Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1004/2022 22.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X12 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Rzayeva Sevtlana Nikolayevnanın Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Rzayeva Sevtlana Nikolayevna Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini zəbt edib və tələb etmələrinə baxmayaraq, qeyri-yaşayış sahəsindən çıxmaqdan imtina edir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən 24.07.2019-cu il tarixdə verilən ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindir. Cavabdeh barəsində nəlumat əldə etmək üçün Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə ünvanladıqları məktuba verilən 20 oktyabr 2021-ci il tarixli 01/5828 saylı cavabda göstərilir ki, Cavabdeh ailə üzvləri ilə birgə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 11 saylı evin qeyri-yaşayış obyektində, Sumqayıt şəhəri, 3-cü mikrorayon ev 4/2, mənzil 11-də və ünvan 2 ünvanlarında kommunal qeydiyyatda olmaqla müvəqqəti məskünlaşıb və məcburi köçkünlər üçün inşa edilən yeni yaşayış məntəqələrində mənzillə təmin olunmayıb. Lakin, həmin cavab məktubunda eyni zamanda bildirilir ki, Ağdam rayonundan məcburi köşkünlər X9, X6, X7 və Cavabdeh ailə üzvləri ilə birgə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 11 saylı evin qeyri-yaşayış obyektində kommunal qeydiyyatda olmaqla müvəqqəti məskünlaşıblar. Dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə X9 övladları - X6 və X7 ilə birgə cəmi 3 ( üç ) nəfər olmaqla 26 iyul 2018-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Qobu park” yaşayış kompleksində yerləşən 4 saylı binanın 8 nömrəli 2 otaqlı mənzili ilə təmin olunub. Bundan əlavə həmin məktubda göstərilir ki, Cavabdeh övladı - X8 Sumqayıt şəhərində valideynlərinin kommunal qeydiyyatda olduğu mənzillərdə və digər müxtəlif ünvanlarda daimi qeydiyyatda olduğu aşkarlanıb. Cavab məktubundan göründüyü kimi bu ailə dövləti aldatmaqla məşğuldur. Eyni zamanda 3 yerdə neçə qeydiyyatda olmaq olar? Necə olur ki, yaşayış sahəsinin yaxşılaşdırılması ilə bağlı ailə 26.07.2018-ci ildə mənzil alır, qeyri-yaşayış sahəsi təhvil verilir, lakin, Cavabdeh geri qayıdaraq qeyri-yaşayış sahəsini zəbt edir və Qaçqınların və X5 üzrə Dövlət Komitəsi öz məktubunda onu mənzil alan ailə üzvlərinin siyahısında göstərmir. Belə ola bilməz və mənzil şəraiti yaxşılaşdırılan Cavabdeh zəbt etdiyi qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Cavabdeh barəsində əlavə məlumat əldə etmək üçün Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bakı şəhər Nizami rayon sektoruna ünvanladığı məktubuna verilən 06 yanvar 2021-ci il tarixli 0925 saylı cavabda isə göstərilir ki, Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Nizami rayon üzrə nümayəndəliyində mövcud olan siyahılarda Ağdam rayonundan məcburi köçkün Cavabdeh haqqında heç bir məlumat yoxdur. Yuxarıda göstərilənlərdən görünür ki, Cavabdeh məcburi köçkün statusundan istifadə edərək, eyni zamanda bir neçə ünvanda kommunal qeydiyyatda olmaqla həmin ünvanlara görə dövlətdən eyni zamanda bir neçə yardım alır və 26 iyul 2018-ci ildə mənzil almaqlarına baxmayaraq əlavə yeni mənzil almaq da iddiasındadır. Cavabdeh məcburi köçkün statusundan istifadə etməklə iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən çıxmaması qanunsuzdur. Bundan əlavə, Cavabdeh tərəfindən iddiaçıya maddi zərər də vurulub. Belə ki, 26 iyul 2018-ci il tarixdən bu günə kimi iddiaçı, qeyri-yaşayış sahəsini icarəyə vermiş olsa idi qazanc əldə edə bilərdi. Həmin məbləğ iddiaçının əlindən çıxmış faydadır. İddiaçının əldə etdiyi şifahi məlumata görə həmin ünvanda qeyri-yaşayış sahələrinin bir aylıq icarə haqqı 200-250 manatdır. Orta məbləğ 235 manat edir. 26 iyul 2018-ci il tarixdən bu günə kimi olan müddət 3 il 6 aydır, yəni 42 ay, bu da cəmi 9870 manat təşkil edir. Göstərilən dövr ərzində Cavabdeh tərəfindən iddiaçıya 9870 manat maddi zərər vurulub və həmin məbləğ iddiaçının əlindən çıxmış faydadır. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, 9870 manat məbləğində əldən çıxmış faydanın və ödənilən 120 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxırılsın. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,qeyd olunan qeyri-yaşayış sahəsi qanunsuz olaraq iddiaçıya satılıb, həmin alqı-satqı aparılan zaman onlar oraya dəvət olunmalı idi, onların razılığı alınmalı idi, lakin bunların heç biri olunmayıb. Bu da, ona əsas verir ki, həmin alqı-satqının mötəbərliyinə şübhə ilə yanaşılmalıdır. Bundan əlavə onu da, qeyd edir ki, o, ailə üzvləri ilə birlikdə həmin sahədə yaşayır, onların başqa yaşayış yerləri yoxdur, başqa mənzillə təmin olunacaqları halda, bu sahəni boşaltmağa etiraz etmirlər. Odur ki, qeyd olunanları nəzərə alıb, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarasınız.. Cavabdeh, onun nümayəndəsi Nümayəndə da eyni məzmunlu izahat verərək iddianın rədd olunmasını xahiş etdi. 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə öz nümayəndəsini göndərməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsini tələblərini rəhbər tutaraq 3-cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı adına 24.07.2019-cu il tarixdə ********* reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki,cavabdeh və onun ailə üzvləri Ağdam rayonunun Muradbəyli sahəsindəki 351 saylı evdə qeydiyyatdadırlar. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh ilə X3 21.07.2016cı il tarixdə 4 saylı “ASAN XİDMƏT”Mərkəzinin qeydiyyat şöbəsində 833 sayla rəsmiləşdirilmiş nikah bağlamışlar.Nikah bağlanan zaman Yusifova Kamilə “Cəfərova”soyadını qəbul etmişdir. Məcburi köçkün vəsiqələrindən görünür ki, Cavabdeh Ağdam rayonundan, X1 rayonundan məcburi köçkündürlər. Abonent sənədlərdən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzrə kommunal xidmətlər Cavabdeh adna sənədləşdirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsindən iddiaçıya ünvanlanmış 20.10.2021-ci il tarixli məktubda qeyd olunur ki, Cavabdeh ailə üzvləri ilə birgə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 11 saylı evin qeyri-yaşayış obyektində, Sumqayıt şəhəri, 3-cü mikrorayon ev 4/2, mənzil 11-də və ünvan 2 ünvanlarında kommunal qeydiyyatda olmaqla müvəqqəti məskünlaşıb və məcburi köçkünlər üçün inşa edilən yeni yaşayış məntəqələrində mənzillə təmin olunmayıb. Məhkəmədə işə baxılarkən tərəflərin iştirakı ilə mübahisəli qeyri yaşayış sahəsi yerində müayinə olunmuşdur.Baxış zamanı sözü gedən qeyri-yaşayış sahəsi Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsi 11 saylı evin birinci mərtəbəsində müəyyən olundu. Həmin sahənin dəmir qapısı Cavabdeh olan açarla açıldı. Girişdə mətbəxə bənzər otaq, sanitar qovşaq və ayrıca bir otaq müəyyən olundu. Mətbəxdə olan soyuducu cərəyana qoşulu deyildi, sanitar qovşağın yanında olan rəflər boş idi, ayraca otaqda olan servant boş idi hər hansı bir əşya qoyulmamışdı. Eyni zamanda geyim əşyaları, yorğan dövşək aşkar olunmadı. Sədrlik edənin sualına cavab verən cavabdeh Cəfərov həmin sahədə yaşadıqlarını bildirsə də, qeyri-yaşayış sahəsində yaşayış əlamətlərinin olmadığı müəyyən olundu. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın İşin hallarından görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı adına 24.07.2019-cu il tarixdə ********* reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatından keçmişdir. Lakin cavabdeh qeyd olunan qeyri-yaşayış sahəsini zəbt etməklə mülkiyyətçinin öz əmlakından sərbəst şəkildə istifadə etməsinə məhdudiyyət yaradır. Mübahisəli qeyri yaşayış sahəsinin yerində müayinəsi zamanı cavabdehin və onun ailə üzvlərinin orada yaşamadıqları müəyyən olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsindən iddiaçıya ünvanlanmış 20.10.2021-ci il tarixli məktubun məzmunundan da görünür ki, Cavabdeh ailə üzvləri ilə birgə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 11 saylı evin qeyri-yaşayış obyektində, Sumqayıt şəhəri, 3-cü mikrorayon ev 4/2, mənzil 11-də və ünvan 2 ünvanlarında kommunal qeydiyyatda olmaqla müvəqqəti məskünlaşmışdır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və Cavabdeh oğlu iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə 9870 manat məbləğində əldən çıxmış faydanın tələb olunması hissəsində iddianı əsaslı hesab etmir.Belə ki,iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azaddır.Ona görə də ödənilən 120 manat dövlət rüsumunun cavabdehdən təmin olunması hissəsində də iddia təmin oluna bilməz. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı, Cavabdeh oğlu ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsindən çıxarılmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh oğlu ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-1004/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1004/2022
22.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver