Məhkəmə qərarları › İş №e-2(006)-81/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-81/2023

07.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-81/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçılar İddiaçı, X1 və X3 Cavabdeh qarşı "paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı, X1 və X6 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı, X1, X6 və Cavabdeh arasında 1/4 hissədə paylımülkiyyət hüququ ilə onlara məxsus olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının və ünvan 2 ünvanında yerləşən 1 otağın onların paylarına mütənasib surətdə naturada bölüşdürülməsi, bu mümkün olmadıqda iddiaçılar İddiaçı, X1, X4 düşən payların birlikdə Cavabdeh düşən paydan naturada ayrılması, bu mümkün olmadıqda isə əmlakların hazırkı bazar dəyərinə uyğun açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı, X1 və X6 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı, X1, X6 və Cavabdeh arasında 1/4 hissədə paylımülkiyyət hüququ ilə onlara məxsus olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının və ünvan 2 ünvanında yerləşən 1 otağın onların paylarına mütənasib surətdə naturada bölüşdürülməsi, bu qaydada naturada bölgü mümkün olmadıqda, naturada bölgünün ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın 2 otağının iddiaçılar İddiaçı, X1 və X4 verilməsi, ünvan 2 ünvanında yerləşən 1 otağın Cavabdeh verilməsi qaydasında aparılması və yaxud iddiaçılar İddiaçı, X1 və X4 düşən payların birlikdə cavabdeh X2 düşən paydan naturada ayrılması, bu mümkün olmadıqda isə əmlakların hazırki bazar dəyərinə uyğun açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki iş üzrə iddiaçılar İddiaçı, X1 və X6 məhkəməyə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət edərək, iddia ərizəsinin ərizəyə əlavə edilən sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişlər. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iclasda iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1, 261.0.3, 261.0.6 və 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalı və iddia baxılmamış saxlanılmalıdır. O cümlədən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddia qaldırılması üçün iddiaçılar tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçılar İddiaçı, X1 və X4 qaytarılmalı, dövlət rüsumunun qaytarılması Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264 -cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı, X1 və X3 Cavabdeh qarşı "paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılsın və iddia baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçılar İddiaçı, X1 və X4 geri qaytarılsın. Qərardadın dövlət rüsumunun geri qaytarılması hissəsində icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar