Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1032/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Paşayeva Səbinə Etibar qızının katibliyi, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 50 saylı notariat ofisinə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və Yasamal Rayon İcra Şöbəsinə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, icra qeydinin ləğv edilməsi, mənzilin hərracda satılması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci ildə Bakı şəhəri 50 saylı Notariat Kontorunda Kredit müqaviləsi və yenə xx.xx.2020-ci ildə Bakı şəhəri 50 saylı Notariat Kontorunda iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, X7, ev 24b, mənzil Gir-2, M.98 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan mənzilin ipotekaya qoyulmasına dair ipoteka müqaviləsi bağlanmışdır. Hesab edir ki, hər iki müqavilə qanunvericiliyin imperativ normalarına zidd olduğu üçün etibarsızdır. Bundan başqa həmin Kredit Müqaviləsi və İpoteka Müqaviləsi əsasında Cavabdeh1 Bakı şəhəri, Nizami rayonunda yerləşən 50 saylı Notariat Kontorunda 80.020 manatın iddiaçıdan tələb olunması ilə bağlı xx.xx.2021-ci il tarixli 8İ-6726 saylı İcra Qeydini tərtib etdirib və həmin İcra Qeydi əsasında Yasamal rayon icra şöbəsinin sifarişi ilə da "xxxx" MMC Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, X7, ev 24b, mənzil Gir-2, M.98 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan mənzilin 145.000 manat satış qiyməti ilə hərraca çıxarılmışdır. Hesab edir ki, aşağıdakı fakt və sübutlar əsasında həmin icra qeydi də ləğv edilməlidir. Bu normalardan məlum olduğu kimi, faiz əsası ilə pulun borc verilməsi Bank krediti müqaviləsi adlanır və bu fəaliyyət ilə təkcə lisenziyaya malik olan banklar və ya digər kredit təşkilatları məşğul ola bilər. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci ildə Bakı şəhəri 50 saylı Notariat Kontorunda Kredit müqaviləsi üzrə 80.000 manat borc pulun verildiyi göstərilsə də, əslində Cavabdeh1, iddiaçı X1 60.000 manat borc verib. Lakin iddiaçı X3, həmin müqaviləyə görə Cavabdeh1 xx.xx.2021-ci il tarixində 80.000 manat pul qaytarmalıdır. Yəni tərəflər faktiki olaraq 20.000 manat pulun borc verilmiş 60.000 manat pulun 6 aylıq faizi olduğunu qərarlaşdırblar. Bu durum məhz həm Mülki Məcəllənin borc pulun verilməsi ilə bağlı imperativ tələblərə zidd olduğu kimi, həm də qanunvericiliyin peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəalarını da pozur. Ona görə də hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci ildə Bakı şəhəri 50 saylı Notariat Kontorunda Kredit müqaviləsi etibarsızdır. Bundan başqa həmin Kredit müqaviləsində olan 80.000 manat pulun borc verildiyi şərti də uydurma, yalan əqddir. Hesab edir ki, həmin Kredit müqaviləsinə 80.000 manat yazmaqla tərəflər aralarında razılaşdıqları 20.000 manatlıq faizi pərdələyiblər. Bu səbəblə həmin Kredit müqaviləsi etibarsızdır. Buradan məlum olduğu kimi, ipoteka qoyanın əsas öhdəliyinin əmələ gəldiyi Kredit Müqaviləsi etibarsız olarsa əsas öhdəliyinin icrasının təmin edilməsi üçün verilmiş əlavə (aksessor) əşya hüququ olan ipoteka hüququnu nəzərdə tutan İpoteka Müqaviləsi də etibarsız olur. Qeyd edilənlərdən məlum olduğu kimi, tərəflər arasında olan Kredit müqaviləsi etibarsızdır. Bu səbəblə həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi bağlanmış ipoteka müqaviləsi də təbii ki, etibarsız olacaqdır. Çünki mövcud olmayan bir öhdəliyin ipoteka müqaviləsi ilə təmin etmək mümkün deyildir. Hesab edir ki, həmin İpoteka müqaviləsi qanunvericiliyin bu qeyd edilən imperativ tələblərinə cavab vermir. Məlum olduğu kimi, Cavabdeh1 Bakı şəhəri Nizami rayonunda yerləşən 50 saylı Notariat Kontorunda 80.000 manatın iddiaçıdan tələb olunması ilə bağlı xx.xx.2021-ci il tarixli 8İ- 6726 saylı İcra Qeydini tərtib etdirib. Hesab edir ki, həmin icra qeydi qanunvericiliyin tələbləri pozularaq tərtib olunub, ona görə də ləğv edilməlidir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsi və İpoteka müqaviləsi etibarsızdır. Bu səbəblə hesab edir ki, həmin etibarsız Kredit Müqaviləsi əsasında verilmiş 8İ-6726 saylı İcra Qeydi ləğv olunmalıdır. İkincisi: İcra qeydi adiyyat qaydaları pozularaq verilib. Məlum olduğu kimi, həmin icra qeydi Bakı şəhəri Nizami rayonunda yerləşən 50 saylı Notariat Kontoru tərəfindən tərtib olunub. Borclunun olduğu yer isə, Bakı şəhəri Yasamal rayonudur. Notariat haqqında qanunun 76-cı maddəsinin 1-ci abzasında deyilir ki, “Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır”. Buradan məlum olduğu kimi, 50 saylı Notariat Kontoru icra qeydini tərtib edərkən aidiyyat qaydalarını da pozub. Ona görə də həmin İcra qeydi ləğv edilməlidir. Üçüncüsü: İcra qeydi tərtib edilmədən əvvəl iddiaçıya bildiriş göndərilməyib. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiqedilməsi barədə AR NK-nin xx.xx.2000-ci il tarixli 167 saylı Qərarının 161-ci bəndinin 3-cü hissəsində deyilir ki, “Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir”. Belə bir bildiriş və ya İcra qeydini özü Cavabdeh1 və 50 saylı Notariat Kontoru tərəfindən iddiaçıya göndərilməyib. İddiaçı belə İcra qeydi olduğunu və onun əsasında icra işinin başlandığını Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu İsmayıl İsmayılovdan bildiriş aldıqdan sonra məlumatı olub. Məhz Yasamal Rayon İcra Şöbəsinin sifarişi əsasında Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2 Bakı şəhəri 50 saylı Notariat Kontorunun xx.xx.2021-ci il tarixli 8İ-6726 saylı 80.000 manat pul tələbli İcra Qeydinin əsasında iddiaçıya məxsus Bakı Şəhəri, Yasamal rayonu, X7, ev 24b, mənzil Gir-2, M.98 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan mənzil 145.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmışdır. Dördüncüsü: İcra qeydi mübahisəli tələb ilə bağlı verilib. Həmin icra qeydi ilə cavabdeh 80.020 manat pul tələb edir. Qeyd edək ki, iddiaçının, Cavabdeh1 qalan borcu qətiyyən 80.000 manat deyil, 40.000 manatdan belə azdır. Belə ki, iddiaçı almış olduğu pulun böyük bir əksəriyyətini cavabdehə ödəyib. Lakin Cavabdeh1, iddiaçıdan həmin icra qeydi ilə 80.020 manat pul tələb edir. Buradan məlum olduğu kimi, cavabdehin tələb etdiyi 80.020 manat pul mübahisəlidir. Hesab edir ki, həmin İcra qeydi tərtib olunarkən 50 saylı Notariat Kontoru “Notariat haqqında” qanunun 76-cı maddəsinin 2-ci abzasını pozub. Bütün bu qanun pozuntularına baxmayaraq Yasamal Rayon İcra Şöbəsinin sifarişi əsasında Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2 Bakı şəhəri 50 saylı Notariat Kontorunun xx.xx.2021-ci il tarixli 8İ-6726 saylı 80.000 manat pul tələbli İcra Qeydinin əsasında iddiaçıya məxsus Bakı Şəhəri, Yasamal rayonu, X7, ev 24b, mənzil Gir-2, M.98 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan mənzil 145.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmışdır. Bundan başqa qeyd edilən qanun pozuntulara baxmayaraq Respublika Xammal Və Əmtəə Birjasının Cavabdeh2 Bakı şəhəri 50 saylı Notariat Kontorunun xx.xx.2021-ci il tarixli 8İ-6726 saylı 80.000 manat pul tələbli İcra Qeydinin əsasında iddiaçıya məxsus Bakı Şəhəri, Yasamal rayonu, X7, ev 24b, mənzil Gir-2, M.98 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan mənzil 145.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarması da qəbul edilməzdir. Belə ki, elementar bir axtarış aparılsa məlum olacaq ki, Bakı Şəhəri, Yasamal rayonu, X7, ev 24b, mənzil Gir-2, M.98 ünvanında yerləşən, ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan mənzilin ən minimum qiyməti 170.000 manatdır. Lakin buna baxmayaraq cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2 tərəfindən həmin mənzilin 145.000 manat qiymətlə satışa çıxarılması iddiaçının mülkiyyət hüququnun kobud pozulmasıdır. Həmin pozuntunun aradan qaldırıla bilməsi üçün Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2 Bakı Şəhəri 50 saylı Notariat Kontorunun xx.xx.2021-ci il tarixli 8İ-6726 saylı 80.000 manat pul tələbli İcra Qeydinin əsasında iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, X7, ev 24b, mənzil Gir-2, M.98 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan mənzil 145.000 manat ilkin satış qiyməti ilə tutma yönəldilərək hərracda satılması barədə xx.xx.2021-ci il tarixli qərarı (sərəncamı, bildirişi) ləğv edilməsi zəruridir. Göstərilənləri nəzərə alaraq, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixində Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixində Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, X7, ev 24b, mənzil Gir-2, M.98 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan mənzilin ipotekaya qoyulmasına dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin həbsdən (ipotekadan) azad edilməsi, Bakı şəhəri 50 saylı Notariat Kontoru tərəfindən İddiaçı 80.020 manat pulun tutulmasına dair xx.xx.2021-ci il tarixli 8İ-6726 saylı İcra Qeydinin ləğv edilməsi, cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, X7, ev 24b, mənzil Gir-2, M.98 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan mənzilə tutma yönəldilərək hərracda satılması barədə xx.xx.2021-ci il tarixli qərarının (sərəncamı, bildirişi) ləğv edilməsi, buna dair hərəkətlərin qanunsuz hesab edilməsi, hüquqi xidmət üçün ödənilən 300 və 110 manat dövlət rüsumu, cəmi 410 manat pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixində Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixində Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, X7, ev 24b, mənzil Gir-2, M.98 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan mənzilin ipotekaya qoyulmasına dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin həbsdən (ipotekadan) azad edilməsi, Bakı şəhəri 50 saylı Notariat Kontoru tərəfindən İddiaçı 80.020 manat pulun tutulmasına dair xx.xx.2021-ci il tarixli 8İ-6726 saylı İcra Qeydinin ləğv edilməsi və hüquqi xidmət üçün ödənilən 300 və 110 manat dövlət rüsumu, cəmi 410 manat pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ərizə təqdim edərək, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2 cavabdeh, Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsini isə üçüncü şəxs siyahısından çıxardılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, o, Cavabdeh1 80.000 manat pul götürmüş, lakin 29.400 manatını qaytarmışdır. Pulu öz tanışı vasitəsi ilə evi ipotekaya qoyaraq götürmüşdür. Pul Anarın öz puludur. Sürəyya adlı bir qadın demişdir ki, “sizə ipoteka götürəcəm”. İpoteka gecikdiyi üçün bir aylıq borca pul götürmüşdür. Borcun 20.000 manatını notariusda dərhal qaytarmışdır. 6000 manatı isə Sürəyya adlı qadına vermişdir. Ev onundur, çıxarış var. Evi girov qoymuşdur və evi hazırda az dəyərləndirirlər. Sürəyya işləmir, alqı-satqı ilə məşğul olur. Bu işi bilərəkdən, dekabr ayınadək uzatmışlar, ev dekabrda "xxxx" MMC-yə verilmişdir, onlar da dərhal hərraca çıxarmışlar. Ev 92.000 manata satılıb, onun evini heç kəs dəyərləndirməyib. Müqavilə xx.xx.2020-ci il tarixdə 6 ay müddətinə 4%-lə bağlanılıb. X9 tanış edib. Həmin pulları notariusda əlbəəl qaytarmışdır. 80.000 manatı kassadan götürmüşdür, 20.000 manatı qaytardığına dair isə qəbz yoxdur. İddianın təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan mülki işin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edib, ərizənin məzmunu ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyib, izahatında bildirdi ki, pulu tərəf depozitə qoymuşdur. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən, pul vəsaitinin verilməsi və geri qaytarılması notariusun depozit hesabı vasitəsi ilə həyata keçirilir. Tərəfin pulun qaytarılmasına dair heç bir sübutu yoxdur, varsa təqdim etməsini xahiş edir, iddiaçı 80.000 manatdan heç nə qaytarmayıb. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Borc verən” Cavabdeh1 ilə “Borc alan” İddiaçı arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmaqla reyestrdə 3M-924 nömrə ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1-ci bəndinə əsasən, Borc verən Borc alana 80.000 manat məbləğində pul borc verir. 2-ci bəndinə əsasən, Borc alan krediti xx.xx.2021-ci il tarixinədək Borc verənə qaytarmağı öhdəsinə götürür. 3-cü bəndinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. 4-cü bəndinə əsasən, hazırkı borc müqaviləsi üzrə pul vəsaitinin verilməsi və geri qaytarılması notariusun depozit hesabı vasitəsi ilə həyata keçirilir. 8-ci bəndinə əsasən, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən 20 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. - “İpoteka saxlayan” Cavabdeh1 ilə “İpoteka qoyan” İddiaçı arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmaqla reyestrdə 3M-925 nömrə ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X7, ev 24b, mənzil Gir-2, M.98 əmlakını xx.xx.2020-ci il tarixli 3M-924 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən, ipoteka predmeti Bakı şəhəri, Yasamal rayonu, X7, ev 24B, mənzil Giriş-2, M.98 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan mənzildir. 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri “ipoteka qoyan”ın və “ipoteka saxlayan”ın razılığına əsasən 100.000 manat müəyyən edilmişdir. 9.6-cı bəndinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi məhkəməyə müraciət edilmədən notariusun icra qeydi əsasında həyata keçirilir. 9.7-ci bəndinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi və satılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X7, ev 24B, mənzil Giriş-2, M.98 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan mənzil tam payda İddiaçı məxsusdur və reyestrdə xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeyd edilmişdir. - Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Yasamal Rayon İcra Şöbəsinə, Cavabdeh1 və İddiaçı ünvanlanmış “Hərracın keçirilməsinə dair” 28 dekabr 2021-ci il tarixli 01 nömrəli bildirişinin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı şəhəri 50 saylı Notariat Kontorunun 8İ-6726 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqi üzrə ipoteka qoyulan Bakı şəhəri, Yasamal rayonu, X7ndə yerləşən 24B saylı evin 2-ci girişində 98 saylı mənzilinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. Hərrac 21 yanvar 2022-ci il tarixdə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) açıq hərrac formasında, MMC-nin yerləşdiyi ünvanda keçiriləcəkdir, mənzilin ilkin satış qiyməti 145.000 manat məbləğində müəyyən edilmişdir. - Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş və reyestrdə 8İ-6726 nömrə ilə qeyd edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, İddiaçı ümumilikdə 80.020 manat pul tutularaq Cavabdeh1 xeyrinə ödənilməlidir. - Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusunun 8İ-6726 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu İddiaçı 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi bildirilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 197/21 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, 98 saylı mənzilin real bazar dəyəri 145.000 manat təşkil edir. - 186819/17 nömrəli sifarişdən görünür ki, Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən 8İ-6726 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı məxsus girov verilmiş əmlak- Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, 98 saylı mənzil (ilkin satış qiyməti: 145.000 manat) barədə hərracın keçirilməsi üçün "xxxx" MMC-yə sifariş ünvanlanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borc alan 80.000 manat məbləğində pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bununla yanaşı, tərəflər arasında Bakı şəhəri 50 saylı notariat ofisində həmin tarixdə ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X7, ev 24B, mənzil Giriş-2, M.98 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan mənzili xx.xx.2020-ci il tarixli 3M-924 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Sözügedən ipoteka müqaviləsi ilə ipoteka predmetinin dəyəri “ipoteka qoyan”ın və “ipoteka saxlayan”ın razılığına əsasən 100.000 manat müəyyən edilmiş, həmin müqavilənin 9.6-cı bəndinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi məhkəməyə müraciət edilmədən notariusun icra qeydi əsasında həyata keçirilir. Hər iki müqavilə üzrə tərəflərə hüquq və vəzifələri, o cümlədən müqavilə üzrə hüquqi məsuliyyətləri izah edilmişdir. Hazırkı iş üzrə İddiaçı Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcu ödəmədiyindən, cavabdehin müraciəti əsasında borcun tutulmasının təmin edilməsi məqsədilə Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən reyestrdə 8İ-6726 nömrə ilə qeyd edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli icra qeydi verilmiş və icra qeydinə əsasən İddiaçı ümumilikdə 80.020 manat pulun tutularaq Cavabdeh1 xeyrinə ödənilməsi əks olunmuşdur. Qanunvericilikdə müəyyən olunmuş qaydada icra sənədinin icrası borclu tərəfindən təmin edilmədiyindən, borcun tutulması kreditin təminatı olaraq göstərilmiş ipoteka predmetinə, yəni borclunun mülkiyyətində olan mənzilə yönəldilmiş, icra məmurunun sifarişi əsasında mənzilin qiymətləndirilməsi aparılmış və mənzilin açıq hərracdan satılması Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə həvalə edilmişdir. Hazırda iddiaçı, yuxarıda qeyd olunan kredit müqaviləsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin notariusun icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbinin “kredit müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi əsasında cavabdehin hazırkı iddiaçıya qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilənlərlə müəyyən edildi ki, tərəflər arasında olan xx.xx.2020-ci il tarixli kredit (borc) müqaviləsi (əqd) yazılı (notarial) qaydada bağlanmış, həmin müqavilə (əqd) müqavilə tərəfləri sayılan İddiaçı və Cavabdeh1 özləri tərəfindən imzalanmış, müqavilə Bakı şəhər 50 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi əsasında hazırkı İddiaçı Cavabdeh1 80.000 manat borc pul almış, tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquq münasibətləri yaranmış, onlar arasında notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi mövcud olmuşdur, borc verənin xəbərdarlıqlarına əhəmiyyət verməyən borc alan borcunu qaytarmamışdır, bununla Cavabdeh1 tələb hüququ yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.4-ci maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 270.2-ci maddəsinə əsasən, bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. İddia tələbinin “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi həmin tarixli 3M- 924 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bağlanmış və borcun təminatı kimi iddiaçı ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X7, ev 24B, mənzil Giriş-2, M.98 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan mənzili ipoteka saxlayan hazırki Cavabdeh1 xeyrinə ipoteka ilə yüklü etmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddianın ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində də təmin edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırda iddiaçının mübahisələndirdiyi icra qeydinin verilməsinə əsas tərəflər arasında bağlanmış kredit müqaviləsi olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri 50 saylı notariat ofisi qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh1 təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirərək, ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi borcluya göndərmiş, lakin borclu öhdəliyini icra etməmişdir. Bundan sonra, yəni xx.xx.2021-ci il tarixdə notariat ofisinin notariusu tərəfindən icra qeydi aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-1032/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1032/2022
17.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver