Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-852/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı «yaşayış sahəsindən istifadə hüququnun olmaması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xəlilova (Qurbanova) Nigar Müqabil qızına qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvana dair istifadə hüququnun olmaması və cavabdehin həmin yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 3 ünvandan istifadə hüququnun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı gəlini cavabdeh Xəlilova (Qurbanova) Nigar Müqabil qızı, 1989-cu ildən iddiaçıya məxsus olan ünvan 1 mənzilə pasport qeydiyyatına düşmüşdür. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-418/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 iddiaçının keçmiş gəlini olmuş və onlar oğlu X9 ilə birgə nikah dövründə Xırdalan şəhəri H.Əliyev prospekti 54A ünvanda yerləşən 3 otaqlı mənzil əldə edib yaşamışlar. xx.xx.2022-ci il tarixli, mediasiya şurasında barışıq sazişi bağlanmışdır. Cavabdehlə iddiaçının oğlunun qeyd olunan ünvanda mənzilləri var və həmin yaşayış sahəsinə qeydiyyata alınmaq hüquları vardır. Cavabdeh bir gün olsun belə iddiaçıya məxsus mənzildə yaşamamışdır. İddiaçının oğlu X1 Nigar Müqabil qızı ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh1 həmin vaxtdan da, iddiaçıya məxsus mənzilə qeydiyyata düşmüşdür. Cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması ona bir sıra çətinliklər yaradır. İddiaçı həmin şəxsin ünvan 1 evdən qeydiyyatdan çıxarılması ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək cavabdehin qeyd olunan ünvana yaşayış hüququnun olmamasını əsas gətirərərək qeydiyyatdan çıxarılmasını tələb etmişdir. RPİ qətnamə olmadan istifadə hüququna xitam verilməsinə dair qərar qəbul etmək səlahiyyətlərinin olmamasını qeyd etmişdir. Buna görə də, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən ünvan 1 mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh Xəlilova (Qurbanova) Nigar Müqabil qızına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh könüllü olaraq mənzildən qeydiyyatdan çıxmaqdan boyun qaçırır. Cavabdehin hazırda ünvan 1 evdə formal olaraq qeydiyyatda qalması mülkiyyətçinin hüqularını pozur və sərəncam vermək hüququnu məhdudlaşdırır. Cavabdehin məhkəmə qaydasında qeyd olunan evdə istifadə hüququnun olmamasına dair qətnamə çıxarmaqda haqlıdır. Birincisi, cavabdehin formal olaraq iddiaçının xüsusi mülkiyyətində qeydiyyatda olması iddiaçının mülkiyyət hüququnun əsas elementi olan sərəncam vermək hüququnu məhdudlaşdırır. Bu isə qanunvericilikə yolverilməzdi. İkincisi, cavabdeh artıq iddiaçının ailə üzvü sayılmır. Üçüncüsü, cavabdeh iddiaçının oğlu ilə rəsmi nikaha daxil olduqdan sonra daim oğluna məxsus Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən ev 54a, 132 saylı mənzildə yaşamışlar və həmin mənzilə payları müəyyən edilmişdir. Cavabdeh əvvəllər də başqa ünvanlarda yaşamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)- 852/2023 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının və iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 223 nömrəli reyestr kitabının 20679 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(006)-418/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 X6 qarşı «nikahın pozulması, uşağın onun yanında saxlanması və aliment» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 ilə X9 arasında xx.xx.2011-ci il tarixdə Nizami rayon VVADQ şöbəsində 380 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları Cavabdeh1 yanında saxlanılmış, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər birinin saxlanılması üçün cavabdeh X5 hər ay sabit pul məbləğində 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh1 ödənilməsi, alimentin tutulmasının 23 sentyabr 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişindən və həmçinin razılaşmadan görünür ki, Cavabdeh1 iddiaçının oğlu ilə aralarında olan mübahisənin barışıq yolu ilə həll edilməsi üçün barışıq sazişi və saziş bağlanmışdır. Eyni sənədlərdən görünür ki, cavabdehin yaşayış yeri vardır, iddiaçının mənzilində formal olaraq qeydiyyatda qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktik sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 yuxarıda qeyd edilən mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Cavabdeh sadəcə olaraq həmin mənzilə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan mənzilə qeydiyyata alınması «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, cavabdehin yuxarıda qeyd olunan mənzildən istifadə hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ünvan 3 ünvandan istifadə hüququnun olmaması müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ünvan 3 ünvandan istifadə hüququnun olmaması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-852/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-852/2023
16.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver