Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-699/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər ”Kapital Bank” ASC və "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 700 manat vəsaitin ”Kapital Bank” ASC və “X1” ASC-dən müştərək qaydada tutulub qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, cavabdehlərin əsl cavabdeh olan Cavabdeh ilə əvəz edilməsinə və tələbin dəqiqləşdirilməsinə zərurət yarandığını bildirmiş, iddia tələbini dəqiqləşdirərək iddiaçıya məxsus olan 700 manat vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı cavabdeh tərəfindən iddia tələbi tam şəkildə ona ödənildiyi üçün iddiadan imtina etdiyini bildirmiş və bu barədə yazılı ərizə təqdim edərək iddiadan imtinasının qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddiaçıya pulunu ödədiyini və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi.
5. Məhkəmə iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni, iddiadan imtina barədə ərizəni və mülki işin digər materiallarını nərərdən keçirərək hesab edir ki, İddiaçı iddia tələbindən imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir.
Əsaslandırıcı hissə:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 52.1, 52.5-ci maddə. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-191.2-ci maddə. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0, 261.0.4-cü maddə. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir.
7. Məhkəmə iddiaçının iddia tələbindən imtina etməsini tədqiq edərək qeyd edir ki, iddiaçı öz tələbinin reallaşdığını, yəni cavabdehdən tələb etdiyi pul məbləğinin ona ödənildiyini, cavabdeh də müvafiq pul məbləğini iddiaçıya ödədiyini təsdiq edir. Həmçinin iş üzrə mübahisə tərəflər arasında həll edildiyinə görə iddiaçı icraata xitam verilməsini tələb edir, cavabdeh isə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanunazidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddia tələbindən imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilməlidir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
Nəticə:
8. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçılara izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova