Məhkəmə qərarları › İş №e-2(006)-76/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-76/2023

09.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-76/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəzi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi nümayəndəsi Nümayəndə3 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini məhkəməyə bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlmədiyindən, cavabdehin nümayəndəsi Nümayəndə3 isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. İddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Bundan əlavə, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 200 (iki yüz) manat cavabdeh "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin VÖEN: **********, H/h: AZ46NABZ********************, bank «Unibank» KB-nin 11 saylı «Dərnəgül» filialı, filialın kodu: 502058, VÖEN: **********, müştərinin hesab N-si AZ65UBAZ**********0060AZN001, SWİFT:UBAZAZ22 hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-dən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 200 (iki yüz) manat cavabdeh "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin VÖEN: **********, H/h: AZ46NABZ********************, bank «Unibank» KB-nin 11 saylı «Dərnəgül» filialı, filialın kodu: 502058, VÖEN: **********, müştərinin hesab N-si AZ65UBAZ**********0060AZN001, SWİFT:UBAZAZ22 hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul iddiaçı "xxxx" MMCdən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. İddiaçıya izah edilsin ki, onun məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məlumat verməməsinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar