Məhkəmə qərarları › İş №e-2(006)-77/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-77/2025

15.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-77/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X1 və Cavabdeh2 İddiaçı MMC-yə qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” Tələbinə dair, birləşdirilən iddia üzrə İddiaçı MMC-nin cavabdehlər X2, X6, X3 və X4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələblərinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia ərizəsi üzrə İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X5 və Cavabdeh2 İddiaçı MMC-yə qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” birləşdirilən iddia üzrə İddiaçı MMC-nin cavabdehlər X2, X6, X3 və X4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia ərizəsi üzrə İddiaçı MMC məhkəməyə ərizə təqdim edərək, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə, işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli və İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə ilk iddia ərizəsi üzrə iddiaçının iddia ərizəsinin qaytarılması barədə məhkəməyə ərizə ilə müraciət etdiyini və cavabdeh tərəfin buna etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, ilk iddia ərizəsi üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyindən qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X5 və Cavabdeh2 İddiaçı MMC-yə qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair, birləşdirilən iddia üzrə İddiaçı MMC-nin cavabdehlər X2, X6, X3 və X4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələblərinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3, 114.1.5, 259.0.11, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlk iddia ərizəsi üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X1 və Cavabdeh2 İddiaçı MMC-yə qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Birləşdirilən iddia üzrə İddiaçı MMC-nin cavabdehlər X2, X6, X3 və X4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İlk iddia ərizəsi üzrə İddiaçı MMC tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 200 manat məbləğində pul ona geri qaytarılsın. (Ödəniş qəbzi: **********; **********;) Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar