Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-722/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər LPO QSC «Bank Standart» Kommersiya Bankına və ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələblərə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO QSC «Bank Standart» Kommersiya Bankının ləğvediçisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu mərhum X2 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 49406,25 manat qiymətləndirilən 0,04 ha torpaq sahəsinin QSC “Bank Standart” KB mülkiyyətinə keçməsi ilə əlaqədar, 40630 manat kredit borcundan artıq qalan 8.776,25 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 114 manat və hüquqi yardım üçün ödənilmiş 500 manat (8776,25 + 114 + 500) = cəmi 9.390,25 manat cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)- 477/2009 saylı, 26 yanvar 2009-cu il tarixli qətnaməsi ilə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı ilə X4 arasında bağlanmış xx.xx.2007-ci ildə 100A038507 saylı kredit müqaviləsi ləgv edilmişdir. X1 34.566 manat məbləğində əsas borc, 4.480 manat məbləğində faiz borcu, 1.594 manat məbləğində cərimə borcu, ümumilikdə isə 40.630 manat və 20 manat dövlət rüsumu tutularaq iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankına ödənilməsi qət olunmuşdur. X1 tutulmalı olan məbləğ ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə yönəldilmişdir. İddia satışdan əldə olunmuş məbləğin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə tələbin cavabdehin digər əmlakına yönəldilməsi hissəsində təmin edilməmişdir. İcra sənədinə əsasən İcra şöbəsinin qərarı əsasında xx.xx.2009-cu il tarixdə ekspert rəyi ilə torpaq sahəsi 77500 manat qiymətləndirilmişdir. Bakı Şəhər Xətai rayon Məhkəmə İcraçıları Şöbəsinin rəisi tərəfindən torpağın satılması üçün hərrac keçirilməsi barədə tərəflərə təklif göndərilmişdir. Azərbaycan Respublikası Xammal və Əmttə birjasının xx.xx.2009-cu il tarixli təklif məktubu ilə 30 gün ərzində torpaq alınmadığı halda təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizaşağı qiymətə, yəni 49406,25 manata alınması tərəflərə təklif olunmuşdur. Bakı şəhər Xətai rayon icra şöbəsinin rəis müavini Fuad Nəbiyevin QSC “Bank Standart” KB-na ünvanladığı təkilfdən görünür ki, borcluya məxsus torpaq sahəsinə alıcı olmadığı üçün icra vərəqəsi geri qaytarılmışdır. Qeyd olunanlar nəzərə alınaraq tələbkara təklif olunmuşdur ki, torpaq sahəsi sonuncu hərrac qiyməti ilə, yəni 49406,25 manat qiymətə qəbuletdiyi halda onun dəyərinin qalan hissəsi cavabdehə ödənilməlidir. QSC “Bank Standart” KB-nın Xətai rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2012-ci il tarixli, 11/6635 nömrəli məktubundan görünür ki, borclu X2 mülkiyyətində olan 0,04 ha torpaq sahəsini borcun əvəzinə almağa razıdır. Razılıq əsasında mübahisələndirilən torpaq sahəsi QSC “Bank Standart” KB-nın mülkiyyətinə keçmiş, lakin torpağın qiymətinin qalan hissəsi, yəni -40630 manat bocun qalan 8776,25 manat hissəsi borclu X3 qaytarılmamışdır. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı digər miras əmlak üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Hazırkı tələb üzrə də notariata müraciət etmişdir. Notarius tərəfindən cavabdehə göndərilən məktuba cavab olaraq cavabdeh göstərmişdir ki, mərhunun hər hansı pul vəsaiti yoxdur. Eyni zamanda onu nümayəndəsi ilə birlikdə dəvət etmiş, pulun tələb edilməsi ilə bağlı onu qane etməyən cavablar verilmiş, konkret cavab verməmişdir, pulu verməkdən imtina etmişdir. Yenidən ərizə təqdim etsə də bu günə qədər cavab verilmədiyinə görə məhkəməyə müraciət edir. Hazırda mərhum borcluya qaytarılmalı olan 8776,25 manatı vərəsə olaraq ona qaytarılmalıdır. xx.xx.2024cü il tarixli ərizəyə cavab olaraq Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin direktoru Vasif İbrahimli araşdırılma üçün nümayəndəsini xx.xx.2024-cü il tarixdə dəvət etmiş, lakin 8776,25 manat pulun qaytarılmasından şifahi şəkildə imtina etmişdir. O, təkrar ərizə ilə rəsmi cavab verilməsini tələb etsə də, bu günə qədər cavab verilməmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, borclunun mülkiyyətində olmuş torpaq sahəsi 47/01 nömrəli, xx.xx.2014-cü il tarixli hərrac protokoluna və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinə, o cümlədən 2(011)-477/09 nömrəli, xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-ci il tarixdən QSC “Bank Standart” KB-nin adına özgəninkiləşdirilmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən iİddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh LPO QSC «Bank Standart» Kommersiya Bankına və ləğvedici Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir və hazırkı tələbə iddia icraatı qaydasında baxıla bilməz. İcra haqqında Qanun: Maddə 74. Borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi 74.1. İcra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. 74.2. Bütün tələblər təmin olunduqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, qalan pul məbləği borcluya qaytarılır. 74.3. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. M a d d ə 7 9 . İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. 79.2. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə: 79.2.1. borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına; Maddə 81. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi qaydası 81.1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. İpoteka haqqında Qanun: M a d d ə 47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi 47.2. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Mülki Prosessual Məcəllə: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.[361] 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli 2-2(102)-634/2024 nömrəli qərarında göstərilmişdir ki, “İcra haqqında” Qanunun müddəalarından müəyyən edilir ki, borclunun əmlakının satılması ilə bağlı xərclər icra xərclərinə aiddir. Eyni zamanda, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. Həmin Qanunun müddəalarından isə müəyyən edilir ki, ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra müəyyən olunan qaydada bölüşdürülür və həmin gəlir hesabına ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərin ödənilməsi də daxildir. Eyni zamanda, həmin məsələni icra məmuru həll edir, yalnız ipoteka saxlayanın bütün tələbləri təmin olunduqdan sonra “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdə icra ödənişi ödənilir və bütün bu ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, “İcra haqqında” Qanunun 47-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması da daxil olmaqla, ipoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi icra məmurunun səlahiyyətlərinə aiddir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, hazırki mübahisənin predmetini təşkil edən ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin tələbkardan tutulması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil, MPM-nin 261.0.1-ci maddəsinin tələbləri baxımından iş üzrə icraata xitam verilməlidir. Beləliklə, iddiaçı tərəfdən irəli sürülmüş tələbin məhkəmə qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosesual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh LPO QSC «Bank Standart» Kommersiya Bankına və ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya izah olunmalıdır ki, iddia ərizəsində irəli sürdüyü tələb icra mərhələsində həll olunan məsələlərə aid olduğuna görə istinad etdiyi qətnamənin icrasını həyata keçirən icra məmuruna müraciət edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 261-262 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər LPO QSC «Bank Standart» Kommersiya Bankına və ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddia ərizəsində irəli sürdüyü tələb icra mərhələsində həll olunan məsələlərə aid olduğuna görə istinad etdiyi qətnamənin icrasını həyata keçirən icra məmuruna müraciət edə bilər. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-722/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-722/2025
05.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver