Məhkəmə qərarları › İş №e-2(006)-798/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-798/2025

24.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-798/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «qeyri-yaşayış sahəsinin boşaldılması, qeyri-yaşayış sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qeyri-yaşayış sahəsinin boşaldılması, qeyri-yaşayış sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində – küçə istiqamətində yerləşən, kafe kimi istifadə olunan tikilinin-qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılması, cavabdehin həmin tikili-qeyri-yaşayış sahəsindən çıxarılması və ona həmin qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 002311 saylı, xx.xx.2002-ci il tarixli şəhadətnaməyə əsasən ünvan 2 ünvandakı birmərtəbəli binanın bir hissəsində yerləşən sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Həmçinin, 021700 nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Ə.Hüseynzadə küçəsində istifadədə olan 0,0138 ha torpaq sahəsində yerləşən 97 nömrəli binada sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş arayışdan məlum olur ki, ünvan 2 ünvanda yerləşən sahəsi 12,5 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və onun mülkiyyətindədir. ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya cavab olaraq təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Ə.B.Hüseynzadə küçəsi ev 97, 1 saylı mənzilə aid cizginin təsdiq edilmiş surətindən məlum olur ki, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsi iddiaçının sahibliyinə aiddir. ünvan 1 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində – küçə istiqamətində yerləşən (kafe kimi istifadə olunan) tikili qəlyanaltı kimi istifadə olunur. Həmin tikilinin layihə üzrə sahəsi 13,9 m2, mövcud vəziyyət üzrə 13,05 m2 təşkil edir. Ancaq, həmin sahə şəhadətnaməyə və texniki pasporta əsasən 12,5 m2 kimi sənədləşdirilmişdir. Sözügedən mübahisəli sahə İddiaçı verilmiş texniki pasportda göstərilən 15,7 m2 sahənin bir hissəsi kimi qeyd olunmuşdur. İddiaçı hesab edir ki, ünvan 1 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində – küçə istiqamətində yerləşən, kafe kimi istifadə olunan tikili cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddiaçı tərəfin ərizəsini qənaətbəxş hesab etməyərək işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlər heç bir mötəbər və legitim sübuta əsaslanmır, iddiaçının fərziyyə və ehtimallarından başqa bir şey deyildir. Məhkəmə qərarları isə fərziyyə və ehtimallar əsasında deyil, konkret sübutlar əsasında qəbul edilir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, «ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğusuna cavab olaraq təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Ə.B.Hüseynzadə küçəsi ev 97, 1 saylı mənzilə aid cizginin təsdiq edilmiş surətindən məlum olur ki, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsi iddiaçının sahibliyinə aiddir. ünvan 1 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində – küçə istiqamətində yerləşən (kafe kimi istifadə olunan) tikili qəlyanaltı kimi istifadə olunur. Həmin tikilinin layihə üzrə sahəsi 13,9 m2, mövcud vəziyyət üzrə 13,05 m2 təşkil edir. Ancaq, həmin sahə şəhadətnaməyə və texniki pasporta əsasən 12,5 m2 kimi sənədləşdirilmişdir. Sözügedən mübahisəli sahə İddiaçı verilmiş texniki pasportda göstərilən 15,7 m2 sahənin bir hissəsi kimi qeyd olunmuşdur.» Məlumat üçün bildirmək istəyir ki, iddiaçının bu gün boşaldılmasını tələb etdiyi ünvan 2 ünvanda yerləşən sahəsi 12,5 m2 olan qeyri-yaşayış sahəsi ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********02-05101- 083002 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Qeyd edilən daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi qardaşı X6 tərəfindən ona bağışlanmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hazırki iş üzrə iddiaçı ondan əvvəl mülkiyyətçi olan qardaşı X2 və digər cavabdeh olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət komitəsinə qarşı «şəhadətnamənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və həmin sahəyə icarə müqaviləsinin bağlanması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli 2(011)-67/2009 saylı qətnaməsi (sədrlik edən İlqar Qaralov) ilə İddiaçı iddiası təmin edilməmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məkəməsi Mülki Kollegiyasının 16 iyun 2009cu il tarixli 2(103)-2376/2009 saylı qətnaməsi (sədrlik edən Gündüz Quliyev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli 2(011)-67/2009 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı apellyasiya məhkəməsinin qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2009-cu il tarixli 2(102)-2861/2009 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məkəməsi Mülki Kollegiyasının 16 iyun 2009-cu il tarixli 2(103)-2376/2009 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsində iş araşdırılarkən dəvət edilmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət komitəsi Əmlakın Texniki İnventarlaşdırılması Bürosunun əməkdaşı X5 iştirakı ilə mübahisəli əmlaka baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı məxsus 15,7 m2 ibarət qeyri-yaşayış sahəsi və X2 məxsus 12,5 m2 ibarət qeyriyaşayış sahəsi bir-birindən arakəsmə divarlarla təcrid olunmuşdur, onları əlaqələndirən hər hansı bir qapı və ya pəncərə mövcud deyil. Bundan başqa, İddiaçı mübahisələndirdiyi şəhadətnamənin X2 məxsus 12,5 m2 qeyri-yaşayış sahəsinə deyil, həyətə giriş qapısının sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinə aid olduğunu göstərsə də, həmin qeyriyaşayış sahəsində aparılan ölçmə işlərinin bunu təsdiq etmədiyi müəyyən edilmişdir. Həyətə giriş qapısının sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinin 8,5 m2 olduğu müəyyən edilmişdir. Aparılan ölçmə işləri zamanı mübahisələndirilən şəhadətnamənin məhz X1 istifadəsində və mülkiyyətində olan, sahəsi 12,98 m2 qeyri-yaşayış sahəsinə aid olması müəyyən edilmişdir. Qeyd edilən bu faktlar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli 2(011)-67/2009 saylı qətnaməsində öz əksini tapmışdır. Həmin iş materiallarında olan Xətai Rayon Məhkəməsinin hakimi İlqar Qaralovun, İddiaçı və onun vəkilinin, cavabdeh Ədalət Mehralıyevin vəkilinin iştirakı ilə obyektə yerində baxış keçirilib iddiaçı və cavabdehin istifadələrində olan qeyri-yaşayış sahələrinin mövqeyini texniki pasportlara əsasən təyin edib plan-sxem tərtib edilmişdir. Həmin sxemə də nəzər yetirdikdə aydın görünür ki, iddiaçının bu gün mübahisələndirdiyi, hazırda onun mülkiyyətində olan 12,98 m2 ibarət qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olan sahələrlə hər-hansı bir bağlılığı mövcud deyil. Bundan başqa, qeyd edilən qətnamədən də göründüyü kimi, iddiaçı bundan əvvəl də mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ona məxsus olmasını iddia etsə də və həmin qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etsə də, tələbi əsassız olduğundan məhkəmə qətnamələri ilə rədd edilmişdir. Bu səbəbdən, hazırki iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin və nümayəndələrin izahatlarını dinləyib, mübahisəli qeyriyaşayış sahələrinə yerində baxış keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 000227 qeydiyyat nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, X7 ünvan 2 ünvandakı birmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 12,5 m2 qeyri-yaşayış sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışdır. xx.xx.2002-ci il tarixli 2509 saylı icarə müqaviləsindən görünür ki, ünvan 2 ünvanda yerləşən 15,7 m2 qeyri-yaşayış sahəsi (birmərtəbəli tikilinin bir hissəsi) İddiaçı icarəyə verilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 002311 qeydiyyat nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ünvan 2 ünvandakı birmərtəbəli binanın bir hissəsində yerləşən 15,7 m2 qeyri-yaşayış sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində istifadədə olan 0,0138 ha torpaq sahəsində yerləşən 97 nömrəli 1 mərtəbəli binada yerləşən 33,3 m2 ümumi, 18,0 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 504 nömrəli reyestr kitabının 46499 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli 2(011)67/2009 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, X3, X4 qarşı «şəhadətnamənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və həmin sahəyə icarə müqaviləsinin bağlanması» tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (həmin dövrdə Mülki İşlər üzrə Məhkəmə Kollegiyası) 16 iyun 2009-cu il tarixli 2(103)-2376/2009 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli 2(011)-67/2009 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (həmin dövrdə Mülki İşlər üzrə Məhkəmə Kollegiyası) 13 oktyabr 2009-cu il tarixli 2(102)-2861/2009 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2009-cu il tarixli 2(103)-2376/2009 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində istifadədə olan 0,0138 ha torpaq sahəsində yerləşən 97 nömrəli binada 15,7 m2 ümumi, 15,7 m2 əsas sahədən ibarət qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 5779 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixdə notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X7 ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 12,5 m2 olan qeyri-yaşayış sahəsini Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 10 mart 2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 12,5 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 177 nömrəli reyestr kitabının 16644 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, **********02-05101-083002 reyestr nömrəsi ilə qeydə alınmış ünvan 2 ünvanda yerləşən 12,5 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. «X8» MMC-nin 01 mart 2024-cü il tarixli 29 saylı rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, ünvan 3 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində – küçə istiqamətində yerləşən (kafe kimi istifadə olunan) tikilinin qəlyanaltı kimi istifadə olunduğu müəyyən edildi (1-ci sual üzrə). ünvan 3 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində – küçə istiqamətində yerləşən mübahisəli tikilinin layihə üzrə sahəsi – 13,9 m2, mövcud vəziyyəti üzrə – 13,05 m2 təşkil edir. Həmin sahə şəhadətnaməyə və texniki pasporta əsasən – 12,5 m2 sənədləşdirilmişdir (2-ci sual üzrə). Tədqiqat zamanı sözügedən tikilinin sahəsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən X3 verilmiş xx.xx.2000ci il tarixli 000227 saylı şəhadətnamədə göstərilən 12,5 m2 sahəyə uyğun gəlmədiyi müəyyən edildi. Belə ki, ölçmə zamanı qeyriyaşayış sahəsinin uzunluğu – 4,35 m, eni – 3,0 m olduğu müəyyən edildi. Halbuki, həmin sahə binanın ümumi planında – 13,9 m2 sahə kimi qeyd edilmişdir. Qeyd: 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində yerləşən mübahisəli sahəsinin binanın ümumi layihəsinə əsasən – 13,9 m2, mövcud vəziyyəti üzrə 13,05 m2, sənəd üzrə – 12,5 m2 təşkil edir. Ümumi plandan görünür ki, 15,7 m2 qeyri-yaşayış sahəsi istiqamətindən baxdıqda sonradan arakəsmə divarı inşa olunmuş, 13,9 m2 sahə kiçildilərək 13,05 m2 olmuşdur. Sözügedən mübahisəli sahə İddiaçı verilmiş texniki pasportda göstərilən 15,7 m2 sahənin bir hissəsi kimi qeyd olunmuşdur (3-cü sual üzrə). - xx.xx.2024-cü il tarixli 67905411 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolonun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Məhkəmə tərəfindən iddia ərizəsində adları çəkilən qeyri-yaşayış sahələrinə baxış keçirilərkən müəyyən edildi ki, həmin qeyri-yaşayış sahəsi əvvəllər cavabdehin qardaşının mülkiyyətində olmuşdur. Sonra o, mülkiyyətində olan qeyriyaşayış sahəsini cavabdehə bağışlamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli 2(011)- 67/2009 saylı qətnaməsində müəyyən edilmiş faktiki vəziyyətdə heç bir dəyişiklik yoxdur. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə hər hansı müdaxilə yoxdur. Vurğulanmalıdır ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, məhkəmə müvafiq sübutları təqdim edilməsi üçün iddiaçıya kifayət qədər vaxt vermiş, məhkəmə iclaslarını bir neçə dəfə təxirə salmışdır. İddiaçı hər dəfə bir əsas gətirərək müvafiq sübutları təqdim etmək imkanına malik olmadığını bildirmişdir. Əksinə, cavabdeh tərəfindən təqdim edilmiş sübutların məcmusundan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «qeyri-yaşayış sahəsinin boşaldılması, qeyri-yaşayış sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «qeyri-yaşayış sahəsinin boşaldılması, qeyri-yaşayış sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar