Məhkəmə qərarları › İş №e-2(006)-764/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-764/2025

09.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-764/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh «X10 Turizm Sənaye və Ticarət Limited» MMC-yə qarşı «əqdin bağlanmış sayılması və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X10 Turizm Sənaye və Ticarət Limited» MMC-yə qarşı «əqdin bağlanmış sayılması və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Şirkəti ilə onun arasında bağlanmış 08 iyul 2003-cü il tarixli, 198532 saylı, 4Ə-4-820 reyestr nömrəli ünvan 1 ünvanda yerləşən 4 otaqlı, ümumi sahəsi 164 m2 olan 35 saylı mənzilə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin mənzil üzərində onun mülkiyyət hüququnun tanınması və qəbul edilmiş qətnamənin mülkiyyət hüququnun qeydiyyatının aparılması və çıxarışın verilməsi üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 08 iyul 2003-cü il tarixli, 198532 №li müqaviləyə əsasən, ünvan 1 ünvanda yerləşən 4 otaqlı, ümumi sahəsi 164 m2 olan 35 saylı mənzil "xxxx" Şirkəti tərəfindən İddiaçı satılmış, həmin Müqavilə 08 iyul 2003-cü il tarixdə Bakı şəhəri 12 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu M.A.Hüseynov tərəfindən təsdiq edilmiş və 4Ə-4-820 nömrəsi altında reyestrə daxil edilmişdir. Müəyyən müddət keçdikdən sonra İddiaçı alqı-satqı müqaviləsi əsasında ona məxsus daşınmaz əmlak barəsində hüquqlarını dövlət qeydiyyatına almaq istəmiş və bununla əlaqədar olaraq yuxarıda göstərilən müqavilənin dublikatının alınması üçün müvafiq notariat ofisinə müraciət etmişdir. Məlum olmuşdur ki, həmin müqavilənin rəsmiləşməsini həyata keçirən notarius vəfat etmiş, müqavilə isə Dövlət Notariat Arxivinə ötürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivi tərəfindən 04 aprel 2013-cü il tarixli, 05/01-H51/13 №-li cavab məktubunda bildirilmişdir ki, bu müqavilənin müvafiq notariat ofisinə məxsus nüsxəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən arxivə verilmiş və 2003-cü ildə aparılmış daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə notariat hərəkətlərinin qeydə alındığı 4Ə-4 indeksli reyestrə baxış zamanı həmin reyestr nömrəsi (820) ilə başqa şəxslərin adına fərqli notariat hərəkətinin rəsmiləşdirilməsi müəyyən edilmişdir. Məsələnin aktuallığını qaldırmaq məqsədilə 31 iyul 2024-cü il tarixində ərizəçi tərəfindən Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr Baş İdarəsinə sorğu məktubu ilə müraciət edilmiş, yuxarıda göstəriən halların araşdırılması və yaranmış anlaşılmazlığın aradan qaldırılması xahiş edilmişdir. Həmin məktub Baş İdarə tərəfindən Dövlət Notariat Arxivinə yönləndirilmiş, Dövlət Notariat Arxivi tərəfindən isə 16 avqust 2024-cü il tarixli məktubla cavab verilmişdir. Göndərilən cavab məktubunda qeyd olunur ki, arxivdə saxlanılan nüsxəsində 820 reyestr nömrəli müqavilənin 08 iyul 2003-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Beləliklə, sözügedən müqavilənin mövcud olması şübhə altına alınmış və bu fakt ünvan 1 ünvanda yerləşən 4 otaqlı, ümumi sahəsi 164 m2 olan 35 saylı mənzilə dair əmlak hüquqlarının tam olaraq qəbul edilməməsi mənasına gəlir. Ərizəçi sözügedən əmlak alındığı gündən ona münasibətdə uzun müddətdir ki, faktiki sahibliyi həyata keçirir və bununla bağlı olaraq digər əmlak hüquqlarını notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində qeydiyyata almaq niyyətindədir. Lakin sözügedən müqavilənin əslinin imza edən heç bir şəxsdə olmaması ərizəçiyə mülkiyyət hüququnun qeydiyyata alınmasına maneələr törədir. Qeyd edilmişdir ki, hal-hazırkı situasiyada ərizəçi sözügedən əmlakı 12 saylı notariat ofisində mərhum notarius M.A.Hüseynovun da imzası olan müqaviləyə əsasən əldə etmiş, lakin daha sonra özünə məxsus olan nüsxəsini itirərək onun dublikatının alınması məqsədilə müvafiq dövlət orqanına müraciət etmişdir. Məhz bu sənədin əsasında vaxtı ilə ərizəçinin mülkiyyət barəsində sahiblik, ondan istifadə etmə hüququ yaranmışdır. Lakin daha sonra həmin sənədin reyestr nömrəsi altında başqa münasibətlərə dair və başqa şəxslər arasında digər müqavilənin qeydiyyatda olduğu məlum olmuşdur. Ərizəyə qoşma kimi əlavə edilmiş hər iki müraciət ərizələrinə ünvanlanan cavablarda həmin müqavilənin dövlət orqanı tərəfindən bərpa olunması və ya ondan alınması mümkün olmamışdır. Həmin sənəd əsasında yaranan əmlak hüquqları isə müqavilənin mövcüdluğuna şübhə doğuran cavablar səbəbindən təkzib edilmiş olur. İş materiallarına əlavə edilən «X10 Turizm Sənaye və Ticarət Limited» MMC-nin Səbail Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2010-cü il tarixli, 77 saylı məktubunda qeyd edilmişdir ki, Nəsimi rayonu Səməd Vurğun küçəsi 92 «A» ünvanda yerləşən 35 saylı mənzili X6 28 oktyabr 2002-ci il tarixdə almış və xx.xx.2003-cü il tarixdə oğlu İddiaçı adına sənədləşdirmişdir. İş materiallarına əlavə edilən «X10 Turizm Sənaye və Ticarət Limited» MMC-nin Səbail Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2010-cü il tarixli 79 saylı məktubunda qeyd edilmişdir ki, 35 saylı mənzil imzalanmış 10D/35 saylı, 28 oktyabr 2002-ci il tarixli podrat müqaviləsinə əsasən, «Sifarişçi» qismində çıxış edən İddiaçı adına tərtib olunmuşdur. Lakin müqaviləyə onun atası X4 imzalayıb və pulları o şəxsən özü ödəmişdir. Hal-hazırda həmin mənzildə İddiaçı yaşayır. Həmin mənzil dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün 35 saylı mənzil mülki qanunvericiliyin tələblərinə əsasən nə mülkiyyətdədir, nə də kirayədə. İş materiallarına əlavə edilən «X10 Turizm Sənaye və Ticarət Limited» MMC-nin Səbail Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2010-cü il tarixli 86 saylı məktubunda qeyd edilmişdir ki, 35 saylı mənzil imzalanmış 10D/35 saylı, 28 oktyabr 2002-ci il tarixli podrat müqaviləsinə əsasən, tələb olunan 24 543 USD (112 900 000 AZN) vəsait İddiaçı atası X6 tərəfindən tam ödənilmişdir. Bildirilmişdir ki, ünvan 1 ünvanda yerləşən 35 saylı mənzil üzərində "xxxx" Firmasının mülkiyyət hüququnun mövcudluğu halında həmin əmlakın İddiaçı adına rəsmiləşdirilməsi ilə bağlı «X10 Turizm Sənaye və Ticarət Limited» MMC-yə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ünvanlanmış, həmin pretenziya məktubunda 2003-cü il tarixində ödənişinin tam edib alındığı, "xxxx" Firması qarşısında heç bir öhdəliyinin olmadığı ünvan 1 ünvanda yerləşən 35 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsi ilə bağlı müvafiq sənədlərin ona təqdim edilməsi və ya həmin mənzilin onun adına rəsmiləşdirilməsi ilə müvafiq addımların atılması xahiş edilmişdir. Lakin «X10 Turizm Sənaye və Ticarət Limited» MMC pretenziya məktubuna heç bir cavab verməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh «X10 Turizm Sənaye və Ticarət Limited» MMC-nin nümayəndəsi X7 məhkəməyə izahatında bildirdi ki, sözügedən müqavilə notariusda bağlanmışdır və o 2 nüsxədən ibarət olur. Həmin müqavilənin bağlanması ilə bəhs edilən mənzil cavabdehin hesabından çıxarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını, yaxud işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia hazırki vəziyyətdə təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli QYM seriyalı 001676 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri ünvan 3 saylı ev (yaşayış və qeyri-yaşayış sahələrinin ölçüsü qeyd olunmuşdur) xüsusi mülkiyyət kimi «X10 Turizm Sənaye və Ticarət Limited» şirkətinin adına hüquqi qeydiyyatdan keçmiş və bu barədə 01 saylı reyestr kitabında 93 saylı səhifədə qeydiyyat aparılmışdır. - xx.xx.2003-cü il tarixli 198532 saylı müqavilənin surətindən görünür ki, "xxxx" firmasının təmsilçisi X1 tərəfindən Bakı şəhəri ünvan 3 saylı evin 35 saylı mənzilinin İddiaçı satıldığı, mənzilə görə müəyyən olunmuş dəyərin firmanın təmsilçisi tərəfindən qəbul olunduğu qeyd edilmişdir. - «X10 Turizm Sənaye və Ticarət Limited» şirkətinin xx.xx.2010-cu il tarixli 77 saylı məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən 4 otaqlı 35 saylı mənzili X6 xx.xx.2002-ci il tarixdə almış və xx.xx.2003-cü il tarixdə oğlu İddiaçı adına sənədləşdirmişdir. - «X10 Turizm Sənaye və Ticarət Limited» şirkətinin xx.xx.2010-cu il tarixli 79 saylı məktubundan görünür ki, sözügedən 35 saylı mənzil imzalanmış 10D/35 saylı, 28 oktyabr 2002-ci il tarixli podrat müqaviləsinə əsasən sifarişçi qismində çıxış edən İddiaçı adına tərtib olunmuşdur. Lakin müqaviləni onun atası X4 imzalamış və pulları onun şəxsən özü ödəmişdir. Hal-hazırda həmin mənzildə İddiaçı yaşayır. Sifarişçi və icraçı arasında olan qarşılıqlı hüquq münasibətlərə əsasən, tərəflər arasında qeyd olunan podrat müqaviləsindən başqa heç bir əqd və digər normativ sənəd mövcud deyil. Odur ki, qeyd edilən mənzilə bu günə kimi order verilmədiyi üçün və əmlak dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün 35 saylı mənzil mülki qanunvericiliyin tələblərinə əsasən nə mülkiyyətdədir, nə də kirayədə. - «X10 Turizm Sənaye və Ticarət Limited» şirkətinin xx.xx.2010-cu il tarixli 86 saylı məktubundan görünür ki, sözügedən 35 saylı mənzilin tikintisi üçün imzalanmış 10D/35 saylı xx.xx.2002-ci il tarixli müqaviləyə əsasən tələb olunan 24.543,0 ABŞ dolları (112.900.000 AZM) vəsait sifarişçi qismində çıxış edən İddiaçı atası X6 tərəfindən tam ödənilmişdir. Hal-hazırda heç kim həmin mənzildə pasport qeydiyyatında yoxdur. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(009)797/2010 saylı qətnaməsindən görünür ki, X2 İddiaçı qarşı «yaşayış hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu X3 aid edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(103)- 3237/2010 saylı qətnaməsindən görünür ki, X2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(009)-797/2010 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsində qeyd etdikləri ilə bağlı cavabdeh «X10 Turizm Sənaye və Ticarət Limited» MMC-yə müraciət edərək, iddia predmeti olan mənzilə dair sənədlərin ona təqdim edilməsini və həmin mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı müvafiq addımların atılmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehi xəbərdar etmişdir. - «X10 Turizm Sənaye və Ticarət Limited» MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05 saylı arayışdan görünür ki, İddiaçı "xxxx" firması ilə 12-ci Dövlət Notariat Kontorunda xx.xx.2003-cü il tarixdə 198532 saylı 4Ə-4-820 reyestr nömrəsi ilə təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında 2003-cü il tarixdən ünvan 4 ünvanda yerləşən mənzilin sahibidir və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı təyin olunmuş kommunal ödənişləri həmin tarixdən ödəyir. - «Azəriqaz» İB-nın xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, istehlakçı hesabı **********10350 üzrə İddiaçı ilə «Azəriqaz» İB arasında bağlanmış AK2-443757 saylı xx.xx.2022-ci il tarixli Qaz Paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsinin surəti və abonentin saldosu sorğuya əsasən iddiaçının nümayəndəsi və vəkilinə təqdim edilmişdir. Təqdim edilmiş sənədlər arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısına dair xx.xx.2022-ci il tarixli müqavilə və Abonentin saldosundan başqa, Qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə akt da mövcuddur. - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, verilmiş sorğuya əsasən ünvan 5 ünvanda yerləşən 35 nömrəli mənzilə məxsus abunə vərəqi və elektrik enerjisindən istifadəyə görə alqı-satqı müqaviləsinin surəti iddiaçının nümayəndəsi və vəkilinə təqdim edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli 3-16-5/6-xx-xx/2025 saylı məktubundan (məhkəmənin xx.xx.2024-cü il tarixli sorğu məktubuna cavab) görünür ki, Bakı şəhəri 12 saylı dövlət notariat ofisində 08 iyul 2003-cü il tarixdə 4Ə-4-820 reyestr nömrəsi ilə ünvan 6 ünvanda yerləşən 4 otaqlı, ümumi sahəsi 164 m2 olan 35 saylı mənzilə dair alğı-satqı müqaviləsinin surətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Bildirilmişdir ki, Dövlət notariat arxivində saxlanılan nüsxəsində 820 reyestr nömrəli müqavilənin xx.xx.2003-cü il tarixdə fərqli ünvana dair təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Müqavilənin kserosurəti məlumat üçün məhkəməyə göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli 3-16-5/6-11-160/25 saylı məktubundan (məhkəmənin xx.xx.2025-ci il tarixli sorğu məktubuna cavab) görünür ki, Bakı şəhəri 12 saylı dövlət notariat ofisində 08 iyul 2003-cü il tarixdə ünvan 7 ünvanda yerləşən 4 otaqlı, ümumi sahəsi 164 m2 olan 35 saylı mənzilə dair alğı-satqı müqaviləsinin surətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Bildirilmişdir ki, Dövlət notariat arxivində saxlanılan xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş müqavilələrin fərqli ünvana dair təsdiq edildiyi və həmin müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli 3-16-5/6-11-415/2025 saylı məktubundan (məhkəmənin xx.xx.2025ci il tarixli sorğu məktubuna cavab) görünür ki, cavabdeh «X10 Turizm Sənaye və Ticarət Limited» MMC ilə İddiaçı barəsində Bakı şəhəri 12 saylı dövlət notariat ofisində 2003-cü ildə 198532 saylı müqavilənin surətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Bildirilmişdir ki, həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən «X10 Turizm Sənaye və Ticarət Limited» MMC ilə İddiaçı barəsində rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. - 21.10.2024-cü il tarixli **********98 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı 08 iyul 2003-cü il tarixli, 198532 №li müqaviləyə əsasən, ünvan 1 ünvanda yerləşən 4 otaqlı, ümumi sahəsi 164 m2 olan 35 saylı mənzil "xxxx" Şirkəti tərəfindən ona satılmasını, həmin Müqavilə 08 iyul 2003-cü il tarixdə Bakı şəhəri 12 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu M.A.Hüseynov tərəfindən təsdiq edilmiş və 4Ə-4-820 nömrəsi altında reyestrə daxil edilməsini iddia etmiş, tələbinin əsası kimi sözügedən əmlakı 12 saylı notariat ofisində mərhum notarius M.A.Hüseynovun da imzası olan müqaviləyə əsasən əldə etmiş, lakin daha sonra özünə məxsus olan nüsxəsini itirərək onun dublikatının alınması məqsədilə müvafiq dövlət orqanına müraciət etməsini, həmin müqavilənin dövlət orqanı tərəfindən bərpa olunması və ya ondan alınması mümkün olmamasına, hal-hazırda həmin mənzildə özünün yaşamasına istinad etmişdir. Başqa sözlə, iddiaçı həmin mənzil üzərində onun mülkiyyət hüququnun tanınması üçün "xxxx" Şirkəti ilə onun arasında bağlanmış 08 iyul 2003-cü il tarixli, 198532 saylı, 4Ə- 4-820 reyestr nömrəli ünvan 1 ünvanda yerləşən 4 otaqlı, ümumi sahəsi 164 m2 olan 35 saylı mənzilə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməli olmasını iddia edir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla (2019-cu ildə verilmiş redaksiyada «Notariat haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq) müəyyənləşdirilir. İddianın dəlillərinin əsaslılığına qiymət vermək, eləcə də işə tam, hərtərəfli, obyektiv baxılması üçün məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkilinin sübutların təmin edilməsi barədə vəsatətləri təmin edilərək, qərardad əsasında müvafiq sənədlərin surətləri (iddiaçı tərəfin bildirdiyi tarix, nömrə və s. zəruri məlumatlar göstərilməklə) Mərkəzi Arxivdən tələb olunmuş, bununla bağlı qəbul edilmiş, icra sənədi icra edilməsi üçün icra şöbəsinə göndərilmiş, qərardadın icrası icra şöbəsinə və Mərkəzi Arxivə həvalə olunmuşdur. Lakin buna baxmayaraq, iddiaçı ilə buna səlahiyyəti olan şəxs arasında bağlanması qeyd olunan alğı-satqı müqaviləsi, eləcə də, digər zəruri sənədlər (kooperativ payçılarının ümumi iclasının protokolu, ödəniş qəbzləri və s.) məhkəməyə təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, 12 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən «X10 Turizm Sənaye və Ticarət Limited» MMC ilə İddiaçı barəsində rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Dövlət notariat arxivində saxlanılan nüsxəsində 820 reyestr nömrəli müqavilənin xx.xx.2003-cü il tarixdə fərqli ünvana dair təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirilmişdir. Bundan əlavə, iş materiallarında olan X2 İddiaçı qarşı «yaşayış hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(009)797/2010 saylı qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(103)- 3237/2010 saylı qətnaməsinin məzmununda qeyd edilmişdir ki, X6 ünvan 8 ünvanda yerləşən 4 otaqlı, ümumi sahəsi 164 m2 olan 35 saylı mənzilin dəyərini, «X10 Turizm Sənaye və Ticarət Limited» şirkətinə tam ödədiyinə görə, həmin mənzil üzərində mülkiyyət hüququnu əldə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, iddiaçının tələbində əsaslandığı hallar işin araşdırılmış halları ilə uzlaşmır və onun izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki,hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, "xxxx" Şirkəti ilə onun arasında bağlanmış 08 iyul 2003-cü il tarixli, 198532 saylı, 4Ə-4-820 reyestr nömrəli ünvan 1 ünvanda yerləşən 4 otaqlı, ümumi sahəsi 164 m2 olan 35 saylı mənzilə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi əsassız olduğundan tələbin həmin mənzil üzərində onun mülkiyyət hüququnun tanınması və qəbul edilmiş qətnamənin mülkiyyət hüququnun qeydiyyatının aparılması və çıxarışın verilməsi üçün əsas hesab edilməsi hissələri üzrə araşdırma aparılması və qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «X10 Turizm Sənaye və Ticarət Limited» MMC-yə qarşı «əqdin bağlanmış sayılması və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «X10 Turizm Sənaye və Ticarət Limited» MMC-yə qarşı «əqdin bağlanmış sayılması və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar