Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-686/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 07 may 2021-ci il tarixli, R 036749 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında yaranmış borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı bir müddət əvvəl işıq kartına pul yükləmək istəsə də, bu, mümkün olmamışdır. "xxxx" ASC regional ərazi bölməsi tərəfindən bildirmişlər ki, “sizin barənizdə 07 may 2021-ci il tarixli, R 036749 nömrəli akt tərtib edilib, sizin borcunuz var, o ödənilməsə karta pul yükləməyiniz mümkün olmayacaqdır”. Şəmkir rayonu Yenihəyat kəndində iddiaçının elektrik enerji sayğacında (kod:**********3) 4631.12 manat borc olduğu görsənməkdədir. Lakin, həmin borcun nədən və hasnı səbəbdən yaranması iddiaçıya məlum deyildir, bununla bağlı iddiaçıya heçbir rəsmi sənəd təqdim edilməmişdir. Təxminən 5-6 ay bundan əvvəl X3 rəisi və rəis müavini onların istilikxanasında olmuş, lakin həmin baxışın nəticəsində onların yanında heçbir sənədləşmə işləri aparılmamışdır. Hazırda istilikxananın işığı kəsilmişdir. Bu isə əziyyətlə gördükləri işləri gətirib heçə çıxarılmasına səbəb olur. Cavabdeh "xxxx" ASC tərəfindən onlara heç bir irad tutulması mümkün deyildir. Çünki, onların heç bir problemi ola bilməz, əgər problem yaşansa idi, cavabdeh tərəf bunu onların iştirakı ilə araşdırmalı və onların iştirakı ilə akt tərtib etməli idilər. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 mart 2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.4354 ha olan torpaq sahəsi icarəçi X2 (hazırki iş üzrə iddiaçının atası) icarəyə verilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.4354 ha olan torpaq sahəsi 18.10.2018-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanan ərizədən görünür ki, Şəmkir rayonu Yenihəyat kəndində yaşayan İddiaçı elektrikin enerji sayğacında 4631.12 manat borc olduğu görünməkdədir. Lakin, həmin borcun nədən və hansı səbəbdən yaranması iddiaçıya məlum deyildir, bununla bağlı iddiaçıya heç bir rəsmi sənəd təqdim edilməmişdir. Təxminən 5-6 ay bundan əvvəl X3 rəisi və rəis müavini onların istilikxanasında olmuşlar. Lakin, həmin baxışın nəticəsində onların yanında heç bir sənədləşmə işləri aparılmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh "xxxx" ASC tərəfindən verilən abunə saldosunda iddaçının borc məbləği 3888 manat deyil, 3161 manatdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. İnzibati İcraat haqqında qanunun 67.1-ci maddəsinə əsasən, İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və ya məhkəmə qaydasında ləğv oluna bilər. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC tərəfindən tərtib edilmiş 07 may 2021-ci il tarixli, R 036749 nömrəli akt qismən ləğv edilsin, həmin akt əsasında yaranmış 3161 (üç min yüz altmış bir) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdiqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 07 may 2021-ci il tarixli, R 036749 nömrəli akt qismən ləğv edilsin, həmin akt əsasında yaranmış 3161 (üç min yüz altmış bir) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-686/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-686/2022
18.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver