Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-107/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin açıq hərracdan satılaraq satış pulun mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “avtomobilin açıq hərracdan satılaraq satış pulun mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kia Sportage” markalı 90-RT416 dövlət qeydiyyat nişanlı avtomaşının açıq hərracdan satılması və satış pulu həmin avtomaşının mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-1839/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertin rəyi məhkəməyə təqdim edilənədək icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmişdir. Mülki işin məhkəmə baxışı zamanı tərəflər məhkəməyə ərizə ilə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və bu barədə qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında “Kia Sportage” markalı 90-RT416 dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılaraq satış pulun iddia və cavabdeh arasında bölünməsi bağlı mübahisə vardır, məhkəməyə təqdim edilmiş barışıq razılaşmasına əsasən tərəflər aralarında olan həmin mülki mübahisəni barışıq razılaşmasında qeyd etdikləri qaydada həll etməklə hazırkı işin icraatına xitam verilməsini xahiş edirlər. Həmin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata həmin hissədə xitam verilməlidir. O cümlədən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan "xxxx" MMC-nin LP-154/2023 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, aparılmış tətqiqatı dəyəri uyğun olaraq 200 manat təşkil etmişdir. Bundan əlavə, işdə olan xx.xx.2023-ci il tarixli 9/8339 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizasının dəyəri tərəflərə aid edilməklə, bərabər qaydada tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “avtomobilin açıq hərracdan satılaraq satış pulun mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair e-2(007)-107/2024 saylı mülki iş üzrə tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin:
1. Kazımov İddiaçı Rəna Xalis qızına qarşı birgə nikah dövründə əldə edilmiş 2012-ci il buraxılışlı “Kia Sportage” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobildəki (22000 AZN (likvid dəyəri 19800 AZN)) 1/2 hissədə payının dəyəri olan 11000 AZN (likvid dəyəri 9900 AZN) tələbi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-439/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (ünvan 1 ünvanında yerləşən mənzilin təmirinə çəkilmiş xərclərinin əvəzinin ödənilməsi barədə) X2 hüquqi varisi Nümayəndə2 ödəməli olduğu 9011,50 AZN və məhkəmə xərcləri 108 AZN olmaqla, ümumilikdə 9119,5 AZN pul tələbinin qarşılıqlı əvəzləşdirilməsinə razıdır, 2012-ci il buraxılışlı “Kia Sportage” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilə dair gələcəkdə hər hansı iddiası və tələbi olmayacaq.
2. Nümayəndə2 Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-439/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (ünvan 1 ünvanında yerləşən mənzilin təmirinə çəkilmiş xərclərinin əvəzinin ödənilməsi barədə) X3mm hüquqi varisi kimi Cavabdeh qızma ödəməli olduğu 9011,50 AZN və məhkəmə xərcləri 108 AZN olmaqla, ümumilikdə 9119,5 AZN pul vəsaitinin qardaşı İddiaçı iddia tələbi ilə (birgə nikah dövründə əldə edilmiş 2012ci il buraxılışlı “Kia Sportage” minik markalı, ** RT *** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobildəki (22000 AZN (likvid dəyəri 19800 AZN)) ½ hissədə payının dəyəri olan 11000 AZN (likvid dəyəri 9900 AZN) qarşılıqlı əvəzləşdirilməsinə razıdır, gələcəkdə hazırki mübahisə ilə bağlı heç bir tələbi olmayacaq.
3. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-439/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (təmir xərclərinin əvəzinin ödənilməsi barədə) X2 hüquqi varisi Nümayəndə2 ona ödəməli olduğu 9011,50 AZN və məhkəmə xərcləri 108 AZN olmaqla, ümumilikdə 9119,5 AZN pul tələbinin İddiaçı birgə nikah dövründə əldə edilmiş 2012-ci il buraxılışlı “Kia Sportage” minik markalı, 90 RT416 dövlət qeydiyyat nişanlı qara rəngli avtomobildəki (22000 AZN (likvid dəyəri 19800 AZN)) ½ hissədə payıNın dəyəri olan 11000 AZN (likvid dəyəri 9900 AZN) tələbi qarşılıqlı əvəzləşdirilməsinə razıdır, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-439/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarı əsasında verilmiş icra vərəqəsi üzrə icra işinə xitam verilməsinə etirazı yoxdur, gələcəkdə təmir xərcləri ilə bağlı İddiaçı və Nümayəndə2 qarşı hər hansı tələbi olmayacaq.
4. Sazişi imzalayarkən bu sazişdən irəli gələn bütün hüquq və vəzifələri tərəflərə izah olundu və tam sərbəst könüllü olaraq bu sazişi imzalayırlar.
5. Sazişi pozan tərəf Azərbaycan Respublikasını Mülki qanunvericiliyin nəzərdə tutulmuş qayda məsuliyyət daşıyır.
Qeyd olunan həmin barışıq sazişləri təsdiq edilsin və 2(007)-107/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı İddiaçı və 50 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ**********0000003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 100 manatı İddiaçı və 100 manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, Bankın VEÖN-i **********, "xxxx" ASC-nin Yasamal filialı, Kod 512565, hesab AZE30AZRT********************, SWİFT kod: AZRTAZ22, Müştərinin hesab nömərəsi: AZE02NABZ********************) ödənilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Qumru Əliyeva