Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-808/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X5” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş sığorta ödənişindən qalan 13.343,02 manat məbləğin və ödənilmiş 130,03 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “BMW X5” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “X5” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı, “BMW 320D” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı və “Toyota Corolla” markalı **-NG-*** nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********0 nömrəli sığorta şəhadətnaməsinin və 128700 nömrəli sığorta aktının çıxarışından görünür ki, “X5” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş tərəflərindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən, “X5” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 28.003 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 2903 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “X5” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə "xxxx" MMC-nə məxsus sığortalı avtomobil tam məhv olunduğundan qalıq sığorta məbləğindən, yəni 37.000 manatdan (otuz yeddi min manat) hadisədən sonrakı 20.500 (iyirmi min beş yüz manat) qalıq dəyəri və 250 manat azadolma məbləği (franşiza) çıxılmaqla 16.250 manat (on altı min iki yüz əlli manat) sığorta ödənişini ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 84.902 nömrəli ödəniş tapşırığından görünür ki, 16.250 manat (on altı min iki yüz əlli manat) məbləğin 2906.98 manat (iki min doqquz yüz altı manat doxsan səkkiz qəpik) hissəsi “BMW X5” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Qalan məbləğ, yəni 13.343,02 manat məbləğində pul Cavabdeh tərəfindən hal-hazırda ödənilməmiş qalmaqdadır. İş materiallarına əlavə edilmiş TP seriyalı İnzibati tənbeh vermə haqqında qərarın və İXP seriyalı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin iş materiallarında olan izahatda da şəxsin təqsirli olması qeyd olunmuşdur. Sığorta hadisəsinin baş verməsi və sığorta ödənişinin sığorta şirkəti tərəfindən ödənilməsi ilə ona qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edirlər ki, ödənilmiş sığorta ödənişindən qalan 13.343,02 manat ödənişi Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı Sığorta Şirkəti ASC xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 128700 nömrəli sığorta aktının surətindən görünür ki, “X5” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək **********0 nömrəli sığorta müqaviləsinə əsasən İddiaçı Sığorta Şirkətində könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuş, dəymiş ziyanın dəyəri 28.000,03 manat, sığorta ödənişinin məbləği 16.000,03 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 2903 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC sığortalanmış “X5” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə “X4” MMC-yə 16.250 manat sığorta ödənişini ödəmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli O-AS- 2024/1782 nömrəli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “BMW X5” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “X5” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı, “BMW 320D” markalı **- LM-*** dövlət qeydiyyat nişanlı və “Toyota Corolla” markalı **-NG-*** nəqliyyat vasitələri ilə toqquşması ilə əlaqədar baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 13.343,02 manat məbləğində sığorta ödənişinin 10 gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi xahiş edilir. xx.xx.2024-cü il tarixli 84902 saylı ödəniş tapşırığından görünür ki, Azərbaycan Dövlət Kommersiya Şirkəti İddiaçı Sığorta Şirkəti ASC-yə 2.906,98 manat sığorta ödənişini ödəmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:55 radələrində Cavabdeh “BMW X5” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtonəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatın surətindən görünür ki, hadisə zamanı X1 idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus **-AN-*** dövlət qeydiyyat nişanlı “X5” markalı markalı nəqliyyat vasitəsinin qabaq və arxa hissələrinə zərər dəymişdir. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, “X5” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir edilməsi üçün çəkiləcək xərcin miqdarı 28.003 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 130,03 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, “X5” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də könüllü sığorta növündə sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “BMW X5” markalı, **-YC- *** dövlət qeydiyyat nişanlı avtomobillə “X5” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı və “BMW 320D” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Səbail DYPŞ-in inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktına əsasən hadisə nəticəsində “X5” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 28.003 manat məbləğində ziyan dəymişdir. "xxxx" MMC-nə məxsus sığortalı avtomobil tam məhv olunduğundan qalıq sığorta məbləğindən, yəni 37.000 manatdan (otuz yeddi min manat) hadisədən sonrakı 20.500 (iyirmi min beş yüz manat) qalıq dəyəri və 250 manat azadolma məbləği (franşiza) çıxılmaqla 16.250 manat (on altı min iki yüz əlli manat) sığorta ödənişini sığortalıya ödənilmişdir. Bundan sonra təqsirli şəxsin məsuliyyətinin icbari sığortalandığı sığorta şirkəti tərəfindən hazırki iş üzrə iddiaçıya 2906,98 manat ödəniş etmişdir. Hazırda təqsirli şəxsin vurmuş olduğu zərərə görə iddiaçının cavabdehə qarşı 13323,02 manat məbləğində subrqasiya qaydasında pul tələbi hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh “X5” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 13.343,02 manat məbləğində sığorta ödənişi və məhkəmə xərci kimi130,03 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 13.343,02 (on üç min üç yüz qırx üç manat, iki qəpik) manat məbləğində sığorta ödənişi və 130,03 (yüz otuz manat, üç qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-808/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-808/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver