Məhkəmə qərarları › İş №e-2(006)-699/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-699/2024

22.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-699/2024 22.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.757,49 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilini Cavabdeh satın almışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin dəyəri mənzildəki əşyalar daxil 250.000 manat müəyyən edilmiş, cavabdehin xahişi ilə həmin mənzilin dəyərinin 70.000 manatını ona nağd şəkildə, digər hissəsini isə bağlanmış alğı-satqı müqaviləsi əsasında ödəmişdir. Həmin mənzil Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən mənzili cavabdehə icarəyə vermişdir. Müqavilə şərtlərinə əsasən müqavilənin müddəti 1 il, aylıq icarə haqqı 700 manat təşkil edirdi. Buna baxmayaraq, cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilməmişdir. Belə ki, cavabdeh alğı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə icarə müqaviləsinə əsasən yaşamasa da, alğı-satqı müqaviləsinin 13cü bəndinə əsasən xx.xx.2020-ci il tarixədək həmin ünvandan qeydiyyatdan çıxmamış, formal olaraq orada qeydiyyatda qalmışdır. Həmçinin, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən aylıq ödənilməli olan icarə haqqını vaxlında ödəməmişdir. Cavabdeh icarə haqqına görə cəmi 1.400 manat pul ödəmiş, lakin sonradan müxtəlif bəhanələrlə aylarla ödənilməli olan icarə haqqından boyun qaçırırdı. Haqlı narazılığını dəfələrlə cavabdehə bildirsə də, qarşı tərəf nə icarə haqqını ödəməyə, nə mənzili boşaltmağa, nə də qeydiyyatdan çıxmağa razılıq verirdi. Mülki Məcəllənin 152.1 və 152.5-ci maddələrinə müvafiq olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun müddət ərzində xüsusi mülkiyyətindən istifadə edə bilmədi, bunun nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh mənzilini könüllü boşaltmaqdan imtina etdiyindən, məcburiyyət qarşısında qalaraq iddiaçı cavabdehlər Cavabdeh və X1rşı «pulun tutulması, mənzilin boşaldılması və mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, cavabdehlər Cavabdeh və X3 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh və X3 həmin mənzildən çıxarılmaları, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X3 Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh və X3 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Yusubova Svetlana Rafailovna və X3 həmin mənzildən çıxarılmaları, iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarına yaradılan digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması qət edilmişdir. Bundan sonra cavabdeh müxtəlif bəhanələrlə mənzili boşaltmaqdan imtina etmiş və nəhayət məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədinin Nəsimi rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində icra edilməsi mümkün olmuşdur. Mülkiyyətində olan mənzil iddiaçıya təhvil verildikdən sonra cavabdeh iddiaçıya qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ №0870860 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş Nəsimi Rayon Məhkəməsinin hakiminin icraatında baxılmaqdadır. Hazırkı tələbi ilə bağlı onu bildirmək istərdi ki, cavabdehlə iddiaçı arasında xx.xx.2021-ci il tarixində icarə müqaviləsi bağlanmış və cavabdeh ona iki ayın icarə haqqı məbləğini təşkil edən avqust və sentyabr ayları üzrə ümumilikdə 1.400 manatını ödəsə də, sonradan həmin icarə haqqı məbləğlərini ödəməkdən, həmçinin mənzilini boşaltmaqdan imtina etmişdir ki, bunun nəticəsində iddiaçı yuxarıda qeyd olunan iddia tələbini məhkəmədə irəli sürmüşdür. Cavabdeh mənzili xx.xx.2023-cü il tarixində boşaltdığından, 24 oktyabr 2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 30 ay üzrə 21.000 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək yarım ay olduğundan 350 manat, ümumilikdə isə 21.350 manat ödənilməmiş icarə haqqı məbləği qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli İcarə müqaviləsinin 4-cü bəndinə əsasən, aylıq icarə haqqı 700 manat təşkil edir. Eyni zamanda, cavabdeh mənzildə yaşadığı müddət ərzində 375 manat binanın saxlanma xərcini və 132,49 manat işıq pulunu ödəməmişdir ki, həmin məbləğləri də iddiaçı ödəmək məcburiyyətində qaldı. Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin 10-cu bəndinə əsasən, “Alıcı”nın sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi “Satıcı”nın üzərinə düşür. Daha sonra o da qeyd edilməlidir ki, cavabdeh evdəki əşyaları götürüb aparmışdır. Belə ki, evdə olan hər birinin minimal dəyəri 700 manat cəmi 2800 manat olan dörd ədəd kondisioneri, bir ədəd 1.500 manat dəyərində soyuducunu, iki ədəd hər birinin dəyəri 600 manat cəmi 1200 manat olan sobanı, iki ədəd hər birinin minimal dəyəri 700 manat cəmi 1400 manat olan televizorları götürüb aparmışdır. Bunun nəticəsində cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və nəticədə iddiaçıya maddi ziyan vurmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-699/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn ödənilmiş kommunal xidmət haqlarına görə pulun və əmlakların dəyərinin tutulması tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş və izahatında bildirmişdir ki, onunla cavabdeh arasında olan razılaşmaya əsasən aralarında icarə müqaviləsi bağlanmış, lakin cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş, icarə haqqını ödəməmiş və əmlakı təhvil verməmişdir. Yalnız cavabdehin mənzildən çıxarılması ilə bağlı qətnamə icra edilərkən həmin mənzil ona təhvil verilmişdir. Odur ki, onlar arasında müqavilə bağlanan tarixdən etibarən cavabdeh yalnız iki ayın ödənişini yerinə yetirdiyi üçün qalan borcun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, onunla iddiaçının atası, hazıki iş üzrə iddiaçının nümayəndəsi olan şəxslə aralarında borc münasibətləri olmuşdur. Mübahisəli mənzili o daha əvvəl də başqa şəxs qarşısında ipoteka ilə yüklü etmiş, lakin həmin borc üzrə faizləri ödəyə bilmədiyindən, Aydın bəydən xahiş etmişdir ki, ona müəyyən məbləğdə faiz ödəmək şərtilə borc versin. Əslində aralarında olan münasibətlər borc münasibətləri olmuş, lakin çıxılmaz vəziyyətdə olduğundan o, Aydın bəyin şərtlərinə razılaşmışdır. O, iki ay ərzində Aydın bəyə yalnız götürmüş olduğu borca görə faizlər ödəmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları: xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145.9 kv/m, yaşayış sahəsi 82.1 kv/m olan 3 otaqlı mənzil satıcı Cavabdeh tərəfindən alıcı İddiaçı 180000 manat məbləğə satılmışdır. Həmin məbləğin 170000 manat hissəsi satıcının borcunun ödənilməsi məqsədi ilə X2 qalan 10000 manat isə satıcıya ödəndi. xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, müqaviləyə əsasən tərəflər: icarəyə verən – İddiaçı və icarəçi – Cavabdehdır, müqavilənin predmetini Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinin aylıq 700 manat icarə haqqı müqabilində icarəyə verilməsi təşkil etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5763/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X1rşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilmişdir. "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən yanvar-fevral-mart ayları üçün 375 manat məbləğində kommunal xidmətlərə görə ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5763/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə icra baş tutmuş, mənzil borclu Cavabdeh tərəfindən tələbkara təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borc verən – X5 və borc alan – Cavabdeh arasında 170000 manat məbləğə dair kredit müqaviləsi bağlanmışdır. Borc alan krediti xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan X5, ipoteka qoyan Cavabdeh müəyyənləşdirilməklə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145.9 kv.m. yaşayış sahəsi 82.1 kv.m olan 3 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə ipotekaya qoyulmuşdur. Cavabdehin vəkili tərəfindən təqdim edilmiş “Məlumat”da göstərilmişdir ki, İddiaçı Cavabdeh ödənilməmiş 21.350 manat məlbləğində ödənilməmiş icarə haqqını tələb edir. Bununla bağlı qeyd etmək istərdi ki, 2021-ci ildə İddiaçı Cavabdeh qarşı “pulun tutulması, mənzilin boşaldılması və mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, cavabdehlər Cavabdeh və X3 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X3 Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5763/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh və X3 Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilmiş, cavabdehlər Cavabdeh və X3 həmin mənzildən çıxarılması və iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarına yaradılan digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması qət edilmişdir. Göründüyü kimi, iddiaçı 2021-ci il tarixdə Nəsimi Rayon Məhkəməsində icarə haqqının tutulması ilə bağlı iddia qaldırmış, lakin sonradan iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verərək bu hissədə olan iddiadan imtina etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən 1 illik icarə müqaviləsi üzrə pulun iddiaçıya ödənilməsi səbəbindən iddiaçı bu hissədə iddiadan imtina etmişdir. xx.xx.2020-ci il tarixdə tərəflər arasında bağlanmış icarə müqaviləsindən görünür ki, icarə müqaviləsi 1 il müddətinə bağlanmış və icarə müqaviləsinin müddəti artırılmamışdır, bu səbəbdən də cavabdehdən icarə pulunun tələb edilməsi qanunsuz və əsassızdır. Tərəflər arasında borc pulla bağlı mübahisə olmuş, mənzilin alqı-satqısı formal olması səbəbindən Nəsimi Rayon Məhkəməsində iddiaçı tərəfindən iddia qaldırılmış və bununla bağlı məhkəmə icraatı davam edir. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehdən kirayə pulunun tələb edilməsi qanunvericiliyin tələblərinə ziddir. xx.xx.2023-cü il tarixdə Nəsimi icra şöbəsinin icra məmurları və iddiaçı, cavabdeh, hal şahidlərinin iştirakı ilə təhvil – təslim aktı tərtib edilmiş, qeyd olunan aktda kirayə pulu ilə bağlı iddiaçının hər hansı bir iradı olmamışdır, bu səbəbdən də hesab edir ki, iddia tələbləri formaldır, iddiaçı Cavabdeh tərəfindən Nəsimi Rayon Məhkəməsində alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı iddia qaldırıldıqdan sonra məhkəməyə bu iddia verilmişdir. Halbuki, bir neçə il ərzində bu tələblə bağlı hər hansı bir danışıq, pretenziya və digər sənəd qarşı tərəfə göndərilməmiş, bu xüsusatda iddianın qarşı tərəfdən əvəz çıxılması məqsədilə verilməsini bir daha sübut edir. İddiaçı tərəfdən 1400 manat pulun cavabdehin ödəməsi qeyd olunsa da, digər məbləğlərin ödənilməməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 15.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin qiymətləndirməsi: İddiaçı tərəfindən irəli sürülən iddia tələbi ondan ibarət olmuşdur ki, xx.xx.2020-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilini Cavabdeh icarəyə vermiş, sonuncu isə müqavilə öhdəliklərini yerinə yetirməyərək icarə haqqını ödəməmişdir. Hazırda iddiaçı icarə müqaviləsi üzrə yalnız 2 ay ərzində ödəniş edildiyini qeyd edərək xx.xx.2020-ci il tarixdən etibarən ödəniş edilmədiyini və cavabdehin mübahisəli mənzili yalnız xx.xx.2023-cü il tarixdə təhvil verməsini əsas gətirərək həmin dövr üçün ödənilməmiş icarə haqqının ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sadə yazılı formada icarə müqaviləsi mahiyyəti etibarilə mənzilin kirayə verilməsinə dair müqavilədir və həmin müqavilə üzrə aylıq ödəniş məbləği 700 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin əsaslılığını belə müəyyən edir ki, tərəflər arasında icarə müqaviləsi var və həmin müqavilənin mövcudluğu öhdəliyə əsas verməklə, icarəyə verəndən icarəçiyə qarşı ödənilməmiş icarə haqqlarını tələb etməyə əsas verir. Məhkəmə icarə müqaviləsinin etibarlılığı ilə qeyd etməyi zəruri hesab edir ki, müqavilənin forma, məzmun, subyektiv tərkib və iradə ifadəsi nöqteyi-nəzərindən etibarsızlıq şərtlərinə əsas verən hər hansı hal müəyyən edilməmişdir. Cavabdeh həmin müqavilənin onun iradəsini ifadə etməməsinə dair irəli sürdüyü məqamlar isə yalnız şifahi şəkildə bildirilən fikirlərdən ibarət olmuş və hər hansı mötəbər sübuta əsaslanmamışdır. Məhkəmə cavabdeh tərəfindən irəli sürülən dəlillərlə bağlı bildirir ki, ilkin olaraq cavabdeh onunla iddiaçının atası arasında borc münasibətlərinin olmasını bildirmiş və icarə müqaviləsinin onun iradəsini ifadə etmədiyini qeyd etmişdir. Tərəflər arasında real olaraq bu və ya digər münasibətin olmasına, onlar arasında bağlanmış alqı-satqı və icarə müqavilələrinə əsasən qiymət verilməlidir. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn mənzildən çıxarılma ilə bağlı tələbə baxılaraq həmin alqı-satqı müqaviləsinə hüquqi qiymət verilmişdir. Bu baxımdan tərəflər arasında münasibətlərin alqı-satqı və icarə müqavilələrindən fərqli xarakter daşımasına dair daha mötəbər sübutlar mövcud deyildir. Cavabdeh tərəfindən irəli sürülən digər bir məqam isə ondan ibarətdir ki, hazırki iş üzrə iddiaçı daha əvvəl də ona qarşı mənzildən çıxarılma iddiası ilə müraciət edərkən eynilə icarə müqaviləsi üzrə yaranmış borcun da ödənilməsini tələb etmiş, lakin sonradan iddia tələbinin həcmini azaltmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəfin məhkəmədə irəli sürdüyü tələbin həcmini artırıb-azaltması onun prosessual hüququdur və bu hüquqdan istifadə edilməsi sonradan onun eyni tələblə çıxış etməsinin qarşısını almır. Yəni cavabdehin bildirdiyi kimi cavabdeh alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra hazırki iş üzrə iddiaçının icarə müqaviləsinə əsasən ödənilməmiş borcun tələb edilməsinə dair iddia irəli sürməsi də yenə də qanunla yol verilən prosessual hüquqlardan adi qaydada istifadə edilməklə həmin hüquqların bərpasına yönəlmiş bir davranışdır. Habelə cavabdeh icarə müqaviləsinin 1 il müddətinə bağlanmasını bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, icarə müqaviləsində həmin müqavilənin müddətinin 1 il müəyyən edilməsi hərfi mənada qəbul edilməməlidir, belə ki, tərəflər arasında bağlanmış müqavilədə icarənin 1 il müəyyən edilməsinə baxmayaraq işin faktiki hallarından müəyyən edilmişdir ki, tərəflər arasında münasibətlər 1 ildən sonra da davam etmişdir. Hətta 1 ildən sonra hazırki iş üzrə iddiaçı cavabdehin mənzildən çıxarılması tələbi ilə müraciət etsə də, tərəflər arasında məhkəmə mübahisələri davam etmiş və yalnız xx.xx.2023-cü il tarixdə cavabdeh mübahisəli mənzili tərk etmişdir. Cavabdehin irəli sürdüyü digər bir məqam isə ondan ibarət olmuşdur ki, cavabdehin mənzili xx.xx.2023-cü il tarixdə təhvil verməsi zamanı iddiaçı təhvil-təslim aktını imzalamış və cavabdehə qarşı heç bir tələb irəli sürməmişdir. Bu yerdə məhkəmə xatırladır ki, hüququn ümumi prinsiplərinə əsasən bu və ya digər hüquqdan istifadə edilməməsi birbaşa qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, həmin hüquqlara xitam verilməsinə səbəb olmur. Odur ki, hazırki işdə də iddiaçının icarə müqaviləsi üzrə tələblərindən daha əvvəl istifadə etməməsi onun hazırki iddianın qaldırması hüququnu itirməsinə əsas hesab edilə bilməz. Habelə cavabdehin vəkili məlumat başlıqlı ərizəsində göstərmişdir ki, iddiaçı cavabdeh tərəfindən 2 aylıq icarə haqqının ödənilməsini bildirsə də, buna dair sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən 2 aylıq icarə haqqının ödənilməsini bildirməsi iddiaçının hesablamalarına görə ödənişin həyata keçirilməsini və buna görə də xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənişlərin tələbini ehtiva edir. Hətta iddiaçı tərəfindən həmin ödənişlərin həyata keçirilməməsini bildirməsi belə tərəflər arasında icarə münasibətlərinin olmaması kimi qiymətləndirilməsinə əsas vermir.Nəhayət cavabdeh tərəfindən hazırki iddia tələbi ilə iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl pretenziya qaydasında müraciət edilməməsi ilə bağlı mövqeyinə gəlincə məhkəmə bildirir ki, tərəflər arasında kifayət qədər uzun müddət məhkəmə mübahisələri davam etməkdədir. Cavabdeh daha əvvəlki məhkəmə mübahisəsi zamanı iddiaçının icarə müqaviləsindən irəli gələn pulu tələb etməsini bilmişdir, lakin həmin məhkəmə mübahisəsi zamanı iddiaçı iddia tələbinin həcmini azaltdığı üçün icarə müqaviləsindən irəli gələn tələbə baxılmamışdır. Yəni hazırda cavabdehin irəli sürdüyü məhkəməyə qədər pretenziya qaydasına riayət olunması formal tələbdir, zatən cavabdeh belə bir tələbin daha əvvəl də irəli sürüldüyünü bilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddiaçının tələbi onunla cavabdeh arasında bağlanmış və hazırda cavabdeh tərəfindən qəbul edilməsə də, həmin an cavabdehin iradəsini ifadə etmiş icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməmiş icarə haqlarının ödənilməsindən ibarətdir. Cavabdeh tərəfindən irəli sürülən dəlillər iddiaçı tərəfindən təqdim edilən mötəbər sübutlar, işin faktiki halları və habelə onlar arasında daha əvvəlki məhkəmə mübahisələrinin mahiyyəti ilə təkzib olunur. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 21350 (iyirmi bir min üç yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun hazırki iddia tələbinə münasibətdə məbləğini təşkil edən məbləğdə pul da cavabdehdən iddiaçının xeyrinə tutulmaldır. Belə ki, iddiaçının ilkin tələbi, alqı-satqı müqaviləsi üzrə tələbləri ilə birlikdə cəmi məbləğ 28757,49 manatın pulun tutulmasını təşkil etmiş və məhkəmə qərardadına əsasən icraat ayrıldıqdan sonra hazırki iş üzrə tələb 21350 manat təşkil etmişdir. İddiaçı tərəfindən hər iki müqavilə üzrə tələbə görə 177 manat məbləğində pul ödənildiyindən hazırda həmin məbləğə görə ödənilməli rüsumun məbləği 151,05 manat təşkil etdiyindən həmin məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə 21350 (iyirmi bir min üç yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 154,05 (bir yüz əlli dörd manat beş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq ididaçı İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar