Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6773/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi X2, 3-cü şəxs “Təhsildə Keyfiyyət Təminat Agentliyi» Publik Hüquqi şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Mirhaşım qızının cavabdeh Azərbaycan Respublikası Tibb Universitetinə qarşı “əmrin ləğv edilməsi və təhsil müəssisəsinə bərpa edilməsi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Mirhaşım qızı cavabdeh Azərbaycan Respublikası Tibb Universitetinə və 3-cü şəxs “Təhsildə X1rşı “əmrin ləğv edilməsi və təhsil müəssisəsinə bərpa edilməsi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 22.09.2021-ci il tarixli 490/T nömrəli əmrin ləğv edilməsi və onun Cavabdeh1nə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı Mirhaşım qızı iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdi. Məhkəmə hazırlıq iclası zamanı iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı Mirhaşım qızının Azərbaycan Respublikası Təhsil Nazirliyi Akreditasiya və Nostrfikasiya İdarəsinə qarşı iddia ərizəsi verilmiş və həmin işə Bakı İnzibati Məhkəməsində baxılır. Məhkəmə hazırlıq iclasında 3-cü şəxs “Təhsildə Keyfiyyət Təminat Agentliyi» Publik Hüquqi şəxsin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, İddiaçı Mirhaşım qızının cavabdeh Azərbaycan Respublikası Tibb Universitetinə qarşı “əmrin ləğv edilməsi və təhsil müəssisəsinə bərpa edilməsi barədə” mülki işə rayon məhkəməsində baxılmalı deyildir və iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 490/T nömrəli 22.09.2021-ci il tarixli əmrindən çıxarışının surətindən görünür ki, İddiaçı universitetə qəbul zamanı saxta sənəd təqdim etdiyi üçün onunla bağlanmış müqaviləyə xitam verilmiş və universitetnin tələbləri sırasından xaric edilmişdi. İş materiallarına əlavə edilmiş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 13.09.2021ci il tarixli məktubundan görünür ki, məsələ ilə bildirilir ki, X7 Universitetində təhsil almış L. Rəhimova əldə etdiyi ali təhsil ixtisasının tanınması məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Sənədlərin araşdırılması çərçivəsində X7 Universitetinin tədris normativi üzrə nəzərdə tutulmuş müddət qarşılığında L. Rəhimovanın təhsil aldığı ölkənin ərazisində az olduğu müəyyənləşdirilmişdir. Buna müvafiq olaraq, vətəndaşın xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmaması haqqında 16.10.2017-ci il tarixində qərar qəbul edilmişdi. Nəticə etibarilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən adıçəkilən vətəndaşa 016212 və 012621 qeydiyyat nömrəli şəhadətnamələr təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.11.2021-çi il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq, bildirilir ki, ərizədə qaldırılan məsələ nazirlik tərəfindən araşdırılır. Araşdırılmanın nəticəsi barədə Sizə məlumat veriləcəkdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 22.09.2021-ci il tarixli 490/T №-li Əmrdən Çıxarışdan görünür ki, İddiaçı İİ Müalicə-Profilaktika fakültəsində təkrar ali təhsil alan V kurs (2018/2019-cu tədris ilinin qəbulu) ödənişli əsasla təhsil alan tələbəsi universitetə qəbul olduqda saxta sənəd təqdim etdiyinə görə onunla bağlanmış müqaviləyə xitam verilmiş və universitetin tələbələr sırasından xaric edilmişdi. Əsas: fakültə dekanının təqdimatı və Rektoryanı Şuranın 22.09.2021-ci il tarixli qərarı. İş materiallarına əlavə edilmiş Cavabdeh1 05.10.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 rəhbərliyinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzindən və Təhsildə Keyfiyyət Təminatı Agentliyindən İddiaçı təkrar ali təhsil almaq hüququ verən 012621 qeydiyyat nömrəli diplomun tanınması şəhadətnaməsinin və 016212 qeydiyyat nömrəli ixtisas ekvivalentliyi şəhadətnaməsinin saxta olması barədə məlumat daxil olmuşdur. Buna əsasən İddiaçı Cavabdeh1ndə təhsil dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələri və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1 və 2.2.2-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 261; 263-264; 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Mirhaşım qızının cavabdeh Azərbaycan Respublikası Tibb Universitetinə və 3cü şəxs “Təhsildə X1rşı “əmrin ləğv edilməsi və təhsil müəssisəsinə bərpa edilməsi barədə” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Nəsimi rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-6773/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6773/2021
24.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver