Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-770/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzil və nəqliyyat vasitəsinin açıq hərracdan satılması və paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 43,4 kv.m, yaşayış sahəsi 28,4 kv.m. olan 2 otaqlı mənzil, 2006-cı il buraxılışı olan Hyundai Assent markalı, 10 TS837 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və Yasamal rayonu, 422-ci məhəllə, M.F.Axundov, B.Məcidov, Sereteli və Ə.Hüseynzadə küçələrinin əhatəsində "xxxx" MTK tərəfindən tikilən binada 14-cü mərtəbədə, ümumi sahəsi 61.1 kv.m olan 1 otaqlı 63 saylı mənzilin açıq hərracda satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütanasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, o, iş üzrə Cavabdeh qızı X4 ilə xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 2 saylı ASAN xidmət mərkəzində nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikah dovründə xx.xx.2018-ci il tarixdə X6 adlı övladları dünyaya gəlmişdir. X4 “bədxassəli törəmə” xəstəliyinə tutulduğundan tərəfindən uzun müddət müalicəsi aparılmış, bütün müalicə tədbirlərinin həyata keçirilməsinə baxmayaraq Simuzər Hüseynova tutulduğu xəstəlikdən xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmişdir. Simuzər Hüseynovanın dəfn xərcləri və s. xərclər İddiaçı tərəfindən qarşılanmışdır. Belə ki, Simuzər Hüseynovanın xəstəliyi ilə əlaqədar olaraq iki il müddətində 43.200 (qırx üç min iki yüz) manat, yas mərasimi üçün təxminən bir min manat (yas mərasimi pandemiya dövrünə düşdüyünə görə), qəbir yeri üçün 1250 manat, məzar daşı üçün 2500 manat olmaqla, ümumilikdə 47.950 manat pul xərclənmişdir. Simuzər Hüseynovanın ölümündən sonra birgə nikahdan doğulmuş, azyaşlı Əzizağa Hacızadə onun himayəsindədir, birgə mülkiyyətdə olan əmlak bölünmədiyindən kirayələrdə qalmalı olmuşdur. Həmçinin, göstərilən xərcləri qarşılaya bilmədiyindən 2021ci ildə Kapital bankdan 3000 (üç min) manat kredit götürmüş, bugünə banka 82,53 manat gecikdirilmiş, 1207 manat isə ümumi borc qalmışdır. X1 ilə nikaha daxil olanadək onun adına ünvan 1 ünvanda 43,4 kv.m, yaşayış sahəsi 28,4 kv.m.olan 2 otaqlı mənzil, 2006-cı il buraxılışı olan Hyundai Assent markalı, 10 TS837 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və xx.xx.2013-cü il tarixdə "xxxx" MTK ilə bağladığı 19 saylı müqaviləyə əsasən Yasamal rayonu, 422-ci məhəllə, M.F.Axundov, B.Məcidov, Sereteli və Ə.Hüseynzadə küçələrinin əhatəsində "xxxx" MTK tərəfindən tikilən binada 14-cü mərtəbədə, ümumi sahəsi 61.1 kv.m olan 1 otaqlı 63 saylı mənzil olmuşdur. ünvan 1 ünvanda 43,4 kv.m, yaşayış sahəsi 28,4 kv.m. olan 2 otaqlı mənzil, 2006-cı il buraxılışı olan Hyundai Assent markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyəti təsdiq edən sənədləri olsa da, Yasamal rayonu, 422-ci məhəllə, M.F.Axundov, B.Məcidov, Sereteli və Ə.Hüseynzadə küçələrinin əhatəsində "xxxx" MTK tərəfindən tikilən binada 14-cü mərtəbədə, ümumi sahəsi 61.1 kv.m olan 1 otaqlı 63 saylı mənzil müqavilə əsasında sahiblik və istifadədədir. Simuzər Hüseynovanın qanun üzrə birinci dərəcəli vərəsələri həyat yoldaşı olaraq o, oğlu X6 və anası Cavabdehdır. X2 ölümündən sonra qanun üzrə vərəsəliyin açılması məqsədilə Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət edilmiş Dilarə Əliyeva küçəsi, ev 241, mənzil 52 ünvanda 43,4 kv.m, yaşayış sahəsi 28,4 kv.m. olan 2 otaqlı mənzil, 2006-cı il buraxılışı olan Hyundai Assent markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə üçdə bir hissədə paylar müəyyən olunmuş, bu barədə xx.xx.2021-ci il tarixdə vərəsəlik şəhadətnamələri verilmişdir. Notariat ofisi tərəfindən paylar müəyyən olunaraq şəhadətnamələr verilsə də, digər qanun üzrə vərəsə Cavabdeh bununla razılaşmır, payların bölünməsinə etiraz edir. Onun tərəfindən “payların naturada ayrılması” tələbi və “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbi ilə iki dəfə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-293/2022 saylı və xx.xx.2022-ci il tarixli, 2(006)-1862/2022 saylı qətnamələrlə hər iki iddia təmin olunmamışdır. Məhkəmə qətnamələri qəbul edərkən bu nəticəyə gəlmişdir ki, payların naturada bölünməsi texniki cəhətdən mümkün deyildir, təyin olunmuş texniki ekspertizanın keçirilməsinə şərait yaradılmamış və iddia tələbinin təmin edilib-edilməməsinin yetkinlik yaşına çatmayan X5 mənafeyinə uyğun olubolmamasını müəyyən etmək üçün müvafiq rəyin verilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş, lakin tərəflər komissiyanın iclasında iştirak etmədiyindən müvafiq rəyin verilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə tərəfindən ünvan 1 ünvanda 43,4 kv.m, yaşayış sahəsi 28,4 kv.m. olan 2 otaqlı mənzil, 2006-cı il buraxılışı olan Hyundai Assent markalı, 10 TS837 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və Yasamal rayonu, 422-ci məhəllə, M.F.Axundov, B.Məcidov, Sereteli və Ə.Hüseynzadə küçələrinin əhatəsində "xxxx" MTK tərəfindən tikilən binada 14-cü mərtəbədə, ümumi sahəsi 61.1 kv.m olan 1 otaqlı 63 saylı mənzil açıq hərracda satılmalı, satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütanasib surətdə bölüşdürülməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qtənamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2023-cü il tarixdə məhkəməyə “Elektron məhkəmə” sistemi vasitəsilə yazılı ərizə ünvanlayaraq, məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-770/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzil və nəqliyyat vasitəsinin açıq hərracdan satılması və paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin ünvan 1 ünvanda 43,4 kv.m, yaşayış sahəsi 28,4 kv.m olan 2 otaqlı mənzilin açıq hərracda satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi hissəsində icraatına xitam verilmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı oğu ilə X4 xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə vəfat emtişdir. - AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışdan görünür ki, ünvan 1 X2 adına 1/3 hissə, İddiaçı adına 1/3 hissə və X5 adına 1/3 hissə kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən MH seriyalı, ******* seriyalı Çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 14999 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 01 aprel 2013-cü il tarixli, 19№-li müqavilədən görünür ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi 422-ci məhəllədə yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələşdirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi 422-ci məhəllədə tikilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra binanıb 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 61,1 kv.m təşkil edən, İ giriş 63 saylı mənzili “Kooperativ” “Payçı”ya verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər. - "xxxx" MTK tərəfindən verilən 01 aprel 2013-cü il tarixli, 19№-li Maliyyə Arayışından görünür ki, X2 Yasamal rayonu, 422-ci məhəllədə, M.F.Axundov, B.Məcidov, Sereteli və Ə.Hüseynzadə küçələrinin əhatəsindəki "xxxx" MTK tərəfindən tikilən bir bloklu yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 61,1 kv.m olan 1 otaqlı 63 saylı mənzilə görə borcu yoxdur. - 07 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AA822837 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi NLHCM41AP7Z036047, mühərrikin nömrəsi G4EE6T016219 və buraxılış ili 2006-cı il olan X10 markalı **-TS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Qeyd olunan miras əmlakın 1/3 hissəsi açıq saxlanılır. - 13 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən xx.xx.2009-cu il tarixdə X3 verilmiş **********59-05301-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43.4 kv.m, yaşayış sahəsu 28.4 kv.m, 2 otaqlı mənzildən ibarətdir. Göstərilən miras əmlakın 1/3 hissəsi açıq saxlanılır. - Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-293/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «payların naturada ayrılması” tələbi rədd edilmişdir. - Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1862/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbi rədd edilmişdir. Müəyyən edilmişdir ki, İddiaçı 2017-ci ildə Cavabdeh övladı X4 ilə nikaha daxil olmuş, xx.xx.2018-ci il tarixdə birgə nikahlarından digər iddiaçı X6 dünyaya gəlmişdir. X4 xx.xx.2020-ci ildə vəfat etmiş, iddiaçılar və cavabdeh onun vərəsələri qismində tanınmış və hazırki mübahisənin predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 43,40 kv.m-dən ibarət olan mənzilə hər birinin 1/3 hissədə pay hüququ müəyyən edilmişdir. İddiaçı əvvəlcə paylı mülkiyyət hüququ əsasında onlara məxsus olan mübahisəli mənzildə Cavabdeh ilə birgə yaşamalarının və mənzildən birgə istifadə etmələrinin mümkün olmaması səbəbindən Cavabdeh qarşı “payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241 ünvanında yerləşən 52 saylı mənzilin 2/3 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-293/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Həmin mübahisə zamanı dəqiqləşmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241 ünvanında yerləşən 52 saylı mənzilin real bölgüsünün aparılması, həmin mənzilin tərəflərin paylarına uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir. Bundan sonra iddiaçı cavabdehin mənzildə 1/3 hissədə olan pay hüququnu 30000 manat müqabilində ona satmasını xahiş etmiş, daha sonra isə özünə və oğluna məxsus olan payların alınmasını cavabdehə təklif etmiş, lakin heç bir nəticə əldə etməmişdir. Bu səbəbdən də iddiaçı növbəti dəfə Cavabdeh qarşı “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1/3, oğlu X5 1/3 və Cavabdeh 1/3 pay hüququ ilə mülkiyyətlərində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki 241 saylı evin 52 saylı mənzilinin Cavabdeh məxsus 1/3 pay hüququnun kompensasiyasını ödəmək yolu ilə cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, bu mümkün olmadıqda açıq hərracda satılaraq dəyərinin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1826/2022 saylı qətnaməsinə əsasən bu iddiası da təmin edilməmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, qeyd edilən qətnamələrlə iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki 241 saylı evin 52 saylı mənzillə bağlı tələblərinin təmin olunmamasına baxmayaraq o, hazırda cavabdehlə həmçinin digər paylı mülkiyyətlərində olan Hyundai Assent markalı, 10 TS837 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və Yasamal rayonu, 422-ci məhəllə, M.F.Axundov, B.Məcidov, Sereteli və Ə.Hüseynzadə küçələrinin əhatəsində "xxxx" MTK tərəfindən tikilən binada 14-cü mərtəbədə, ümumi sahəsi 61.1 kv.m olan 1 otaqlı 63 saylı mənziliin açıq hərracda satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütanasib surətdə bölüşdürülməsini tələb edir və bu barədə iddia tələbinin əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6-cı maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. - 220.4-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddənin məzmunundan göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırır. Göründüyü kimi, bu norma mülkiyyət hüququndakı payına tənasübsüzlüyünün aradan qaldırılması üçün nəzərdə tutulmuş, ümumi mülkiyyət hüququnda olan bütün payın ayrılması deyildir. Ümumi mülkiyyət hüququnda olan pay və paylı mülkiyyətçinin mülkiyyətçisinə ayrılan əşya eyni deyildir. Ümumi mülkiyyət hüququnda olan pay mülkiyyətçinin ümumi mülkiyyətə faizlə ifadə olunan mülkiyyət hüququdur, naturada ayrıdan əşya isə paylı mülkiyyətin bölünməsi zamanı payın tərkibinə daxil olan hər hansı predmet və ya predmetlər çoxluğudur. Paylı mülkiyyətdən mülkiyyətçinin payı ayrılarkən, mülkiyyətçinin payı bir əşyadan və ya bir çox əşyalardan ibarət yaxud da bir əşyanın tərkibinə aid olan hər hansı hissədən ibarət ola bilər. Göstərilən norma mülkiyyətdən mülkiyyətçinin payı ayrılan zaman mülkiyyətçinin payının daxil olduğu, naturada ayrılan əşyanın bölünməsi mümkün olmadığı tədqirdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd edilən Plenum Qərarında daha sonra göstərilmişdir ki, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Sadalanan maddi hüquq normalarının tələbləri baxımından məhkəmə qeyd edir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin, paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, hazırki idda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, əmlakların açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməmişdir. Hazırki işin faktiki halları da maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia əsaslı sayıla və təmin edilə bilməz. Bununla belə məhkəmə tərəflər arasında uzun sürən məhkəmə çəkişmələri ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, tərəflər arasında digər mübahisələr ilə bağlı məhkəmə qətnamələrinin olmasına baxmayaraq paylı mülkiyyətlərində olan əmlaklar üzrə payların naturada ayrılmasının mümkün olmadığı halında, növbəti addımları pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək olmalıdır. Belə ki, tərəflər əmlakın açıq hərracdan satılmasını birbaşa tələb etmək hüququna malik deyildir. Həmçinin də qanunvericiliyə əsasən məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Çünki bu halda məhkəmə iddia tələbinin hədlərindən kənara çıxmış olar. Bu halda bir-birinə pul kompensasiyası ilə bağlı göndərdikləri təklifdə paylarının dəyərini müəyyən etməlidirlər. Bundan başqa, tərəflərin bir-birinə kompensasiya vermək imkanı olmadıqda və ya tərəflər bir-birinə kompensasiya vermək istəmədikdə, tərəflərdən birinin ərizəsi ilə əmlakların məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220- ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzil və nəqliyyat vasitəsinin açıq hərracdan satılması və paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-770/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-770/2023
30.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver