Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-10/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Hamı̇ dov Cəlal Əli oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh Oqtay oğluna qarşı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: "hasarın bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi" tələb) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh Oqtay oğlunun, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Hamı̇ dov Cəlal Əli oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh Oqtay oğluna qarşı "hasarın bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı mübahisə predməti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb olunmaqla, cavabdehlər Cavabdeh, X3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair sənədlərin qismən etibarsız hesab olunması və bununla bağlı aparılan bütün hərəkətlərin və əməliyyatların qanunsuz hesab edilməsi, qeydiyyatın və çıxarışın ləğv olunması, maddi və mənəvi ziyanın ödənilməsi, cavabdehlərin hərəkətlərində cinayət əlamətlərinin olmasına əsaslı şübhələr olduqda xüsusi qərardadın çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********76-12301 reyestr nömrə ilə qeydə alınmış, ünvan 1 ünvanında olan 1549 kv.m.-dən ibarət “Əmlak Kompleksi” və onun yerləşdiyi 0,75827 ha (75,8 sot) torpaq sahəsi ilə bağlı, Cavabdeh adına verilmiş, xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin torpaq sahəsinin 0,0871 ha (8,71 sot) hissəsi üzərində aparılan bütün hərəkətlərin və əməliyyatların qanunsuz hesab edilməsi, həmin qeydin və verilmiş çıxarışın qismən torpaq sahəsinin 0,0871 ha (8,71 sot) hissəsində ləğv olunması; Cavabdeh tərəfindən "xxxx" KM-nin elan edilmiş nizamnamə kapitalını təşkil edən və mülkiyyətində olan ümumilikdə ******* (doqquz milyon doqquz yüz üç min altı yüz əlli) manat dəyərində qeyri-yaşayış sahəsini və torpaq sahəsini 10 manat dəyərində nizamnamə kapitalına bərabərləşdirməsini, “Əmlak Kompleksi”ni və onun yerləşdiyi 0,75827 ha (75,8 sot) torpaq sahəsini özgəninkiləşdirməklə, özünü "xxxx" KMnin hüquqi varisi kimi qələmə verməsinin, eləcə də torpaq sahəsinin sərhədlərini sürüşdürməklə 871 kv.metr artıq torpaq sahəsinin əldə olunması və İddiaçı qanuni istifadəsində olan 871 (911-40) kv.metr torpaq sahəsinin ərazi sərhədlərində yerləşən hasarı uçurtması və həmin 871 (911-40) kv.metr torpaq sahəsinin ona məxsus torpaq sahəsinə aid etməsi hərəkətlərinin qanunsuz hesab edilməsi; Cavabdeh İddiaçı əmlak hüquqlarına qarşı etdiyi qanunsuz hərəkətlərinə görə 100 manat maddi və 5000 manat mənəvi zərərin ödənilməsi, məhkəmə məsrəfləri olan 100 manat dövlət rüsumunun, sənədlərin surətlərinin notariat qaydada təsdiqinə və poçt xidmətinə görə ödənilmiş 50 manatın, 330 manat hüquqi xidmət haqqının cavabdehdən tutulması; Cavabdeh və X1, eləcə də digər cavabdehlərin bu işlə bağlı sənədləşdirmə işlərinin aparılmasına bilavasitə məsul olan vəzifəli şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213cü, 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxararılması və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Hamı̇ dov Cəlal Əli oğlunun vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X4, Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsini cavabdehlər sırasından çıxarılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini 3cü şəxs qismində cəlb olunması barədə qərardad çıxarılması; iddiaçı Hamı̇ dov Cəlal Əli oğlunun razılığı alınmadan, onun faktiki istifadəsində olan 871 (səkkiz yüz yetmiş bir) kv.m. torpaq sahəsi ilə Cavabdeh Oqtay oğlunun mülkiyyətində olan torpaq sahəsinin ərazi sərhədlərində (ünvan 2 ünvanları kəsişməsində) yerləşən hasarın Cavabdeh Oqtay oğlu tərəfindən uçurdulması (sökülməsi) hərəkətlərinin qanunsuz hesab edilməsi və onun pul vəsaiti hesabına həmin daş hasarın bərpa edilməsi; Cavabdeh Hamı̇ dov Cəlal Əli oğlunun əmlak hüquqlarına qarşı etdiyi qanunsuz hərəkətlərinə görə 1000 manat maddi və 3000 manat mənəvi zərərin ödənilməsi; məhkəmə məsrəfləri olan 100 manat dövlət rüsumunun, sənədlərin surətlərinin notariat qaydada təsdiqinə və poçt xidmətinə görə ödənilmiş 50 manatın, 330 manat hüquqi xidmət haqqının Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəyişdirilməsi barədə ərizənin əsaslandırıldığı hallar:
3. 10.06.2022-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh Oqtay oğluna, X5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı (mübahisə predməti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********76- 12301 reyestr nömrə ilə qeydə alınmış, ünvan 3 ünvanında olan 1549 kv.m. dən ibarət "Əmlak Kompleksi” və onun yerləşdiyi 0,75827 ha (75,8 sot) torpaq sahəsi ilə bağlı, Cavabdeh adına verilmiş, xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin torpaq sahəsinin 0,0871 ha (8,71 sot) hissəsi üzərində aparılan bütün hərəkətlərin və əməliyyatların qanunsuz hesab edilməsini, həmin qeydin və verilmiş çıxarışın qismən torpaq sahəsinin 0,0871 ha (8,71 sot) hissəsində ləğv olunmasını (sonradan 1-ci tələb adlanacaq); Cavabdeh tərəfindən "xxxx" KM-nin elan edilmiş nizamnamə kapitalını təşkil edən və mülkiyyətində olan ümumilikdə ******* (doqquz milyon doqquz yüz üç min altı yüz əlli) manat dəyərində qeyri-yaşayış sahəsini və torpaq sahəsini 10 manat dəyərində nizamnamə kapitalına bərabərləşdirməsini, "Əmlak Kompleksi”nin və onun yerləşdiyi 0,75827 ha (75,8 sot) torpaq sahəsinin özgəninkiləşdirməklə, özünü "Buxar” KM-nin hüquqi varisi kimi qələmə verməsini, eləcə də torpaq sahəsinin sərhədlərini sürüşdürməklə 871 kv.metr artıq torpaq sahəsinin əldə olunması (sonradan 2-ci tələb adlanacaq); və İddiaçı qanuni istifadəsində olan 871 (911-40) kv.metr torpaq sahəsinin ərazi sərhədlərində yerləşən hasarı uçurtması (sonradan 3-cü tələb adlanacaq); və həmin 871 (911-40) kv.metr torpaq sahəsinin ona məxsus torpaq sahəsinə aid etməsi hərəkətlərinin qanunsuz hesab edilməsini, Cavabdeh İddiaçı əmlak hüquqlarına qarşı etdiyi qanunsuz hərəkətlərinə görə 100 manat maddi (sonradan 4-cü tələb adlanacaq); və 5000 manat mənəvi zərərin ödənilməsini (sonradan 5-ci tələb adlanacaq); məhkəmə məsrəfləri olan 100 manat dövlət rüsumunun, sənədlərin surətlərinin notariat qaydada təsdiqinə və poçt xidmətinə görə ödənilmiş 50 manatın, 330 manat hüquqi xidmət haqqının cavabdehdən tutulmasını (sonradan 6-cı tələb adlanacaq); Cavabdeh və X1, eləcə də digər cavabdehlərin bu işlə bağlı sənədləşdirmə işlərinin aparılmasına bilavasitə məsul olan vəzifəli şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü, 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxarılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Oqtay oğlu EMİS-dəki e-kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Etirazda göstərilən əsaslara və dəlillərə qarşı münasibətləri barədə: 2.1. etirazda qeyd olunur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin 871 kv.m. hissəsinin Cavabdeh Oqtay oğlu tərəfindən zəbt olunması faktının əsassız olduğu qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edillr. Belə ki, o, yəni Cavabdeh Oqtay oğlu hazırki iş üzrə iddiaçıya və digərlərinə qarşı Bakı Şəhəri İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış 20 aprel 2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi və sonuncunun ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş; həmin iş üzrə qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-76/2024 saylı qətnaməsində qeyd edilib: “İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 21-3-44/2-8555/2024 nömrəli mütəxəssis rəyinə əsasən torpaq sahəsinin mübahisələndirilən hissəsində hər hansı müdaxilə aşkar edilmədiyi müəyyən edilmişdir. İddiaçının iddia etdiyinin əksinə olaraq ekspert rəyi ilə müəyyən edilmişdir ki, sonuncuya məxsus torpaq sahəsinə hər hansı müdaxilə yoxdur. Həmçinin məhkəmə tərəfindən mübahisəli əraziyə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi Çobanzadə küçəsində piyada səkisinin kənarından iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qədər olan ərazidə yerləşir. Dəqiq koordinatlar məlum deyil. İddiaçı bildirdi ki, cavabdeh əvvəllər ona məxsus torpaq sahəsinin 40 kv.m hissəsini zəbt etmiş, lakin Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası nəticəsində daş hasar sökülərək həmin sahə ona qaytarılmışdır, hazırda cavabdeh tərəfindən onun torpaq sahəsinə müdaxilə yoxdur. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən onun xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçının istifadəsində olan torpaq sahəsinin üst-üstə düşməməsi və hər iki torpaq sahəsinin bir-birinə münasibətdə hər hansı müdaxilənin olmaması faktı təsdiq edilmişdir. Deməli, artıq şərhə eytiyac yoxdur ki, Cavabdeh Oqtay oğlu tərəfindən açıqaşkar səlist və anlaşılan qaydada etiraf və təsdiq edilir ki, “Bakı Şəhəri İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış 20 aprel 2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi və sonuncunun ərazidən çıxarılması tələbinə dair” Cavabdeh Oqtay oğlunun iddia tələbləri əsassız olmuş və təmin edilməmişdir. Xüsusi olaraq qeyd edir ki, həmin məhkəmə işi üzrə tədqiq olunmuş İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 44/2-8555/2024 nömrəli mütəxəssis rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “...torpaq sahəsi sənəd üzrə 0,75827 ha olsa da, faktiki olaraq 0,7748 ha təşkil etdiyi, Cavabdeh (**********76-12301 reyestr nömrəsi ilə) mülkiyyətində olan əmlak kompleksi kimi müəssisəsinin texniki pasportunda göstərilən perimetrik ölçülərə nəzərən isə sahə 0,7811 ha təşkil etdiyi müəyyən edilmişdir. Ekspert tərəfindən qeyd olunmuşdur ki, aparılmış müqayisəli tədqiqatla Cavabdeh adına tərtib olunmuş (xx.xx.2020-ci il tarixli **********76-12301 reyestr nömrəsi ilə) Texniki Pasportda qeyd olunan koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş Texniki Pasportun baş planında qeyd olunan perimetrik ölçülərə nəzərən torpaq sahəsinin koordinatları arasında fərq olduğu müəyyən edilmişdir. (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 76/2024 saylı qətnaməsinin 55-ci və 56-cı bəndləri) 2.1.3. Bir faktı da qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-76/2024 saylı qətnaməsindən (hakimlər - Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) Cavabdeh Oqtay oğlu kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X2 (məruzəçi), X17 və X14 oğlundan ibarət tərkibdə) 2(102)-3919/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə “İddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-76/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir”qərara alınmışdır. Odur ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə işin göstərilən hallarına artıq hüquqi müəyyənlik gətirildiyindən, yəni “Bakı Şəhəri İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış 20 aprel 2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi və sonuncunun ərazidən çıxarılması tələbinə dair” Cavabdeh Oqtay oğlunun iddia tələblərinin əsassız olması və bununla da tərəflər arasındakı yaranmış məhkəmə mübahisəsilə əlaqədar münasibətlərə hüquqi qiymət verilməsi müəyyən edildiyinə görə, həmin halların yenidən hazırki məhkəmədən mübahisələndirilməsinə ehtiyac duyulmur. Bundan başqa, Cavabdeh Oqtay oğlu torpaq sahəsinin ərazi sərhədlərində yerləşən hasarın uçurdulmasını- iddiaçının qanuni nümayəndəsi Tamara Hamidova tərəfindən bir neçə dəfə həmin hasar sökülərək yerində fərdi yaşayış evinin tiklməsinə cəhd edildiyindən, həmçinin Tamara Hamidova tərəfindən həmin hasara bitişik başqa qanunsuz tikililər inşa edildiyindən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən "xxxx" ASC-nin tələbi ilə Nizami Rayon İcra Şöbəsi tərəfindən söküldüyündən həmin hasarın qəzalı vəziyyətə düşməsilə; eləcə də Tamara Hamidovanın şikayətləri üzrə aparılan araşdırmalar zamanı onun şikayətlərinin əsassız olması müəyyən edilərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilməsilə və Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburiliyi ilə əsaslandırılmasına cəhd etmişdir. Əvvəla qeyd olunmalıdır ki, torpaq sahəsi ilə əlaqədar iddiaçının istifadəsində olan torpaq sahəsinin ərazi sərhədlərində yerləşən hasarın uçurdulması ilə bağlı etirazda göstərilən dəlillər və istinad olunan hallar Cavabdeh Oqtay oğlunun formal mülahizələrindən, eləcə də təhrif olunmuş və dolandırıcı fərziyələrindən başqa bir şey deyildir. 2.2.1. Belə ki, Cavabdeh Oqtay oğlunun şəxsən özü tərəfindən EMİS-dəki ekabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə təqdim etdiyi qarşılıqlı iddia Ərizəsinə 8-ci və 9-cu sıra sayı ilə əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərarlarında Azərbaycan dilində səlist və açıqaydın anlaşılan qaydada qeyd olunur ki, “İzahatı alınan Cavabdeh Oqtay oğlu öz izahatında 10 il olar ki "xxxx" KM-nin təsisçisi olduğunu, xx.xx.2021-ci il tarixdə təsisçisi olduğu müəssisənin hasarı qəzalı vəziyyətdə olduğu üçün oranı təmir etdirmək məqsədi ilə sökdürdüyünü, ...Tamaranın sahəsi ilə onun müəssisəsinin həmin hasar vasitəsi ilə ayrıldığını,.. və s. bildirmişdir.” Deməli, artıq şərhə ehtiyac yoxdur ki, 1460 saylı, xx.xx.2018-ci il tarixli icarə müqaviləsindən də müəyyən edilir ki, həmin müqavilə əsasında dövlət mülkiyyətində olan torpaq sahəsi qanuni əsaslarla İddiaçı icarəsinə verilmiş və müqavilə sonuncunun qanuni nümayəndəsi X9 ilə bağlanmışdır. Hətta qanuni qüvvədə olan məhkəmə qətnamələrilə də həmin müqavilənin qanunamüvafiq bağlandığı müəyyən olunmuş və iddiaçıya qanuni əsaslarla icrayə verilmiş torpaq sahəsi üzərindəki icarə hüququna Cavabdeh tərəfindən edilmiş qanunsuz müdaxilənin qarşısının alınması üçün məhkəməyə müraciət edilmişdir. Bir faktı da qeyd etmək lazımdır ki, Cavabdeh Oqtay oğlunun hazırda qüvvədə olan çıxarışın əldə olunması aşağıdakı qaydada aparılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış notariat qaydada təsdiq olunmuş ərizəsində Əmlak Kompleksinin söküldüyü üçün üzərindəki hüquqların dövlət qeydiyyatının ləğv edilməsi və yalnız torpaq sahəsinə çıxarışın və torpaq sahəsinin planı və ölçüsü verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Fakt olaraq, həmin əmlak sökülməmiş, yalnız iddiaçının istifadəsində olan torpaq sahəsinin ərazi sərhədlərində yerləşən hasar sökülmüşdür. "xxxx" KB ASC-nin xx.xx.2022ci il tarixli və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsə ünvanlanmış müraciətində isə Cavabdeh mülkiyyətində olan 0,758270 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 1549,1 kv.m. olan Əmlak Kompleksinin təyinatının dəyişdirilməsinə razılıq verilməsi üçün banka müraciət edildiyi qeyd olunmuş; bank tərəfindən bildirilmişdir ki, yuxarıda göstərilən əmlakın bankda ipoteka ilə yüklü qalması şərti ilə dəyişdirilməsinə və Cavabdeh adına yeni hüquq müəyyənedici sənədlərin verilməsinə etiraz edilməmişdir. Odur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “ünvan 4 ünvanında yerləşən 0,75827 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin qismən ləğv olunması və s, barədə” Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 2105/2022 saylı mülki məhkəmə işi üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məlumat daxil olduğu halda (yəni qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılmalı olduğu halda), həmçinin həmin torpaq sahəsi iddiaçının qanuni və faktiki istifadəsində olan 871 kv.m. torpaq sahəsi hesabına 3 kv.m. artırılmaqla (yəni 0,7583 ha ölçüdə) göstərilməklə, xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydin aparılması və həmin qeyd əsasında yeni çıxarışın verilməsi və torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi; Cavabdeh odlunun adına aparılmış xx.xx.2022-ci iİ tarixli, ********** nömrəli qeydin etibarsız hesab edilməklə silinməsi və həmin tarixli və həmin nömrəli çıxarışın etibarsız hesab edilməsi, eləcə də xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin bərpa edilməsi; ünvan 5 ünvanında yerləşən iddiaçının qanuni və faktiki istifadəsində olan 871 kv.m torpaq sahəsi üzərində olan hüququna, eləcə də həmin torpaq sahəsinin ölçüsünə edilən müdaxilələrin aradan qaldırılması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Həmin məhkəmənin sonuncu iclasında 3-cü şəxs Cavabdeh tərəfindən, iddia predmetinin obyekti olan çıxarışla eyni tarixli, yəni xx.xx.2022-ci il tarixli və eyni qeydiyyat nömrəsi olan, yəni ********** nömrəli yeni çıxarış təqdim edilmiş; lakin yeni çıxarışda torpaq sahəsinin ölçüsü 0,7583 kv.m. deyil, 0,75827 kv.m. və təyinatı “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” deyil, yaşayış məntəqəli torpaq sahəsi göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1905/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Göstərilənlərdən başqa, məhkəmə iş materiallarında olan "xxxx" MMC tərəfindən 2022-ci ildə verilmiş “Geodeziya işləri” adlı sənədin eskiz layihəsinin etibarsız hesab edilməsi” tələbilə, Cavabdeh iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Demək olar ki, həmin iddia ərizəsi hazırki məhkəmə işində olan qarşılıqlı iddia ərizəsi ilə eynilik təşkil etməklə, oxşar dəlillərə əsaslandırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il tarixli “Geodeziya işləri” adlı sənəd eskiz layihəsi etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3777/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-417/2023 saylı iş üzrə 02 fevral 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə, yəni "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il tarixli “Geodeziya işləri” adlı sənəd -eskiz layihəsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən 2022-ci ildə verilmiş “Geodeziya işləri” adlı sənədin - eskiz layihəsinin etibarsız hesab edilməsi” tələbi üzrə icraata xitam verilsin” qərara alınmışdır. Həmin qərardad ilə müəyyən edilmişdir ki, “.... İddiaçı icarəsinə verilmiş torpaq sahəsi ilə hazırda Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 40 kv.m-in üst-üstə düşməsi məsələsinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hüquqi müəyyənlik gətirilmişdir”. (Qərardadın 51-ci bəndi) Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3429/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3777/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Xatırladır ki, xx.xx.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsi əsasında torpaq sahəsinin faktiki olarq 871 (911-40) kv.m olmaqla dəyişiklik edilməsi və xx.xx.2018-ci il tarixli 1460 nömrəli torpaq icarə müqaviləsi əsasında “Geodeziya işləri” adlı eskiz layihəsində fakt olaraq İddiaçı istifadəsində olan sahənin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələrinə əsasən 871 kv.metr təşkil etməsi məsələlərinə qanuni qüvvədə olan məhkəmə aktları ilə hüquqi müəyyənlik gətirilmişdir. Keçən müddət ərzində, iddiaçının icarəsində olan yuxarıda qeyd olunan torpaq sahəsinin koordinatlarının, eləcə də faktiki ölçüsünün və qonşu sərhədlərinin müəyyən edilməsi ilə bağlı bir sıra uzun sürən məhkəmə mübahisələri başlamış və nəhayət torpaq sahəsi üzərində olan hüquqlarının əsaslı və qanuni olmasına dair yekun məhkəmə qərarları qəbul edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1391/2022 nömrəli xx.xx.2022ci il tarixli qətnaməsi ilə - "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" 1460 saylı, xx.xx.2018-ci il tarixli müqavilənin əvvəlində göstərilən, "Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)-4357/2014 saylı qərarı" sözündən sonra, "Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyətinin K-200 saylı, xx.xx.1998-ci il tarixli məktubu; "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" 0912 saylı, xx.xx.2010-cu il tarixli müqaviləyə xitam verildiyindən, faktiki istifadə olunan torpaq sahəsi mövcud istifadə vəziyyətdə “Kəngərli" MMC tərəfindən tərtib olunan geodeziya işarələrinə" Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 4108/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Koİlegiyasının 2-1inz (103)-249/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-2(102)- 452/2024 saylı, xx.xx.2014-cü il tarixli Qərarı” sözləri əlavə edilsin. Müqavilənin 1.1-ci bəndində göstərilən, "911 (doqquz yüz on bir)" sözü "871 (səkkiz yüz yetmiş bir)" sözü ilə; 7.4-cü bəndində göstərilən "537 (beş yüz otuz yeddi) manat 49 qəpik" sözü "513 (beş yüz on uç) manat 89 qəpik" sözü ilə dəyişdirilsin” qət edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icra vərəqəsınə əsasən həmin qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bundan başqa, digər tərəfdən, qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-112/2010-saylı, xx.xx.2010-cu il tarixli məhkəmə qətnaməsində göstərilir ki, "xxxx" KM İddiaçı qarşı sökülmüş hasarın bərpası Çobanzadə küçəsi 45A ünvanında yerləşən qanunsuz olaraq zəbt etdiyi sahəni tərk etməsi və digər tələblər üzrə iddiası qismən, hasarın bərpa edilməsi hissəsində təmin edilmiş, qalan hissədə, yəni İddiaçı torpaq sahəsindən çıxarılması və tikinti işlərinin aparılmasının qadağan edilməsi hissəsi rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, "xxxx" KM-nə məxsus Çobanzadə küçəsi 45A ünvanında yerləşən torpaq sahəsi faktiki olaraq zəbt edilmədiyindən həmin sahədən çıxarılması tələbi düzgün olaraq məhkəmə tərəfindən rədd edilmişdir. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı ona məxsus torpaq sahəsində inşa etdiyi tikili qonşu kimi "xxxx" KM-nin hüquqlarına və maraqlarına toxunmaması müəyyən edilmişdir. Qeyd olunan məhkəmə mübahisəsi zamanı tikinti-texniki ekspertiza keçirilmiş və xx.xx.2009-cu il tarixdə, 14324 №-li ekspert rəyinin nəticə hissəsində rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, C.Ə. Hamidov tərəfindən "xxxx" KM-nin torpaq sahəsinin zəbt olunmadığı, "xxxx" KM-nin torpaq sahəsinin mövcud vəziyyətdə Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş 643 saylı inşaat pasportu və 4294 saylı işin materiallarında olan keçmiş ixtisaslaşdırılmış təmir-tikinti icarə müəssisəsinin torpaq sərhədləri daxilində olmadığı, o cümlədən həmin sənədlərdə torpaq sahəsinin A-B nöqtələri üzrə sərhədlərinin Studençeskaya (hazırda Çobanzadə) küçəsindən başlayan məsafənin 90,0 m müəyyənləşdirildiyi halda, müvafiq ölçülər nəticəsində, 90,0 m. məsafənin faktiki olaraq 36,5 m. olduğu və bununla da "xxxx" KM tərəfindən 53,5 m, məsafədə artıq torpaq sahəsinin zəbt olunduğu, "xxxx" KM-nin texniki pasportunun göstəricilərinin faktiki olaraq Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş 643 saylı inşaat pasportu və 4294 saylı işin materiallarının göstəricilərinə uyğun olmadığı və "xxxx" KM-nin keçmiş ixtisaslaşdırılmış təmir-tikinti icarə müəssisəsinin əsasında və onun əmlakı bazasında yaradıldığını, eləcə də ilkin iddia üzrə cavabdeh İddiaçı istifadəsində olan torpaq sahəsinin eskiz layihəsinə əsasən 25,0 m. enində nəzərdə tutulduğu halda, həmin torpaq sahəsinin müvafiq ölçülər nəticəsində 15,2 m. enində olduğunu nəzərə alaraq, "xxxx" KM-tərəfindən İddiaçı istifadəsində olan torpaq sahəsinin 9,8 m, enində olan hissəsinin zəbt olunduğu müəyyən edilmişdir. Açıq-aşkardır ki, 0,75827 ha torpaq sahəsinin ölçüsünü 3 kv.m. artırmaqla 0,7583 ha-ya çatdırılması və təyinatının yaşayış məntəqələrinin torpaqları kimi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınması və bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin vəzifə səlahiyyətlərinə aid olan məsələni, yəni Azərbaycan Respublikası NK-nin müvafiq Qərarı olmadan torpaq sahəsinin təyinatını dəyişdirilməsi bir qrup şəxsin qanunsuz əməlləri ilə həyata keçirilməsini sübut etməklə yanaşı, eləcə də, iddiaçının razılığı olmadan Cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq 3 daş hündürlüyündə 44 metr uzunluğunda olan daş hasarın sökülməsinə səbəb olmuşdur.
4. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş iddia ərizəsinə etiraz məhkəmə tərəfindən qəbul edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 154cü maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını məhkəməyə təqdim etməlidir. Cavabdeh iddia ərizəsini qanunla müəyyən olunmuş qaydada xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə əldə etmiş və mülki işin bütün məhkəmə iclaslarında iştirak etmiş, tərəfindən çoxsaylı sənədlər məhkəməyə təqdim olunsa da iddia ərizəsinə etirazını təqdim etməmişdir.
Tərəflərin izahatları:
5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, X7 qanuni istifadəsində olan ünvan 6 ünvanda yerləşən 871 kv.metr təşkil edən torpaq sahəsinə və orada olan əşya hüquqlarına qarşı əvvəlcə X8 tərəfindən, sonra isə oğlu, yəni hazırda Cavabdeh tərəfindən törədilən qanunsuz hərəkətlərinə və qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanlara məruz qalır. Belə ki, Cavabdeh qanunsuz olaraq X7 qanuni istifadəsində olən ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin hasarını bilə-bilə özbaşnlıq etməklə uçurmuş və iddiaçının istifadəsində olan torpaq sahəsinin onlara məxsus olduğunu bildirmişdir. Hesab edirik ki, hasarı uçurtmaqda Cavabdeh bir niyyəti vardır ki, o da, iddiaçının qanuni istifadəsində olan 871 kv.metr torpaq sahəsini ələ keçirsin. Onun hərəkətlərindən Bakı Şəhər Nizami Rayon Polis idarəsinə şikayət verilmişdir, amma cinayət işinin başlanmasının rədd olunması barədə qərar çıxarılmasına nail olmuşdur. Sonra pokurorluğa şikayət verilmiş və həmin qərar ləğv olunmuş və yenidən araşdırılması üçün göndərilsə də, yenə də cinayət işinin başlanmasının rədd olunması barədə qərar çıxarılmışdır. Məlumat üçün qeyd edirəm ki, X18iu 30 ildən artıqdır ki, ünvan 6 ünvanında yerləşən torpaq sahəsində müxtəlif adda ağac və bitkilər əkərək, həmin ərazidən bağ sahəsi kimi istifadə edir. Həmin hal X10 ünvanlanmış, Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli məktubu ilə tam olaraq sübut olunur. Həmin məktubda göstərilmişdir ki, onun yaşadığı binanın qarşısında uzun müddətdən bəri onun tərəfindən salınmış bağ sahəsindən təsərrüfat məqsədləri üçün mövcud vəziyyətdə istifadə etməyinə etiraz edilmir. Qeyd edir ki, hazırda ləğv olunmuş ''Buxar" Kollektiv Müəsissəsi ilə X7 qanuni istifadəsində olan torpaq sahəsinin ərazi sərhədlərində yaranmış uyğunsuzluqlarla bağlı çoxsaylı məhkəmə mübahisələri olmuş ya sonuncu məhkəmə mübahisəsi 40 kv.m. torpaq sahəsi ilə əlaqədar olmuşdur. X7 müraciəti nəzərə alınaraq, bağlanmış icarə müqaviləsi ilə verilmiş çıxarışda torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq olduğundan xx.xx.2010-cu il tarixli müqaviləyə xitam verilmiş və həmin ünvanda yerləşən ümumilikdə 911 kv.m. torpaq sahəsinə yeni icarə müqaviləsi bağlanmışdır. "xxxx" Kollektiv Müəsissəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.metr sahəsi boşaldılaraq hasar həmin sahədən geri çəkilmişdir. Həmin hasar hazırda sökülüb və mövcud deyil. Lakin hasarın əvvəl orada olması faktını həmin yerdə sökülmüş hasarın izlərinin və xəttin olması göstərir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh Oqtay oğlu bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının iddia tələbi qaldırmağa subyektiv hüququ yoxdur.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh Oqtay oğlunun vəkili və nümayəndəsi Nümayəndə bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının iddia tələbi qaldırmağa subyektiv hüququ yoxdur.
9. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X11 dəqiqləşdirilməmiş tələb üzrə bildirmişdir ki, iş mülki icraat qaydasında baxılmalıdır. İşə İnzibati Məhkəmədə baxılsa daha məqsədəmüvafiqdir. Çünki inzibati orqanın üzərinə hər hansı öhdəliyin qoyulması tələbi ilə bağlıdır. Ümumiyyətlə onların cavabdeh qismində cəlb olunmalı deyildilər. Ancaq cavabdeh qismində qoyulmuşlarsa, onlara aid olan hissənin inzibati qaydada baxılması daha məqsədəmüvafiqdir.
10. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri İcra Hakimiyyətinin nümayəndəsi X6 dəqiqləşdirilməmiş tələb üzrə bildirmişdir ki, bağlanmış icarə müqaviləsi onun hüquqlarına toxunur. Belə bir iddia daha öncə qaldırılmışdır və başqa hakiminin sədrliyi ilə baxılmışdır. Lakin Cavabdeh kim olması müəyyən olunmadı. Mübahisəyə isə mahiyyəti üzrə baxılmadı. Məsələ hər tərəfli tam obyektiv araşdırılmalıdır.
11. İddiaçıya, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər.
12. Məhkəmə işə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
13. 01.06.2022-ci il tarixli mədaxil orderindən görünür ki, Hamı̇ dov Cəlal Əli oğlu 100 manat dövlət rüsumu ödəmişdir.
14. Nizami Rayon İcra Hakimiyyəti başçısının Hamı̇ dov Cəlal Əli oğluna ünvanladığı 30 dekabr 1998-ci il tarixli məktubundan görünür ki, yaşadığı binanın qarşısında Çobanzadə küçəsində uzun müddətdən bəri tərəfindən salınmış bağ sahəsində İ qrup əlil olmasını nəzərə alaraq təsərrüfat məqsədləri üçün mövcud vəziyyətdə istifadə etməsinə etiraz etmir.
15. Bakı Şəhəri İcra Hakimiyyəti ilə İddiaçı (qəyyumu Qanuni nümayəndə) arasında bağlanmış 20 aprel 2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsindən görünür ki, ünvan 10 ünvanında yerləşən 911m2 torpaq sahəsi 49 il müddətinə İddiaçı icarəyə verilmişdir.
16. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********6-12301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 11 ünvanında yerləşən 1549.1 kv.m. sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi Cavabdeh Oqtay oğlunun xüsusi mülkiyyətindədir. Torpaq sahəsi onun adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
17. 16 may 2021-ci il və 07 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, “Vətəndaş Qanuni nümayəndə izahat verərək ünvan 12 ünvanında 9 sot, bir tərəfə hasarlanmış, digər tərəfləri isə açıq vəziyyətdə olan torpaq sahəsinin olduğunu, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində torpaq sahəsinin yanında yerləşən “Buxar MMC” şirkətinin işçilərinin onun hasarını sökdüklərini, həmin hasarın əvvəlcədən onun tərəfindən inşa edildiyini, o həmin şirkətin işçilərinə hasarı sökməklərini bildirdikdə, sonuncuların söküntünü yarımçıq qoyub ərazidən uzaqlaşdıqlarını, həmin şirkətin əvvəllər də onun hasarını sökdüyünü və bu barədə dəfələrlə şikayət etdiyini bildirmişdir. İzahatı alınan Cavabdeh öz izahatında 10 il olar ki “Buxar KM”-nin təsisçisi olduğunu, xx.xx.2021-ci il tarixdə təsisçi olduğu müəssisənin hasarı qəzalı vəziyyətdə olduğu üçün oranı təmir etdirmək məqsədi ilə sökdüyünü, müəssisənin 75 sotdan ibarət ərazidə olduğunu, hasarın şərtə əsasən onun ərazisinə aid olduğunu, əraziyə görə bir neçə dəfə Qanuni nümayəndə ilə rəsmi orqanlarla mübahisələrinin olduğunu, həmin şəxslə çoxsayda məhkəmə çəkişmələrinin olduğunu, texniki şərtə və məhkəmə qərarlarına əsasən həmin ərazinin ona məxsus olduğunu, Qanuni nümayəndə həmin hasarla heç bir əlaqəsinin olmadığını, Tamarının sahəsi ilə onun müəssisəsinin həmin hasar vasitəsi ilə ayrıldığını, o həmin hasarı dəfələrlə təmir etdirməyə çalışsa da həmin şəxsin işçilərə qarşı zor tətbiq etdiyini və təmirə maneəçilik törətdiyini, bu səbəbdən də həmin hasarın bugünədək qəzalı olduğunu, əvvəlki vaxtlarda müəssisəyə aid hasarın sökülüb təmir edilərkən Qanuni nümayəndə müəssisdə işləyən işçisini döydüyünü və bu barədə də Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Tamaranın Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinə əsasən cəzalandırıldığını, o müəssisəyə aid çıxarışı, texniki passportu, müqaviləni və məhkəmə qərarlarını lazım qürumlara təqdim etdiyini bildirmişdir”.
18. 25 iyun 2025-ci il tarixli aktın surətindən görünür ki, iş üzrə yerində müayinə zamanı müəyyən olundu ki, B.Çobanzadə küçəsinin kənarında olan boş sahə (heç bir tikili yoxdur) ilə ondan aşağıda olan Cavabdeh Oqtay oğluna çıxarışla məxsus olan torpaq sahəsi arasında hasar müəyyən olunmadı, həmçinin Cavabdeh Oqtay oğluna məxsus olan torpaq sahəsində gözətçi otağının tinindən olan hasar hansı ki, iddiaçı tərəfindən 40 kv.m. kimi qeyd olunur, sökülmüşdür.
19. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-76/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, həmçinin sözügedən xx.xx.2018-ci il tarixli qətnamə icra edilmiş, “icraata xitam verilməsi barədə” xx.xx.2020-ci il tarixli icra məmurunun qərarı ilə icra sənədi tam şəkildə icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. İşdə olan "xxxx" Kollektiv Müəssisəsinin direktoru Oktay Əliyevin (iddiaçının atası) Bakı Şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda icra sənədi tam icra olunduğu üçün icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İddiaçının hazırki tələbi üzrə onun mülkiyyətində olan Bakı şəhəri, Çobanzadə küçəsi, 45A, 8-ci km qəsəbəsində yerləşən 0,758270 ha torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi, həmin torpaq sahəsinə hər hansı müdaxilə olubolmaması müəyyən edilməsi məqsədi ilə Kollegiya tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2-8555/2024 nömrəli mütəxəssis rəyinə əsasən, torpaq sahəsi sənəd üzrə 0,75827 ha olsa da, faktiki olaraq 0,7748 ha təşkil etdiyi, Cavabdeh (**********76-12301 reyestr nömrəsi ilə) mülkiyyətində olan əmlak kompleksi kimi müəssisəsinin texniki pasportunda göstərilən perimetrik ölçülərə nəzərən isə sahə 0,7811 ha təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə tərəfindən mübahisəli əraziyə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi Çobanzadə küçəsində piyada səkisinin kənarından iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qədər olan ərazidə yerləşir. Dəqiq koordinatlar məlum deyil. İddiaçı bildirdi ki, cavabdeh əvvəllər ona məxsus torpaq sahəsinin 40 kv.m hissəsini zəbt etmiş, lakin Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası nəticəsində daş hasar sökülərək həmin sahə ona qaytarılmışdır, hazırda cavabdeh tərəfindən onun torpaq sahəsinə müdaxilə yoxdur.
20. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-112/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iş materiallarından, o cümlədən mübahisəli ərazinin fotoşəkillərindən görünür ki, "xxxx" Kollektiv Müəssisəsinə məxsus torpaq sahəsi C.Ə.Həmidovun istifadəsində olan torpaq sahəsindən əvvəllər mövcud olmuş daş hasarla ayrılmış və həmin hasar həqiqətən də qismən sökülmüş vəziyyətdədir. C.Ə.Həmidovun nümayəndəsi həmin hasarın sökülməsi səbəbini ona ayrılmış torpaq sahəsinin bir hissəsinin "xxxx" Kollektiv Müəssisəsinin mülkiyyətinə verilməsi ilə izah etsə də işdən göründüyü kimi 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 noyabr 2009-cu il tarixli qətnaməsi ilə yuxarıda qeyd olunduğu kimi həmin dəlil öz təsdiqini tapmamış və "xxxx" Kollektiv Müəssisəsinin adına verilmiş 28 dekabr 2004-cü il tarixli şəhadətnamənin qanuni olması müəyyən olunmuşdur. Mübahisəli daş hasar tərəflərə məxsus torpaq sahələrini biribirindən ayırmaqla qonşu torpaqlarının sərhədlərini müəyyən etdiyindən və həmin hasar C.Ə.Həmidov tərəfindən söküldüyündən "xxxx" Kollektiv Müəssisəsi həmin hasarın bərpasını C.Ə.Həmidovdan tələb etməkdə haqlı olmuşdur.
21. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-112/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hazırkı iş üzrə olan 07 avqust 2009-cu il tarixli qətnaməsi "xxxx" Kollektiv Müəssisəsinin sökülmüş hasarın bərpası tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsi, həmin hissədə iddia təmin edilərək ünvan 14 ünvanında yerləşən və tərəflərə məxsus torpaq sahələrini biri-birindən ayıran daş hasar onun sökülmüş hissəsində bərpa edilməsi və hasarın bərpasının həyata keçirilməsi X7 üzərinə qoyulması qət edilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 aprel 2011-ci il tarixli, 2(102)- 1274/2011 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 826.2 kv.m torpaq sahə sinin Həmidov Cəlal Əli oğlunun icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmla k Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış reyestr qeydi və həmin qeydin əsasında verilmiş RX seriyalı 0866879 nömrəli, xx.xx.2016cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çı xarışın ləğv edilməsi, Həmidov Cəlal Əli oğlunun "xxxx" KMnin mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m hissəsindən çıxarılması, Həmidov Cəlal Əli oğlunun qanuni nümayəndəsi Həmidova Tamara Əliyevnanın və Bakı Şəhər İcra Hakimiyyətinin "xxxx" Kollektiv Müəssisəsinə qarşı xx.xx.2015ci il tarixli RX 0185979 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri rədd edilməsi qət edilmişdir.
İşin faktiki halları:
24. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Hazırda Çobanzadə küçəsi ev 30C ünvanında yerləşən torpaq sahəsi İddiaçı 20 aprel 2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsi əsasında 49 il müddətinə icarəyə verilmişdir. ünvan 11 ünvanında yerləşən 1549.1 kv.m. sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi isə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən **********6-12301 reyestr nömrəli çıxarışla Cavabdeh Oqtay oğlunun xüsusi mülkiyyətindədir. Torpaq sahəsi onun adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Yerində müayinə zamanı müəyyən olundu ki, Hamı̇ dov Cəlal Əli oğlunun icarəsində olan torpaq sahəsi yolun kənarında yerləşir Cavabdeh Oqtay oğlunun mülkiyyətində olan torpeq sahəsi isə ondan aşağı hissədə yerləşir və torpaq sahələri arasında hasar mövcud deyil. Hazırda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçı Hamı̇ dov Cəlal Əli oğlunun razılığı alınmadan, onun faktiki istifadəsində olan 871 kv.m. torpaq sahəsi ilə Cavabdeh Oqtay oğlunun mülkiyyətində olan torpaq sahəsinin ərazi sərhədlərində (ünvan 2 ünvanları kəsişməsində) yerləşən hasarın Cavabdeh Oqtay oğlu tərəfindən uçurdulması (sökülməsi) hərəkətlərinin qanunsuz hesab edilməsi və onun pul vəsaiti hesabına həmin daş hasarın bərpa edilməsi; Cavabdeh Hamı̇ dov Cəlal Əli oğlunun əmlak hüquqlarına qarşı etdiyi qanunsuz hərəkətlərinə görə 1000 manat maddi və 3000 manat mənəvi zərərin ödənilməsi; məhkəmə məsrəfləri olan 100 manat dövlət rüsumunun, sənədlərin surətlərinin notariat qaydada təsdiqinə və poçt xidmətinə görə ödənilmiş 50 manatın, 330 manat hüquqi xidmət haqqının Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
26. 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın.
27. 176.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.
28. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:
Qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının:
8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
Məhkəmənin mövqeyi:
30. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.
31. Belə ki, məhkəmə iddia tələbinin “iddiaçı Hamı̇ dov Cəlal Əli oğlunun faktiki istifadəsində olan 871 kv.m. torpaq sahəsi ilə Cavabdeh Oqtay oğlunun mülkiyyətində olan torpaq sahəsinin ərazi sərhədlərində (ünvan 2 ünvanları kəsişməsində) yerləşən hasarın Cavabdeh Oqtay oğlu tərəfindən uçurdulması (sökülməsi) hərəkətlərinin qanunsuz hesab edilməsi və onun pul vəsaiti hesabına həmin daş hasarın bərpa edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin qeyd olunan hissəsi aşağıdakılara əsasən təmin edilməməlidir.
32. Məhkəmə araşdırması zamanı təyin olunmuş yerində müayinə zamanı müəyyən edilmişdir ki, B.Çobanzadə küçəsinin kənarında olan boş sahə (heç bir tikili yoxdur) ilə ondan aşağıda olan Cavabdeh Oqtay oğluna çıxarışla məxsus olan torpaq sahəsi arasında hasar müəyyən olunmadı, həmçinin Cavabdeh Oqtay oğluna məxsus olan torpaq sahəsində gözətçi otağının tinindən olan hasar hansı ki, iddiaçı tərəfindən 40 kv.m. kimi qeyd olunur, sökülmüşdür.
33. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-112/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə ünvan 14 ünvanında yerləşən və tərəflərə məxsus torpaq sahələrini biribirindən ayıran daş hasar onun sökülmüş hissəsində bərpa edilməsi və hasarın bərpasının həyata keçirilməsi X7 üzərinə qoyulması qət edilmişdir.
34. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Həmidov Cəlal Əli oğlunun "xxxx" KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m hissəsindən çıxarılması qət edilmişdir. Qətnamənin icrası zamanı həmin daş hasar sökülmüşdür. Qeyd olunanlardan belə nəticəyə gəmək olur ki, tərəflərə məxsus torpaq sahələrini ayıran daş hasar Cavabdeh Oqtay oğlu tərəfindən sökülməmişdir. Cavabdeh Oqtay oğluna məxsus torpaq sahəsinin 40 kv.m hissəsindən Hamı̇ dov Cəlal Əli oğlunun çıxarılması barədə məhkəmə qətnaməsi icra edilən zaman sökülmüşdür.
35. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-76/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, sözügedən xx.xx.2018-ci il tarixli qətnamə icra edilmiş, “icraata xitam verilməsi barədə” xx.xx.2020-ci il tarixli icra məmurunun qərarı ilə icra sənədi tam şəkildə icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. İşdə olan "xxxx" Kollektiv Müəssisəsinin direktoru Oktay Əliyevin (iddiaçının atası) Bakı Şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda icra sənədi tam icra olunduğu üçün icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur.
36. İddiaçının vəkili və nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 112/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə ünvan 14 ünvanında yerləşən və tərəflərə məxsus torpaq sahələrini biri-birindən ayıran daş hasar onun sökülmüş hissəsində bərpa edilməsi və hasarın bərpasının həyata keçirilməsi X7 üzərinə qoyulmasına münasibətdə bildirmişdir ki, həmin qətnamə icra olunmuşdur və “icraata xitam verilməsi barədə” xx.xx.2020-ci il tarixli icra məmurunun qərarı ilə icra sənədi tam şəkildə icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir.
37. Lakin qəbul olunmuş qətnamələrə diqqət yetirilsə “icraata xitam verilməsi barədə” xx.xx.2020-ci il tarixli icra məmurunun qərarı ilə icra sənədi tam şəkildə icra olunduğundan icra sənədi üzrə icraata xitam Bakı Apellyasiya Məhkəməsinin 2(103)-112/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi üzrə qəbul olunmayıb.
38. Göründüyü kimi “icraata xitam verilməsi barədə” xx.xx.2020-ci il tarixli icra məmurunun qərarı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə qəbul olunmuşdur. Belə ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Həmidov Cəlal Əli oğlunun "xxxx" KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m hissəsindən çıxarılması qət edilmişdir. Qətnamənin icrası zamanı həmin daş hasar sökülmüşdür. Qeyd olunanlardan belə nəticəyə gəmək olur ki, tərəflərə məxsus torpaq sahələrini ayıran daş hasar Cavabdeh Oqtay oğlu tərəfindən sökülməmişdir. Cavabdeh Oqtay oğluna məxsus torpaq sahəsinin 40 kv.m hissəsindən Hamı̇ dov Cəlal Əli oğlunun çıxarılması barədə məhkəmə qətnaməsi icra edilən zaman sökülmüşdür.
39. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-112/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə ünvan 14 ünvanında yerləşən və tərəflərə məxsus torpaq sahələrini biri-birindən ayıran daş hasar onun sökülmüş hissəsində bərpa edilməsi və hasarın bərpasının həyata keçirilməsi X7 üzərinə qoyulması barədə qətnamə üzrə icra sənədinin icra olunub-olunmaması barədə iddiaçı məhkəməyə heç bir sübüt təqdim etməmişdi.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Odur ki, məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh hesabına daş hasarın bərpa edilməsi hissəsində təmin edilə bilməz.
42. Məhkəmə iddia tələbinin “Cavabdeh Hamı̇ dov Cəlal Əli oğlunun əmlak hüquqlarına qarşı etdiyi qanunsuz hərəkətlərinə görə 1000 manat maddi və 3000 manat mənəvi zərərin ödənilməsi; məhkəmə məsrəfləri olan 100 manat dövlət rüsumunun, sənədlərin surətlərinin notariat qaydada təsdiqinə və poçt xidmətinə görə ödənilmiş 50 manatın, 330 manat hüquqi xidmət haqqının Cavabdeh tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının bu tələbi əsas tələbdən törəmə tələb olduğu üçün təmin edilməməlidir.
43. Həmçinin məhkəmə iddia tələbinin “3000 manat mənəvi zərərin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu hissədə tələbini əsaslı edəcək sübut təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Göründüyü kimi, mənəvi zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir. Lakin iddiaçı onun fiziki və mənəvi sarsıntılar keçirməsini və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir.
Məhkəmə baxışının hədləri:
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
45. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
46. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Hamı̇ dov Cəlal Əli oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh Oqtay oğluna qarşı "hasarın bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir.
47. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı Hamı̇ dov Cəlal Əli oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh Oqtay oğluna qarşı "hasarın bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumları iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova