Məhkəmə qərarları › İş №e-2(006)-6632/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6632/2025

26.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6632/2025 26.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı cavabdeh X2 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 22 saylı Notariat ofisinin Xüsusi notariusu X3 tərəfindən verilmiş reyestrdə 8İ-7221 nömrə ilə qeyd edilmiş xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Əvvəla, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsində göstərilir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi xüsusi notariusun iş yeri üzrə məhkəməyə - Nəsimi Rayon Məhkəməsinə düzgün olaraq verilsə də, iddiaçı notarius Sübhi Bektaşini cavabdeh kimi göstərmişdir və ona qarşı yönələn tələbin nədə ifadə olunması müəyyən deyildir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd edilməlidir ki, icra qeydinin mübahisələndirilməsi zamanı iddiaya cavab verməli olan şəxs vəzifəli şəxs kimi notariusun özü deyil, müvafiq icra qeydini vermiş notariat ofisi çıxış edir. Bundan başqa işdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edib və qüvvədə olan qanunvericilikdə borclunun icra qeydini məhkəmə qaydasında hansı vaxtda mübahisələndirə bilməsinə dair konkret müddət olmayıb. Konstitusiya Məhkəməsinin Plenumu isə “Notariat haqqında” Qanunun 41 və 76-cı maddələrini əlaqəli şəkildə 16 may 2025-ci il tarixli qərarında şərh edib və həmin qərarın nəticə hissəsinin 3-cü bəndində göstərib ki, qanunverici orqan tərəfindən “Notariat haqqında” Qanunun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə MPM-in 282-ci maddəsində nəzərdə tutumuş 10 günlük müddət tətbiq edilsin. Qərarın nəticə hissəsinin 4-cü bəndində göstərilir ki, bu qərar dərc edildiyi gündən qüvvəyə minir. e302612/2025-5-6 nömrəli icra işindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən qərar qəbul edilərək xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borclunun elektron kabinetinə yerləşdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından da görünür ki, iddiaçı müvafiq icra qeydindən məlumatlı olmuşdur. Beləliklə, İddiaçı icra qeydinin mövcudluğundan xx.xx.2025-ci il tarixdə məlumatlı olsa da, xx.xx.2025-ci il tarixdə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. MPM-in 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. İş materiallarından görünür ki, mübahisələndirilən icra qeydi xx.xx.2025-ci il tarixdə verilmişdir və iddiaçı tərəf iddia ərizəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. O da qeyd olunmalıdır ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı bank tərəfindən hesablanmış borc və ona hesablanmış faiz məbləğinin reallığı əks etdirmədiyini, borclu tərəfindən ödənilmiş 20000 manatın, ümumiyyətlə, nəzərə alınmadığını, həmçinin faiz borcunun şişirdilmiş məbləği əks etdiirdiyini mübahisələndirir. Məhkəmə qeyd edir ki, əgər borclu hesab edirsə ki, icra qeydində göstərilən məbləğ tələbkarın hüququ çatan məbləğdən çoxdur, belə hala o, icra qeydinin verilməsinə əsas olmuş maddi-hüquqi tələbi (onun məbləğini və s.) mülki məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Bu, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Göründüyü kimi mübahisələndirmənin predmeti icra qeydi deyil, tələbdir. İcra qeydinin ləğv edilməsinə dair tələb üzrə iddia qaldırılması və ya iddiaya qiymət verilməsi həmin iddianın qaldırılmasına mane olmur. Belə iddia verildikdə tələbkar cavabdeh sayılır, notarius isə üçüncü şəxs kimi işə cəlb edilir. Əgər iddia təmin olunarsa, məhkəmə icra qeydinin tam və hissəvi icra edilməməli hesab olunmasına dair qətnamə qəbul edə və bu qətnamədə müvafiq məbləği göstərə bilər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlar hazırki işin məhkəmə icraatını qeyri-mümkün edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 vəkil və nümayəndəsi Vəkil tərəfindən xx.xx.2025-ci il tarixli **********20 nömrəli qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı X1 vəkil və nümayəndəsi Vəkil geri qaytarılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı X1 vəkil və nümayəndəsi Vəkil tərəfindən xx.xx.2025-ci il tarixli **********20 nömrəli qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı X1 vəkil və nümayəndəsi Vəkil geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar