Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6398/2025 12.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı ilkin ölüm aktı qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı ilkin ölüm aktı qeydinin ləğv edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri X1 adına tərtib edilmiş və Cəlilabad rayon Qeydiyyat şöbəsində xx.xx.2003-cü il tarixli, 160 saylı ilkin ölüm haqqında qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi məsələyə mülki məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin yolverilməzliyə görə icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçı tələbində inzibati orqanın inzibati səlahiyyətləri çərçivəsində qəbul edilmiş aktın ləğvi tələbi mülki məhkəmə icraatının predmetini təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsəmaddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməli və iddiaçıya izah edilməlidir ki, iddiaçı inzibati orqana qarşı iddia tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı ilkin ölüm aktı qeydinin ləğv edilməsi tələbinə iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Hökumət ödəniş portalı, mədaxil qəbzi: **********, tarix: xx.xx.2025, saat: 11:16:35) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-6398/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6398/2025
12.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver