Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-715/2023 22.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2021-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Mərdanov Qardaşları küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Mercedes Benz E320” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil, “X8” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. "xxxx" MMC-yə məxsus “X8” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər M10393/20 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış, tam sığorta təminatı almışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “X8” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktına əsasən, 9000 manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən dəymiş zərərin məbləği olaraq 8900 manat (100 manat müqavilədə nəzərdə tutulmuş şərtsiz azadolma məbləği-franşizadır.) zərərçəkmiş şəxs "xxxx" MMCnin bank hesabına ödənilmişdir. "xxxx" ASC tərəfindən “X8” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil tam sığorta olunduğundan, "xxxx" MMC-yə Mülki Məcəllənin 931-ci maddəsinə əsasən, sığorta ödənişi həyata keçirilmişdir. “Mercedes Benz E320” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalandığından, "xxxx" ASC-nin qeyd edilən nəqliyyat vasitəsini sığortalamış sığortaçı "xxxx" ASC-yə qarşı subroqasiya hüququ yaranmış, buna görə də xx.xx.2021-ci il tarixli, 2597 saylı ödəniş sənədindən göründüyü kimi, zərərin məbləği olaraq 4944.44 (dörd min doqquz yüz qırx dörd manat qırx dörd qəpik) manat iddiaçı tərəfindən "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. YNH-nin təfərrüatları barədə Bakı şəhər DYPİ-nin arayışından və xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Fərhadov X5 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) və 327.1-ci maddələri ilə təqsirli bilinmiş, barəsində 100 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. Göstərilənlərə əsasən, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 4944.44 AZN (dörd min doqquz yüz qırx dörd manat qırx dörd qəpik) zərər məbləğinin və ödənilmiş 69.45 AZN (altmış doqquz manat, qırx beş qəpik) dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci və 284-5.3-cü maddələrinə əsasən, hazırki mülki işə iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, bu barədə Cavabdeh bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş olunmuşdur.
4. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-715/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun ödənilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam şəkildə təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh «Mercedes Benz E320» markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, X1 idarə etdiyi «X8» markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «X8» markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuş, sığorta aktına əsasən "xxxx" ASC tərəfindən zərər dəymiş avtomobilin sahibinə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra "xxxx" ASC-nin «Mercedes Benz E320» markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili sığortalamış sığortaçı "xxxx" ASC-yə qarşı subroqasiya hüququ yaranmış və zərərin məbləği "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. Hazırda isə "xxxx" ASC 4944.44 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. 9.Həmçinin məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır.
a) Mülki işin materialları:
10. Belə ki, mülki işin materiallarında olan PXA********** saylı icbari sığorta müqaviləsinə dair məlumata əsasən X3 məxsus «Mercedes Benz E320» markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASCdə sığortalanmışdır.
11. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC-yə məxsus olan, **-JC-*** dövlət nömrə qeydiyyat nişanı, 2016-cı il buraxılışı “X8 yük” markalı minik avtomobili idarə etmək X4 6 ay müddətinə - xx.xx.2021-ci il tarixədək etibar edilmişdir.
12. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən M10393/20 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələri "xxxx" ASC tərəfindən sığortalanmışdır.
13. Mülki işin materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş № İXP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Mercedes Benz E320” minik markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir.
14. Mülki işin materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş № TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “Mercedes Benz E320” minik markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Fərhadov X5 Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir.
15. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “X8” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9.000 manat məbləğində ziyan dəymişdir.
16. Mülki işin materiallarında olan PXA84101 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği 9000 manat, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmiş sığorta ödənişinin məbləği 4944.44 manat təşkil etmişdir.
17. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, 76064 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına dəymiş zərərin əvəzi kimi 8900 manat ödəniş edilmişdir.
18. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/01-550 saylı məktubun surətindən görünür ki, 4944.44 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında "xxxx" ASC-nin bank hesabına və ya Milli Ön aparatlarından 7 iş günü ərzində könüllü ödəməyi təklif edilmiş, əks təqdirdə qeyd olunan məbləğ məhkəmə qaydasında geri tələb ediləcəyi və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərclərinin ondan tutulacağı barədə xəbərdar edilmişdir.
19. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, 2597 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə PXA84101 saylı sığorta aktına əsasən 4944.44 manat sığorta ödənişi ödənilmişdir.
20. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2448 saylı, xx.xx.2023-cü il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Fiat Doblo” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7886 manat müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
21. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
22. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
23. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
24. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
25. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
26. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi qanuni əsaslarla Cavabdeh tərəfindən idarə edildiyindən, həmçinin onun inzibati xəta haqqında protokola əsasən təqsirli olması sübuta yetirildiyindən və o, hadisə yerindən yayındığından həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır.
27. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
28. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır.
29. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
31. İddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 69.45 AZN məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır.
32. Həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM,VÖEN **********, AZ43CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.
33. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 4944.44 AZN (dörd min doqquz yüz qırx dörd manat, qırx dörd qəpik) məbləğində pul, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 69.45 AZN (altmış doqquz manat, qırx beş qəpik) dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN (əlli manat) Cavabdeh tutulub Az.MEM,VÖEN **********, AZ43CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov