Məhkəmə qərarları › İş №e-2(006)-663/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-663/2024

04.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-663/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «ərizə və əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «ərizə və əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarında Bakı şəhəri Suraxanı, Nəsimi, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətində olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş xx.xx.2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu qərarın icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında 196 №-li xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin müvafiq bəndinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, X17 küçələri və Azadlıq prospektinin kəsişməsində yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan mənzilin söküntüsü və yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirir. İddiaçı ünvan 1 ünvanında yerləşən evin sökülməsinə notarial razılıq vermişdir. Bununla yanaşı həmin evdə yaşayan və 18 yaşı tamam olmuş Cavabdeh həm öz yerinə, həm də X4 əvəzinə müvafiq razılıq ərizəsini notarial qaydada təsdiq etmişlər. "xxxx" MTK ilə iddiaçı arasında

27. 11.2020-ci il tarixdə həmin mənzilin sökülüb yeni binanın tikilməsinə münasibətdə 25 №-li əvəzləmə müqaviləsi imzalanmışdır. xx.xx.2020-ci il tarixdə İddiaçı "xxxx" MTK-ya notariat təsdiqli ərizə verərək sonuncu ilə xx.xx.2020-ci il tarixli, 25 nömrəli əvəzləşmə müqaviləsinə əsasən Bkı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin əvəzinə veriləcək yeni yaşayış binasının C bloku, 10-cu mərtəbə, 94,4 kv.m.olan 222 saylı (təmirsiz və kirayə haqqı olmadan) mənzilə ehtiyacının olmadığını və həmin mənzilin "xxxx" MTK-nın nizamnaməsinə müvafiq qaydada Cavabdeh adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bu ərizənin əsasında xx.xx.2020-ci ildə "xxxx" MTK əvəzləşmə müqaviləsi bağlayarkən tərəflərdən biri kimi mülkiyyətçi qismində Cavabdehı qeyd etmişdir. Sözügedən mənzil hələ də iddiaçının tam mülkiyyətindədir və mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsində istifadədə olan 0.1307 ha torpaq sahəsində yerləşən 53 nömrəli, 1 mərtəbəli binada 62 kv.m. ümumi, 18 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 237 nömrəli reyestr kitabının 23568 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Bu fakt daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlarına və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş 08A/1607 nömrəli xx.xx.2020-ci il tarixli arayışda da öz əksini tapmışdır. Eyni zamanda "xxxx"dan olan xx.xx.2020-ci il tarixli № DB4 ödəniş tapşırığına əsasən "xxxx" MTK avans məbləğini İddiaçı adına ödəmişdir. İddiaçının yuxarıda qeyd edilən ərizəni MTK-a verməsindən sonra iddiaçı ilə cavabdeh oğlu Cavabdeh arasında ailə münasibətləri zəminində münaqişələr yaranmışdır. Belə ki, artıq cavabdeh evdə yaşamasına icazə vermir. Odur ki, iddiaçı cavabdehə münasibətdə "xxxx" MTK-ya verdiyi xx.xx.2020-ci il tarixli ərizədən imtina edərək həmin ərizə və ərizə əsasında "xxxx" MTK ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanan əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. İddiaçının MTK-ya sözügedən mənzilin Cavabdeh adına rəsmiləşdirilməsi barədə ərizəni göndərməsi, indi isə həmin ərizəsinin etibarsız hesab edilməsi tələbini irəli sürməkdə əsası həmin vaxt iddiaçının ərizənin verilməsində vacib əhəmiyyətli yanılmış olmasıdır. Belə ki, iddiaçı yaşlı olduğunu və həmin mənzildə oğlu ilə birlikdə yaşayacağını nəzərə alaraq bir ana kimi mənzilin oğlunun adına rəsmiləşdirilməsini istəməsi olmuş, lakin bu istiqamətdə olan iradə ifadəsinin bəyanından sonra oğlu onunla pis rəftar etmiş, evinə buraxmamış, anasının ona olan bu3 hərəkətinə vicdansızlıqla qarşılıq vermişdir. Hal-hazırda cavabdeh iddiaçını həmin evə buraxmadığına görə iddiaçı evsiz qalmışdır. Göstərilənlərə əsasən İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə müqabil yeni yaşayış binasının C bloku, 10-cu mərtəbə, 94,4 kv.m.olan 222 saylı mənzilin Cavabdeh adına rəsmiləşdirilməsi barədə xx.xx.2022-ci il tarixdə "xxxx" MTK-ya təqdim edilmiş notarial təsdiqli ərizə və onun əsasında tərtib edilmiş "xxxx" MTK ilə Cavabdeh arasında bağlanan xx.xx.2020-ci il tarixli əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, mübahisəli ev onun olmuşdur. Həmin evi o, 1990-1991-ci illərdə öz şəxsi vəsaiti hesabına almışdır. Hamı kimi o, özü MTK ilə danışmışdır. Onlar evin əvəzinə ona 160.000 manat pul və ya 97 kv.m.sahəyə malik yeni mənzil təklif etmişlər və kirayə və təmir üçün pul. O, evin verilməsinə razılıq vermişdir. Həmin razılaşmadan isə ona yalnız kirayə və təmir üçün verilməli olan pul çatmışdır. O, da həmin pulla Xırdalanda kiçik bir ev almışdır. Daha sonra isə ehtiyacları oldu deyə satmışdır. Həmin evdə onlar ailəlikcə yaşamışlar. Gələbəy rayonunda ev var, ancaq oradan digər oğlu yaşayır. O, əvvəl oğlu Oskar ilə yaşamışdır. Hesab etmişdir ki, oğludur. Evi ona bağışlamaq istəmişdir. Ancaq bu rəsmiləşdirilməmişdir. Sadəcə evdən Oskarın xeyrinə imtina etməsi ilə bağlı ərizə vermişdir. Düşünmüşdür ki, o da bunun qarşılığında ana kimi ona bir gün ağlayar. Lakin sonradan görmüşdür ki, o, buna layiq deyil. Ona görə də evin ona geri qaytarılmasını istəyir. Sökülən evin xərclərini özü çəkmişdir. O, 60.000 manat götürmüşdür. Onlar ona azkvadratlı ev təklif etmişlər, lakin o, qəbul etməmişdir. Onlar bir müddət Xırdalanda yaşamışlar, lakin yoldaşı vəfat etdikdən sonra həmin evi satmışlar.

4. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun anasıdır. Mübahisəli ev yəni ünvan 1 ünvanında yerləşən həyat evi onun ata mülküdür. Oranı atası alıb, anası heç vaxt işləməyib. Həmin evdə də 17-18 il ailəsi ilə birlikdə o, yaşamışdır. Anası heç vaxt orada yaşamamışdır. Rayonda yaşamışdır və hazırda da rayonda yaşayır. MTK gələndə əvvəl gedib o, danışmışdır. Anası bildirmişdir ki, o, bir otaqlı ev istəyir. O, da MTK ilə bu şəkildə danışmışdır. Belə ki, bir dənə 1 otaqlı və bir dənə də 2 və ya 3 otaqlı ev verilməsi razılaşdırılmışdır. Lakin daha sonra anası ona bildirmişdir ki, ona etibar etmir, gedib özü danışacaq. O, da etiraz etmədi. Anası gedib özü danışmış və ona düşəcək olan 1 otaqlı evdən imtina edərək onun dəyəri olan 50.000 manat pul almışdır. Daha sonra demişdir ki, təmir üçün verilməli olan 10.000 manat da ona verilsin və o, özü evi təmir etdirər. O, buna da etiraz etməmişdir. Anası ümumilikdə 60.000 manat pul almışdır. Ona da təmirsiz ev verilmişdir. Məsələ də bununla bağlanmışdır. Anası məhkəməyə müraciət edənə kimi aralarında evlə bağlı mübahisə olmamışdır. Anasına verilən pul 1 otağın əvəz idi. Ümumiyyətlə onların MTK ilə razılaşmalarda kirayə haqqı verilməsi nəzərdə tutulmamışdır.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, mübahisəli mənzil artıq mövcud deyil. O, sökülüb və yerində bina tikilib. Həmin evdə iddiaçı heç vaxt yaşamayıb. Həmin evdə cavabdeh yaşayıb və onun bütün xərclərini cavabdeh ödəyib. Həmin mənzil zamanında cavabdehin atası tərəfindən iddiaçının adına əldə olunub. Ev söküldükdə iddiaçıya 60.000 manat pul verilib və cavabdehlə aralarında əldə olunmuş razılıq üzrə pulu almışdır. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X3 izahatında göstərmişdir ki, mənzilin sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı danışıqlar ilk olaraq iddiaçı ilə olmuşdur. Daha sonra iddiaçı cavabdehin xeyrinə öz haqlarından imtina etmişdir. Bununla bağlı ona təmir və kirayə üçün 60.000 manat pul verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 9.Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsində istifadədə olan 0,1307 ha torpaq sahəsində yerləşən 53 nömrəli 1 mərtəbəli binada 62 kv.m. ümumi, 18 kv.m.yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 237 nömrəli reyestr kitabının 23568 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır.

11. İş materiallarında olan "xxxx" MTK ilə «Mülkiyyətçi» qismində İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli niyyət protokolunun surətindən görünür ki, bu müqavilə üzrə "xxxx" MTK İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən Dövlət Reyestrindən Çıxarış nömrəsi (Seriya MH № 0045058) sahəsi 62 kv.m. mənzil üçün C bloku, 10-cu mərtəbə 94,4 kv.m. mənzil (təmirsiz və kirayə haqqı olmadan) və 59.000 manat köçürmə yolu ilə 1000 manat avans nağd şəklində ödəyəcək. Bank əməliyyatları zamanı ümumi məbləğin 59.000 manatın 1%-i "xxxx" MTK tərəfindən qarşılanacaq (bənd 1.1). ünvan 4-də qeydiyyatda olan oğlu X9, oğlu X2, gəlini X10, nəvəsi X6, nəvəsi X7 «Mülkiyyətçi» İddiaçı 59.000 manat köçürmə yolu ilə ödəndikdən sonra, qeydiyyatda olan şəxslərin imtina ərizəsi və ASAN xidmətdən (forma №1) alıb, "xxxx" MTK-ya təqdim etməlidirlər. Qeyd edilən sənədlər "xxxx" MTK-ya təqdim edildikdən sonra, C bloku, 10-cu mərtəbə 94,4 kv.m. mənzil (təmirsiz və kirayə haqqı olmadan) üçün yeni müqavilə bağlanacaq (bənd 1.2,1.3,1.4,1.5,1.6,1.7). «Mülkiyyətçi» İddiaçı məxsus ünvan 4 ünvanındakı mənzil Dövlət Reyestrindən çıxarışın (Seriya MH № 0045058) Dilarə xanımın şəxsi təşəbbüsü və izni ilə sökülmüşdür. «Mülkiyyətçi» evin sökülməsi ilə əlaqədar "xxxx" MTK ilə bağlı gələcəkdə məhkəməyə heç bir iddia ərizəsi ilə müraciət etməyəcəyini və şikayətinin olmayacağını öz öhdəsinə götürür (bənd 1.8). Dövlət Reyestrindən çıxarışın (Seriya MH № 0045058) əsli müqaviləyə əlavə olunmuşdur və müqavilənin ayrılmaz tərkib hissəsidir.

12. İş materiallarında olan "xxxx" MTK ilə «Mülkiyyətçi» qismində İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 25 nömrəli əvəzləşmə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarında Bakı şəhəri Suraxanı, Nəsimi, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətində olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş xx.xx.2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu qərarın icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında 196 №-li xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin müvafiq bəndinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, X17 küçələri və Azadlıq prospektinin kəsişməsində yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan mənzilin söküntüsü və yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirir (bənd 2). "xxxx" MTK ünvan 5 ünvanında yerləşən Dövlət reyestrindən çıxarış nömrəsi (seriya MH №0045058) yaşayış üçün təhlükəli vəziyyətdə olan Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək cəmi faktiki 85 kv.m. (çöl divar daxil) mənzilin sahəsini ümumi sahəsinə əlavə etməklə, C bloku 10-cu mərtəbədə 94,4 kv.m. olan 222 saylı mənzili (təmirsiz və kirayə haqqı olmadan) və xx.xx.2020-ci il tarixdə bağlanılmış «Niyyət Protokolu»na əsasən 59.000 manat köçürmə yolu ilə ("xxxx" ASC-nin Nəsimi filialında AZ37NABZ******************** saylı hesab nömrəsinə), 1.000 manat avans nağd şəkildə «Mülkiyyətçi»yə ödənilmişdir (bənd 3.1). Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin söküntü üçün "xxxx" MTK-ya təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür (bənd 3.2). Söküntü nəzərdə tutulan evdə «Mülkiyyətçi»yə məxsus mənzilin boşaldılması tarixinədək olvn kommunal borcları tam ödəmək şərti ilə mənzillərdə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini "xxxx" MTK-ya təhvil verməsini təmin etmək, mənzili tam boşaldaraq, yüklü olmaması haqda arayış təqdim etmək şərtilə "xxxx" MTK-ya təhvil vermək (bənd 4.1.1), söküntü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılmasından sonra 3 gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanı, əlaqə telefon nömrələrini "xxxx" MTK-nın səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim etmək «Mülkiyyətçi»nin hüquq və vəzifələridir (bənd 4.1.2).

13. İş materiallarında olan "xxxx" MTK ilə «Mülkiyyətçi» qismində Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 25 nömrəli əvəzləşmə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarında Bakı şəhəri Suraxanı, Nəsimi, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətində olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş xx.xx.2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu qərarın icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında 196 №-li xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin müvafiq bəndinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, X17 küçələri və Azadlıq prospektinin kəsişməsində yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan mənzilin söküntüsü və yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirir (bənd 2). "xxxx" MTK ünvan 5 ünvanında yerləşən Dövlət reyestrindən çıxarış nömrəsi (seriya MH №0045058) yaşayış üçün təhlükəli vəziyyətdə olan Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək cəmi faktiki 85 kv.m. (çöl divar daxil) mənzilin sahəsini ümumi sahəsinə əlavə etməklə, C bloku 10-cu mərtəbədə 94,4 kv.m. olan 222 saylı mənzili (təmirsiz və kirayə haqqı olmadan) «Mülkiyyətçi»yə verilməsini öhdəsinə götürür (bənd 3.1). Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin söküntü üçün "xxxx" MTKya təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür (bənd 3.2). Söküntü nəzərdə tutulan evdə «Mülkiyyətçi»yə məxsus mənzilin boşaldılması tarixinədək olvn kommunal borcları tam ödəmək şərti ilə mənzillərdə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərirzələrini "xxxx" MTK-ya təhvil verməsini təmin etmək, mənzili tam boşaldaraq, yüklü olmaması haqda arayış təqdim etmək şərtilə "xxxx" MTK-ya təhvil vermək (bənd 4.1.1), söküntü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılmasından sonra 3 gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanı, əlaqə telefon nömrələrini "xxxx" MTK-nın səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim etmək «Mülkiyyətçi»nin hüquq və vəzifələridir (bənd 4.1.2).

14. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MTK-ya ünvanlanmış və Bakı şəhəri 54 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, **********586 nömrəli ərizəsinin surətindən görünür ki, onun "xxxx" MTK ilə xx.xx.2020-ci il tarixli, 25 nömrəli əvəzləşmə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin əvəzinə veriləcək yeni yaşayış binasının C bloku, 10-cu mərtəbə, 94,4 kv.m. olan 222 saylı (təmirsiz və kirayə haqqı olmadan) mənzilə ehtiyacı yoxdur. Bununla bağlı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsinə və həmin mənzilin "xxxx" MTK-nın nizamnaməsinə müvafiq qaydada Cavabdeh adına rəsmiləşdirilməsini xahiş edir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında 196 №-li xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmış,həmin müqavilənin müvafiq bəndinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, X17 küçələri və Azadlıq prospektinin kəsişməsində yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan mənzilin söküntüsü və yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirir. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əvəzləşmə müqaviləsinə əsasən "xxxx" MTK ünvan 5 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan İddiaçı məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək cəmi faktiki 85 kv.m. (çöl divar daxil) mənzilin sahəsini ümumi sahəsinə əlavə etməklə, C bloku 10-cu mərtəbədə 94,4 kv.m. olan 222 saylı mənzili (təmirsiz və kirayə haqqı olmadan) və xx.xx.2020-ci il tarixdə bağlanılmış «Niyyət Protokolu»na əsasən 59.000 manat köçürmə yolu ilə, 1.000 manat avans nağd şəkildə İddiaçı ödənilmişdir. İddiaçı tərəfindən "xxxx" MTK-ya ünvanlanmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizə ilə onun "xxxx" MTK ilə xx.xx.2020-ci il tarixli, 25 nömrəli əvəzləşmə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin əvəzinə veriləcək yeni yaşayış binasının C bloku, 10-cu mərtəbə, 94,4 kv.m. olan 222 saylı (təmirsiz və kirayə haqqı olmadan) mənzilə ehtiyacı olmaması və həmin mənzilin Cavabdeh adına rəsmiləşdirilməsini xahiş edilmişdir. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əvəzləşmə müqaviləsinə əsasən "xxxx" MTK ünvan 5 ünvanında yerləşən mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək cəmi faktiki 85 kv.m. (çöl divar daxil) mənzilin sahəsini ümumi sahəsinə əlavə etməklə, C bloku 10-cu mərtəbədə 94,4 kv.m. olan 222 saylı mənzili (təmirsiz və kirayə haqqı olmadan) Cavabdeh verilməsini öhdəsinə götürmüşdür. Hazırda iddiaçı onunla cavabdeh arasında ailə münasibətləri zəminində münaqişələrin yaranmasını, cavabdehin onun evdə yaşamasına icazə verməməsini iddia edərək, ünvan 1 ünvanında yerləşən mənzilə müqabil yeni yaşayış binasının C bloku, 10-cu mərtəbə, 94,4 kv.m.olan 222 saylı mənzilin Cavabdeh adına rəsmiləşdirilməsi barədə xx.xx.2022-ci il tarixdə "xxxx" MTK-ya təqdim edilmiş notarial təsdiqli ərizə və onun əsasında tərtib edilmiş "xxxx" MTK ilə Cavabdeh arasında bağlanan xx.xx.2020-ci il tarixli əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəllədə müəyyən edilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

18. Məhkəmə digər tərəfdən qeyd edir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

19. Əqdin notariat təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri).

20. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri).

21. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

23. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci madəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

26. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

27. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

29. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

30. Qanunun yuxarıda göstərilən tələbindən aydın olur ki, tərəflərin iradəsinə əsasən bağlanılmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya müqavilədə nəzərdə tutulmuş hallarda ləğv edilə bilər.

31. Məhkəmə qeyd edir ki, hazırki iddiaçı ilə cavabdeh ana oğul arasında olan əmlak mübahisəsidir. Belə ki, iddiaçının məhkəmə izahatları zamanı da müəyyən edilmişdir ki, həmin əmlakı oğlu olması səbəbindən ona bağışlamışdır. Daha sonradan aralarında yaranmış soyuqluq səbəbindən hazırki iddiaçı (ana) bağışlamış olduğu mənzili ondan (oğlundan) geri tələb edir. Belə ki, ilk başdan görünür ki, qeyd edilən müqavilə tərəfləri Cavabdeh olmasada hüquq münasibətinin kökündə oğlunun xeyrinə əmlak bağışlamaq olmuşdur. Lakin qeyd edilən əmlak məhv olduğundan bağışlama müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsi mümkün olmamış və tərəflər öz iradə ifadələrini qarşılıqlı razılıq (bəyənmə) əsasında bu qaydada (əvəzləşdırmə) rəsmişləşdirmişlər. Bu isə onu deməyə əsas verir ki, bağışlanmış əmlakın sonrada peşman olma nəticəsində geri tələb edilməsi mülki qanunvericilikdə (Mülki Məcəllə 673.1) nəzərdə tutulmamışdır.

32. Bundan əlavə məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi barədə verilmiş ərizəyə münasibətdə qeyd edir ki, iddianın özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə də zərurət qalmamışdır. Belə ki, iddia müddəti yalnız iddia tələbi əsaslı olduğu təqdirdə ona tətbiq edilməli olan hüquq olduğundan bu halda tətbiq edilməsi mümkün deyildir.

33. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə müqabil yeni yaşayış binasının C bloku, 10-cu mərtəbə, 94,4 kv.m.olan 222 saylı mənzilin Cavabdeh adına rəsmiləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə və onun əsasında tərtib edilmiş "xxxx" MTK ilə Cavabdeh arasında bağlanan xx.xx.2020-ci il tarixli əvəzləşmə müqaviləsinin etibarsız hesab olunması üçün hüquqi əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.

34. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «ərizə və əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir.

35. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən,məhkəmə xərcləri dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 (yüz) manat iddiaçıya aid edilməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «ərizə və əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar