Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-879/2025 24.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" MMC-yə (X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC tərəfindən "My Auto Service" şirkəti tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilinə dəymiş 2915 AZN (iki min doqquz yüz on beş manat) məbləğində ziyan, həmin qüsur aktının tərtib edilməsi üçün tərəfimdən ödənilmiş 50 AZN məbləğində xərc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 49.65 AZN məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" MMC-nin əsl Cavabdeh ilə əvəz olunmasını və 2515 manat pulun, 50 manat qüsur aktına görə ödədiyi xərcin və 49,65 manat dövlət rüsumunun ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: xx.xx.2024-cü il saat 13:18 radələrində Nərimanov rayonu Əhmədbəy Ağaoğlu istiqamətindən Gənclik metrostansiyası istiqamətinə hərəkət edən zaman həyat yoldaşı X4 məxsus və ona etibarnamə ilə etibar edilən Hyundai i 30 Dövlət rüsumunun ödənilməsi haqqında məlumat markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə qəza törətmişdir. Belə ki, 99-PZ973 dövlət qeydiyyat nişanlı, Xəzər Lada markalı maşın qadağan olunmuş əks istiqamətə çıxaraq, onun önünə keçmiş və o da qəza törətməmək üçün avtomobili sol tərəfə manevr edərək, **-XK-*** dövlət qeydiyyat nişanlı, Toyota Camry markalı avtomobillə toqquşmuşdur. Nəticədə həmin maşına dəymiş ziyan sığorta tərəfindən ödənilmiş, lakin onun idarə etdiyi maşına dəymiş ziyan ödənilməmiş formada qalmışdır. Belə ki, "My Auto Service" şirkəti tərəfindən tərtib olunmuş qüsur aktına əsasən, ümumilikdə onun avtomobilinə 2915 AZN məbləğində ziyan dəymişdir. Avtoqəzaya səbəb olan **-PZ-*** dövlət qeydiyyat nişanlı, Xəzər Lada markalı avtomobil iddia ərizəsinə əlavə olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC şirkətinə məxsusdur. Hadisə ilə bağlı kamera görüntülərinin əldə edilməsi üçün aidiyyatı üzrə Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsinə ərizə ilə rəsmi şəkildə müraciət etsə də, ona bildirdilər ki, yalnız məhkəmə qaydasında həmin görüntüləri təqdim edə bilərlər. Bundan əlavə, onun avtomobilinə dəymiş ziyanla bağlı maddi sübutlar (fotoşəkillər) və digər sənədlər iddia ərizəsinə əlavə olunmuşdur. Yuxarıda qeyd olunan işin hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən onun avtomobilinə dəymiş 2915 AZN məbləğində ziyan avtoqəzaya səbəb olan **-PZ-*** dövlət qeydiyyat nişanlı, Xəzər Lada markalı avtomobilin sahib olduğu cavabdeh tərəfindən tutularaq onun xeyrinə ödənilməlidir. Cavabdehin etirazı: "xxxx" MMC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçının “Azərmaş" MMC-dən pul tələbinə dair iddiasına etiraz edir və bu hissədə iddianı əsassız hesab edirlər. 02 iyun 2023-cü il tarixli MAS-5975 saylı X5 əsasən X2 istifadəsinə “Khazar SD” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. X1 xahişi əsasında avtomobilin idarə olunmasına dair Cavabdeh etibarnamə verilmişdir. Daxili lizinq müqaviləsi imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunana kimi lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. Odur ki, İddiaçı, "Azərmaş” MMC-dən ümumilikdə 3014.65 manat məbləğin iddiaçıya ödənilməsi tələbi əsassızdır və buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, iddiaçı ilə razılığa gəlmişlər, hər ay 200 manat ödəməklə iddiaçıya dəymiş zərəri aradan qaldıracaq. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Nəqliyyat vasitəsinin sərəncam verilməsi haqqında ƏN-İX№ 010185 saylı etibarnamənin surətindən görünür ki, X7 mülkiyyətində olan Hyundai i 30 Dövlət rüsumunun ödənilməsi haqqında məlumat markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobili əri İddiaçı etibar etmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 2/35749 saylı xx.xx.2024-cü il tarixli protokolun surətindən görünür ki, İddiaçı ayıq olduğu müəyyən edilmişdir. My auto Service-nin xx.xx.2024-cü il tarixli avtomobilin qüsur aktının surətindən görünür ki, Hyundai i 30 Dövlət rüsumunun ödənilməsi haqqında məlumat markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilinə 2915 manat ziyan dəymişdir. "xxxx" MMC-nin (Lizinq verən) MAS-5975 saylı xx.xx.2023-cü il tarixli X5 əsasən X2 istifadəsinə “Khazar SD” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. X1 xahişi əsasında avtomobilin idarə olunmasına dair Cavabdeh etibarnamə verilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, qüsur aktının tərtib edilməsinə görə 50 manat ödənilmişdir. Ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı 49,65 qəpik dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Məhkəmə hesab edir ki, onun iddianı etiraf etməsi qanunazidd deyildir, hər hansı şəxsin hüquq və mənafelərini pozmur. Buna görə də cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul olunur. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar pulun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2515 manat və 50 manat qüsur aktına görə çəkilmiş xərc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49,65 manat rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2515 (iki min beş yüz on beş) manat, qüsur aktına görə çəkilmiş xərc olaraq 50 manat və ödənilmiş 49,65 manat dövlət rüsumu, ümumilikdə 2614,65 (iki min altı yüz on dörd manat, altmış beş qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-879/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-879/2025
24.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver