Məhkəmə qərarları › İş №e-2(006)-6682/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6682/2025

29.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6682/2025 29.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı Cavabdeh qarşı mübahisəli mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 117B nömrəli bina, 1-ci giriş, 16-cı mərtəbədə yerləşən ümumi sahəsi 196,8 kv.m, yaşayış sahəsi isə 118,9 kv.m olan 4 otaqdan ibarət 58 nömrəli mənzilə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 117B nömrəli bina, 1-ci giriş, 16-cı mərtəbədə yerləşən ümumi sahəsi 196,8 kv.m, yaşayış sahəsi isə 118,9 kv.molan 4 otaqdan ibarət 58 nömrəli mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: - iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Göründüyü kimi mülki prosessual qanunvericilikdə iddia ərizəsinin forma və məzmununa dair tələblər (ərizədə mütləq qaydada göstərilməli olan hallar) konkret olaraq müəyyən edilmişdir ki, həmin tələblərə riayət edilməməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələbləri baxımından iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş ərizə iddia ərizəsinin Məcəllə ilə müəyyənləşdirilmiş forma və məzmununa uyğun olmadan tərtib edilərək təqdim edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində Cavabdeh göstərsə də, ona yönələn tələbin nədən ibarət olması müəyyən deyildir. İddia ərizəsində irəli sürülmüş tələbin isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə yönələn tələb olduğu görünür. Qeyd edilməlidir ki, iddia tələbində irəli sürülən reyestrdəki qeydiyyatın ləğvi tələbi üzrə iddiaya cavab verməli olan şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-dir. Məhkəmə, işlərə məhkəmədə baxılması tezliyinin təmin olunması baxımından İddiaçı izah edir ki, çıxarışın verilməsinə əsas olan sənədin mübahisələndirilməsi halında cavabdeh qismində Cavabdeh və digər müqavilə tərəfini göstərməklə və iddiasının əsaslılığına dair ilkin sübutları ərizəsinə əlavə etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlar hazırki işin məhkəmə icraatını qeyri-mümkün edir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100.00 (yüz) manat məbləğində dövlət rüsumu ("Asan ödəniş" sistemi, mədaxil qəbzi **********, tarix: 26.12.25, saat: 15:21:43) məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mübahisəli mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən ödənilmiş 100.00 (yüz) manat məbləğində dövlət rüsumu ("Asan ödəniş" sistemi, mədaxil qəbzi **********, tarix: 26.12.25, saat: 15:21:43) məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar