Məhkəmə qərarları › İş №e-2(006)-670/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-670/2024

11.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-670/2024 11.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, ona məxsus mənzilində baş vermiş yanğın hadisəsindən sonra evində aparılan təmirlə əlaqədar olaraq ünvan 1 ünvanında yerləşən mağazadan 7 ədəd qapı sifariş etmişdir. Qapıların hər birinin dəyəri 420 manat olmaqla, ümumi 2940,00 azn məbləğində qiymət müəyyənləşdirilmişdir. Şifahi danışıq əsasında sifarişin qəbul olunması üçün onda ilkin ödəniş olaraq 2500 manat tələb olundu. İddiaçı tələb olunan 2500 manat məbləğini dükanın içində dükan sahibi kimi tanıdığım Cavabdeh ona təqdim etdiyi sonuncuya məxsus məxsus bank hesabına öz bank kartından mobil tətbiqi vasitəsi ilə ödəmişdir. Danışılan vaxtda qapılar təhvil verilməsi üçün Cavabdehyla telefon əlaqəsi saxlamışdır. Lakin, cavabdeh ya telefonlarına cavab vermədi, ya da telefonunu söndürdü. O, narahat olaraq həmin dükana getmiş, lakin hər dəfə gedəndə dükanın bağlı olduğunu görmüşdür. Nəhayət cavabdehin onu aldatdığını hiss edib 102 xidmətinə bu barədə məlumat vermişdir. Polis araşdırması zamanı Cavabdeh polisə çağrıldı və müvafiq qaydada izahatı alındı. İzahatında cavabdeh qapılari bir neçə gün ərzində gətirib təhvil verəcəyini qeyd etsə də qapıları təhvil verməmişdir. Nəticədə işin mülki iş olduğu hesab edilərək onu işinə polis idarəsində xitam verilərək müvafiq qaydada məhkəməyə müraciət etməli olduğu bildirildi. Hazırda hələ də cavabdeh ona nə qapıları, nə də ödədiyi pulu geri qaytarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək, iddiaçının iştirak etməməsinə baxmayaraq, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktının çıxarılmasını xahiş etmiş və iddianı tam həcmdə qəbul etdiyini bildirmişdir. Məhkəmə cavabdehin işə mahiyyəti üzrə baxılmasına dair tələbinə müvafiq olaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli və tam şəkildə araşdırıb, təqdim edilmiş sübutlara məcmu halda qiymət verməklə bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 mart 2023-cü il tarixli, 2 № S nömrəli satıcı “VİP Doors” və alıcı İddiaçı arasında bağlanmış satış razışlaşmasına əsasən Satıcı Alıcı tərəfindən sifariş olunmuş 7 ədəd qapını hazırlamaq üçün 2500 manat avans olmaqla cəmi 2940 manat məbləği ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il hesabdan çıxarışdan görünür ki, İddiaçı Cavabdeh 2500 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Kamal Hüseynovun qərarı ilə İddiaçı Cavabdeh arasında olan pul mübahisəsi ilə bağlı məsələlər mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, ərizənin verilməsinə görə 45,45 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, 11 mart 2023-cü il tarixli, 2 № S nömrəli satıcı “VİP Doors” və alıcı İddiaçı arasında bağlanmış satış razışlaşmasına əsasən Satıcı Alıcı tərəfindən sifariş olunmuş 7 ədəd qapını hazırlamaq üçün 2500 manat avans olmaqla cəmi 2940 manat məbləği ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı razılaşma üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, avans 2500 manat ödəniş etmişdir. İddiaçı razılaşmanın baş tutmaması əsası ilə cavabdehə ödənilmiş 2500 manatın geri qaytarılması ilə aidiyyəti üzrə polis idarəsinə müraciət etmişdir. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş araşdırma materiallarından da məlum olur ki, xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilərkən, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməməsi faktını etiraf etmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. İddiaçı da ödədiyi 2500 manat pulu qaytarılmadığını mübahisələndirir. İddiaçı həmin məbləğdə pulu cavabdehə verdiyini sübuta yetirir, cavabdeh həm razılaşmanı pozduğunu, həm də pulu qaytarmadığını etiraf edir. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Bu baxımdan iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 752.1-ci maddəsinin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. İddiaçı isə hazırda mülki qanunvericilikdən irəli gələn cavabdeh tərəfindən öhdəlik icra edilmədiyi üçün görülmüş işə görə ödənilmiş pulun geri qaytarılmasını hüququnu realizə edir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, tərəflər arasında 11 mart 2023-cü il tarixli razılaşma cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan, iddiaçı tərəfindən ödənilmiş 2500 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 53-cü maddəsinə müvafiq olaraq, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh iddianı etiraf etmişdir. Onun iddianı etiraf etməsi qanunazidd deyildir və hər hansı şəxsin maraqlarına və ya mənafelərinə toxunmur. İddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 45,45 (qırx beş manat qırx beş qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 45,45 (qırx beş manat qırx beş qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) bank xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar