Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-71/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X9 iştirakı ilə İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin xüsusi notariusu X3 qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin xüsusi notariusu X3 qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Bank Olmayan Kredit X6 Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00748 saylı Kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə, illik 32% faiz hesablanmaq şərti ilə şəxsi məqsədlər üçün 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli 2020/00748 saylı Kredit müqaviləsinin təminatı kimi X5 mülkiyyətində olan Pandemiya dövründə 64000 (altmış dörd min) manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 14 saylı evin 19 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli 2020/00748 saylı Kredit müqaviləsinə əsasən tərəfindən ümumilikdə 34000 manat kredit ödənişləri aparılmışdır. Lakin buna baxmayaraq "xxxx" Bank Olmayan Kredit X6 Cəmiyyəti hüququndan sui-istifadə edərək Bakı şəhəri 9 saylı notariat ofisinə icra qeydinin verilməsi barədə ərizə ilə müraciət etmiş, nəticədə Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən o günədək olan ödənişlər nəzərə alınmadan xx.xx.2021-ci il tarixli icra qeydi verilərək 28 973 manat əsas borc 3947 manat faiz borcu, 6270 manat dəbbə pulu olmaqla ümumilikdə 39.190 manat borcumun olması qənaitinə gəlmiş və şişirdilmiş borcu ipoteka predmeti olan qiymətini dəyərindən aşağı yazdıqları Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 14 saylıevin 19 nömrəli mənzilinə yönəldərək ilkin satış qiyməti 64000 manat olmaqla hərraca çıxarlmasını təmin etmiş və onlara məlumat vermədən xx.xx.2022-ci il tarixdə 40.800 manata BOKT-nın mülkiyyətinə götürmüşdür. Göründüyü kimi xx.xx.2020-ci il tarixdə götürdüyü kreditdən 34000 manat vəsait ödəməyinə baxmayaraq əsas borcu 28 973 manat, əlavə faiz və dəbbə pulu hesablanmaqla borc 39190 manata qədər şişirdilmiş və ipoteka predmetidə elə həmin qiymət ətrafında BOKT tərəfindən əldə edilmişdir. Bakı şəhərinin mərkəzində yerləşən Nəsimi Rayonu, Azadlıq prospektində nəinki 40800 manata hec 64000 manata da 2 otaqlı təmirli mənzil əldə etməyin mümkün olmadığı hər kəsə məlumdur. xx.xx.2020-ci il tarixli 2020/00748 saylı Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyinə baxmayaraq cavabdehlər bugünə qədər ödənilmiş pulları nəzərə almadan şişirdilmiş olaraq 28973.23 AZN əsas borc, 3947.70 AZN faiz borcu və 6270 AZN dəbbə pulu yazaraq, ümumilikdə 39190.93 AZN borc tələb edirlər. Bugünə qədər cavabdehlərin ipoteka predmetinin ələ keçirilməsi və ona qarşı yönələn hərəkətlərindən xəbərsiz olmuşdur. Artıq bir neçə gündür ki, qanunvericliklə nəzərdə tutulan çoxsaylı prosessual hüquqlarının cavabdehlər tərəfindən pozulduğunu müşahidə edildiyindən xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə İcra Qeydinin ləğv olunması barədə məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qalınışdır. Hesab edir ki, yuxarıda qeyd olunan xüsusatlara görə xx.xx.2021-ci il tarixli icra qeydi Məhkəmə tərəfindən ləğv edilməlidir. Göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin xüsusi notariusu Rəşadət Sadıqov tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli 8İ-5736 nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X14 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onların tərəfindən bütün prosessual qaydalara tam riayət edilmiş və heç bir pozuntuya yol verilməmişdir. Ona görə də icra qeydinin ləğv edilməsinin tələb edilməsi əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, icra qeydi verilməmişdən öncə bununla bağlı borcluya tərəflərindən bildiriş göndərilmiş, 7 may 2021-ci il tarixində iddiaçı tərəfindən təhvil alınıb. Bildiriş ünvan 1 ünvanına göndərilmişdir. İddiaçının qeydiyyatda olduğu mənzilin ünvan 2 ünvanında yerləşməsi ilə bağlı dəqiq məlumatı yoxdur, amma məktub Əliyeva soyadlı şəxs tərəfindən təhvil alınıb. 4.Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 5.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı, digər cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəblərini məhkəməyə bildirməmişlər. 6.Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli, 2020/00748 nömrəli Kredit müqaviləsinə əsasən cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən iddiaçıya 36 ay müddətinə illik 32 faiz dərəcəsi ilə şəxsi məqsədlər üçün 30.000 manat məbləğində kredit verilmiş, həmin tarixdə sözügedən kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən isə mülkiyyət hüququ ilə tam X10 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14 ünvanında yerləşən, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 35.15 kv.m ümumi, 16.5 kv.m yaşayış, 18.65 köməkçi sahədən ibarət 1 otaqlı 19 nömrəli mənzil ipotekaya qoyulmuş, həmin ipoteka predmeti müstəqil qiymətləndirici Heba consulting tərəfindən xx.xx.2020-ci il tarixində likvid dəyəri 64.000 manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixində Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi verilmişdir. Hazırda iddiaçı tərəfindən ümumilikdə 34.000 manat məbləğində kredit ödənişlərinin həyata keçirildiyini, lakin buna baxmayaraq cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən borc məbləğinin həddən artıq şişirdildiyini və ona xəbər vermədən əmlakı hərraca çıxararaq daha aşağı qiymətə cavabdehin mülkiyyətinə götürüldüyünü iddia edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin xüsusi notariusu Rəşadət Sadıqov tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli 8İ-5736 nömrəli icra qeydinin ləğv olunmasını tələb edir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X7 təklif edir ki, xx.xx.2020-ci il tarixli 3M/148 reyestr ipoteka müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixli 3M/148 reyestr ipoteka müqaviləsinə əsasən borc alan ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı "xxxx" BOKT MMC dən illik 32 faiz dərəcəsi ilə 36 ay müddətinə götürdüyü 30000 manat məbləğində kreditin və həmin kreditin öhdəliklərinin pozulmasından yaranan 2020/00748 saylı kredit üzrə ümumi 39190.93 (otuz doqquz min bir yüz doxsan manat, 93 qəpik) məbləğində, 28973.23 ( iyirmi səkkiz min doqquz yüz yetmiş üç mana, iyirmi üç qəpik), əsas borc, 3947.70 ( üç min doqquz yüz qırx yeddi manat, yetmiş qəpik), faiz borcu və 6270 (altı min iki yüz yetmiş manat) borc məbləğində ödəniləcək pul məbləğinə tutma ipoteka saxlayan – AZ1078, ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan ünvan 6 ünvanında qeydiyyatda olan X8 məxsus ipoteka predmeti olan Bakı şəh., Nəsimi ray., Azadlıq pr., ev 14, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 35.15 kv.m. ümumi, 16.5 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 19 nömrəli mənzilə yönəldilsin, likvid dəyəri 64000 ( altmış dörd min manat) məbləğində olmaqla mənzil hərracda satılsın, qeydiyyat hüquqları ləğv edilsin, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın. 10.Mülki işin materiallarında olan "xxxx" Bank Olmayan Kredit X6 Cəmiyyəti və İddiaçı arasında bağlanan xx.xx.2020-ci il tarixli, 2020/00748 nömrəli Kredit müqaviləsindən görünür ki, borcverən bu müqavilənin 1.4-cü bəndində göstərilən məqsəd üçün borcalana 30.000 manat məbləğində kredit verir (bənd 1.1). Kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 32%-ni təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 42.35% təşkil edir. Faizlər kredit məbləğinin borc alanın hesabına daxil edildiyi tarixdən onun tam ödənildiyi tarixə qədər hesablanır (bənd 1.5). Bu müqavilə üzrə öhdəliklərin icrasına təminat olaraq: mülkiyyət hüququ ilə tam X10 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14 ünvanında yerləşən, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 35.15 kv.m ümumi, 16.5 kv.m yaşayış, 18.65 köməkçi sahədən ibarət 1 otaqlı 19 nömrəli mənzil ipotekaya qoyulur. İpoteka predmetləri AR Qanunveiciliyi ilə müəyyən edilmiş qaydada müstəqil qiymətləndirici Heba consulting tərəfindən xx.xx.2020-ci il tarixində likvid dəyəri 64.000 manat məbləğində qiymətləndirilmişdir. 11.Mülki işin materiallarında olan "xxxx" Bank Olmayan Kredit X6 Cəmiyyəti (ipoteka saxlayan), İddiaçı (borc alan) və X11 (ipoteka qoyan) arasında bağlanan xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipotekaya qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını, yəni Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 35.15 kv.m ümumi, 16.5 kv.m yaşayış, 18.65 köməkçi sahəsindəin ibarət 1 otaqlı 19 nömrəli mənzili 07 fevral 2020-ci il tarixli, 2020/00748 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayının xeyrinə ipoteka ilə yüklü etmişdir. 12.Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsi üçün 100 manat həcmində dövlət rüsumu ödənilmişdir. 13.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, 9/3271 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 07 fevral 2020-ci il tarixli, 2020/00748 saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, İddiaçı "xxxx" ASC-yə sualda göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə olan borcu 30.618,17 manat məbləğində müəyyən edilmişdir. Əsas borc üzrə 29.130,47 manat; faiz borcu üzrə 1.487,70 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. 14.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2/-10/7320-9/7336 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəh., Nəsimi ray., Azalıq prospektində yerləşən, 14 saylı evin, 19 nömrəli mənzilinin hazırki, orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 150000 manat, həmən mənzilin likvid dəyəri isə təqribən 135000 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. 15.Mülki işin materiallarında olan 23 oktyabr 2023-cü il tarixli, 9/7336 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 7 fevral 2020-ci il tarixli, 2020/00748 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə İddiaçı xx.xx.2021-ci il tarixədək (sualda göstərilən tarix) banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən xx.xx.2021-ci il tarixə əsas borc üzrə 29130.47 manat, faiz borcu üzrə 1487.70 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. 16.Mülki işin materiallarında olan 04 oktyabr 2024-cü il tarixli, 9/2524 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 7 fevral 2020-ci il tarixli, 2020/00748 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə İddiaçı xx.xx.2021-ci il tarixədək (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 30.618,17 manat məbləğində və xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 20.415,29 manat məbləğində müəyyən edilir. O cümlədən, xx.xx.2021-ci il tarixlərə əsas borc üzrə 29.130,47 manat, faiz borcu üzrə 1.487,70 manat, xx.xx.2023-cü il tarixlərə əsas borc üzrə 18.596,93 manat, faiz borcu üzrə 1.818,37 manat. "xxxx" BOKT MMC ilə X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00748 saylı kredit müqaviləsi üzrə kredit ödənişlərinin gecikdirilməsinə görə cərimənin hesablanmasına dair cərimə hesabından çıxarış təqdim edilmədiyindən xx.xx.2020-ci il tarixli, 2020/00748 saylı kredit müqaviləsi üzrə cərimə borcu müəyyən etmək mümkün olmur. Bundan başqa kredit müqaviləsinin 1.7-ci bəndində göstərilən ödəniş cədvəli olmadığından kredit ödənişləri üzrə gecikmə müəyyən edilmir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. 17.Mülki işin materiallarında olan "xxxx" BOKT MMC tərəfindən borcalan İddiaçı və ipoteka qoyan X8 ünvanlanan “ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönləndirilməsinə dair” 06 may 2021-ci il tarixli, 170 nömrəli bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixli, 2020/00748 nömrəli kredit müqaviləsinə əsasən borcalana BOKT tərəfindən şəxsi məqsədlər üçün illik 32 faiz olmaqla 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq X8 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14, 2 mətəbəli binanın 2-ci mərtəbəsində yerləşən 35.15 kv.m ümumi, 16.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 19 nömrəli mənzil ipoteka predmeti kimi BOKT-a təqdim edilmiş və bu barədə xx.xx.2020ci il tarixli, 2020/00748-İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlərin ödənişi borcalan tərəfindən pozulmuşdur. xx.xx.2021-ci il tarixinə kredit üzrə ümumi 39.190,93 manat məbləğində əsas borc, 3947,70 manat faiz borc və 6270 manat dəbbə pulu borc yaranmışdır. Kredit məbləği və ona hesablanmış faizlərin bugünə kimi ödənilməməsi borcalanın müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən kredit öhdəliyi qısa zamanda icra edilmədiyi halda bu bildiriş göndərildiyi gündən 5 gün sonra ipoteka predmetinə qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosesinə başlanılacaqdır. 18.Mülki işin materiallarında olan 16 may 2021-ci il tarixli Aktdan görünür ki, “Azari” Express poçt-daşıma kuryer xidməti, bu aktı tərtib və təsdiq edir ondan ötrü ki, xx.xx.2021ci il "xxxx" BOKT-dan qəbul edilmiş zərf qaimə (299777) X11 ünvan 7 ünvanına göndərilən məktub çatdırılmamışdır. Səbəb: xx.xx.2021 15:45-də ünvana gəldi. Nömrə ilə əlaqə saxlanıldı. Qeyd olunan şəxsi tanımadıqlarını bildirdilər. X19 bu aktın doğruluğunu öz imzası ilə təsdiq edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 19.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 20.Həmin Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 21.“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 22.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. 23.Bundan başqa, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in forması və doldurulması qaydası: “3. __________________ tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi / lazımınca icra edilməməsi / icranın gecikdirilməsi (lazım olanın altından xətt çəkilməlidir) nəticəsində ______________ 20____-c___ il tarixinə _____________20____-c___ il tarixli, №_________ saylı sənəddən irəli gələrək ____________ məbləğində* (valyuta* göstərilməklə) əsas borc ödənilməli və ya tələb edilən ___________________əmlak alınıb verilməli / sənəddə nəzərdə tutulduğu halda ____________ məbləğində* (valyuta* göstərilməklə) çatası faiz və ya dəbbə pulu və ya öhdəliyin icrası əvəzinə razılaşdırılmış əmlak (peşman haqqı*) tərəfinizdən verilməlidir”. 3-cü bənd. Öhdəliyin məzmunu, həcmi, icra üsulu və icra müddətləri* dedikdə borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər)də nəzərdə tutulmuş öhdəliyin məzmunu (predmeti), həcmi (məbləği), hansı qaydada və hansı müddətlərdə icrası nəzərdə tutulur. Bildirişdə öhdəliyin həcmi (məbləği*) göstərilərkən məbləğ rəqəm və sözlə yazılmalıdır. Bildirişdə valyuta* işarə ilə deyil, sözlə yazılmalıdır. X2
1. Fiziki şəxsin olduğu yer* “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən olduğu yer üzrə qeydiyyata alınmış müvafiq olaraq vətəndaş, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs başa düşülür. Olduğu yer qeyd olunan qaydada müəyyən edilməyən şəxslər barəsində borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər)də* qeyd olunmuş ünvan və ya şəxsiyyəti təsdiq edən sənəd üzrə yaşayış yeri ünvanı göstərilir;
2. Borcun (pul məbləği və ya əmlakın) mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər)* dedikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” nəzərdə tutulur;
3. Öhdəliyin məzmunu, həcmi, icra üsulu və icra müddətləri* dedikdə borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər)də nəzərdə tutulmuş öhdəliyin məzmunu (predmeti), həcmi (məbləği), hansı qaydada və hansı müddətlərdə icrası nəzərdə tutulur. Bildirişdə öhdəliyin həcmi (məbləği*) göstərilərkən məbləğ rəqəm və sözlə yazılmalıdır. Bildirişdə valyuta* işarə ilə deyil, sözlə yazılmalıdır;
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən əgər borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər)də nəzərdə tutulubsa o zaman öhdəliyin icrası əvəzinə peşman haqqı* verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. 24.Hazırki iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında müvafiq kredit və həmin müqavilənin təminatı kimi ipoteka müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçı tərəfindən müqavilə üzrə ödənişlərin ödənilməməsi və nəticədə ümumilikdə 39.190 manat məbləğində borcun yaranmasına görə xx.xx.2021-ci il tarixində Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi verilmişdir. Hazırda iddiaçı müqavilə üzrə yaranmış borcu və icra qeydinin verilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasını mübahisələndirir. Məhkəmə tərəfindən icra qeydinin verildiyi tarixə iddiaçının ödənilməyən borc məbləğinin, eləcə də ipoteka predmetinin likvid və bazar qiymətinin nə qədər olmasının müəyyənləşdirilməsi məqsədilə iş üzrə bir neçə dəfə ekspertizalar təyin edilmiş, məhkəmə təqdim edilmiş ekspert rəyləri əsasında müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirilən icra qeydinin verildiyi tarixə olan borcu əsas borc üzrə 29.130,47 manat, faiz borcu üzrə 1.487,70 manat təşkil edir (yəni icra qeydinin verilməsi zamanı məbləğin özündə belə fərqlilik olmuşdur). Lakin buna baxmayaraq məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, icra qeydinin verilməsi ilə bağlı qanunvericiliyin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən borcalana, yəni İddiaçı ünvanlanmış “ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönləndirilməsinə dair” 06 may 2021-ci il tarixli, 170 nömrəli bildirişdən görünür ki, iddiaçının ünvanı ünvan 8ildiriş xx.xx.2021-ci il tarixdə “Əliyeva” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Halbuki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının ünvanı bildirişdə qeyd edilən ünvan yox, əslində ünvan 9 buradan bu qənaətə gəlinir ki, bildiriş cavabdeh tərəfindən səhv ünvana göndərilmiş, nəticədə də iddiaçının sözügedən bildirişdən, eləcə də sonradan icra qeydinin verilməsindən də məlumatı olmamışdır. Beləliklə də, mübahisələndirilən icra qeydinin verilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf qəbzdə qeyd edilən imzanın iddiaçıya məxsus olmasını, “Əliyeva” soyadlı kimsənin almasını qeyd etsə də, bu, məhkəmə üçün əsas ola bilməz. Belə ki, qanunvericiliyin əsas tələbi və məqsədi borclunun ünvanı üzrə borc barəsində məlumatlandırmaq və könüllü icrasını tələb etməkdir. Bu halda isə ünvanın fərqli olması onun məlumatlandırılmaması hesab edilməli və qəbzdə “Əliyeva” soyadının olması isə adının, ata adının olmaması səbəbindən başqa şəxs olması mənasına gəlməlidir. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə hazırki iddiaçıya həmin bildirişin çatmaması səbəbindən telefon rabitəsi ilə əlaqə saxlanılması barədə də məlumat aşkar edilməmişdir (Məmmədzadə Nicata eyni qaydada telefon rabitəsi ilə əlaqə saxlanıldığından). 25.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən aparılmış xx.xx.2021-ci il tarixli 8İ-5736 reyestr №-li icra qeydi ləğv edilməlidir. 26.Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 27.Hazırki iş üzrə iddia tələbi tam şəkildə təmin edildiyi üçün aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 500 (beş yüz) manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin xüsusi notariusu X1 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 30.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 31.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 33.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən aparılmış xx.xx.2021-ci il tarixli, 8İ-5736 reyestr №-li icra qeydi ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 500 (beş yüz) manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin xüsusi notariusu X1 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.