Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-845/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitələrinin açıq hərracdan satılması və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitələrinin açıq hərracdan satılması və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2” markalı, **-KO-*** dövlət qeydiyyat nömrəli və “Toyota Prius” markalı, **-RH-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitələrinin açıq hərracda satılması və satışdan əldə ediləcək pul vəsaitinin İddiaçı ilə Cavabdeh arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmaları zamanı İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitələrinin açıq hərracdan satılması və s.” tələblərinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi məhkəməyə təqdim edilmişdir. Barışıq sazişi aşağıdakı şərtlərdən ibarətdir:
1. İddiaçı ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində İddiaçıya verilmiş **********00 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 hissəsinə olan payını Cavabdeh bağışlayır. İddiaçı 0,12 ha torpaq sahəsinə Cavabdeh tam mülkiyyət hüququnu tanıyır və bəyan edir ki, həmin torpaq sahəsinin üzərində mövcud olan və gələcəkdə inşa olunacaq tikililərə dair hər hansı iddiası yoxdur və olmayacaqdır.
2. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.2002-ci il tarixində ona verilmiş 30/10761 qeydə alma nömrəli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı bağışlayır. Cavabdeh həmin mənzilə və mənzildə olan ev əşyalarına İddiaçı tam mülkiyyət hüququnu tanıyır və bəyan edir ki, həmin ev əşyalarına dair hər hansı iddiası yoxdur və olmayacaqdır.
3. İddiaçı 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixində təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən, miras qalmış AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD330436 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi JTDKN3DU7D5581658, buraxılış ili 2013-cü il olan “X3” markalı ** RH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə olan vərəsəlik payından Cavabdeh xeyrinə imtina edir və nəqliyyat vasitəsinə Cavabdeh tam mülkiyyət hüququnu tanıyır.
4. Cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixində təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən, miras qalmış AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AB603790 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi JTMHT05J404008932, mühərrik nömrəsi 2UZ1261259 və buraxılış ili 2007-cü il olan “X2 200 Minik” markalı ** KO *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə olan vərəsəlik payından İddiaçı xeyrinə imtina edir və nəqliyyat vasitəsinə İddiaçı tam mülkiyyət hüququnu tanıyır.
5. Tərəflər, Sazişin 1, 2, 3 və 4-cü bəndlərinin icrasını, bəndlərin ardıcıllığı saxlanılmaqla, qısa müddət ərzində notariat qaydada təsdiq ediləcək bağışlama müqaviləsi imzalamaqla həyata keçirməyi öz öhdələrinə götürürlər.
6. Sazişin icrası ilə bağlı yaranmış xərcləri (notariat xərclər, rüsumlar və s.) Tərəflər bərabər şəkildə ödəməyi öz öhdələrinə götürürlər.
7. Saziş, hər biri eyni hüquqi qüvvəyə malik olmaqla 3 (üç) nüsxədə tərtib olunmuşdur. Nüsxələrdən biri İddiaçı, biri Cavabdeh, digəri isə məhkəmədə saxlanılır.
8. Sazişin bəndləri ilə razı olduqlarını Tərəflər öz imzaları ilə təsdiq edirlər. İddiaçı və Cavabdeh ərizə təqdim edərək, tərəflərin tərtib etdiyi Barışıq Sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı ərizənin təmin edilməsini, xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsini, xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizənin təmin edilməsini, xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını və çıxışını dinləyib, təqdim edilən ərizələri, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 114.1, 114.1.4-cü maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitələrinin açıq hərracdan satılması və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində İddiaçıya verilmiş **********00 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 hissəsinə olan payını Cavabdeh bağışlayır. İddiaçı 0,12 ha torpaq sahəsinə Cavabdeh tam mülkiyyət hüququnu tanıyır və bəyan edir ki, həmin torpaq sahəsinin üzərində mövcud olan və gələcəkdə inşa olunacaq tikililərə dair hər hansı iddiası yoxdur və olmayacaqdır.
2. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.2002-ci il tarixində ona verilmiş 30/10761 qeydə alma nömrəli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı bağışlayır. Cavabdeh həmin mənzilə və mənzildə olan ev əşyalarına İddiaçı tam mülkiyyət hüququnu tanıyır və bəyan edir ki, həmin ev əşyalarına dair hər hansı iddiası yoxdur və olmayacaqdır.
3. İddiaçı 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixində təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən, miras qalmış AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD330436 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi JTDKN3DU7D5581658, buraxılış ili 2013-cü il olan “X3” markalı ** RH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə olan vərəsəlik payından Cavabdeh xeyrinə imtina edir və nəqliyyat vasitəsinə Cavabdeh tam mülkiyyət hüququnu tanıyır.
4. Cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixində təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən, miras qalmış AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AB603790 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi JTMHT05J404008932, mühərrik nömrəsi 2UZ1261259 və buraxılış ili 2007-cü il olan “X2 200 Minik” markalı ** KO *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə olan vərəsəlik payından İddiaçı xeyrinə imtina edir və nəqliyyat vasitəsinə İddiaçı tam mülkiyyət hüququnu tanıyır.
5. Tərəflər, Sazişin 1, 2, 3 və 4-cü bəndlərinin icrasını, bəndlərin ardıcıllığı saxlanılmaqla, qısa müddət ərzində notariat qaydada təsdiq ediləcək bağışlama müqaviləsi imzalamaqla həyata keçirməyi öz öhdələrinə götürürlər.
6. Sazişin icrası ilə bağlı yaranmış xərcləri (notariat xərclər, rüsumlar v.s.) Tərəflər bərabər şəkildə ödəməyi öz öhdələrinə götürürlər.
7. Saziş, hər biri eyni hüquqi qüvvəyə malik olmaqla 3 (üç) nüsxədə tərtib olunmuşdur. Nüsxələrdən biri İddiaçı, biri Cavabdeh, digəri isə məhkəmədə saxlanılır.
8. Sazişin bəndləri ilə razı olduqlarını Tərəflər öz imzaları ilə təsdiq edirlər. İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitələrinin açıq hərracdan satılması və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qanuni qüvvəyə mindikdən sonra məcburi qüvvəyə malik olacaqdır və mütləq icra olunmalıdır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Abidova