadətnaməsində ata adının X3 əvəzinə X1 qeyd olunmasına istinad edib, doğum akt qeydinin düzgün olmamasını mübahisələndirir. Məhkəmə hesab edir ki, hazırkı tələb inzibati orqanla vətəndaş arasında ümumi (publik) hüququn nizamasalma predmetinə aid mübahisə olduğuna görə, bu tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Buna görə də ərizənin qəbul edilməsindən imtina edilməli və hazırkı tələblə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir Məhkəmə qeyd edir ki, məhkəmə aidiyyəti institutu şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş xüsusi təminatlardan biridir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyrimümkün edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli, 4 №-li Qərarının 4-cübəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərarın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 2 və 2.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi rayon, şəhər qeydiyyat şöbələri inzibati orqandır. İşdən görünür ki, ərizəçi tərəfindən hazırkı tələbdə irəli sürülən məsələ ilə əlaqədar Maraqlı şəxsnə müraciət edilmiş və Qeydiyyat Şöbəsi tərəfindən onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Ərizəçiyə izah olunur ki, inzibati orqana etdiyi müraciətinin təmin edilməsindən imtina olunduğundan həmin inzibati orqanı - Maraqlı şəxs cavabdeh qismində göstərməklə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. İşdə olan ödəniş qəzbindən görünür ki, hazırkı ərizənin verilməsi üçün ərizəçinin nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. Ərizənin icraata qəbulundan imtina edildiyindən məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçinin nümayəndəsinə geri qaytarılmalıdır. İşdə olan digər – xx.xx.2025-ci il tarixli ödəniş qəbzi barədə məlumatlarda Nümayəndə tərəfindən 70 manat dövlət rüsumunun ödənilməsi göstərilsə də, həmin rüsumun hazırkı işə aidiyyəti müəyyən edilmir. Məlumatlarda həmin rüsumun qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə (2(006)-5682/2025 nömrəli iş üzrə - işin nəticəsi: geri qaytarıldı - əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə) ödənildiyi görünür. Belə olan halda hazırkı iş üzrə həmin hissədə rüsumun geri qaytarılması məsələsi həll olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı doğum akt qeydinə düzəliş edilməsi barədə ərizəsinin icraata qəbulundan imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçılara təqdim olunsun. Ərizəçiyə, hazırkı tələblə Maraqlı şəxs cavabdeh qismində göstərməklə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (Hökumət ödəniş portalı, qəbzin nömrəsi: **********, tarix: xx.xx.2025, saat: 10:10:03) dövlət büdcəsindən ərizəçinin nümayəndəsi Nümayəndə geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-6331/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6331/2025
08.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver