Məhkəmə qərarları › İş №e-2(006)-781/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-781/2024

15.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-781/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMMC-yə qarşı ümumi yığıcağın qərarlarının etibarsız hesab edilməsi və sair tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin "xxxx" MMMC-yə qarşı ümumi yığıcağın qərarlarının etibarsız hesab edilməsi və sair tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı 1 saylı və 2 saylı binaların mənzil mülkiyyətçilərinin "xxxx" Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin (hazırda "xxxx" MMMC) təsis edilməsinə dair ümumi yığıncağının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanda "xxxx" MMC tərəfindən 3 ədəd yaşayış, 3 ədəd qeyri-yaşayış binası inşa edilmiş, onlardan ikisi-1 və 2 saylı yaşayış binaları istismara təhvil verilmişdir. Həmin ünvanda yerləşən 1 saylı və 2 saylı yaşayış binalarının mənzil mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) təsis edilmiş və cəmiyyətin nizamnaməsi təsdiq edilərək dövlət qeydiyyatına alınmışdır. Sonradan həmin MMMC-nin sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə Cəmiyyətin adı dəyişdirilərək "xxxx" MMMC adlandırılmış və yeni nizamnaməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının vəkilinin sorğusuna verilən cavab məktubuna əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Cəmiyyətin təsis edilməsi bir sıra qanun pozuntuları ilə müşayiət olunmuş, ümumi yığıncağın qərarına, həmçinin qeydiyyat üçün təqdim olunan sənədlərə yalan və natamam məlumatlar daxil edilmişdir. Belə ki, "xxxx" MMMC-nin təsis yığıncağının qərarından görünür ki, həmin qərarda aşağıdakı məlumatlar göstərilir: 1-ci Binada 55 mənzil +1 qeyri-yaşayış sahəsi = 56 sahə mülkiyyətçisi; 1-ci Binada 49 mənzil +1 qeyriyaşayış sahəsi = 50 sahə mülkiyyətçisi; İştirak edən sahə mülkiyyətçilərinin sayı: 65 sahə mülkiyyətçisi. Təsis sənədlərində Ümumi yığıncaqda iştirak edən sahə mülkiyyətçilərə məxsus sahələr və buna mütənasib olaraq malik olduqları səs sayı göstərilməmiş, sadəcə sahə mülkiyyətçilərindən 65 nəfərin iştirak etdiyi yığıncaqda guya, yetərsay olduğu qəbul edilmişdir. Bununla da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıda istinad edilən normalarının imperativ tələbləri pozulmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, Cəmiyyətin təsis edilməsi zamanı keçirilmiş ümumi yığıncaqda sahə mülkiyyətçilərinin həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasib olmaqla malik olduqları səslərin ümumi sayı, həmçinin ümumi yığıncaqda iştirak edən sahə mülkiyyətçilərinin səslərinin sayı deyil, yalnız sahə mülkiyyətçilərinin sayı göstərilmişdir ki, bu da Mənzil Məcəlləsinin istinad edilən normalarının tələblərinin pozulması və nəticə etibarı ilə həmin yığıncağın qərarının etibarsız olmasını təsdiq edir. Belə olan halda etibarsız hesab edilən ümumi yığıncaq qərarına əsasən cəmiyyətin dövlət qeydiyyatına alınması da qanunsuz olmuşdur. Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. "xxxx" MMMC -nin yaradıldığı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı 1 və 2 saylı binalarda yaşayış və qeyri-yaşayış sahələri aşağıdakı kimi olmuşdur: - 1 saylı Binada: 8 546 kv.m. yaşayış, 1 632 kv.m. qeyri-yaşayış sahəsi; - 2 saylı Binada: 8 711 kv.m. yaşayış, 1 644 kv.m. qeyri-yaşayış sahəsi; 2 bina üzrə cəmi: 17 367 kv.m. yaşayış; 3 276 kv.m. qeyri-yaşayış sahəsi, ümumilikdə 20 593 kv.m. Məhkəmənin nəzərinə çatdırırıq ki, 1 və 2 saylı binalardakı 3276 kv.m. qeyri-yaşayış sahəsinin hamısı iddiaçının mülkiyyətindədir. Göründüyü kimi, "xxxx" MMMC təsis edilən vaxt 1 saylı və 2 saylı binalardakı 3276 kv.m. qeyri-yaşayış sahələrinin hamısı İddiaçı mülkiyyətində olmaqla onun payı ümumilikdə 16% təşkil edirdi və ümumi yığıncaqda iştirak etməyən digər 41 sahə mülkiyyətçilərinin də mütənasib payları nəzərə alınmaqla, Mənzil Məcəlləsinin 120.1-ci maddəsinin tələbinin pozulduğu aşkardır. Bundan əlavə, cəmiyyətin yaradılması zamanı digər pozuntulara da yol verilmişdir. Belə ki, ümumi yığıncağın çağırılması sahə mülkiyyətçilərinin əksəriyyətinin, yəni, binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı 50%-dən çox olan sahə mülkiyyətçilərinin xəbəri və iştirak olmadan keçirilmişdir ki, bu da "xxxx" MMMC-nin təsis yığıncağında qanunla tələb edilən yetərsay olmadığını və bu səbəbdən də etibarsız olduğunu təsdiq edir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı 1 saylı və 2 saylı binaların mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsinə dair həmin binaların sahə mülkiyyətçilərinin ümumi yığıncağının çağırılması vəzifəsinin "Nəsimi-48” MMMC-nin üzərinə qoyulması və həmin ümumi yığıncağın işə başladığı andan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı 1 saylı və 2 saylı binaların mənzil mülkiyyətçilərinin "Gülüstan Residence” Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin (hazırda "Nəsimi- 48” MMMC) təsis edilməsinə dair ümumi yığıncağının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən "Nəsimi-48” MMMC-yə qarşı "cəmiyyətin təsis olunmasına dair ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsinə” dair iddia qaldırılaraq, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı 1 saylı və 2 saylı binaların mənzil mülkiyyətçilərinin "Gülüstan Residence” Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin (hazırda "Nəsimi- 48” MMMC) təsis edilməsinə dair ümumi yığıncağının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Hazırda MMMC-nin idarəçiliyində olan binaların yaşayış sahələrinin yararlı vəziyyətdə saxlanılmasının, ümumi mülkiyyətin qorunmasının və yararlı vəziyyətdə saxlanılmasının davamlılığının təmin edilməsi üçün ümumi yığıncağın mübahisələndirilən qərarlarının etibarsız hesab edilməsi ilə yanaşı qanunvericiliyin tələblərinə riayət olunmaqla yeni ümumi yığıncağın çağırılmasını zəruri edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC "xxxx" MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nəsimi-48" MMMCnin təsis edilməsinə dair ümumi yığıncağının, təsis edildikdən sonra da ümumi yığıncağı tərəfindən qəbul edilmiş bütün qərarlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi, "xxxx" MMMC-nin saxta sənədlər tərtib edilməsi yolu ilə təsis edildiyini və bununla da, özlərini sahə mülkiyytəçilərinin səlahiyyətli nümayəndələri kimi təqdim edən şəxslərin ağır cinayət əməli törətdikləri müəyyən edildiyindən, xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək "Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bül-bül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçun nəzərdə tutulan obyektlər, o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, (texniki zirzəmi), habelə bunanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulan həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə məcburi qaydada təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və bunu aşağıdakı kimi, əsaslandırmağa cəhd də göstərmişdir: "Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanda yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü ıl tarixində 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Dövlət qeydiyyatından sonra, mənzil qanunvericiliyindən və nizamnamədən irəli gələn işlərin lazımi qaydada icrasını təmin etmək üçün binanı inşa etmiş "xxxx" Məhdud Məsuliyyətləi Cəmiyyətinə rəsmi müraciət edərək mənzil qanunvericiliyinə əsasən yaşayış binalarının ümumi paylı mülkiyyətdə olan sahələrinin və binanın müvafiq sənədlərinin MMMC-yə təhvil verilməsi tələb edilməsinə baxmayaraq, hər dəfə müxtəlif səbəblər irəli sürülərək bu günə kimi təhvil-təslim prosesi yekunlaşmamış; MMMC tərəfindən sakinlərə daha yüksək səviyyəli xidmətlərin göstərilməsinin qanunvericiliyə və qüvvədə olan standartlara uyğun təmini məqsədilə binaların umumi paylı mülkiyylədə olan sahələrin və digər təhlükə potensialı qurğuların, habelə binaların layihələndirilməsinə və tikintisinə icazənin verilməsi barədə sərəncamın, işçi layihə smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olurmuş surətlərinin MMC-MMMC arasında təhvil-təsliminin icrasının istənilən əsasla gecikdiriiməsi MMMC-nin, digər bir ifadə ilə yüzlərlə mülkiyyətçinin, sakinin, ailənin hüquqlarını pozmuş; nəticədə binaların istismarı və xidmət keyfiyyətinin artırılması üzrə işlərin həyata keçirilməsinin gecikməsi və binanı inşa edən MMC-dən asılı vəziyyətin davam etməsi ilə nəticələnməkdədir, ona görə də, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır" Bununla yanaşı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı da "xxxx" MMMC-nə qarşı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, çoxmənzilli binanın ümumi əmlakından istifadəyə yaradılan maneələrin qanunsuz hesab edilməsi, artıq ödənilmiş vəsaitlərin qaytarılması və vurulmuş maddi zərərin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və qarşı tərəfin iddiasına etirazında bildirmişdir ki, "xxxx" MMMC-nin məhkəməyə tədim etdiyi bu iddiası cəfəngiyyatdır və hesab etmişdir, bu qərar, yaşayış bunasının sahə mülkiyətçilərinin qərarı olmamış, onların adından çıxış edən və "xxxx" MMC-nin mülkiyytində qalmış, qeyriyaşayış və yaşayış sahələrini güzəştli şərtlərlə əldə edilməsinə nail olmaq istəyən və özlərini sahə mülkiyyətçilərinin səlahiyyətli şəxsləri kmi təqdim edən bir neçə kəsin "uydurulmuş fantaziyası"ndan başqa bir şey deyildir. Beləlliklə də, "xxxx" MMC nümayəndəsi kimi tərəfindən məhkəmənin xx.xx.2023-cü il tarixli ilk hazırlıq iclasında, məhkəmə prosesində, sübutların təqdim edilməsi haqqında aşağıdakı məzmunda vəsatət təqdim edilmişdir. Göstərilənlərdən əlavə, "xxxx" MMMC yaranmamışdan əvvəl, xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə, yaşayış kompleksinin sahə mülkiyyətçilərinin ümumi amlakının idarə edilməsi RTZ MMC tərəfindən həyata keçirilmiş və bu müddət ərzində, bu əmlakın idarə edilməsi üzrə xərclərə, sahə mülkiyyətçilərinin əvəzindən, RTZ MMC tərəfidən 400 min manatdan artıq pul vəsaiti ödənildiyi halda, sahə mülkiyyətçilərin adından çıxış edən bu kəslərin, Qüsur Aktı adı altında tərtib edilmiş sənədlə, hazırda onlardan 10409 manat pul tələb etmələrini isə, yaramazlığın və nadanlığın son həddi kimi dəyərləndirmişlər. Hərçənd ki, nə onların, nə də ki, bina kompleksinin sahə mülkiyyətçilərinin əsas hissəsinin, "xxxx" MMMC-nin yaradılmasından, yarandıqdan sonra müzakirə etdiyi məsələlərdən və qəbul etdikləri qərarlardan ümumiyyətlə xəbəri olmamışdır. Belə olan halda isə, “Nəsimi-48" MMMC-nin qanunsuz yolla yaradılmasında iştirakçı olmuş hər bir kəs, cinayət məsuliyyətinə cəlb edilməlidir, törətdikləri ağır cinayət əməlinə görə. Ona görə də hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixində 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmış ''Nəsimi-48" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin bütün hüquqverici sənədləri, əsasən də, hüququ statusun alınması üçün müraciət etmiş hər bir təsisçinin imzalanmış və notariat qaydasında təsdiq edilmiş ərizəsinin məhkəməyə təqdim edilməsi barədə ərizəsinin təsdiq edilmiş surətləri Ədliyyə Nazirliyinin qeyri kommersiya təşkilatlarının qeydiyyat İdarəsi tərəfidən məhkəməyə təqdim edilməsi təmin edilməlidir. Göstərilənlərlə əlaqədar olaraq, sahə mülkiyyətçilərinin adından çıxış edən səlahiyyətli şəxslərin daha ağır cinayət əməlləri törətmələrinin qarşısının alınması məqsədi ilə, "xxxx" MMMC-nin hüquqi statusunun müəyyən edilməsi üçün, bütün hüquq verici sənədlərin, əsasən də, hüquqi statusun alınması üçün müraciət etmiş hər bir təsisçinin imzalanmış və notarial qaydasında təsdiq edilmiş ərizəsinin surətinin məhkəməyə təqdim edilməsi barədə Ədliyyə Nazirliyinin qeyri-kommersiya təşkilatlarının qeydiyyat İdarəsinə tapşırıq məktubunun göndərilməsini xahiş edilmişdir. Lakin, məhkəmə tərəfindən onların yuxarıda göstərilən vəsatətləri əsassız olaraq təmin edilməmişdir. Vəsatətdə qeyd edilənlərin təsdiqi kimi də, "xxxx" MMC-nin təsisçisi olmaqla yanaşı, çoxmənzilli binanın bir çox mənzillərinin və bütün qeyri-yaşayış sahələrinin mülkiyyətçisi olan İddiaçı tərəfindən "xxxx" MMMC-yə qarşı yeni iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət olunaraq, "Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 60, 62 ünvarıdakı 1 saylı və 2 saylı binaların mənzil mülkiyyətçilərinin "Gülüstan Rezidence" mülkiyyətçilərinin müştərək cəmiyyətinin, hazırda "xxxx" MMMC-nin təsis edilməsinə dair ümumi yığıncağının xx.xx.2022-ci il tarixli və 21.12.022-ci il tarixli qərarlarının etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bu məsələ ilə bağlı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeyri hökumət təşkilatları ilə iş şöbəsinin məktubu ilə iddaiçı-X3 vəkilinin sorğusuna verilən cavab məktubuna əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Cəmiyətin təsis edilməsi kobud qanun pozuntuları ilə müşaiyət olunmuş, ümumi yığıncağın qərarına, həmçinin qeydiyyat üçün təqdim olunan sənədlərə yalan və natamam saxta məlumatlar daxil edilmişdir. Belə ki, "xxxx" MMMC-nin təsis yığıncağının qərarından görünür ki, həmin qərarda aşağıddakı məlumatlar göstərilir: 1-ci binada 56 mənzil- 1 qeyriyaşayış sahəsi-56 sahə mülkiyyətçisi; 2-ci binada 49 mənzil-1 qeyri-yaşayış sahəsi-50 sahə mülkiyyətçisi:iştirak edən sahə mülkiyytəçilərinin sayı-66 sahə mülkiyyətçisi. Təsis sənədlərində Ümumi yığıncaqda ştirak edən sahə mülkiyyətçilərə məxsus sahələr və buna mütənasib olaraq malik olduqları səs sayı göstərilməmiş, sadəcə sahə mülkiyyətçilərindən 65 nəfərin iştirak etdiyi yığıncaqda guya, yetərsay olduğu qəbul edilmiş və bununla da, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 47.2. ci, 119.1.-ci, 119.3.-cü, 119.4.-cü, 120.1.-ci maddələrinin imperativ tələblərinin pozulduğu qeyd edilməklə göstərilmişdir ki: Cəmiyyətin təsis edilməsi zamanı keçirilmiş ümumi yığıncaqda sahə mülkiyytəçilərinin həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququda payına mütənasib olmaqla malik olduqları səslərin ümumi sayı, həmçinin ümumi yığıncaqda iştirak edən sahə mülkiyyətçilərinin səslərinin sayı deyil, yalnız sahə mülkiyyətçilərinin sayı göstərilmişdir ki, bu da mənzil məcəlləsinin istinad edilən normalarının pozulması və nəticə etibarı ilə həmin yığıncağın qərarının etibarsız olmasını təsdiq edir. Belə olan halda, etibarsız hesab edilən ümumi yığıncaq qərarına əsasən Cəmiyyətin dövlət qeydiyyatına alınması da qanunsuz olmuşdur. "xxxx" MMMC-nın yaradıldığı Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 60,62 ünvandakı 1 və 2 saylı binalarda yaşayış və qeyd yaşayış sahələri aşağıdakı kimi olmuşdur: 1 saylı binada: 8546 kv.m. yaşayış, 1632 kv.m. qeyri-yaşayış sahəsi; 2 saylı binada: 8/11 kv.m. yaşayış, 1644 kv.m. qeyri-yaşayış sahəsi; 2 bina üzrə cəmi:17367 kv.m. yaşayış; 3276 kv.m. qeyri-yaşayış sahəsi, ümumilikdə 20 593 kv.m. Göründüyü kimi, “Nəsimi-48" MMMC təsis edilən vaxt 1 və 2 saylı binalardakı ümumilikdə 3276 kv.m. qeyri-yaşayış sahəsi bütünlüklə İddiaçı mülkiyyətində olmaqla onun payı 16 faiz təşkil edirdi və ümumi yığıncaqda iştirak etməyən digər 41 sahə mülkiyyətçilərinin də mütənasib payları nəzərə alınmaqla, Mənzil Məcəlləsinin 120.1-ci maddəsinin tələbinin pozulduğu aşkardır. Bütün bu yuxarıda qeyd edilənlər, iddiaçı-İddiaçı "xxxx" MMMC ııə qarşı olan iddia ərizəsindəndir. Lakin, bu qeyd edilənlər, "xxxx" MMMC idarə edənlərin yol verdikləri qanun pozuntusunda olan paylarının ümumi mənzərəsini tam əhatə etməmiş, ancaq və ancaq onların qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim etdikləri tək 2 binaya münasibətdə, sahə mülkiyytəçilərinin mütənasib paylarına uyğun olaraq hesablanılmış və belə olan halda da, "xxxx" MMMC-nin ümumi əmlakdakı paya olan hüquqları da, tək bu 2 binaya aid hissədə məhdudlaşdırılmalı, əmlak kompleksinin digər hissələrindəki yaşayış və qeyri-yaşayış sahələrinə aid ümumi istifadədə olan əmlaklarda heç bir hüquqa malik olmadıqlarından da, həmin ümumi istifadədəki əmlakların idarə edilməsində iştirak edə bilməzdilər. Hərçənd ki, bu hüquqları da mənimsəməklə, bir ildən artıq müddətdir ki, faktiki olaraq onlara heç bir aidiyyatı olmayan, onlara və başqa sahə mülkiyyətçilərinə məxsus ümumi əmlaklarda olan paylarını qanunsuz olaraq idarə etməkdirlər. İddia ərizələrindən də göründüyü kimi, “Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, Ş.Əzizbəyov, S.Əsgərovn küçələri ilə Bül-bül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanda yerləşən yaşayış binaları cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixində imzalanan "Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Məlum olduğu kimi, "xxxx" MMC-i tərəfindən inşa edilmiş bu kompleks Cəmiyyətin şəxsi resursları hesabına həyata keçirilmiş və sahə mülkiyytəçilərinin bir manat da olsun pulundan istifadə edilməmiş və tikinti işləri yekunlaşdıqdan sonra, qeyri-yaşayış sahələrini bütünlüklə və yaşayış mənzillərinin isə bir hissəsini öz mülkiyyətində saxlamaqla, yaşayış mənzillərinin digər hissəsini, bağlanmış alqı-satqı müqavilələri əsasında, əsasən də tanıdıqları ayrı-ayrı şəxslərə satışını həyata keçirmiş və həmin müqavilələrdən üzərinə düşən bütün öhdəlikəri keyfiyyətlə, vaxtında və tam icra etmişdir. Beləliklə, "Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 9 saylı sərəncamına əsasən, mülkiyyət hüququ ilə ayrı-ayrı şəxslərin adlarına olan yuxarıda göstrilən ünvanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş əmlak kompleksi aşağıda göstərilən ümumi sahələrdən ibarətdir: Bina 1: 8546 kv.m. yaşayış sahəsi, 1632 kv.m qeyri-yaşayış sahəsi; Bina 2: 8711 kv.m yaşayış sahəsi, 1644 kv.m, qeyri-yaşayış sahəsi; Bina 3: 9865 kv.m yaşayış sahəsi, 3755 kv.m. qeyriyaşayış sahəsi; 1300 kv.m. qeyri-yaşayış sahəsi; 1106 kv.m. qeyri-yaşayış sahəsi: 879 kv.m. qeyri-yaşayış sahəsi. Ümumilikdə: Yaşayış sahəsi 27.122 kv.m.; qeyri yaşayış sahəsi 8316 kv. m. və cəmi sahə- 35.438 kv.m. təşkil edir. Yuxarıda qeyd olunan cəmi sahələrdən, 19 mənzil olmaqla, ümumi sahəsi 4.015 kv.m. təşkil edən yaşayış sahəsi və bütün qeyri-yaşayış sahələri-İddiaçı məxsusdur və ya 35.438 kv.m. olan ümumi əmlak kompleksinin 12.367 kv.m. olan sahəsi,yaxud, bütün sahənin- 35 faizi. Belə olan halda da, "xxxx" MMMC-nin qeydiyyat üçün təqdim etdiyi, lakin, təsdiqini tapmayan məlumatlara uyğun olaraq hesablama aparsaq belə, yuxarıda qeyd olunan məlumatlarla, 35 438 kv.m ümumi əmlak kompleksinin 50 faizi üstəgəl bir olmalı olduğu halda, yəni, 35.438 kv.m.sahə mülkiyyətçilərinin 50 faizindən artıq olan-17.719 kv.metrdən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir" olduğu halda, 1-ci bina üzrə 8.546 kv.m. yaşayış sahəsinə və 2 ci binadan 9 nəfərin orta hesabla əlavə 1.000 kv.m. sahəyə malik olmaqla, ümumikdə 9.546 kv.m. yaşayış sahəsinə və ya ümumi əmlak kompleksinin 27 faizinə məxsus sahə mülkiyyətçilərinin qərarı əsasnda dövlət qeydiyyatına alındığı tam təsdiq etmiş olur. Tərəfindən hazırda məhkəməyə təqdim etdiyi bu hesablama da, qarşı tərəfin qanunsuzluq həmin ümumi mənzərəni belə tam əks etdirmir və bu hesablama da, qarşı tərəfin Ədliyyə Nazirliyinə təqdim etdiyi saxta məlumata əsaslanmaqla aparılmışdır. Belə ki, "xxxx" MMMC-nin Ədliyyə Nazirliyinə təqdim etdiyi məlumatların saxtalığını tam ifşa edən və 8 nəfərdən ibarət və 1-ci binadakı mülkiyyət sahibinin onlara aid olan rəsmi müraciətlərindən müəyyən edilmişdir ki, umumi yaşayış sahəsi 2.823 kv.m. olan bu şəxslərin ümumi yığıncağın keçirilməsindən ümumiyyətlə xəbərləri olmamışdır. Beləliklə, 9.546 kv.m. yaşayış sahəsindən 2.823 kv.m. sahəni çıxdıqdan sonra məlum olmuşdur ki, "xxxx" MMMC ümumi əmlak kompleksinin 6.723 kv.m. sahəsinə və ya 19 faiz sahəyə malik mülkiyyətçilərin iştirak etdiyi ümumi yığıncağının qərarı əsasında yaradılmışdır. Bütün bu hesablamalar, “Nəsimi-48'' MMMC-nin RTZ MMC-yə qarşı və "xxxx" MMC-nin "xxxx" MMMC-yə qarşı olan tələbləri üzrə Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icratında olan iş üzrə məhkəməyə təqdim edilməsinə baxmayaraq, hakimin xx.xx.2024-cu il tarixdə elan etdiyi qətnaməsi ilə, "xxxx" MMMC-nin onlara qarşı olan iddia tələbi qanunsuz olaraq təmin edildiyi halda, onların "xxxx" MMMC-yə qarşı haqlı və qanuni olan tələbləri təmin edilməmiş, ümumi əmlakdan istifadəyə yaradılan maneələrin qanunsuz hesab edilməsi barədə tələbləri təmin edilsə də, qətnamənin qəbulundan 2 gün keçməmiş, "xxxx" MMMC-dən ünvana növbəti hədələyici məktub daxil olmuş və bildirilmişdir ki, müəyən etdikləri ödənişləri ödəməyəcəyi və ya ödənişi gecikdirəcəyi halda, "xxxx" MMMC-nin Ümumi yığıncağının xx.xx.2023 cü il tarxli qərarına əsasən, ümumi istifadədə olan əmlaklardan istifadəyə məhdudiyyətlər tətbiq ediləcəkdir. Hərçənd ki, yuxarıda qeyd edilənlərdən açıqdan-açığa görünür ki, "xxxx" MMMC qanunsuz olaraq yaradılmış və qanunusuz olaraq yaradılan subyektin qəbul etdiyi bütün qərarları da etibarsız hesab edilməlidir. Bunun əsası isə, bir daha qeyd etməyi zəruri hesab etmişdi ki, Mənzil Məcəlləsinin 120.1.-ci maddəsinə əsasən "Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçilərini tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun leyhinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir" olduğu halda, cari ilin avqust ayının əvvəlində, sahə mülkiyyətçilrindən onlara olan rəsmi müraciətlərdən müəyyən edilmişdir ki, bina kompleksinin sahə mülkiyyətçilərinin 70-80 faizindən çoxunun, "xxxx" MMMC-nin təsis edilməsindən ümumiyyətlə xəbərləri olmamış və ya Ümumi yığıncaqda onların iştirakının təmin edilməsi məsələləri də müzakirə edilməmişdir. Belə olan halda isə, "xxxx" MMMC-nin qanunsuz yolla yaradılmasında iştirakçı olmuş hər bir kəs, cinayət məsuliyyətinə cəlb edilməlidir, törətdikləri ağır cinayət əməlinə görə. Cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi iddia müddətinin tətbiqinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və "xxxx" MMC-nin cavabdeh "xxxx" MMMC qarşı “Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən 1 və 2 saylı binaların mənzil mülkiyyətçilərinin "xxxx" MMMC (hazırda "xxxx" MMMC) təsis edilməsinə dair ümumi yığıncağının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının (digər qərarların) etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia müddətinin tətbiq edilərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMMC-nin təsis olunmasına dair xx.xx.2022-ci il tarixdə AR Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarış verilmişdir. Qeyd olunan Reyestrdən Çıxarışda qeydiyyata alınmanın hüququ əsasları ümumi yığıncağında sahə mülkiyyətçiləri tərəfindən qəbul edilmiş xx.xx.2022 il və xx.xx.2022-ci il tarixli qərarları və digər sənədlər olmuşdur. Qeyd etmək lazımdır ki, iş üzrə İddiaçı "xxxx" MMC- nin təsisçisidir. Belə ki, "xxxx" MMMC tərəfindən həm iddiaçıya həm də "xxxx" MMC-yə dəfələrlə müxtəlif vaxtlarada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Qeyd etmək lazımdır ki, 29 sentyabr 2022-ci il tarixdə Müştərək cəmiyyətin yaradılması və mülkiyyətçi olaraq müvafiq iclasda iştirak etmələri barədə İddiaçı və "xxxx" MMC-yə meyl vasitəsilə rəsmi müraciət edilmişdir. Həmin müraciətə "xxxx" MMC-nin direktoru cavab verərək, İddiaçı və "xxxx" MMC-nin Müştərək Cəmiyyətin yaradılması zamanı iştirak etməyəcəklərini bildirmişdir. Bundan başqa, "xxxx" MMMC ilə "xxxx" MMC arasında icra edilməsi zəruri hesab edilən məsələlərə dair xx.xx.2023-cü il tarixdə “Razılaşma Protokolu” imzalanmışdır. Həmin Protokolda olan müddəalara görə "xxxx"MMC faktiki olaraq Müştərək Cəmiyyətin hüquqi statusunu tanımışdır. Belə ki, Protokolun 3-cü bəndində "xxxx" MMC "xxxx" müştərək cəmiyyətin ümumi yığıncağında qəbul edilən kompleksdə tətbiq edilmiş tariflə razılaşmış və kommunal xidmətə dair 2023-cü ilin 6 ayını ödəmişdir. Bununla yanaşı bildirmək zəruridir ki, "xxxx" MMMC tərəfindən iş üzrə iddiaçıya dəfələrlə bildirişlər göndərilib. Belə ki, həmin bildirişlərdə Müştərək cəmiyyət tərəfindən müvafiq ünvanda yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında kommunal xidmətlərə görə ödənişlərin edilməsi qeyd olunmuşdur. Qeyd olunanlardan və işdə olan sənədlərdən göründüyü kimi iş üzrə iddiaçı Müştərək Cəmiyyətin təsis olunmasından məlumatlı idi. AR Mənzil Məcəlləsinin 45.6-cı maddəsinin tələbinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Qeyd olunanlardan göründüyü kimi iş üzrə iddiaçı "xxxx" MMMCnin təsis edilməsi ilə əlaqədar qəbul edilmiş qərarları 11 ay keçəndən sonra məhkəmədə mübahisələndirmişdir. Məhkəmə iclasında iddiaçının nümyəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələblərini etiraf etməyərək, iddia müddətinin keçməsi barədə ərizə verərək onların təmin edilməməsini xahiş etdi. İddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin tələb həcmi aşağıdakılardan ibarətdir:

1. Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı 1 saylı və 2 saylı binaların mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsinə dair ümumi yığıncağının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi;

2. Qeyd olunan ünvandakı 1 saylı və 2 saylı binaların mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsinə dair həmin binaların sahə mülkiyyətçilərinin ümumi yığıncağının çağırılması vəzifəsinin "Nəsimi-48” MMMC-nin üzərinə qoyulması;

3. “Nəsimi-48" MMMC-nin təsis edilməsinə dair ümumi yığıncağının, təsis edildikdən sonra da ümumi yığıncağı tərəfindən qəbul edilmiş bütün qərarlarının etibarsız hesab edilməsi; Tərəflər sadalanan tələblərin əsaslı olmasını iş materiallarına əlavə edilən və məhkəmə sorğusu ilə əldə edilən sənədlərə istinad etməklə sübut etməyə çalışmışlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları, ərizələri və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş təsis sənədlərinin surətlərinə əsasən "xxxx" MMMC-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, gündəlikdə olan məsələlər "xxxx" MMMC-nin təsis edilməsi, onun nizamnaməsinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması, hüquqi ünvanının müəyyən edilməsi, dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və sənədlərin imzalanması ilə bağlı səlahiyyətli şəxsin seçilməsi olmuş, ümumi mövcud 106 sahə mülkiyyətçilərindən iştirak edən 65 sahə mülkiyyəçisinin 65 nəfərinin lehinə səs verməklə gündəlikdə duran məsələlərin təsdiq edilməsi qərara alınmışdır. Həmin məktuba sənədlərin surəti olaraq əlavə edilmiş "xxxx" MMMC-nin xx.xx.2022ci il tarixli qərarından görünür ki, gündəlikdə olan məsələlər "xxxx" MMMC-nin adının dəyişdirilməsi, nizamnaməyə dəyişiklərin edilməsi, dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün sənədlərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsi olmuş, ümumi mövcud 106 sahə mülkiyyətçilərindən iştirak edən 65 sahə mülkiyyəçisinin 65 nəfərinin lehinə səs verməklə gündəlikdə duran məsələlərin təsdiq edilməsi qərara alınmışdır. Həmin məktuba sənədlərin surəti olaraq əlavə edilmiş çoxmənzilli yaşayış binasının sifarişçisi (sahibi) Rahim Ağayev tərəfindən imzalanmış və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş “Çoxmənizilli yaşayış binasının istismara hazırlığı barədə” xx.xx.2019-cu il tarixli 0232 nömrəli Rəydə 1 və 2 saylı binaların əsas göstəriciləri olaraq, mənzillərin ümumi sahəsi 17366,74 m2 göstərilmişdir. Binanın ümumi sahəsinin isə rəydə əlyazma ilə 41581,84 m2 olduğu göstərilmişdir. Həmin məktuba sənədlərin surəti olaraq əlavə edilmiş "xxxx" MMC-nin direktoru R. Ağayevin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 151 nömrəli Arayşından görünür ki, 1 və 2 saylı binalar istisamara verilmişdir, 1 saylı binanın əsas texniki göstəriciləri olaraq binanın mənzillərinin ümumi sahəsinin 8666,71 m2, zirzəmi ilə birlikdə qeyri yaşayış sahəsinin 3615,80 m2, tüxniki mərtəbələrinin sahəsi isə 140 m2 olması,(qeyd olunan göstəriciləri cəmlədikdə 12422,51 m2) ümumi sahəsinin 15074 m2 olması qeyd olunmuşdur. Arayışda 2 saylı binanın əsas texniki göstəriciləri olaraq binanın mənzillərinin ümumi sahəsinin 8723,50 m2, zirzəmi ilə birlikdə qeyri yaşayış sahəsinin 5226,40 m2, tüxniki mərtəbələrinin sahəsi isə 140 m2 olması,(qeyd olunan göstəriciləri cəmlədikdə 14089,9 m2) ümumi sahəsinin 16684 m2 olması qeyd olunmuşdur. Bu arayışın məzmununda 1 saylı binanın 8666,71 m2 ümumi yaşayış sahəsinin 55 nəfərin, 2 saylı binanın 8723,50 m2 ümumi yaşayış sahəsinin 49 nəfərin, hər iki binada 1870,10 m2 və 1806,20 m2 qeyri yaşayış sahəsinin 1 (bir) nəfərin mülkiyyətinə verildiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş təsis sənədlərinin surətlərində 4 vərəq “Sahə Mülkiyyətçiləri” başlıqlı siyahı əlavə edilmişdir. Həmin siyahı Bülbül prospekti 60, 62 ünvandakı mənzillərin nömrələri göstərilməklə qarşısında soyad, ad, ata adı qeydlərdən, səhənin ölçü göstəricilərindən və imzalardan ibarətdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, ünvan 4 ünvanda sahəsi 563.4 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60A ünvanda sahəsi 34.6 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60B ünvanda sahəsi 208.5 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60C ünvanda sahəsi 453.1 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62A ünvanda sahəsi 34.6 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62B ünvanda sahəsi 324.9 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62C ünvanda sahəsi 383.8 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, ünvan 11 ünvanda sahəsi 563.4 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, ünvan 12 ünvanda sahəsi 546.6 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 2, yeni qaydalarla AZ1014, ünvan 13 ünvanda sahəsi 563.4 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Həmin Məcəllənin 44.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Həmin Məcəllənin 45.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsə qoyulmuş məsələlər üzrə səs hüququna həmin binanın sahə mülkiyyətçiləri malikdir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında şəxsən və ya nümayəndəsi vasitəsilə səs verir. Həmin Məcəllənin 47.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayı onların həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasibdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Mülki iş üzrə tərəflər arasında mübahisələndirilməyən məsələ cəmiyyətin fəaliyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60, 62 ünvanında inşa edilmiş 1 və 2 saylı binalara aid olmasıdır. Buna baxmayaraq, mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin ərizəsində ümumi yığıncağın təsis qərarlarının qəbul edilməsində yetərsayın olmamasına dair dəlil irəli sürərkən həmin ünvanda yerləşən 3-cü binanın da ümumi sahəsini mübahisələndirilən binaların ümumi sahəsinə əlavə etməklə hesablamalar aparmışdır ki, bu da tələb üzrə göstərilənləri əks etdirmir. Mülki iş üzrə mübahisələndirilən məsələlə cəmiyyətin təsis edilməsi barədə ümumi yığıncağında yetərsəy təmin edilməyərək cəmiyyətin qanun pozuntuları ilə qeydiyyata alınmasından, təsis yığıncağının və cəmiyyətin qərarlarının etibarsız hesab edilməli olmasından ibarətdir. Buna dəlil kimi iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs qeydiyyata alınarkən təqdim edilmiş sənədələrdə ümumi yığıncaqda iştirak edən sahə mülkiyyətçilərinin səslərinin sayı deyil, yalnız sahə mülkiyyətçilərinin sayı göstərildiyini, iki bina üzrə ümumi, yaşayış və qeyri-yaşayış sahə ölçülərinin cəmlənib mənzil mülkiyyətçilərinin malik olduğu sahələrə mütənasibliyi hesablanmaqla qərar qəbul etmək üçün yetərsayın təmin edilmədiyi göstərilmişdir. O cümlədən, sahə mülkiyyətçilərinin iştirakını bildirən siyahının mötəbər olmamasına istinad edilmişdir. Məhkəmə araşdırıması zamanı müəyyən edilmişdir ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır (2(006)- 276/2024 nömrəli qətnamə, §77). Qeydiyyata alınmaya əsas xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, Bülbül prospekti 1ci və 2-ci bina üzrə iştirak edən 65 nəfər mülkiyyətçinin cəmiyyətin təsis edilməsi barədə qərarın qəbul edilməsi olmuşdur. Belə qərarın qəbul edilməsi əsası isə Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış 1 və 2 saylı binalarının istismara yararlı olmasını təsdiq edən xx.xx.2019-cu il tarixli rəy olmuşdur. Qeydiyyat üçün müraciət etməzdən əvvəl həmin binalarının 65 nəfər sahə mülkiyyətçisi xx.xx.2022-ci il tarixli qərarla "xxxx" cəmiyyətinin adını "xxxx" MMMC-yə dəyişidirilməsi və bu adla dövlət qeydiyyatına alınması üçün sənədlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi qərarına gəlmişlər. Qeydiyyat sənədlərinə əlavə edilən cəmiyyətin təsis edilməsi və adını dəyişidirməklə qeydiyyat üçün müraciət olunması barədə ümumi yığıncaqlarda iştirak edənlərin qərar qəbul etmək üçün yetərsay olmasını özlərinə məxsus sahə ölçülərinin həcmi göstərilməklə iştiraklar etmələri imzaları ilə təsdiq edilən “Sahə Mülkiyyətçiləri” başlıqlı siyahıda Bülbül prospekti 60 ünvanda olan bina üzrə 16 nəfər sahə mülkiyyətçisinin imzası olmamaqla onların iştirak etmədiyi gösrənir. Bu ünvana aid siyahıda 7,13,17,18,19 saylı sahə mülkiyyətçisinə aid olan ünvanlar Bülbül prospekti 62 ünvanda olan bina üzrə siyahıda 107,108,109,110,111 saylı sahə mülkiyyətçisinə aid olan ünvanlarla təkrarlanır. Qeyd olunanlardan 17,18 və 107,108,109,110,111 saylı sahə mülkiyyətçisi qarşısında imazalar mövcuddur. Bu səbəbdən, yəni sahə mülkiyyətçilərin ünvanları siyahılar üzrə təkrarlandığından, hər iki siyahı üzrə qeyd olunan sahə mülkiyyətçilərinin iştirakını bildirən imzalar qeyri mötəbər hesab edilməklə hesablamada nəzərə alınmayacaqdır. Beləliklə, Bülbül prospekti 60 ünvanda olan bina üzrə siyahıya görə bu bina üzrə iştirak edən 37 sahə mülkiyyətçisinə 6070,48 m2 sahə məxsus olub. Belə ki, siyahı üzrə hesablamalara görə 55 sahə mülkiyyətçisinə məxsus ümumilikdə 8495,48 m2 sahədən iştirak etməyən mülkiyyətçilərə məxsus 2153,1 m2 sahə, o cümlədən 17,18 saylı sahə mülkiyyətçisinin iştirak etməsi qeyri mötəbər hesablanmaqla onlara aid 271,9 m2 sahə çıxıldıqda iştirak edən mülkiyyətçilərin sahə göstəricisi ümumilikdə 6070,48 m2 təşkil edir. “Sahə Mülkiyyətçiləri” başlıqlı siyahıda Bülbül prospekti 62 ünvanda olan bina üzrə 56 sahə mülkiyyətçisinin ünvanı göstərilsə də həmin siyahıda 61 saylı mülkiyyətçiyə aid ünvan 104 saylı mülkiyəyçiyə aid ünvanla təkrarlanaraq göstərilən hər iki mülkiyyətçinin qarşısında imzalar yoxdur, 99 saylı mülkiyyətçiyə aid ünvan isə 105 saylı mülkiyəyçiyə aid ünvanla təkrarlanmaqla,105 saylı mükiyyətçinin siyahıda imzası mövcuddur. Bundan əlavə, Bülbül prospekti 62 ünvana aid siyahıda 5 nəfər mülkiyyətçinin ünvanı Bülbül prospekti 60 ünvana adi siyahıda olan mənzil nömrələri ilə təkrarlandığından 107,108,109,110,111 nömrəli mülkiyyətçiyə aid sahələr hesablanmamalıdır. Göstərilənlərdən aydın olur ki, bu siyahıda Bülbül prospekti 62 ünvana aid 38 nəfər sahə mülkiyyətçisinin imzası olmaqla, 12 nəfər sahə mülkiyyətçisi qərar qəbul edilərkən iştirak etməmişdir. Beləliklə, Bülbül prospekti 62 ünvanda olan bina üzrə siyahıya görə bu bina üzrə iştirak edən 38 sahə mülkiyyətçisinə 6864,1 m2 sahə məxsus olub. Belə ki, siyahı üzrə hesablamalara görə 50 sahə mülkiyyətçisinə məxsus ümumilikdə 8799 m2 sahədən iştirak etməyən mülkiyyətçilərə məxsus 1934,9 m2 sahə çıxıldıqda iştirak edən mülkiyyətçilərin sahə göstəricisi ümumilikdə 6864,1 m2 təşkil edir. Beləliklə, Bülbül prospekti 60, 62 binaların 103 mənzil ünvanı üzrə sahə mülkiyyətçisindən 75 ünvan üzrə sahə mülkiyyətçisi qərarın qəbul edilməsində iştirak etməklə onlara məxsus sahələrin cəmi 12934,38 m2 sahədən ibarətdir. Qeydiyyat üçün təqdim edilən sənədlərdə qeyri yaşayış sahəsi texniki sahə hesab edilən zirzəmi ilə birlikdə göstərildiyindən binaların ümumi sahəsi hesablandıqda mənzillərin ümumi sahəsinə yalnız iddiaçıya məxsus qeyri yaşayış sahəsinin cəmi əlavə edilməlidir. İddiaçıya çıxarışlarla məxsus olan qeyri yaşayış sahələrin ümumi cəmi isə 3676 m2 təşkil edir. Beləliklə, təqdim edilmiş “Sahə Mülkiyyətçiləri” başlıqlı siyahıya görə 2 bina üzrə mənzillərin ümumi sahəsi 17294,48 m2 təşkil edir (8495,48 +8799). Bu rəqəm qeydiyyat üçün təqdim edilən "xxxx" MMC-nin arayışında və xx.xx.2019-cu il tarixli rəydə olan rəqəmlərlə fərqlənir. xx.xx.2019-cu il tarixli rəydə mənzillərin ümumi sahəsi 17366.74 m2 göstərilmişdir. Fərq 72.26 m2 təşkil edir. "xxxx" MMC-nin təqdim etdiyi arayışda isə 1 saylı bina üzrə mənzillərin ümumi sahəsi 8666,71 m2, 2 saylı bina üzrə isə 8723,50 m2 göstərilməklə onların ümumilikdə 17390,21 m2 təşkil etdiyi görsənir. Fərq 95,73 m2 təşkil edir. Buna baxmayaraq, siyahı üzrə hər iki binada olan mənzillərin ümumi sahəsi üzərinə iddiaçıya məxsus qeyri yaşayış sahəsinin ümumi həcmini və xx.xx.2019-cu il tarixli rəydə, o cümlədən "xxxx" MMC-nin arayışında göstərilən 280 m2 texniki mərtəbə sahəsini (liftlərin maşın şöbəsi) cəmlədikdə (17294,48+3676+280) binanın ümumi sahəsi 21250,48 m2 təşkil edir. Beləliklə, cəmiyyətin təsis qərarının qəbul edilməsində iştirak edən sahə mülkiyyətçilərinə məxsus mənzil sahəsinin cəmi 12934,38 m2, binanın ümumi sahəsi isə 21250,48 m2 təşkil edir. Ümumi yığıncaqda iştirak edənlərə məxsus sahələrin binanın ümumi sahəsinə mütənasibliyi 60,8% təşkil etməsi ilə təsis qərarı qəbul edilərkən qanunvericiliyin tələbinə uyğun yetərsayın təmin edildiyi müəyyən olunur (100%x12934,38/21250,48=60,8%). Məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Onların etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin təqdim edilmiş “Sahə Mülkiyyətçiləri” başlıqlı siyahıda olan imzaların həqiqi olmaması ilə cəmiyyətin təsis edilməsi barədə qərarların etibarsız olmasına dair irəli sürdüyü dəlillərə manasibətdə qeyd olunmalıdır ki, bu halların mübahisələndirilməsi Mülki Məcəllənin 45.6cı maddəsində nəzərdə tutulmuş müddətdə mümkündür. Həmin siyahıda Bülbül 60 ünvana aid sahə mülkiyyətçilərinin adları arasında 28-ci sırada "xxxx" MMC-nin adı qarşısında imza olmaması qərarın qəbul edilməsində MMC-nin iştirak etmədiyi təsdiq edilir. Lakin iş materiallarına cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə əlavə edilmiş "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə “Azəriqaz” İB-nə ünvanladığı məktubun nüsxəsini o cümlədən "xxxx" MMMC-yə də ünvanlaması müstəqil tələb irəli sürən üçüncü şəxsin və onun təsisçisi olan iddiaçının cəmiyyətin təsis edilməsindən xəbərdar olmasını bildirir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin idiasının “Nəsimi-48" MMMC-nin saxta sənədlər tərtib edilməsi yolu ilə təsis edildiyini və bununla da, özlərini sahə mülkiyytəçilərinin səlahiyyətli nümayəndələri kimi təqdim edən şəxslərin ağır cinayət əməli törətdikləri müəyyən edildiyindən, xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi” barədə hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında mülki-hüquq münasibətlərindən və müqavilə öhdəliklərindən irəli gələn mübahisə yaranmışdır ki, məhkəmə işdə iştirak edən şəxslərin əməllərində cinayətin əlamətlərinin olmaması səbəbindən xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi ilə əlaqədar tələbin təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Mənzil Məcəllənin 45.6-cı maddəsində qəbul edilmiş qərarın mübahisələndirməsi hüququnun mövcud olmasına dair müəyyən edilmiş altı ay müddət iddia müddəti kimi deyil, kəsici müddət kimi qiymətləndirilməlidir. Belə yanaşmaya əsas kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il Qərarı göstərilir. Həmin qərarda iddia müddəti və kəsici müddətə aid xüsusiyyətlər müəyyən edilməklə, fərqləri göstərilir. Plenum qərarına əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il Qərarında iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqləndirilmişdir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir). İş materiallarından görünür ki, iddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə, "xxxx" MMC isə-xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi iddialaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin təsis qərarlarının etibarsız hesab edilməsinə dair tələbləri cavabdehin iddia müddəti tətbiq edilməsi ərizəsinə əsasən deyil, iddia ərizələri verilərkən qanunvericiliklə müəyyən edilmiş müddət ötürüdüyündən mübahisələndirmə hüququna xitam verilməsi əsası ilə də təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı cavabdeh Nəsimi-48 MMC-yə qarşı ümumi yığıcağın qərarlarının etibarsız hesab edilməsi və sair tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin Nəsimi-48 MMC-yə qarşı ümumi yığıcağın qərarlarının etibarsız hesab edilməsi və sair tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar